Aydın Xan - Sünnət oğrusu...
04.04.13

Mirzə Cəlilin ruhuna ərməğan edilir...

(həyatı hekayənin ikinci bölümü)

Oxuduğunuz, beş-altı il bundan öncə baş vermiş bu real hadisə dünya ədəbiyyatında ilk elə hekayənin ikinci hissəsini təşkil edir ki, onun birinci yarısı hələ yazılmayıb.

Zira əgər istəsəniz, mən sizə bu hekayənin ilk yarısının mabədini danışa bilərəm: iki oğlum var ki, onların da şəkillərini bu yazının yuxarısında siz artıq görmək imkanını əldə etmisiz.

Bir gün, daha dəqiq desəm, ayıb olmasın, oğlanlarımdan Nihad adlı balacası dünyaya gələndən qırx gün ötmüş kənddəki ata və anamdan ibarət valideynlərim, eləcə də onlara qoşulmuş, pulunun artığından durub iyirmi ildən artıq yaşadığı qonşu Rusiyadan doğma obasına - evini tikməyə gələn böyük qardaşım Rizvan mənə - cib telefonuma - zəng açdı.

Onlar mənə iki oğlan uşağımın müsəlman etməyin zamanının çatdığını bildirib, təcili ata ocağına baş çəkməyimi, hər islaminanclı kəsin savab əməlində şəxsən iştirakımın vacib olduğunu təkidlə söylədilər.

Mənim çağdaş sivil dəyərlərindən bəhs açmağım, inkişaf etmiş ölkələrdə hətta rotveyler tipli itlərin quyruqlarını kəsmək məsələsinin qanunla qadağan edildiyini xatırlamağım, gələcəkdə bu cüvəllağıların - oğlanlarımın böyüyüb, şəxsimi Avropa İnsan Haqları Məhkəməsinə verərək böyük miqdarda təzminat alacaqlarından çəkindiyimi dilə gətirməyim, daha başqa-başqa qorxulardan danışmağım da bir işə yaramadı...

Beləcə, onlar hər iki oğlumu “topdan” sünnət etdilər...

Dağdan gəlib bu işi ustalıqla yerinə yetirən bir yaşlı dəlləkdən zavallı oğlanlarımı qoşa “kəsdirməyə” görə güzəşt əldə etdiklərindən, yarım saatın içində savab qazandıqlarından yazmaqla oxucunun vaxtını almaq fikrində deyiləm.

Heç o barədə də yazmıram ki, uşaqların dərilərini soymaqları – kəsmələri azmış, hələ üstəlik, bu zülmü el şənliyi formasında - kiçik toy şəklində bayram etməklərini də indinin özündə də yada salmaq məndən ötrü cəhənnəm əzabı kimi bir dərddir: o ağrını da sizinlə bölüşmürəm...

Bu dəhşətli fakta şərik çıxmasam da, uşaqların kiçik toyunda mütləq iştirak etməliydim deyə, kənddə yollandım: nə başınızı ağrıdım: orada baş verən tragikomediyanın əsl kefli İskəndəri kimi paytaxta – Bakıya dönəndə, yay tətilini kəndə keçirən xanımım mənim cibimə balaca bir bükülünün soxduğunu görüb soruşdum:

- Nədi, yenə başına fırlandığım qardaşım Rizvan həyat yoldaşından gizlin mənə əlavə “maliyyə yardımı” edib. Cibi bol olsun, Allah əvəzini yetirsin.
Xanımım bir balaca qızarıb tez-bazar aydınlıq gətirdi:

- Xeyr, ayıb olmasın, bu uşaqların sünnətindən qalma artıq dəridir, şəhərə çatsan aparıb nazirliklərin birinin həyətində yerə basdırarsan.

(Düzdür, daha yuxarıları dedi, mənsə siyasi-mentalitet yanlışlığa yol verməməkdən ötrü bu yeri bir qədər yumşaltmalı oldum...) Qoy bizimkilərin də bəxti oyansın. Uşaqlarımız böyüyəndə yaxşı vəzifələrdə çalışsınlar...

“Aman Allah, mən neçənci əsrdə ilişib qalmışam?” – düşünsəm də, evdəkilərin qəlbini sındırmayıb dinmədim.

Əslində bu hekayənin ikinci bölümü də məhz bundan sonra baş verdi ki, indi o haqda sizə ürək dolusu danışmağa həvəsliyəm...

Əziz dostlar, elə təzəcə paytaxta çatıb metroya minmişdim ki, gəlib düşdüm adam tıxacına: üst-başımdan tutmuş, ta ayaqlarıma qədər məni yaxşıca əzən insanların məngənəsindən necə qurtulub özümü avtobusa saldım, orada da özümənifrət duyğularının içində necə çalxalandımsa, mənzilbaşına çatmağım, it günündə, dəvə yorğunluğuyla nətəhər yatağa sərilməyim, səhərə kimi fil qulağında ayı yuxusuna necə getdiyimi heç özüm də bilmədim, o ki, qala sizə nəql edəm.

Bir sözlə, səhər ertədən cib telefonumdakı zil musiqi sədası altında yerimdən dik atılıb zəngə cavab verəndə, yoldaşımın incik səsindən özümə qayıtdım:
- Verdiyimi hansısa prestijni nazirliyin həyətində yerə basdırdınmı?

- Ay qız, bir imkan ver özümə gəlim...

Pencəyimin ciblərini yoxlayanda, halım çox pərişan oldu: deyəsən hələ indi mənə aydın oldu ki, dünənləri metronun basabasında iki qarayanız oğrusimalı cavan oğlan niyə sifətimə hırıldayırdı...

Cibgirlər cibimdəki oğlanlarımın artıq ətindən – sünnət ərməğanından ibarət səliqəli bağlamaçanı pul bilib çırpışdırmışlar.

...İndi belə çıxırdı ki, oğlanlarım cibgir, ya da oğru-quldur olacaqlar, əgər böyüyənə qədər dünya dağılmasa, ölkəmizdə çevirilişlər olmasa, nə bilim, qlobal istiləşmə bizi əritməsə!?

Əgər işdi, onlara yaxşıca təhsil verə bilməsəm və oğlanlarım irili, yaxud xırdalı məmur olsalar, bizim indiki inhisarçı bürokratlar kimi büdcə talançısı, ya da rüşvətxora çevriləcəklər?!

Özüm də məəttəl qalmışam: işdi-şaiyət, əgər bu hekayəti oxuyanlar arasında həmin iki cibgir, yaxud onların tanışlarından bir kimsə olsa, çox xahiş edirəm, o bağlamaçanı özümə qaytarsın.

Mümkün deyilsə, onu, heç olmasa, ən yaxşı halda, Universitetlərin birinin həyətinə, ya da Nazirliklərin, dövlət idarələrinin həyətində basdırsın: ən pis halda, “Palmali” kimi iri şirkətlərin birinin binasının damına tullasın – hədiyyəsi, zəhməthaqqısı məndən...

Yenililklər
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.