Aqşin Yenisey - Bacısının günahını yuyan qardaş
02.04.13

IX əsrdə işğalçı ərəb ordusunun altı “diviziyasını” məğlub edən, amma sonda adaşım Afşinin xəyanəti nəticəsində məğlub olan xürrəmilərin təqviminə görə, artıq bahar gəlib. Əsgərlikdə hələ də hansı səbəbdən öldüyü məlum olmayan əmim oğlunun qara xəbəri ilə Novruz bayramı bizə eyni gündə gəldi. Hər ikisini qarşılamaq üçün yığışıb getdik kəndə və doğurdan da, kəndimizə həm doğma bir meyit gəlmişdi, həm də yam-yaşıl yaz. Təbiət gülür, biz ağlaşırdıq. Ölənlə ölünməz deyiblər, qəbristanlıqdan dağılışandan sonra ayda-ildə bir dəfə ya yasa, ya toya getdiyim kəndimizin yenilikləri ilə maraqlanmağa başladım və elə siftədən məlum oldu ki, kənddəki evlərin çoxunda yel vurub, yengələr oynayır, yəni lələ köçüb yurdu qalıb. Yəni, kənddəki boş daxmaların itləri hürür. Yəni, o evlər artıq ev deyil – viranədi, xarabadı.

Gör hələ nə baş verib: İki il bundan qabaq qarımış bir qız Novruz bayramında kəndin məscidini yandırmışdı. Yandırılmış məscid haqqında o vaxt şəhərə qayıdandan sonra bir yazı da yazmışdım.
Demək, iki il qabaq sübh vaxtı, uşaqların dərədə “ağırlığım-uğurluğum” deyib, axar suyun üstündən hoppandığı, itlərin hürüşmə, bayquşların ulaşma sədaları altında evlərə dağılışmışdıq ki, kəndə çaxnaşma düşdü. Qocaların sehrli “sübhənallah...sübhənallah...” avazları yarımçıq kəsildi, inəklər mıxda böyürdü, itlər ağız-ağıza verib hürüşdü, xoruzlar səsə yuxudan oyanıb hinlərdə uzun-uzadı banlaşdılar, atlar kişnədi, uzunqulaqlar anqırdı və məlum oldu ki, kənd məscidi yanır.

Kişilər gecə tuman-köynəyində, əllərində çalov, vedrə məscidə tərəf götürüldülər. “Ay qız, qara geyməyəsən, vedrəni gətir!”, “Ədə, boynun sınmasın, çalovu tap!”, “Əşi, qırağa dur, yandın!” “Ay arvad, başın batmasın, uşağı tut!” kimi fövqaladə hallar üçün nəzərdə tutulmuş deyimlər kəndi başına götürdü. Məscid kənd məktəbiylə yanaşı idi. Birində Quran oxunurdu, o birində Mendeleyevin “Elementlərin dövrü sistemi” Əvvəlcə məktəb uçub dağılmışdı, indi də məscid yanırdı.

Sözümün canı axrıncı abzasda çıxacaq.
Kənd qızlarının inancına görə, guya, İlaxır çərşənbə axşamı şam işığında qızın ərə gedəcəyi gədənin sifəti gəlib durur onun gözünün qabağında, ancaq gərək onu görməyə tək gedəsən, yanında başqa adam olanda gədənin xəyalı özünü mataha mindirir, gözə görünmür. Görüş yeri haradı? Kəndin məscidi. Bu qarımış qız da düz otuz il nəzir-niyaz verib, şam yandırıb, ancaq gözünə bu otuz ildə bir bəni-insan övladının xəyalı görünməyib ki, görünməyib. Həhayət, bayramdan-bayrama şam yandıra-yandıra yaşı əllini ötüb, yəni artıq istifadə müddəti bitib. Məscid sahibi onun bütün yaşıdlarını ev-eşik yiyəsi, oğul-uşaq sahibi etsə də, bu qızın arzularını, bir növ, qulaqardına vurub və on yeddi yaşından başlayaraq hər il bəxt dalınca məscidə ayaq döyən qız, axır ki, məscid tərəfindən get-gələ salındığını anlayıb və qisas almaq fikrinə düşüb.

Yenə İlaxır çərşənbə gecəsi niyyət bəhanəsiylə məscidə gələn bu çarxı çevrilənin qızı lal-dinməz yandırdığı şamın dabanını nəlbəkiyə deyil, kilimə yapışdırıb və qayıdıb evlərinə. Day onun həmin gecə məscid sahibi ilə nə danışdığı heç kimə agah deyil. Yəqin, deyib ki, a kişi, məni niyə bu vaxta qədər girinc-giriftar elədin, get-gələ saldın? Niyə bir çolaqdan, topaldan qarşıma çıxarmadın? Sənə nə pisliyim dəymişdi? Kimin qızından əskik idim, kor idimmi, şil idimmi?

Bu, iki il bundan qabağın söhbətidir. İndi naməlum sevgilisinin uğrunda məscidi yandıran qız əlini hər şeydən, hamıdan üzüb, qaxılıb oturub dədəsinin xarabasında.
Amma onun Rusiyaya köçmüş qardaşı kənddə boş qalan evini məscid elan eləyib. Qocalar hər gün gedib bu evdə namaz qılırlar.
Bacıların günahını çox vaxt qardaşlar yuyurlar. /simsar.az/

Yenililklər
12.06.25
Mehriban Vəzir "Rəng mühəndisi" haqqında - Bundan sonra heç nə yazmasa belə... bəsidir
09.06.25
Xatirəsi vətən oldu ömrümə!
09.06.25
Hər il 9 iyun gələndə...
01.06.25
Şərif Ağayarın yeni romanının təqdimatı olub
28.05.25
Şərif Ağayarın yeni romanı təqdim olunacaq
20.05.25
AzTV-də yeni sənədli film - Azərbaycanlıların deportasiyası (1948-1953)
19.05.25
Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib
19.05.25
Bakıda beynəlxalq moda həftəsinin ilk mövsümü – MBFW Azerbaijan başa çatıb
17.05.25
“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.