Sabir Rüstəmxanlının “Əbədi Sevda” kitabının təqdimatı keçirilib
29.03.13

Bu gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının şeir və poemalarından ibarət “Əbədi Sevda” kitabının təqdimatı keçirilib.

Təqdimatda xalq yazıçısı Anar, şairlər Musa Yaqub, Rüstəm Behrudi, Çingiz Əlioğlu, millət vəkilləri Qənirə Paşayeva, Elmira Axundova, Fazil Mustafa, Asim Mollazadə, Qənirə Paşayeva, AYB-nin katibi Rəşad Məcid, professorlar Qəzənfər Paşayev, Vaqif Arzumanlı,  Cəmil Həsənli,  tənqidçi Vaqif Yusifli, yazıçı-publisist Əkbər Qoşalı, AYB-nin sədr müavini Nazim İbrahimov, tənqidçi Əsəd Cahangir,  gənc yazar Pərvin Nurəliyeva, həmçinin digər tanınmış ədəbiyyat və mətbuat nümayəndələri iştirak edib.

Tədbirə açan AYB-nin sədri Anar kitabdakı şeir və poemalarla hələ tanış olmadığını deyib: "Kitabla tanış olmasam belə mən Sabir Rüstəmxanlının yaradıcılıq yoluna bələdəm. Sevinirəm ki, o, aktiv siyasi fəaliyyətlə yanaşı, böyük şair kimi də bir gün qələmi yerə qoymayıb. Hər zaman mühitdə baş verənləri oxucuya çatdıra bilib".

“525-ci qəzet"in baş redaktoru Rəşad Məcid qeyd edib ki, bu kitabda  həmçinin Sabir Rüstəmxanlının keçdiyi həyat yolu və siyasi fəaliyyəti də geniş yer alıb.

Millət vəkili Elmira Axundova  kitabı ilk dəfə gördüyü üçün daha geniş fikir söyləyə bilmdəyini qeyd edib. Amma buna baxmayaraq o, Sabir Rüstəmxanlı ilə bağlı ilk tanışlıq illərindən danışıb.

Sonra AYB-nin sədr müavini Nazim İbrahimov Sabir Rüstəmxanlının həyat yolunda rastlaşdıqları incəliklərin sonradan onun yaradıcılığına sirayət etdiyini vurğulayıb.

Şair Çingiz Əlioğluya görə, Sabir Rüstəmxanlı sözü daha uzaqlara yetir və o sözlərdən Azərbaycanın hər qarışı, uzaq və yaxını görünür.

Sonra tanınmış şair Musa yaqub Sabir Rüstəmxanlının şeirə məsuliyyətindən söz açıb. O keçmiş illərdən bir anı da xatırlayıb. Vurğulayıb ki, bir vaxtlar Sabir Rüstəmxanlı qeyd edib ki, şair hər zaman öz kitabına giriş sözünü özü yazmalıdır.

Şair Rüstəm Behrudi AYB-nin yeni kitab barədə danışandan sonra deyib ki, Natəvan klubunda ilk dəfə bu gün olub.

Millət vəkili Qənirə Paşayeva çıxış edərək bildirib ki, sabir Rüstəmxanlı yazılarında həyatda olduğu kimi görünən şairlərimizdəndir.

Sonra Fazil Mustafa,  Cəmil Həsənli, Asim Mollazadə, Əsəd Cahangir və digərləri çıxış edərək Sabir Rüstəmxanlının yaradıcılıq yoluna geniş nəzər salıblar.

Sonda Sabir Rüstəmxanlı tədbir iştirakçılarına öz təşəkkürünü bildirib. /teleqraf.com/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.