Borxesin müsahibəsi - Şeir haqqında söhbət

05.04.13

Osvaldo Ferrari. Qədim Şərq rəvayətlərinə görə Adəm cənnətdə şeirlə danışırmış...

Xorxe Luis Borxes. Bundan xəbərim yoxdur. Bircə onu bilirəm ki, o qədim yəhudi dilində danışırmış, çünki Koldricin (Samuel Taylor Coleridge – ingilis şairi) atası (o özü ingilis kəndlərindən birində protestant keşişi idi) moizələrində belə deyirdi və kilsəyə gələnlər moizələrini Müqəddəs Ruhun qədim dilində uzun ayələrlə zənginləşdirdiyi üçün ona minnətdarlıq duyurdular. Bu dil təbii olaraq elə qədim yəhudi dili idi. O, dünyasını dəyişəndə onu ya qədim yəhudi dilini bilməyən, ya da yəhudicə danışmaq vərdişləri olmayan başqa bir keşiş əvəz edir. Ona görə də, kilsəyə gələnlər özlərini aldanılmış kimi hiss etməyə başlayırlar, onlar əvvəlki keşişin dilindən heç nə anlamasalar da, buna görə məyus deyillərmiş. Möizəçinin Müqəddəs Ruhun qədim dilində, yəni qədim yəhudicə danışması onların xoşuna gəlirmiş. Yeri gəlmişkən, ser Tomas Braun hardasa deyib ki, o iki uşağı (söhbət Romanın əsasını qoyan Romul və Rem adlı oğlan uşaqlarından gedir) körpəlikdən meşəyə buraxmaq maraqlı olardı ki, qoy cəmiyyətdən təcrid olunub heç kimi yamsılaya bilməsinlər. Bəlkə, onda “edemdə”, ya da başqa adıyla cənnətdə ilk dilə gələn sözün qədim yəhudi sözü olduğunu görərdik. Onun fikrincə, uşaqlar mütləq bu dildə danışacaqdılar. Deyəsən, belə bir eksperiment də aparılıb, amma uşaqlar danışa bilməyiblər, ancaq qırıq-qırıq səslər çıxarıblar. İki uşağı cəmiyyətdən təcrid edib, öz başına buraxaraq yeni bir dil yaradacağını düşünən insanın aqibəti bax belə olub.

- Bu həm də ilkin dil olacaqdı...

- Qədim yəhudi dili elə həmin ilkin dildir! Amma Adəmin şeirlə danışdığını bilmirdim. Lakin Kabbala (yəhudilərin müqəddəs kitabı) haqqında oxuduğum bir kitabda (bu Kabbala haqqında yazılmış nadir kitablardan biriydi) Adəmin ən görkəmli tarixçi, ən böyük filosof, ən mahir riyaziyyatçı olduğuna rast gəlmişdim. Axı Adəm özü elə Tanrının əlindən çıxmışdı, çünki o kamil halda doğulmuşdu və Tanrının özü və mələklərindən dərs almışdı. Həm də belə ehtimal edilir ki, o həddən ziyadə uca boya sahib imiş və onun nəsli hələ də cırlaşmaqdadır. Leon Bluanın (Leon Bloy – fransız yazıçısıdır) çox gözəl bir sözü var, o deyir ki, Adəm cənnətdən qovulanda alov olmaqdan çıxdı, sönməkdə olan kömür parçasına çevrildi. Belə bir iddia da var, güya Kabbala özü olduqca qədimdir. Güya onu elə mələklər Adəmə öyrətmiş, Adəm Kain və Avelə, (Adəmin oğlanları Qabil və Habilin İncildəki adıdır), onlarsa öz övladlarına. Beləliklə, bu ənənə nəsildən nəsilə keçərək orta əsrlərə qədər gəlib çıxıb. Biz indi yenilikçi ideyaları dəyərləndiririk, lakin əcdadlarımız belə olmayıblar. O vaxtlar bir ideyanın hörmətlə qarşılanması üçün çox qədim olması vacib idi. Ola da bilsin, qədimlik ilk kabbalisti kimi qarşımıza çıxan Adəmin özündən daha uzaq bir tarixi ifadə edir.

- Deməli, o elə Müqəddəs Ruhun təlim verdiyi ilk insandır.

- Əlbəttə, bu halda, demək, mələklər özləri də kabbalisti idilər. Mələklərsə Tanrıya çox yaxındırlar.

- Necə olursa olsun, biz ədəbiyyatın poeziyayla başladığını bilirik...

- Hə və Adəm haqqında rəvayət də elə bunu təsdiqləyir.

- Mütləq elədir.

- Bildiyim qədər qədim yəhudi şeiri haqqında çox az şey deyilib. Bircə aparılan müqaisələri saymasaq, bu, belədir. Düz deyirəm? Axı qədim yəhudilərdən bizə qalan dini mətnlərdəki surələrdə hecaların müəyyən sayla təkrarlanması yoxdur, heç bir ahəng və alliterasiya yoxdur. Amma əlbəttə, orda ritm var, hətta Uolt Uitmen (Walt Whitman – amerikan şairi) bir qədər gecikmə ilə şeirlərində onları təqlid edib canlandırmağa çalışdı.

 - Canlandırdı da.

- Bilmirəm canlandırdı ya yox. Amma istənilən halda o, Davudun psalmlarından sapıb, İncilin ingilis yepiskopları tərəfindən edilmiş tərcüməsinə əsaslanıb.

- Borxes, sizin şeiriyyat haqqında məni çox maraqlandıran fikirləriniz olub; misal üçün siz həqiqətə əsaslanan istənilən şeiriyyatın istisnasız yaxşı olacağını deyibsiniz.

- Yəqin ki, həqiqətə ya da mütləq uydurmaya əsaslanan şeiri nəzərdə tutmalıydım. Doğrudur, bunlar ziddiyyət təşkil edir, amma iş orasındadır ki, uydurma da həqiqətə uyğun gəlməlidir. Məncə şair təsəvvür etdiyinə inanmalıdır. Məncə, şeirdə söz oyunlarının istifadə edilməsi olduqca zərərlidir. Doğrudur, bunun köməyi ilə hansısa ritmə nail olmaq mümkündür. Amma məncə, bu da yanılmadır. Siz razısınız?

- Bəli, belə anladım ki, sizi xüsusilə emosional həqiqət maraqlandırır.

- Hisslərin həqiqəti, belə ki, mən hansısa bir əhvalat uydururam, fərqi yoxdur bu fantasitk ya da uydurma əhvalat ola bilər, özlüyümdə bunun uydurma olduğunu bilirəm. Lakin bunu necə yazdığıma inanmalıyam. Bu həm də Koldricin fikrinə uyğundur. O demişdi ki, poetik dürüstlük şübhə yolunun bir dəqiqəlik qapanmasıdır.

- Möhtəşəm sözdür!

- Bax bir misal çəkim: tutaq ki, kimsə teatrda “Maqbet” tamaşasına baxır. O, burda oynayanların geyindirilib bəzədilmiş aktyorlar olduğunu bilir, lakin gözlərinin önündə cadügər qarının, öz vicdanının və arvadının ucbatından məhz arvadının qatilinə çevrilən Maqbetin dəhşətli taleyinin canlandığına inanır.

- Şübhəsiz ki.

- Yaxud da biz rəsmə baxırıq və orda gördüyümüz mənzərəni heç də kətana çəkilmiş boyalar kimi yox, həmin yerin kətan üzərində əksi kimi, həmin yerə açılan bir pəncərə kimi düşünməyə çalışırıq.

- Əlbəttə. Siz həm də “musiqi” sözünü şeirə də tətbiq edilə biləcəyini demişdiniz. Ya yanlışlıqla, ya da metafora kimi nitqin də xüsusi ahəngi olduğu deyilir.

- Məncə, Bernard Şounun “word music” (söz musiqisi) adlandırdığı musiqini duymaq üçün musiqi duyumum var. Lakin insturmimetnal və vokal musiqiyə qarşı belə duyumum yoxdur, ya da çox zəifdir. 

- Bunlar iki fərqli qabiliyyətdir.

- Hə, əlbəttə, bu iki duyum məndə fərqli ölçüdədir. Mən elə musiqiçi ilə söhbət etmişəm ki, söz musiqisini duymaq qabiliyyəti tamamilə yoxdur. O, nəsrdəki ritmin gözəlliyini ya da poetik beytlərin ahəngini duya bilmirdi.

- Sizin başqa bir fikrinizə görə isə şeirdə metaforasız da keçinmək mümkündür.

- Məncə, mümkündür, ancaq müəyyən çərçivədə... Bax Emerson "bizim nitqimiz şeirin çox köhnəlmiş forması olduğunu" – deyir. Belə ki, bizim indi işlətdiyimiz bütün mücərrəd mənalı sözlər ilkin formasında konkret mənaya malik olub, daha sonra isə metaforanın təsiri ilə şəklini dəyişib. Lakin indi mücərrəd düşüncəni anlamaq üçün gərək onların fiziki köklərini, yəni hər bir sözün etimoloji kökünü unudaq. Çünki bu, əslində, metaforadır.

- Hə, ona görə ki, metafora sözünün etimoloji mənası da çox maraqlıdır...

- Köçürmə deməkdir.

- Mənanın köçürülməsi...

- Doğrudur, amma metafora elə metaforadır; yəni “metafora” sözü öz özlüyündə sərbəst, müstəqil mənaya malikdir.

- Bəli, hər şeyin simvolik mənası var. Bax mənim üçün olduqca maraqlı görünən bir fikir də var: bunu həm Rilkedə (Rainer Maria Rilke – alman şairidir), həm də sizdə görmüşəm, amma fərqli formalarda. Rilke deyir:  “Gözəl olan dəhşətin başlanğıcından başqa bir şey deyil”. Siz şeiri dəhşət hissi ilə birləşdiribsiniz. Yəqin, bunu qədim kelt şarilərini düşünərək deyibsiniz. Sizin fikrinizə görə şeirin əsl mahiyyəti heç də insana əyan deyil. Siz İncildən “İnsanın Tanrını bircə anlığa görməsilə bağrı çatlayıb öləcəyini” misal gətirərək, belə nəticəyə gəlirsiniz ki, buna bənzər bir şey şeirdə də baş verir.

- Mənim qədim əfsanəyə əsaslanan bir hekayəm var. Orda kralın sarayı haqqında poema sifariş verdiyi bir kelt şairindən bəhs edilir. Şair bu poemanı yazmaq üçün üç il ərzində üç cəhd edir. İlk iki cəhdində kralın hüzuruna əlyazması ilə birgə gəlsə də, yazdığını krala bəyəndirə bilmir. Üçüncü cəhdində isə o əlyazmasız gəlir və krala bircə söz deyir: bu “saray” sözü olmasa da, “saray”ın mahiyyətini ən kamil şəkildə ifadə edən bir söz idi. Elə bu dəmdə, şair ağzından o özü çıxaran kimi saray yoxa çıxır. İndi ki, onu bircə sözə sığışdırmaq mümkün oldu. Deməli, bundan sonrakı varlığının heç bir mənası yoxdur.

- Bu, bir növ şeir və sehirdir.

- Hə, təqribən elə bir şeydir və bunun görə kral şairi xəncərlə mükafatlandırır. Çünki şair kamilliyə çatıb, o, lazımi sözü tapıb və indi onun varlığının bir mənası yoxdur. Bundan sonra o bu dünyada artıqdır. Axı həm də ona görə ki, şair gerçəkliyi əvəz edəcək bir söz tapmaqla bir növ müqəddəs olan şeylərə qarşı hörmətsizlik etmişdi. Məgər insana belə bir hərəkət etməyə icazə verilib? Məgər onun varlığı əvəz edəcək bir söz tapmağa haqqı var?

- Sizin dedikləriniz mənə, qədim zamanlarda ruhanilər arasında hansısa bir şəhərin adını sirr kimi saxlamaq ənənəsini xatırlatdı.

- De Kuinsi (Thomas De Quincey – ingilis yazıçısı) bu ənənədən danışarkən Romanı misal gətirir və bir romalının bu şəhərin gizli adını açıb dediyi üçün edam cəzası aldığından bəhs edirdi. Daha sonra isə De Kuinsi əlavə edir ki, şəhərin gizli adı o qədər titizliklə qorunurdu, bu, bizim dövrümüzə gəlib çatmayıb.

- Tamamilə aydındır.

- Bu o deməkdir ki, kim Romanın gizli adını bilsə, bu şəhərin sahibinə çevriləcək. Çünki bir şeyin adını bilmək onun üzərində ağalıq etmək deməkdir. Elə burda sizinlə nə vaxtsa danışdığımız Tanrının gizli adı ilə bağlı söhbətin yeri gəldi. Belə rəvayət olunur ki, Tanrı əsl adını Musadan gizləmək üçün özünü “Mən var olanam” deyə təqdim edir. Martin Buber (Martin Buber - yəhudi əsilli avstriya filosofu) belə hesab edirdi. 

- Bəli, amma gəlin əvvəlki mövzuya qayıdaq. Deyə bilərsinizmi, şəxsən sizin özünüzdə şairlik ya da şeirlə dəhşət və ya gözəllik arasında hansısa bağ var? Yadınızdadırsa, bayaq bununla bağlı ötəri də olsa, bəhs etmişdik.

- Müxtəlif zamanlarda şairin həm gözəllik, həm də dəhşət arasında bağlılığı olduğunu düşünmüşəm. Ona görə ki, əvvəl bizim gözəlliyə layiq olmadığımızı hiss edirdim. İndi isə belə nəticəyə gəlmişəm ki, biz gözəlliklə kifayət qədər tez-tez qarşılaşırıq. Onda nəyə görə onu salamlayıb, qonaq kimi qəbul etməyək? 

Çevirdi: Namiq Hüseynli
Qaynar.info

Yenililklər
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.