Erich Fromm - İnsan əşya deyil
28.03.13

Psixologiyanın artan populyarlığı bir çoxları tərəfindən “Özünü tanı” məsləhəti ilə ifadə olunan Delfi idealına (1) artan marağımızın göstəricisi olaraq qəbul edilir. İnsanın özünü tanıması ideyasının kökləri Yunan və Yəhudi-Xristian ənənəsindədir, özünü tanıma həm də “Aydınlanma” hərəkətinin məqsədlərindən biri idi. Kökləri bu ənənədə olan Ceyms (2) və Freyd kimi insanlar bu marağın günümüzə ötürülməsində rol oynadılar. Ancaq biz müasir psixologiyanın insanın psixi inkişafı üçün təhlükəli və dağıdıcı ola biləcək digər tərəflərini də yaddan çıxarmamalıyıq.
 

Müasir psixologiya bilgisi hazırki kapitalist cəmiyyətdə  “özünü tanı” idealında nəzərdə tutulandan  fərqli məna və funksiya qazanmışdır. Kapitalist cəmiyyətin mərkəzi bazardır, əmtəə və işçi bazarı; bazarda əşyalar və xidmətlər klan və qan mənsubiyyətinə və digər ənənəvi münasibət formalarına baxmadan, güc və hiylə tətbiq olunmadan sərbəst şəkildə dəyişdirilir. Müştəri haqqında informasiya satıcı üçün çox əhəmiyyətlidir. Kapitalın və şirkətlərin fəaliyyətinin mürəkkəbliyinin artması ilə müştərinin arzularını əvvəlcədən bilmək, sadəcə bilmək deyil onlara təsir etmək və onları manipulyasiya edə bilmək əhəmiyyət qazanır. Müasir nəhəng şirkətlərin kapital qoyuluşu qərarı intuisiya ilə deyil, müştərinin və bütünlükdə marketin dərindən öyrənilməsi və manipulyasiyası ilə verilir.

“Market psixologiyası” –ndan başqa, işçini anlamağı və manipulyasiya etməyi qarşısına məqsəd qoyan yeni psixologiya sahəsi yaranıb.  Bu yeni sahə “insan münasibətləri psixologiyası” adlanır. Bu sahənin yaranması  kapital və işçi arasındakı  münasibətlərin dəyişməsinin məntiqi nəticəsidir. Uzun dövrdə kobud münaqişədənsə, kompromisin  daha faydalı olduğu qənaətində olan nəhəng şirkətlər  ilə həmkarlar ittifaqları arasında əməkdaşlıq mövcuddur. Əlavə olaraq bilirik ki, razı salınmış ”xoşbəxt ”  işçilər böyük şirkətlər üçün vacib olan daha məhsuldar və axıcı işləmə xüsusiyyəti qazanırlar.  Beləliklə, Teylorun (3) fiziki işin rasionalizasiyası üçün ortaya qoyduğu prinsipləri psixoloqlar işçinin zehni və emosional tərəfləri üçün tapmağa çalışırlar. İnsan əşyaya çevrilir, ona əşya kimi davranılır və o manipulyasiya edilir; “insan münasibətləri” kifayət qədər qeyri-insanidirlər, çünkü onlar  “əşyalaşdırılmış” və yadlaşdırılmış insana münasibətlərdir.

Psixologiyanın müştəri və işçini manipulyasiya etmə funksiyası hərkəsin manipulyasiya edilməsinə gədər genişləndirilmişdir və siyasətdə də istifadə olunmaqdadır. Demokatiya ideyasi ilk yarandığında aydın düşünmə və məsuliyyətli vətəndaş anlayışlarını əsas alırdısa, praktikada demokratiya market araşdırması və “insan münasibətləri” sahəsində öyrənilmiş manipulyasiya metodlarıyla getdikcə daha çox deformasiya edilir.

Sadalananlar yaxşı bilinsə də, mən indi psixologiyaya, xüsusən də psixoanalizə aid daha həssas və çətin bir problemi müzakirə etmək istəyirəm. Sual belədir:

-Hansı dərəcəyə qədər psixologiya (başqaları və özüm haqqında bilgi) bilgisi mümkündür? Bu növ bilginin sərhədləri hardadır ? Bu sərhədlərin pozulmasının  hansı təhlükələri var?

Şübhəsiz özümüzü və digər insanları bilmək arzusu  kökü dərində olan insan ehtiyacından yaranır. İnsan sosial konteksdə yaşayır. Ağlını itirməmək üçün ətrafındakı insanlarla münasibətdə olmalıdır. İnsana ağıl və xəyalgücü bəxş edilmişdir, insan üçün özü və ətrafındakı insanlar  daima anlamağa çalışdığı problemlərdir. İnsanı  anlamaq təşəbbüsü psixologiya –“ruhun bilgisi” (4) adlanır.

Əslində sadəcə əşyaların tam rasional qavranması mümkündür. Əşyalar “öldürülmədən” hissələrinə ayrıla bilər, təbiətlərinə ziyan vurmadan manipulyasiya edilə bilərlər, onları yenidən istehsal etmək mümkündür. İnsan əşya deyil. O öldürülmədən hissələrinə ayrıla bilməz, ona zərər vurmadan manipulyasiya etmək , süni olaraq yenidən istehsal etmək mümkün deyil. Bioloji olaraq həyat möcüzə və sirrdir,  insanın  insani tərəfləri bir müəmmadır. Biz özümüzü və yoldaşlarımızı bəzi yönləriylə tanıya bilirik, ancaq əşya olmadığımız üçün tam qavrama mümkün deyil. Özümüzün ya da bir başqasının ruhunun dərinliyinə endikcə tam bilgi əldə etmək məqsədi daha əlçatmaz olur. Yenə də insan ruhunun sirrinə, “o”-nun ruhunun nüvəsinə nüfuz etmək arzusundan özümüzü saxlaya bilmirik.

O zaman özümüzü və digərlərini tanımaq dedikdə  nə nəzərdə tutulmalıdır?  Özünü tanımaq özümüz haqqında mövcud olan illuziyalardan xilas ola bilməkdir. Qonşumuzu tanımaq onun haqqında bəslədiyimiz “parataksik deformasiyalar” (5) –dan xilas ola bilməkdir. Biz  özümüz haqqında bəslədiyimiz illüziyalardan müxtəlif dərəcələrdə əziyyət çəkirik, uşaqkən  bizə real görünən   hər şeyə gücü yetmə və hər şeyi bilmə illüziyalarının toruna düşmüşük.

Biz pis niyyətli davranışlarımızı yaxşılıq etmək, vəzifə ya da mənəvi borc  adı ilə legitimləşdiririk. Biz zəiflik və qorxunu “yaxşı səbəblər ”, vecsizliyimizi isə digərlərinin məsuliyyətsizliyini əsas gətirərək legitimləşdiririk.  Biz eyni anda ancaq əks istiqamətlərdə rasionalizasiya və deformasiya edirik. Bir insan sadəcə utancaqdırsa, bizdə sevgi hissinin olmaması o insana düşmanca münasibət gostərməmizə səbəb olur. Bizim içinə qapanıq olmağımız sadəcə özünü müdafiə edən birini dominant  heyvərə kimi görməyimizə səbəb olur. Bizim səmimiyyət qorxumuz, əslində səmimi və uşaq qəlbli olan birini səfeh kimi görməyimizə səbəb olur. Özümüz haqqında daha çox bilmək üçün bizi və qonşumuzu bizim üfüqümüzdən gizlədən bir çox pərdəni qaldırmaq lazımdır. Pərdələr qaldırıldıqca deformasiyalar ard arda düzələcək.

Psixologiya bizə insanın nə olmadığını göstərə bilər. O bizə insanın, bizim hər birimizin, nə olduğumuzu göstərə bilməz. İnsan ruhu, hər fərdin özünəməxsus, individual nüvəsi əsla yetərincə anlaşılıb sözlərlə təsvir edilə bilməz.

İnsanın  anlaşılması yanlış anlaşılmaması ölçüsündə mümkündür . Mümkün fundamental bilgidən danışırıqsa, psixologiyanın legitim hədəfi illuziya və deformasiyaların aradan qaldırılması şəklində neqativdir, insan haqqında tam və mükəmməl  bilginin mümkünlüyünü hesab etmək şəklində pozitiv deyil.

Ancaq insan sirrinin öyrənilməsinin başqa bir yolu var, bu düşüncə yolu deyil, sevgi yoludur. Sevgi başqa insana elə nüfuz etməkdir  ki burada mənim bilmə arzuma birləşmə arzusu tərəfindən son qoyulur. Birləşmə aktı zamanı mən səni, özümü, hərkəsi tanıyıram və mən heç nə “bilmirəm”. Canlı olanın bilgisinin mümkün olduğu yeganə yol birlik təcrübəsidir, düşüncəmizin ortaya qoyduğu hər hansı  bilgi deyil. Tam bilginin yeganə yolu sevgi aktıdır, bu akt düşüncə və sözləri aşır.

Sevgi aktında psixologiya bilgisi tam qavrayış üçün köməkçi vasitə ola bilər. Digər insanı və özümü, illuziyalarımın və məndə  onun haqqında olan deformasiya edilmiş təsəvvürlərin öhdəsindən gəlmək üçün obyektiv olaraq tanımalıyam. Əgər mən insanı olduğu kimi tanısam, daha doğrusu onun nə olmadığını anlasam, sevgi aktında da onun əsas mahiyyətini anlayaram.

Sevgi qazanılması asan olmayan uğurdur. Sevə bilməyən insan qonşusunun sirrinə necə nüfuz edə bilər? ”Sevmə sənəti” adlı kitabımda göstərməyə çalışdığım kimi sirri bilmənin çılğın bir yolu var : bir insan üzərində total gücə sahib olmaqla- ona istədiklərimi etdirə bilən, istədiklərimi hiss etdirə bilən, mənim düşündüyüm kimi düşünməyə məcbur edə bilən bir güc-onu bir əşyaya, mənim əşyama çevirmək.

Belə bir bilmə təşəbbüsünün ifrat dərəcəsi özünü irəli sadizmdə, insanı əzab çəkməyə, onu təhqir etməyə, əziyyət çəkərkən ‘sirrini’ etiraf etməyə və sonda onu məhv etməyə çalışmaqda büruzə verir. İnsanın sirrinə dalma kimi şiddətli arzunun əsas motivi şiddətli və dərin zalımlıq və dağıdıcılıqdır. Bu ideya yığcam şəkildə rus yazıçısı İsak Babel tərəfindən ifadə olunmuşdur, rus vətəndaş müharibəsində insan öldürən bir zabitdən sitat gətirir:

“Atəş açmaqla sən sadəcə birisindən xilas olursan,  onun ruhuna, özü olduğu ruhuna enmirsən. Mən özümü ayrı tutmuram, bir neçə dəfə düşməni ayaq altda tapdamışam. Mən həyatın həqiqətən necə olduğunu öyrənməyə çalışıram.”

Sadizm və dağıdıcılıq insanın sirrini güc hesabına açığa çıxarmağa çalışsa da o heç vaxt məqsədinə çatmır. Qonşumu əzab çəkməyə məcbur etdikdə o məndən  hər hansı bilginin əldə olunmasının mümkün olmayacağı qədər uzaqlaşır. Sadizm və dağıdıcılıq bilmək yolunda yoldan çıxarıcı, ümidsiz və tragik cəhdlərdir.

İnsanı öyrənmə problemi teologiyadakı Tanrını öyrənmə problemi ilə analojidir. Neqativ teologiya mənim Tanrı haqqında pozitiv hansısa tezis irəli sürməyimin mümkün olmadığını deyir.  Tanrı haqqında yeganə mümkün bilgi onun nə olmadığı haqqda bilgidir. Maymonid  “Tanrının nə olmadığını bildikcə Tanrı haqqında daha çox bilirəm”,  Mayster Ekhart isə “İnsan Tanrının nə olmadığını yaxşı bilsə belə onun nə olduğunu bilə bilmir” deyirdi. Bu cür neqativ teologiya mistisizmlə nəticələnir. Mən neqativ teologiyada Tanrının nə olduğunu bilə bilmirəmsə, Tanrının pozitiv bilgisi ancaq Tanrı ilə birləşmə aktı ilə mümkündür.

Bu prinsipi insana tətbiq edərək “neqativ psixologiyadan” danışa bilərik, insanın tam bilgisi düşüncə ilə mümkün deyil, “tam bilgi” ancaq sevgi aktında mümkündür. Mistisizm neqativ teologiyanın məntiqi nəticəsi olduğu kimi sevgi də neqativ psixologiyanın nəticəsidir.

Psixologiyanın sərhədlərini müəyyən etmək bu sərhədlər pozulanda yaranacaq təhlükəyə işarə etməkdir. Müasir insan tənhadır və qorxudulmuşdur, sevmə bacarığı  zəifdir. O qonşusuna yaxın olmaq istəyir ancaq yaxın olabilmək imkanından uzaqdır və laqeyiddir. Onun qonşusu ilə marjinal əlaqələri çoxtərəfli və asanlıqla qurulandır amma dərin bir mərkəzi  “əlaqədar olmaq” duyğusundan uzaqdır. Yaxın olmaq məqsədiylə o bilgi axtarır və psixologiyanı tapır. Psixologiya sevginin, səmimiyyətin, özü ilə başqalarının birliyinin yerini tutur;  birləşmə aktına doğru atılmış bir addım olacağına, tənha və yadlaşmış insan üçün sığınacaq olur.

Psixologiyanın surroqatlığı psixoanalizin populyarlığı fenomenində özünü göstərir. Psixoanaliz özümüz və ətrafımızdakı insanlar haqqındakı parataksik deformasiyaları ortadan qaldrımağa kömək edə bilər.  O illuziyalardan xilas edə  və bizim təkbaşına həyata keçirə biləcəyimiz həlledici aktın-olma cəsarəti, sıçrayış, təməl bağlanma aktı-önündəki maneələri qaldıra bilər.

İnsan, fiziki doğumundan sonra daimi doğulma proseslərindən keçməlidir. Ana qarnından qurtulmaq birinci doğulmadır, onun  döşündən ayrılmaq ikinci, qollarından düşmək üçüncüsüdür. Bu mərhələdən sonra doğulma prosesi dayanır, insan sosial olaraq tənzimlənmiş və faydalı insana çevrilir ancaq ruhi baxımdan yeni doğulmş uşaq kimi qalır. Əgər o insan  potensialını reallaşdırmaq istəyirsə doğulmalara davam etməlidir. O torpaq və qanın ilkin bağlarından qurtulmalıdır. Bir ayrılma aktından digərinə keçməlidir.

O əminlik və özünə haqq qazandırmaqdan əl çəkməli, fədakarlıq, qayğı və sevgi aktına keçməlidir. Psixoanalitik müalicə zamanı tez tez baş verən bir hal terapist və xəstə arasında psixoanalizin, ayrılma acısını, aktını, sıçrayışı etmədən  insanın xoşbəxtlik və yetkinlik qazana biləcəyi bir metod olduğu şəklində səssiz razılaşmadır. Sıçrama analogiyasını bir az daha irəli götürsək, psixoanalitik vəziyyət insanın üzmə öyrənmək istədiyi, ancaq suyun üzdürə biləcəyinə inamının olmadığı, suya sıçrama anından ciddi şəkildə qorxmasına bənzəyir. İnsan hovuzun kənarında dayanır, müəlliminin ona hansı hərəkətləri edəcəyini açıqlamasına diqqətlə qulaq asır, bu yaxşıdır və lazımlıdır. Ancaq biz onların söhbətlərinin uzandığını görəndə danışığın real üzmə aktının yerinə keçdiyini düşünürük. Psixoloji yanaşmanın miqdarı və dərinliyi əsla sıçrayış aktının, sıçrayışa bağlanmanın yerini tuta bilməz. O sıçrayışa apara bilər, ona hazırlaya bilər, onu mümkün edər-psixoanalitik metodun legitim funksiyası budur. Ancaq psixoanaliz, aktın həyata keçirilməsi məsuliyyətinin, o olmadan insanda real dəyişikliyin baş verməyəcəyi aktın yerini tutmağa çalışmamalıdır.

Psixoanaliz belə qəbul ediləcəksə, bir şərtə də əməl olunmalıdır. Psixoanalist özündə və yoldaşlarında yer etmiş, dövrümüz üçün xarakterik olan yadlaşmanın öhdəsindən gəlməlidir. Dediyim kimi, müasir insan özünü əşya -marketdə sərmayə qoyulacaq enerjilərin bədənləşməsi- kimi görür. Öz yoldaşını da faydalı barter üçün başqa bir əşya olaraq qəbul edir. Müasir psixologiya, psixiatriya və psixoanaliz də bu yadlaşma işinin içindədirlər. Pasiyent bir çox hissədən təşkil olunmuş əşya kimi görülür. Bu hissələrdən bəziləri xarab olub  və  avtomobil hissələri kimi  “təmir olunmalıdırlar”. Orasında-burasında defektlər-bunlara simptom deyirlər-var. Psixiatrist onları təmir etməyi öz funksiyası kimi görür. O pasiyentə özünəməxsus bir bütün kimi baxmır.

Psixoanalizin real imkanlarını yerinə yetirməsi üçün psixoanalist öz yadlaşmasının öhdəsindən gəlməlidir, özünü pasiyentlərlə dərindən əlaqələndirmək bacarığında olmalı və bu əlaqə pasiyentin spontan təcrübələrinə yol açmalı, özünü “anlamağa” səbəb olmalıdır. O pasiyentə bir obyekt kimi baxmamalı, hətta təkcə “iştirakçı və müşahidəçi” olmaqla kifayətlənməməlidir. O pasiyentlə bir olmalı, eyni zamanda öz ayrılığını və obyektivliyini də qorumalıdır ki  birlik və fərqlilik aktında öz təcrübələrini formullaşdıra bilsin.

Hədəf kimi müəyyən edilmiş fundamental qavrayış sözlərlə tam ifadə oluna bilməz.  Bu məqsəd pasiyentin defektlərini və bu defektlərin mənşəyini açıqlayan bir “hesabat” deyil, bütüncül bir intuitiv qavrayışdır, bu qavrayış əvvəlcə psixoanalitikdə baş verir və əgər o bacarıqlıdırsa, pasiyentə də ötürülür. Bu qavrayış anidir. Bu intuitiv akta  beynin qavrayışla əlaqəli bəzi funksiyaları tərəfindən hazırlıq görülə bilər ancaq beynin bu funksiyaları qavrayışın yerini tuta bilməz. Əgər psixoanaliz bu istiqamətdə inkişaf edərsə insanın çevrilməsi və ruhi dəyişməsi üçün tükənməz potensiyala sahib olacaq. Əgər o yadlaşmanın sosial ağlarında əsir olsa, bu və ya digər defekti təmir edə biləcək, ancaq əslində qeyri-insani cəmiyyətdə insanı daha da avtomatlaşdırmanın və yadlaşmaya alışdırmanın yeni bir aləti olacaq.

“Gnothi seauton”- Delfidəki Apollon məbədinin girişinə yazılmış cümlə
Vilyam Ceyms, amerikan filosofu və psixoloqu
Frederik Teylor, amerikan menecment nəzəriyyəçisi, “elmi menecment” nəzəriyyəsinin müəllifi
Psixologiya sözü yunanca “psyche”-şüurlu və şüuraltı zehni proseslərin məcmusu-sözündən yaradılmışdır
“Parataxic distortion”- bir insanın digərlərini reallığa əsaslanmayan, özünün görmək istədiyi kimi görməsini anlatan psixoloji termin


Tərcümə: Yalçın İslamzadə /kultura.az/

Yenililklər
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.