Homoseksuallıq utanılası bir şey deyil – Ziqmund Freydin məktubu
08.04.13

Ziqmund Freyd 1935-ci ildə oğlunun xəstəliyinə əlac axtaran anadan məktub alır. Onun oğlu homoseksual idi. Freyd düşünürdü ki, bütün insanlarda bəzi hallarda hər iki cinsə qarşı meyl olur. O, homoseksual oğlanın anasına aşağıdakı məktubla cavab verir. Məktub sonradan Alfred Kinseyin (tər. Amerikalı seksopatoloq) əlinə keçir və 1951-ci ildə Amerika Psixatriya jurnalında yenidən dərc olunur.

Əziz xanım (məktubda ad silinmişdir)
Məktubunuzdan belə başa düşdüm ki, oğlunuz homoseksualdır. Oğlunuz haqqında məlumat verərkən, nədənsə bu termini məktubda qeyd etməmişsiniz, yəni utanırsınız, bu isə məni mütəəssir etdi. Soruşmaq istəyirəm ki, sizə niyə belə edirsiz? Əlbəttə homoseksuallıq heç də yaxşı şey deyil, amma eyni zamanda bundan utanmağa da gərək yoxdur, bu, qüsur deyil, buna görə üzülməyə dəyməz.
Homoseksuallığa hər hansısa bir xəstəlik kimi baxmaq olmaz. Biz bunu seksual fəaliyyətin bir növü hesab edirik və bu, cinsi istəyin boğulması nəticəsində meydana gəlir. Qədim zamanlarda və elə indilərin özündə elə şəxslər vardır ki, onlar da homoseksual olmuşlar, bunlardan məşhurlar Platon, Mixelancelo və Da Vinçini misal göstərmək olar. Homoseksuallığı cinayət hesab etmək ən böyük ədalətsizlik və qəddarlıq olardı. Əgər mənə inanmırsınızsa o zaman Havelok Ellisin (tər. Britaniyalı fizik, yazıçı, homoseksuallıq üzrə dərsliyin müəllifi) kitablarını oxuyun.
Əgər mənim köməyimi istəyirsizsə, onu deyim ki, homoseksuallığı aradan qaldırası olsam, bunun əvəzində heteroseksuallıq yaranacaq. Və bu nəticəyə nail olacağımıza söz vermirik. Bir neçə dəfə homoseksuallarda görünən heteroseksual meylin çürümüş rüşeymlərini inkişaf etdirməkdə uğur əldə etmişik. Bu isə fərdin xarakteri və yaşından asılı olan bir şeydir. Müalicənin nəticəsi yaxşı olmaya da bilər.
Oğlunuzun analizi bir neçə xətt üzrə inkişaf edəcək. Əgər o, özünü bədbəxt hiss edərsə, sinir sistemində və sosial həyatında problemlər yaranarsa, bu analizlər ona özünü yaxşı hiss etməsində kömək ola bilər. Bu analizlər ya ona harmoniya gətirəcək, ya onu homoseksual olaraq saxlayacaq, ya da onu dəyişəcək. Əgər siz oğlunuzun analiz almasında qətiyyətlisinizsə, – doğrusu mən buna əmin deyiləm – o, təcili olaraq Viennaya təşrif buyurmalıdır. Hələ ki, burdayam. Cavab yazmağı unutmayın.
Ən xoş arzularla Freyd

P.S: Sizin məktubunuzu oxumaq mənə çətin olmadı, güman edirəm sizə də mənim məktubumu oxumaq çətin gəlməz, onu deyim ki, ingiliscəm bir qədər zəifdir.
1955-ci il, 9 aprel
Prof. Ziqmund Freyd

Tərcümə: Namiq Bağırlı
Kult.az

Yenililklər
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.