Əfsanə Laçın - Günəş yerində yoxdu…
27.03.13
Deyirlər
Daha gecələr nə ay, nə də ulduzlar çıxmır. Səhərdi 12.00 Günəş yerində yoxdu… Mən kor olmuşam deyirlər. Deyirlər ulduzları görənlər var. Deyirlər günəş yandırır hər yeri. Deyirlər hamının öz ulduzu var Bircə məndən başqa… Deyirlər bu gecə ay 14 gecəlikdir. Deyirlər ulduzum ovcumdadı. Gəl, əllimi aç ovcumdaki ulduzları göyə düzək. Ya da apar məni Ovcundaki ulduzları düzdüyün yerə…
Saçlarım
Taleyimdə saçlarıma oxşayır Buruq-buruq, Dolaşıq, Qarmaqarışıq. Saçlarımın düyünlərin aça bilmirəm Bəxtimin düyünlərin közə. Saçlarım seyrəkləşib Qismətimə düşən sevinclər kimi… Saçlarımın rəngini dəyişdim Həyatın rəngini de, necə dəyişim?! Saçlarım dəniz Dərdimi dalğaların arasında gizlətmişəm. Yeni rəngin kölkəsi düşür üstlərinə. Yeni rəng mənə yarşır Dərdimin mənə yaraşmayacağı qədər çox… Saçlarım yuyulduqca öz rənginə qayıdacaq. Həyatın əsl rənginə? Hələ görməmişəm…
|