Niyazi Mehdi - Səbəbiyyət inam

03.04.13

Ötən həftənin iki olayı məndə dini düşüncələr oyatdı, onları danışım. Anlatmaq üçün “determinizm” terminini açım. Bu söz gerçəklikdə hər nəsnənin səbəbdən gəldiyini bildirir. “Səbəbsiz heç nə olmaz” tipik determinist cümlədir. Türklər “səbəb” terminini çox düzgün olaraq “nədən” sözü ilə bildirirlər. Yəni nəyinsə nədən olmasını biləndə onun səbəbini bilirsən. Determinizm dünyada olanları elə qanunlarla açır ki, onları səbəbi göstərən adlandırmaq olar. Səbəbi bilmək insanda sabah nəyin olacağı ilə bağlı inam yaradır.

Determinizm özünü çox güclü şəkildə bizim sağlamlıq düşüncələrimizdə göstərir: siqaret çəkmə, idman et, düzgün ye, çox yaşayacaqsan. Bizdə hətta yüksək səviyyəli tibb haqqında da determinist inam var: tutalım, alman təbabəti bəzi istisnalarla çox xəstəlikdən sağalda bilər. Ancaq elədirsə, 60-65 yaşlı hansısa varlı almanın ölümünü necə anlamalı?

Zolotuxinin ölümündən dağılmış determinizm

Bax, bu paradoksları düşünürdüm ki, ötən həftə rusların ünlü aktyoru Valeri Zolotuxinin ölüm sorağı gəldi. Bu adam 30 il idi ki, ağzına ət almırdı. Balıq və pəhriz yeməkləri yeyirdi . Hər səhər sarımsaq udurdu ki, potensiyası güclü olsun. Yaşamı romantik ilişgilərlə dolu idi, hətta iki arvad saxlayırdı, axırıncı qadını özündən 30 yaş cavan gözəl aktrisa idi. Hər gün Zolotuxin yoqaların məşhur pozasında başıaşağı iki əlləri üstə dururdu. Bu pozanın faydası beyinə qanın yaxşı vurması idi.

Və birdən soraq gəldi ki, Zolotuxinin beynində elə bir şiş əmələ gəlib ki, bıçaqla kəsmək olmayıb, bundan da ölüb.

Bu kimi olaylar insan sağlamlığı ilə bağlı bizim determinist təsəvvürləri darmadağın edir. Mən bir qadın tanıyıram, sapsağlam və yaraşıqlı idi. 30 il bundan qabaq 30 yaşında sinirlərinə nəsə oldu, ağır xəstəlik tutdu, göz qabağındaca əridi, üzü qorxunc cizgilər aldı, beli əyildi, əsa ilə gəzməli oldu. Ancaq bu halında hələ də yaşayır və görürəm ki, zorla yerisə də dükan-bazara özü gedir. İdmanla məşğul olan, yeməyinə fikir verən Zolotuxin öldü, onun yaşında olan xəstə qadın isə hələ də yaşayır, Allah canını sağ etsin!

Bax, belə olaylar düşüncə yaradır: yaşı da, ömrü də Allah verir. Onun üçün də idman-filanın xeyri yoxdur. O biri baxış isə tam deterministdir, idman et, həkim nəzarətində ol ki, çox yaşayasan.

Bu iki uzlaşmayan baxışları bəzi şərtlərdə birləşdirmək olar. Allah-təala çox orqanizmləri determinizmin ixtiyarına buraxır. Belə olanda sağlam yaşam şərtlərinə əməl etmək səbəb-nəticə prinsipində adamın ömrünü uzadır. Əgər adam sağlam yaşam qaydalarına əməl etmirsə, yenə determinizm xətti onu ağır xəstəliyə, ölümə düçar edir. Ancaq Allah-təala dünyanı tam determinizmə tabe etsəydi, ona yer və ümid qalmazdı. Bu, Tanrının prinsipidir, determinizm mexanizmini qurub olayların avtomatizmini yaratmaq. Ancaq o biri yandan, determinizmi pozan möcüzələr yaratmaq ki, dünyada iradəsi sezilsin. Siqaret çəkə-çəkə 90 il yaşayan, 75 yaşında məclisdə 200 qram araq içməyi bacaran adamların orqanizmini Allah-təala determinizm prinsipinə yer-yer qalib gələn möcüzə üstündə qurub. Burdan çıxan sonuc: Zolotuxin kimi adamların ölümü insanın əlini soyutmamalıdır ki, idmanın, sağlam yeməyin xeyri yoxdur. Eləcə də sən determinizmə çox inanmamalısan ki, filan səbəblərə görə çox yaşayacam.

Palermo möcüzəsi

Ötən həftənin ikinci olayı Palermoda baş verib. Zəngi olan qüllədə ibadət görünüşündə bükülmüş rahibə qadın peyda olub və üç həftədir ki, aşağıdan baxanların gözü qarşısındadır. Skeptiklər söyləyir ki, bu görünən insan ruhu deyil, optik oynaşmadan alınan şəkildir. O biriləri möcüzə olduğunu deyirlər. Bir fotoqraf qüllədəki işıq-kölgədən, şüanın necə düşməsindən görüntünün izahını verib. Ancaq irəlidə söylədiyim durum burada da özünü göstərir. Dünya determinizmlə baş verir. Di gəl, dünyada determinizm total deyil. Allah-təala determinizmi hərdən öz möcüzələri ilə sındırır ki, insanlar Allahın bu dünyada heç nə etməməsi düşüncəsinə gəlməsinlər. Fotoqraf hətta optikanın qanunları ilə görüntünü sübut etsə belə, bir düşüncə gücünü saxlayır: Allah-təala elə optik situasiya yaradır ki, qüllədə ibadət edən rahibənin görüntüsü peyda olsun və o qadının ruhu da bu görüntüdə özünə vizuallıq tapsın.

Bu iki olayı açanda mən istədim Tanrı ideyasına qalib gələn determinizmin yerinə determinizmə qalib gələn Tanrını qoyum./teleqraf.com/

Yenililklər
11.11.19
Bəsirə Əzizəli - Məhəmməd İqbal və türk sədrəzəmi  Səid Həlim Paşa
09.11.19
Bədrxan Əhmədlinin “Türkçülüyün üçlü formulu. Nəzəri və tarixi aspektləri” kitabının müzakirəsi keçirilib
09.11.19
Bolqarıstanda Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” çap olunub
09.11.19
Qürbətdə kabusa dönüb yuxulara gələn xatirələr
09.11.19
Bəxtiyar Aslanın “Üç əqrəb zamanı” kitabının təqdimatı keçirilib
06.11.19
“Cəlil Məmmədquluzadə 150 il” kitabının təqdimat mərasimi keçirilib
06.11.19
“İçərişəhər”də Dövlət Bayrağı Günü münasibəti ilə dəyirmi masa keçirilib
04.11.19
Bolqarıstanda Nəsiminin “Mənim müqəddəs məbədim” kitabı çap olunub
04.11.19
Elyar Təbrizli - Mirzə Melkumun siyasi fəaliyyəti və düşüncəsi
01.11.19
 Mədəniyyət Nazirliyi ssenari müsabiqəsi elan edib
01.11.19
Cavanşir Yusiflinin yeni kitabı nəşr olunub
01.11.19
Şahbaz Xuduoğlu məşhur əsəri dilimizə çevirdi
31.10.19
Fərid Hüseynin poetik dünyası
31.10.19
"Ulduz" jurnalının oktyabr sayı işı üzü gördü
31.10.19
Aqşin Yeniseyin yeni romanı çap olunub
31.10.19
Vaqif Yusiflinin “Qanadlandıq uçmağa” kitabının imza günü keçirilib
31.10.19
Qalib Şəfahətin iki kitabı işıq üzü gördü
30.10.19
Dr. Məhəmmədrza Batini İsfahani - Fars dili qeyri-məhsuldar dildir
29.10.19
"Qanun"dan iki yeni kitab
29.10.19
Milli Kitabxanada “İsi Məlikzadə. Qatarda” hekayələr toplusunun təqdimatı olub
29.10.19
Gözəl göy gözlərini mən ovum dimdiyimlə
29.10.19

"Poetika.izm" jurnalının yeni sayı çıxıb

29.10.19
Dilçilik İnstitutunun əməkdaşları Türkiyədə beynəlxalq simpoziumda iştirak edib
25.10.19
Naşir Müşfiq Xan: “Kitab şokolad qutusu deyil ki, onu yeri gəldi, gəlmədi hədiyyə edəsən” - SƏNƏT VƏ SÖHBƏT
25.10.19
Instagram poeziyası - Qədim sənətin yeni forması
24.10.19
Ülvi Babasoy - Seymur Baycanın hekayələri daha çox Mopassanvaridir
23.10.19
Səxavət Sahil - Homerə uduzan Hesiod
23.10.19
Nobel mükafatının layiqli sahibləri, yoxsa bəxtləri üzlərinə gülənlər?
23.10.19
Muhsin Kadıoğlu - Kələbək simvolları
23.10.19
“Hədəf”dən 30 000 manatlıq kitab hədiyyəsi
23.10.19
Uluslararası Vizyon Üniversitesinde uluslararası konferans düzenledi
22.10.19
Nəsiminin qəzəlləri on beş dildə nəşr olunub
21.10.19
VI Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı Simpoziumu  keçirilib
21.10.19
“Akademik Məmmədağa Şirəliyev və Azərbaycan dilçiliyi” mövzusunda elmi sessiya keçiriləcək
21.10.19
“Kitabi Dədə Qorqud”un Drezden nüsxəsinin qazax dilində təqdimatı olub
18.10.19
Səxavət Sahil - Obrazı necə yaratmalı?
18.10.19
“Bir şeir” yarışmanın qalibləri mükafatlandırıldı
18.10.19
Türkiye üzerinde oynanan satranç oyunu
16.10.19
Beynəlxalq Türk Akademiyasının Azərbaycan nəşrlərinin təqdimatı keçirilib
15.10.19
"Buker"in qalibləri Marqaret Etvud və Bernardin Evaristo oldu
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.