Günel Eyvazlının Oşodan tərcüməsi - Özünü tap
26.03.13

Özünüzü müşahidə edin: Görəcəksiniz ki, bütün həyatınız boyu etmək istədiklərinizi - sabaha, o biri günə saxlamısınız. Həmən günlər gəlir, keçir , amma, heç nə dəyişmir. Gün ərzində diqqətimizi bir nöqtədə cəmləşdirə bilmirik. Biz adətimiz üzrə, heç nəyi dəyişmədən yaşayırıq. Hətta, bizi zəif bilənlər, həyatımızdan yararlanmağı da bacarır.

Demək , biz, öz həyatımızı, başqalarının ssenarisi üzrə yaşayırıq.

Həyatda çətin, amma, olduqca vacib olan şərt  özünü tapmaqdır. 
Bu tapıntı sizin həyatınızın ən əsas, ən vacib, ən işıqlı məqamıdır. Əgər bu halı yaşamaq nəsibiniz olursa, başqa cür yaşaya bilməyəcəksiniz. Həyatınızın bəlli məqsədləri, bəlli istuqamətləri yaranacaq. Siz özünüz olacaqsınız, özünüz olaraq da qalacaqsınız. Sizi heç nə dəyişməyəcək.
Özünü tapmaq- kimliyinin isbatıdır. Sənin getmək istədiyin məqamın aydınlığıdır.
Həyatınızın məqsədini müəyyən edin. Bu istiqamətdə hərəkət edin. Və nail olun. Əldə etdiyiniz nəticə sizə dünyanın ən gözəl hissini yaşadacaq. Siz özünüzdən, hərəkətlərinizdən razı qalacaqsınız.
Asan bir şeyi tərəddüd etmədən istəmək olar. Axı asana çatmaq elə də çətin bir şey deyil. Məqsədləriniz, gedəcəyiniz yollar praktik cəhətdən sizə asanlaşdıqca, siz atdığınız addımlarda tərəddüd hissinin nə olduğunu unudacaqsınız. Bu hissi “Mən bilirəm”, “Bu doğrudur”, “Bu məndə alınacaq” ifadələri əvəz edəcək.
Siz yalnız hərəkət edin. Hərəkət, məqsədə çatmaq - sizin həyat resseptinizdir. Həmçinin açardır. Elə bir açar ki, siz onunla bütün bağlı qapıları açmış olacaqsınız.

Arzuları görüb hərəkətsiz dayanmaq, zinət dolu, var-dövlət dolu bir sandıq üzərində əyləşməyə bənzəyir. Siz, oturmaqla kifayətlənirsiniz. Onu açmaq, ağlınıza belə gəlmir.

Bəxt, qismət- təsadüfi bir şey deyil. Qisməti gözləmək yox, onu yaratmaq lazımdır.

Bəli. Sizin istəyiniz ilə qismət yaranacaq. Siz onu istədiyiniz kimi qurduqca,gələcəyiniz daha etibarlı olacaq. Daha sığortalı olacaq. Sadəcə, hadisələrə və baş verənlərə, başqa rakusdan baxmağa çalışın. Hər şeyə fərqi münasibət göstərin, adilikdən qaçın.

Beyninizin, ruhunuzun dincəlməyi üçün yaxşı yer axtarmayın, siz istənilən yerdə o yaxşını yaradın.
Özünüzü dəyişməyi bacarın. Fikirlərinizi, düşüncələrinizi, hərəkətlərinizi, baxışlarınızı. İnanın, digər şeylər öz-özünə dəyişəcək.
Siz , nəisə edib, nəisə əldə etdım kimi yox, “İstədiyimi etdim, istədiyim nəticəni aldım” kimi düşünəcəksiniz.
Əgər belə düşündünüzsə, demək ki, düzgün məcraya gəlib çıxdınız. Siz artıq özünüzü tapmısınız.
Artıq  Sizin həyatınızın ssenari müəllifi siz özünüzsünüz.

Avanqard.net

Yenililklər
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.