Qismət -  Yelinekin əsəbi akkordları
26.03.13

Oxunmalı kitablar

Yadımdadır, evimizdə qəhvəyi piano vardı, anam cehizlik gətirmişdi.

Bayramdan bayrama, şadlıqdan şadlığa Validə xanım pianonun başına keçər, bizim üçün nəsə ifa edərdi.

Atam da zarafatından qalmaz, pianoya dirsəklənər, Rəşidi, Müslümü yamsılayardı, hamımız gülüşərdik.

Sonralar həm maddi ehtiyac üzündən, həm də evdə yer tutduğundan həmin pianonu satası olduq.

O vaxtlar bunu büruzə verməsəm də, pianonun satılmasına anamdan çox mən məyus olmuşdum.

Çünki o piano mənim üçün tamam sehirli bir alət idi.

Evdə heç kim olmayanda pianonun başına keçər, onun ağ-qara dillərinə bir-bir toxunar, səsin hardan, necə çıxdığını anlamağa çalışardım.

Çox sonralar o piano haqqında düşünəndə qərara gəldim ki, mənim sənətə, yaradıcılığa olan sonsuz sevgimin kökündə, bəlkə bir az da o əsrarəngiz qəhvəyi qutu durur.

Necə ki, yazmaq gördüyünü, hiss etdiyini, düşündüyünü olmayanla - hərflə, sözlə ifadə etməkdir, yəni elə bil boşluğa hərf geyindirib, söz örtüb boşluğu görünən hala salmaqdı, eləcə də piano çalmaq həmin məsələdir.

Elfrida Yelinekin "Pianoçu" romanı yaddaşımın uzaq küncündə gizlənmiş bir obrazı yenidən diriltdi - Piano.

Əvvəlcə əsərin qısa məzmunu: Roman iki hissədən ibarətdir: birinci hissəsində Erikanın həyatından fraqmentlərlə tanış oluruq, ikinci hissədə isə onun tələbəsi Uolter Klemmerlə olan münasibəti və ata-anası ilə yaşadığı (həm yaşaya bilmədiyi) günlər, duyğular çözələnir.

Əsərin qəhrəmanı Erika atası ruhi xəstəxanaya düşəndən bəri yaşlı anası ilə birgə yaşayan, otuz yaşlarında bakirə bir piano müəlliməsidir.  

Anası Erikanın onu tərk edəcəyindən qorxduğu üçün qızını həmişə şiddətlə döyən bir qadındır.

Ana ilə qızın münasibətləri qəribədir. Erika anasının şillə-şapalağı nəticəsində artıq hissizləşib, özünə işgəncə verir, bədəninə bıçaq batırır, iynə soxur.

Anası eqoistcəsinə qızına hər şeyi yasaq edib, məcburi şəkildə onu məşhur pianoçu etmək istəyir, lakin Erika məşhur pianist ola bilmir, o, yalnız adi ifaçı olur.
Anasının yaratmaq istədiyi məcburi intizamlı həyat əks effekt verir. Bu intizamlı həyat çox adi şeylə, Erikanın kənardakı adi həyata olan sadə marağı ilə dağılmağa başlayır.

Romanda Erika qəribə bir sevgiylə paltarlara, ayaqqabılara, çantalara, porno filmlərə, ara küçələrdəki fahişələrə maraq göstərir və bu maraq, əslində, onun sistemə, yəni anasının intizamlı dünyasına üsyanıdır. O, uzaqdan da olsa anasının yasaqladığı, qadağan etdiyi hər şeyə baxmaq istəyir. Qəfildən Erikanın həyatına tələbəsi Klemmer daxil olur və Erika onunla soyuq, məsafəli davranır. Uolter əvvəl buna təəccüblənir, sonra isə qəzəblənir. Bir müddət keçir, Erika Klemmerə bir məktub yazır və bu məktubdan ondan sadist sevgi tələb edir. Uolter başqa cür tərbiyə aldığı üçün bu məktubu anlamır və Erikanın çağırışına guş qılmır, ondan tamam uzaqlaşır. Lakin məktubdakı sadist güc Klemmerə təsir edir və o bu gücün əsirinə çevrilir. Klemmerin ilk yaxınlaşma cəhdində qüruru tapdalandığı üçün intiqam hissi güclənir, bir gecə Erika anası ilə eyni çarpayıda yatarkən, Uolter onların evinə girir və Erikaya təcavüz edir. Anasının dirənişi də fayda vermir, Erika öz sevgi anlayışının qurbanı olur.

Bunlar öz yerində, roman olduqca pornoqrafikdir və əsər əsasında çəkilən Hanekenin eyniadlı filmi də xeyli müzakirə edilmişdi. Elə romanlar var ki, onları oxuyarkən, mən təkcə estetik zövq almıram, yazıçıdan nəsə fənd, manera öyrənmirəm, çox az olsa da bəzən olur ki, həm də özüm özümlə bağlı nəyisə kəşf eləyirəm. O cür romanlar təhtəlşüurumun hansısa nöqtəsinə nüfuz edir, üstüörtülü qalmış hansısa məqama işıq salır, iynə kimi batıb ordan nəyisə gün işığına çıxarır. Yelinekin romanı bütün sərt pornoqrafik təsvirləri, psixoanalitik eyhamları ilə qəribədir ki, məndə yaddaşımdakı piano obrazını canlandırdı və evimizdə piano olan zamanlara bir anlıq ekskurs elədim.

Elə bu yazını yaza-yaza evimizdə gizli-gizli pianoda nəsə çalmağa cəhd etdiyim günləri xatırladım və birdən-birə dəhşətli şəkildə anladım ki, o piano mənim üçün təkcə sənətlə ilk təmasım, yaradıcılığa olan ilk bağlılığım deyildi, o qəhvəyi qutu həm də mənim altşüur səviyyəsində ilk cinsəl təcrübəm idi. Ata-anamın əlində dilə gələn, səslənən, yəni bir növ ram olan piano mənim üçün ələkeçməz, sirli bir sahə idi. Mən o intim sahəyə daxil olmaq, oranı kəşf eləmək, özümü orda qəbul edilən hiss etmək istəyirdim, həm də o vaxtlar mən təzə-təzə yetkinlik yaşına qədəm basmışdım.

Sənətlə cinsəllik, cinsəlliklə ölüm arasındakı oxşarlıq, paralellik haqqında çox onralar oxusam da, böyüklərin dünyasına aid o qəhvəyi qutu ilə yetkinliyim arasındakı əlaqəni yalnız Yelinekin romanından sonra kəşf etdim. Bu roman özümlə bağlı yeni bir şey kəşf etməyimdən əlavə, həm də mənim içimdə pornoqrafiyanın, cinsəlliyin ifadə tərzi, sərhədləri haqqında araşdırmaq instinktini işə saldı.

Məşhur filosof Slovay Jijek yazır ki, pornoqrafiya içi boşaldılmış  göz aldanmasını, illüziyanı qanuniləşdirən işarələrin cumhuriyyətidir. Pornoqrafiyanın malı olmuş bədənlərin işi, əslində, özünü təqdim etmək, amma təslim etməməkdir. Onların çılpaqlıqdan başqa təqdim edəcək heç nələri yoxdur, onların obrazlarının içi boşdur. Lakin qəribədir ki, pornoqrafik əsərlərdə iqtidar baxanın yox, baxılanın əlindədir. Dərinə getsək, pornoqrafiya baxılanın yox, baxanın instiklərini öz malına çevirir.

Suzan Sontaq "Sənət və anti-sənət" kitabında pornoqrafik məzmunu və təsiri olan materialların təsnifatını təklif edir. Sontaq yazır ki, pornoqrafiya siyasi, psixoloji və estetik kontekstlərdə ayrı-ayrı mənalara sahibdir : Pornoqrafiya aşağılayır, pornoqrafiya xəbərdar edir, pornoqrafiya obrazlaşdırır.

Pornoqrafiyanın Avropadakı tarixinə nəzər salsaq görərik ki, porno əvvəla qadınların aşağılanması üçün bir vasitə olub. Pornoqrafiya əlində iqtidar olanların tənqid (bəlkə də təhqir?) edilməsi üçün istifadə edilib. Bu mənada porno sanki ittihametmə vasitəsi, qaydanın tapdanması, yasağa fikir verməmək, sərhədlərin aşılması mənasında da başa düşülür. Bu gün isə qədim zamanlardan fərqli olaraq pornoqrafiya deyiləndə hədəfdə krallar yox, qadınlardır.  Pornoqrafiyada qadın sadəcə cinsi orqan səviyyəsinə endirilir, əslində, elə kişilər üçün də vəziyyət belədir.

Pornoqrafik filmdə təklif olunanlar təkcə rejissorun baxış bucağı deyil, onlar eyni zamanda kollektiv ictimai fantaziyaların təsvir dilinə çevrilməsidir. Bununla bağlı ən dəqiq diaqnozu məşhur filosof Corc Batal verib : erotizmlə ölüm arasındakı əlaqə  - yəni təcrübəylə öyrənilməsi mümkün olmayanı (ölümü) yaşamaq, hiss etməklə, cinsi təhrik arasında bağlar var.

Qayıdaq Sontaqa, o yazır ki, pornoqrafik film və ya roman individual xarakterlərlə yox, tiplərlə işləməyi sevir və bir məqam gəlir ki, Batalla Sontaq orda həmfikirdi : cinsəlliyin qapalı tərəflərini yalnız arzu və ölümü bir-birindən ayırmadan üzə çıxarmaq olar.

Pornoqrafiya haqqında bu mozaik fikirləri yazıya salmamaq da olardı, lakin düşündüm ki, bütün bunları ötəri də olsa yazıya daxil edib, belə bir qənaəti xüsusi vurğulayım: indiki çağda bir əsərin qiyməti onun oxucuda yaratdığı ilkin reaksiyalardan o tərəfə keçməlidir. Belə deyim, bir əsər yalnız bizə hissi mənada təsir etməsi ilə, nə bilim, kütləvi dillə desək, ruhumuza yaxın olması ilə, səmimi olması ilə maraqlıdırsa, ya o əsər tam deyil, ya da biz hələ zamanı anlaya bilmirik.

Bizim əsrdə sənət əsəri hissi, duyğusal tərəflərindən, səmimi gələn yönlərindən başqa, həm də bizə özümüzlə, həyatımızla, ətrafımızla bağlı nələrisə anlamağa kömək etməlidi və sözsüz ki, bizi başqa mənbələrin arxasınca düşməyə təhrik etməlidir. Əks halda, o əsər sözün köhnə və neqativ mənasında pornoqrafiyadır. /oxuzali.az/

Elfriede Jelinek
Elfrida Yelinek



Yenililklər
14.01.20
Gürcüstanda Zəlimxan Yaqubun xatirəsinin əbədiləşdirilməsi təklif olunub
14.01.20
“Təhsil terminlərinin izahlı lüğət”i çap olunub
14.01.20
Nəsiminin həyat və yaradıcılığına müasir baxışı əks etdirən monoqrafiya çap edilib
14.01.20
 “Manqurt” tamaşası növbəti dəfə nümayiş ediləcək
09.01.20
“Ədəbi Proses – 2018” kitabı çap olunub
31.12.19
Mahirə Nağıqızı: "İstənilən ixtisası ən böyük zəhmət hesabına qazanmaq olar, amma şair kimi doğulmaq lazımdır" - MÜSAHİBƏ
28.12.19
Məmməd Cəfər Cəfərova həsr olunan elmi sessiya keçirilib
28.12.19
Ülvi Babasoy: "Çağdaş ədəbiyyatda dil bəlkə də heç onuncu yox, iyirminci yerdə dayanır" - MÜSAHİBƏ
28.12.19
"Ulduz” jurnalının dekabr sayı işıq üzü görüb
27.12.19
Bakı Mühəndislik Univeristetində Səxavət Sahilin yeni kitabı müzakirə olunub
27.12.19
Mərahim Nəsib - Şəms Təbrizinin məktubu
27.12.19
AYB-nin Gənclər Şurasının üzvləri ədəbi orqanların redaksiya heyətinə qəbul edilib
26.12.19
Əhməd Cəfəroğlunun 120 illiyilə bağlı elmi sessiya keçirilib
26.12.19
Qulu Ağsəs tələbələrə nə vəd etdi? - Pedaqoji Universitetdə GÖRÜŞ - FOTOLAR
25.12.19
Səxavət Sahil - Qafqaz müharibəsi rus ədəbiyyatında
25.12.19
Fərid Hüseyn Serbiya Yazıçılar Birliyinə üzv qəbul edilib
24.12.19
Gülbala Dadaş - Sonsuz dərya gizlədib, özündə bu adanı. 
23.12.19
“Metafizika” (ISSN 2616-6879) jurnalının 2019/4 sayı nəşr edilib
21.12.19
Şəhla Aslan - Feminizmindən qorxanlar...
21.12.19
AMEA-nın İctimaiyyətlə əlaqələr şöbələrinin hesabat iclası keçirilib
17.12.19
“Qafqaz müharibəsi rus ədəbiyyatında” kitabı haqqında bir neçə söz
16.12.19
Cəlil Cavanşirin “Azğın” kitabının təqdimat mərasimi keçirilib
12.12.19
İmadəddin Nəsimiyə həsr olunmuş elmi-nəzəri seminar keçirilib
12.12.19
Tamilla Əliyevanın “Qafqaz müharibəsi rus ədəbiyyatında” monoqrafiyası  olunub
10.12.19
“Bir əsrlik Nəsimi araşdırmaları” kitabının təqdimatı olub
09.12.19
“Ey Nəsimi, cahanı tutdu sözün...” II Beynəlxalq Elmi Konfransı keçirilib
09.12.19
Pərvanə Məmmədli - Rza Bərahəni yaradıcılığından seçmələr
07.12.19
Rasim Qaraca - Kəpənəkli günlər
07.12.19
Nemət Mətin - Sonuncu uçuş
06.12.19
Yazıçı Kənan Hacı ABŞ-da mükafat aldı
06.12.19
Vüqar Əhmədin yeni monoqrafiyası işıq üzü görüb
06.12.19
Azərbaycan Universitetində Mişel Fukonun “Sözlər və nəsnələr” kitabının təqdimatı olub
03.12.19
"Ulduz"un noyabr sayı çap olunub
03.12.19
Cəlil Cavanşirdən 18+ roman gəldi
03.12.19
Pərvanə Məmmədli - Tatyana Çaladzeni qədrini bilmədik
02.12.19
Əhməd bəy Ağaoğlunun 150 illiyinə həsr olunmuş elmi sessiya keçirilib
02.12.19
Səxavət Sahilin “Nar ağacının nəğmələri” kitabı çap olunub
02.12.19
Adil Mirseyidin "Son şeir, son vəsiyyət"i təqdim olundu
02.12.19
Cavanşir Yusiflinin "Mətn. İşarə. Məna" kitabı təqdim olundu
27.11.19
2020-ci il üçün dövlət mükafatlarına əsərlərin qəbulu elan edilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.