Şərif Ağayar çalır, Günel Mövlud oynayır
29.03.13

Cavid Zeynallı

Bayram axşamı belə yuxu görərlərmi, görməzlər! Bir az uzundur, lap hind kinoları kimi ağılagəlməz, maraqlı süjeti var, adamda yalançı birinin gopa basmağı təəssüratı yaradır, amma billah, mən bu cür yuxuları doğrudan-doğruya görürəm. Bir tərəfdən də əndişəliyəm: bəlkə bu, psixi pozğunluğun əlamətlərindəndir? Hər nədi, adam yuxunun beləsindən görər, ee...
 
Deməli, mən, Pərviz Cəbrayıl, Vüsalə Əlibəyli, Sahilə İbrahimova “Axundov kitabxanası”nın yanında dayanıb söhbət edirik. Kimsə zəng edir ki, “Əhmədli” metrosunun üstündə sizi gözləyirəm, gəlin! Yolun kənarında dayanmış yerkökü rəngli “Ferrari” taksisinə yaxınlaşıb qapını açanda, gözümə inanmıram: taksi şoferi Vaqif Səmədoğludur. Vaqif müəllimlə uzun çənə-boğazdan sonra qiyməti danışıb, doluşuruq maşına. (Deyəsən, yolxərcini Vüsalə boynuna götürür).
 
Rəşid Behbudov teatrının qabağında Hacıbala Abutalıbova rast gəlirik: əynində polis forması, əlində zolaqlı yol-nişan dəyənəyini fırladıb ucadan “sür, sür, tələs” deyir. Hacıbala müəllim Pərvizi görər-görməz üzünün ifadəsi dəyişir, qəzəblənib maşının təkərinə babat bir təpik ilişdirir, acığını çıxır. Bir də onda görürük, Fəhlə prospektindəyik, bərk yağış yağır.
 
 
Yolun sağındakı binaların hasarına yapışdırılan dama-dama dəftər vərəqinə qırmızı qələmlə yazılıb: görkəmli ədəbiyyatşünas alim, tərcüməçi Mikayıl Rəfili burda yaşamışdır. Mən heyrətlənirəm, Vaqif müəllim qəfildən nə desə yaxşıdır: bilirsən də Cavid, Rəfili kartof-soğan oğrusu olub! Əstəğfürullah, işə düşmədik?! Ağzımı açıb nəsə demək istəyirəm, Vaqif Səmədoğlu aman vermir. Deyir, Rəfili 37-dən bilirsən niyə sağ çıxdı? Bağırov Qarabağda quldurluqla məşğul olanda, Rəfili də onun yanında olub. Mircəfər külləmə kartofu yaman xoşlayırmış, Mikayılı hər gün kəndlərə kartof oğurluğuna göndərərmiş. Yiyəsiz dağ-dərəyə çəkilib kartofu közə basdıranda, dəstədəki quldurların bayramı nə bayram, kefi nə kef... Bakıya gələndən sonra bu adət Rəfilinin başında qalıb, axşamlar qonşuların balkonuna kartof oğurluğuna gedərmiş. Düzdü, hamı məsələdən xəbərdarmış, Rəfilini ona görə sevməyiblər, amma Mircəfərin qorxusundan kim səsini çıxara bilərdi? Guya oğurluq kartofları bu dəfə Mərkəzi Komitənin zirzəmisində közə basdırıb, yeyirmişlər.
 
“Əhmədli”yə təzəcə çatmışdıq ki, necəsə olur, zəng edən adamla görüş baş tutmur, Pərvizin telefonuna adını xatırlaya bilmədiyim bir nəfərdən sms gəlir: “Vurmaq istəyirik, pulumuzun üstü düzəlmir. Gəl 28-ə, “Nəsimi” bazarında Səfər Alışarlının dəmir sexi var; mis, alüminium, dəmir – nə olsa, babat qiymətə götürür. Yolüstü əlinə keçən dəmir-dümürü yığ gətir, “zdavat” verən kimi, mənə xəbər et!”
 
Pərviz metal yığmağı özünə sığışdırmır, yalvar-yaxar məni qabağa verir: gör qızlardan bir şey qopara bilərsən? Puldan ötrü ilan dili çıxarıram, Vüsalənin ürəyi yumşalır, çantasına əl aparanda Sahilənin intellektual tərsliyi tutur, razı olmur. Pah atonan, guya biz alkaşıq, onlar bizi öz əlləri ilə uçuruma sürükləyə bilməzlər! İkisini də bərk acılayıram, sonra harasa qeyb olurlar. Demə, Səfər Alışarlının alış-veriş işlərinə Vüsal Nuru baxırmış. Vüsal zalım, iki ayağını bir başmağa dirə: pul yoxdur, Səfər müəllim dəmir qəbulunu dayandırıb. Vüsalın yaxasını əlimə keçirib ənginə birini tutuzdurmaq istəyəndə, hay-küyə Səfər Alışarlının özü çıxır: cibləri çevrilib, and-içib ağu yalamazmı: on iki imam haqqı, alverim olmayıb.
 
Kor-peşman bazardan çıxanda yerimizdə quruyuruq: Şərif Ağayar bazarın ağzında dayanıb çiyinlərini oynada-oynada akkordeonda “Naz eləmə” çalır, Günel Mövlud milli geyimdə, əlində səməni rəqs edir. Qaş-göz oynayır, nə oynayır, vətəndə seksual inqilab arzusunda olan adamın yanaqlarındakı el qızlarının şirin təbəssümü nə gözəlmiş, heyyy...
 
Bu vaxt çiynimə əl toxunur, baxam kim, – Nəsimi Nəbizadə əlində qəpik qutusu, həm uca səslə konsert proqramını elan edir, həm də qutudakı qəpikləri çinləməklə məşğuldur. Şərif mənə göz basır: bekar durmayın, siz də bir işin qulpundan yapışın. Pərviz karton parçası tapıb, iri hərflərlə ““Mirzələr” instrumental ansamblı” yazır. Mən zibillikdən “Teksun” qabı tapıram, dizlərimin arasına qoyub nağara çalıram. Günel oynamaqdan əldən düşəndə, Nəsimidən nə istəsə yaxşıdır: məni əvəz elə!

Yuxunun bu yerində bizim balaca Üzeyirin qulaq ağrısı tutur, bərkdən çığırıb məni diksindirir. Pəncərədən o üzdə körpə gülüşü tək aydın əyalət səhəri... /kulis.az/

Yenililklər
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.