Şərif Ağayar - Milli təpəgözlərə
01.04.13

Var idi, yox idi, alnının ortasında yekə gözü olan qəribə bir varlıq var idi. Böyüdükcə qədirbilən ellərimiz ona təpəgöz deməyə başladılar. Bu söz onun xətrinə dəymirdi, çünki qarnının hayında idi. O, bu gözəl-göyçək, axar-baxarlı dünyaya yalnız qarnı ilə bağlanmışdı: yeməkdən doymurdu! Əgər Kür çayını qızıl külçəyə çevirib onun boğazına yönəltsən doydum deməzdi. Noolacaq! Allah belə yaratmışdı onu. Camaat taleyi ilə barışmalı idi. Gəl ki, təpəgöz böyüdükcə iştahası da böyüyürdü. Onun gündəlik azuqəsi az bir zamanda 100 qoyundan 500-ə qalxdı. Camaat bütün il boyu əsir-yesir olub təpəgözün qarnını doyurmağa çalışırdı. Amma mümkün olmurdu ki, olmurdu.

Təpəgöz bir gün ayıldı ki, 500 qoyunla iştahasının qulağını bura bilmir. Bütün bağlardakı meyvələri, həşəratları, çöl heyvanlarını, balıqları, ilanları yeməyə başladı. Yenə alınmadı. Günlərin birində qərara gəldi ki, adamların da dadına baxsın. Və baxdı... Çox dadlı idi adam əti. Üstəlik 100 qoyundan artıq ona güc və qüvvət verir, yüngüllük gətirirdi.

Camaat bir də onda ayıldı ki, təpəgöz adamları kənd-kənd, mahal-mahal yeyə-yeyə gəlir.

Ağsaqqallar, ağbirçəklər toplaşıb təpəgözə dedilər:

“Ey təpəgöz, Allahın yolundan çıxma, gün gələr o tək gözünü oyub yerindən çıxardarlar!”

Təpəgöz nəriltiylə güldü, qarnını qaşıdı. Elə bu sözü deyən ağsaqqalın birini alıb ağzına atdı.

Camaat Basat adlı igid oğlanı gözləyirdilər.

O ağ atın üstündə gəlməli, təpəgözün mağarasına gedib onu öldürməli, öldürməzdən əvvəl qılıncını odda közərdib tək gözünə soxmalı idi.

Basatsa gəlmək bilmirdi...

Camaat səbirsizlənsə də ümidini üzmürdü...

Basat gəlməli idi. Hökmən gəlməli idi! Basat gəlməsə dünya nizamından çıxar, nağılların sonunda alma düşməzdi.

Basatın ağzı nə idi gəlməsin!

Bir belə adamın ona az qala Allah qədər inanıb güvəndiyi halda... /qafqazinfo.az/

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.