Stefano Benni - Alisa – Yeni tərcümə
08.04.13

Stefano Benni (1947), italiyan yazıçı, şair, dramaturq, ssenarist və jurnalisti. Bir sıra ədəbi mükafatlara layiq görülüb.


Hekayə

- Sən nə qədər siqaret çəkirsən, balaca qız?
- Gündə iki qutu, o da pulum olanda.
- Gündə iki qutu? Çox deyilmi?
Səssizlik
- Sənə görə deyirəm, çünki çox çəkirsən.
- Belə vaxtım daha tez keçir.
- Bəs pulu haradan alırsan?
Səssizlik
-Bomjlar kimi burada təkbaşına nə edirsən? Neçə yaşın var?
-On altı.
-On altı yaşın var və burada təkbaşınasan?
-Bəs sənin neçə yaşın var?
-Əlli.
-Əlli yaşın var və ancaq balaca qızlarla boş-boş danışmaq üçün veyillənirsən?
-Heç kilsəyə getmirsən?
Alisa fınxırdı və ayağa qalxdı. Əslində, o olduğu yerdə söykənməkdən, dəmirlərin kürəyini isitməsindən məmnun idi, amma nə etmək olar, mərdimazarlar da qara buludlar kimi hər zaman gözlənilməyən vaxtda gəlirlər. Indi onun kürəyi isti olsa da, üzü donmuşdu.
“Hər zaman yarı isti, yarı soyuq oluram” – o düşündü.
Bir siqaret yandırdı və parlaq neon işıqlarının, Ticarət palatasının təriflədiyi sayrışan Milad kometalarının altında addımladı. Onun məhəlləsində yalnız bir neçə Milad ağacı var idi – öz oyuncaqlarını küçədə nümayiş etdirən fahişə bir küknar ağacı.
Şəhərin mərkəzi daha çox işıqlı, şəhər kənarı isə, demək olar ki, qaranlıq idi. Mağazaları isə görməliydiniz, hətta adamlar da onun içində itib batardı.Vitrinə baxmaq üçün bir az dayandı.
Çoxlu-çoxlu çantalar. Bu çantaların içinə nə qədər şey yığmaq olardı, ilahi.
Çoxlu-çoxlu ayaqqabılar. Nə qədər ayaq lazım idi bunların hamısını geyinməyə.
Çoxlu-çoxlu telefonlar. Axı danışılacaq nə qədər şey var idi?!
Onun da bir telefonu var idi. O telefonu ona bacısı heç bir səbəb olmadan adi bir gündə hədiyyə etmişdi.Amma bir səhər duranda onu daha tapmadı.Luca narkotik almaq üçün onu satmışdı.
Sonra bircə-bircə sevdiyi mahnıları kompyuterə köçürdüyü CD-lər də yoxa çıxdı.Ancaq klassik mahnı diskləri qalmışdı.
Sonra kompüter yoxa çıxdı.
Sonra da Luca yoxa çıxdı.
Sonra bir səhər erkəndən Lucanın əşyalarını 2 çamadana yığıb səkiyə qoydular və qapını arxadan bağladılar. Çamadanların da üstünə ” Əgər geri dönsən mənzildən tapdığım şprisləri polisə göstərəcəyəm” yazılı bir kağız yapışdırılmışdır.
Ev yiyəsi vəkil idi və əslində, yaxşı adam idi, bir dəfə hətta kirayənişinin məhkəmədə müdafiəçisi də olmuşdu. Amma bəzən belə də olur.
Beləcə, Alisa bimədi ki, bu möcüzələr ölkəsində harada gecələyə bilər.
Evə – anamın yanına qayıtmıram, çünki digərlərinin də ağlamasını istəmirəm.
O donuz Andriangildə də gecələmək istəmirəm, çünki hətta ölü olsan belə səninlə yatmaq istəyəcək. Yox, əgər Nerofumogilə getsəm onlarda gecələyə bilərəm, amma qorxuram ki, sərxoş və dişləri tökülmüş qoca narkotik satıcısı Tricheco* da orda olar və keçən dəfə olduğu kimi yenə də mənə ağ satar.Necə də kobud danışırsan, bir az mədəni danış!Qorxuram ki, mənə pulsuz heroin verər.
Sonra isə mən güzgüdən keçirəm, ayılıram ki, təcili tibbi yardımdayam. Əvvəlki kimi gözəl bəzənmiş o həkim, ürəklər Kraliçası mənə deyir :“ Axmaq gözəlçə, niyə ölmək istəyirsən?”Mən isə nə cavab verəcəyimi bilmirəm.
Bianconiglio* isə velosipedlə yanımdan keçən eynəkli oğlandır. Onun kirayə qaldığı ev çox böyükdür və mən orada keçən ay olmuşdum.
- Melfi – deyə qışqırıram. Çünki onun haqqında bildiyim yeganə şey orada doğulmasıdır. – Melfi, dayan!
Onun elə bir sifəti var idi ki, sanki dünyada çox şey görüb ancaq gördüklərindən heç nə öyrənməyib.
-Tanışıq?
-Hə, yadındadırsa Luca ilə sənin evinə gəlmişdim.
-Sən onun sevgilisiydin, elə deyilmi?
-Hmm, deyək ki, hə.
-Daha deyilsən?
-İndi yox.
-Bəs sənin üçün nə edə bilərəm?
-Mənə gecələməyə bir yer tapa bilərsən?
-Əgər sənə yer tapsam, mənimlə yatacaqsan?
-İnanıram ki, yox.
-Onda sən mənim dostumla ona görə yatırdın ki, o məndən daha gözəl idi?
-Nə isə, yerin var, ya yox?
-Yox.
Və velosipedini sürüb çıxıb getdi.
 
Alisa yağan sulu qarın altında, əllərində təzə çantalar və ayaqqabılar qoyulmuş alış-veriş paketləri ilə gedən insanların arasıyla addımlayırdı. Arabir gözlərin yumub-açırdı və beləcə yanıb-sönən, titrəyən Milad işıqları altında özünü bu şəhərdən uzaqda bir möcüzələr diyarında hiss edirdi.
Üzərində sarı,qırmızı işıqlarla “ Pizza Snack Bar” yazısı olan yeri görüb içəri daxil oldu, bir dilim pizza və qızardılmış kartof alıb oturdu, elə yemək istəyirdi ki, Stregatto* gəldi. Stregatto saçları milli yığma komanda (yazıçı İtaliya milli futbol yığmasını nəzərdə tutur.-tərc.) kimi maviyə boyanmış, zolaqlı köynək geyinmiş kök bir adam idi. Bir qoluna ilan döydürmüşdü, digər qolunda isə hansısa futbol klubunun qolbağı var idi. Əlindəki pivə ilə görünən görünən Stregatto gəyirib udqunaraq güldü və dedi:
- Salam, gözəlçə.
Səssizlik.
-Mənimlə konsertə gəlmək istəyirsən?
-Kim?
-Mənim dostlarım hard rok ifa edirlər. İndi isə Satanizm yaradıcılığına aid bir konsert verirlər. Sadəcə konsert şəhər kənarında hansısa lənətə gəlmiş bir qarajdadı. Və mənim maşınım yoxdur ora getməyə.
-Elə mənim də yoxdur.
-Nə pis oldu, yaxşı əylənə bilərdik. Sən elə əsl mənim tipimsən.
-Nə mənada?
- Sən də çarəsizsən və düşünürəm ki, mən bir az səndən yaxşı haldayam və səni əyləndirə bilərdim.
-Təşəkkür edirəm.
-Dəyməz. Bağışla, gözəlçə. Sənə kömək edərdim amma indi bir maşın tapmalıyam.
Sərxoş halda cəmdəyini qaldırdı, alt paltarından dalı çölə çıxmışdı, bir az yırğalana-yırğalana yeridi, qarşısına çıxan bir stulu da aşırdı.
-Burda kimsə maşınını bir günlük mənə verə bilər? Heç olmasa mavi bir maşın?
-Sənin pizzandan dalımın iyisi gəlir.- Stregatto dedi və dişlərini ağartdı.
Pizzaçı ona bıçaq göstərdi.Çıxmazdan əvvəl yarımçıq pivə butulkasını Alisanın stolunun üstünə qoydu, ona öpüş yolladı və dedi:
-Səni çox istəyirəm, gözəlçə.
-Çox sağ ol,
-Alisa dedi.
Alisa onun bardan çıxıb ağzına kimi adamla dolu olan avtobusa mindiyini gördü. Sonra yarımçıq qalmış pivəni içdi və bir siqaret yandırdı.
-Burada siqaret çəkmək olmaz!
-Bağışlayın.
O çarəsiz qalıb çölə çıxdı və bir vitrinin qarşısında oturdu.
-Burada oturmaq olmaz!
Beləliklə, Alisa kapşonunu başına keçirdi. Qar hələ də yağırdı. İnsanlar taksiyə minmək üçün bir-biriləri ilə dalaşırdılar. Bütün bunları görərək, o, bir dövlət kitabxanasına daxil oldu. İçəridə olan isti hava sanki bütün sümüklərinə işlədi. Kitabxanada dünyanın hər yerindən qazetlər və şəkillər var idi.
Döşəmənin üzərində oturdu ki, pinqivinlər haqqında olan sənədli filmə baxsın.
-Burada oturmaq olmaz!- bir nəzarətçi dedi.
-Bəs ayaq üstə dayanmaq olar?
-Əgər narahat olmayacaqsansa olar.
-Bəs bir ayaq üstə?
-Məni dolama, yoxsa səni çölə ataram.
Səssizlik
Alisa bir az pinqivinlərin dənizə baş vurmasını, bir-biriləri oynamasını maraqla izlədi, gülümsədi və bir anlıq xəyala daldı. Sonra isə kitabxanın yeməkxanasına getdi. Düşünürdü ki, bir stəkan çay almağa pulu var. Çay aldı və bir masada oturdu.
-Oturmaq olmaz, – ofisiant dilləndi – əgor stolu da tutsan bu zaman fərqli qiymət olacaq.
-Fərqli…
Beləliklə orada qala bilməyəcəyini görüb kitablara baxmağa getdi. Dərhal da özünü daha yaxşı hiss elədi. Bu kitablardan çoxu ona bu sərt qışda dostluq etmişdi. Amma Luca demək olar ki, kitabların da hamısını satmışdı. Luca sadəcə vampirlər haqqında olan kitabları oxuyurdu. Ona görə ki, o dəli idi, manyak idi. Manyak və qəddar olduğu üçün Alisa Lucadan ötrü darıxmırdı. İstərdin ki, ondan ötrü darıxasan, Alisa? Bəlkə də, hə. Bəs kimdən ötrü darıxırsan? Təzəlikcə ölmüş bir yazıçının posterindən, şəklindən ötrü darıxıram. Alisa o yazıçını çox sevirdi. O yazıçı adətən mühəribələrdəki dəhşətlərdən və mərhəmətdən yazırdı. Müharibə səbəbkarlarını “axmaq alimlər” adlandırırdı və bu Alisada gülüş yaradırdı. Bəli, ondan ötrü darıxıram. Və bir də dostlarım Elsa və Faberdən ötrü. Bir də qoca Mariondan ötrü. Mənim dostlarım kitablardır.Bir kitab götürüb başladı oxumağa, oxudu,oxudu…
-Olmaz – kitabxanaçı dedi. – Göz gəzdirmək olar, amma bütün kitabı oxumaq olmaz.
- Əlbəttə, bunlar arasında böyük fərq var.
Mavi gözlü, sarı saçlı bir oğlan gözlərini ona zilləmişdi. Yaşlanmağa meyilli bu oğlanın Kurt Cobain kimi özünə diqqət çəkən bir tipi vardı.“Onu sevirəm”, deyə oğlan düşündü, “balaca və çirkli qızları sevirəm, çünki onlar böyüyüb gözəl bir qıza çevrilirlər, əgər onu təmizləsən, yusan və bağrına bassan. Bu möcüzə olar.”“Bir az səfeh oğlana oxşayır, amma şirindir”, Alisa düşündü.
Bu anda bir səs eşidildi: “bağlanmaq vaxtıdır, hörmətli müştərilər, zəhmət olmasa çıxışa yaxınlaşın.”
İşıqlar zəiflədi, Alisa çölə çıxdı. Şəhər kənarı mavi görsənirdi. Küçələr, kilsə zirehli paltar geyinmiş adamlar tərəfindən tutulmuşdu. Parklarda da oturmaq mümkün olmayacaqdı. Yəqin ki, Tanrı güllə keçirməz bir pencəkdə şəhərdə gəzişəcəkdi, deyə Alisa düşündü.
Və düşündü “əgər bu soyuqda sağ qalmağı bacarsam, gedib vağzalda yataram, əgər bir az daha yeriməyə taqətim çatsa. Gic-gic cəsarətdən, bir az daha dözməkdən və ləyaqətdən dəm vurmayın. Mənim yalnız 47 kiloqram çəkim və bir metr altmış iki santimetr boyum var, bu dünya böhranına, ölülərin qışqırıqlarına, yalançı rok konsertinə, bu şaxtalı havaya və aclığa, məni yeməyə hazır morjlara və “xeyirxah” narkotik satıcılarına qarşı necə mübarizə apara bilərəm?!…”Mən 88-ləri, 87-ləri görməmişəm, çox güman heç 2008-i də görməyəcəyəm.
Bir mələyə ehtiyacım var. Yoxsa nə etməli olduğumu bilmirəm.Heç kəslə yatan deyiləm, heç nə oğurlamayacam, küçənin ortasında qışqırmayacam, çox sadə gedirəm vağzala və qatar gözləyəcəyəm.Gah yuxarı qalxaram, gah da aşağı düşərəm.Sən nə danışırsan, Alisa.Səni böyüdəcək və yaxud kiçildəcək bir göbələk ye.O portik binaya bax, orda öz adını moda markasından götürən Jabbervoski dükanı yerləşir. Əvvəl isə orada sənin ən çox sevdiyin kitab dükanı yerləşirdi. Dükandan büxur iyi gəlirdi, dükan sahibi Silviya Plas və Mayakovskini əzbərdən bilən balaca boy qadın idi və oradan balaca kitablar da oğurlamaq olurdu.
Sarışın oğlan sənə tərəf gəlir. Nəsə bir pis niyyəti yoxdur, görünür səni salamlamağa gəlir. Ancaq yenə də məsuliyyətlidir.Qərar ver, axmaq, səni cəmi iki dəfə görmüşəm, məndən nə etməyimi gözləyirsən? Nə etməliyəm, bəlkə cinsimi aşağı çəkməliyəm? Qarnımı görmək istəyirsən? Yoxsa dalımı? Çox gözəldir, bilirsən? Cəhənnəm ol, sadəlövh.
Mənə baxdı, mənə baxdı, deyə oğlan düşündü, həqiqətən çox gözəldir və əminəm ki, dəlidir. Olsun, mənim elə dəlilərdən xoşum gəlir.
Alisa bir siqaret çıxarıb yandırdı. Və öskürməyi gəldi. Kobud kamaz şoferi kimi, Ceyşer pişiyi tək, metal rok ifaçısı kimi öskürdü.Oğlanın yazığı gəldi. Mən səni xilas edərəm, cansız, gözlərindən soyuq püskürən qızcığaz,səninlə ancaq yatmayacağam, mən sənin mələyin olacağam, səni isidəcək bir mələk.Yaxınlaşır və deyir:
-Sən nə qədər siqaret çəkirsən, balaca qız?
- Gündə iki qutu, o da pulum olanda.
- Gündə iki qutu? Çox deyilmi?Səssizlik.
- Sənə görə deyirəm, çünki çox çəkirsən.
-Belə vaxtım daha tez keçir.
- Bəs pulu hardan alırsan?Səssizlik.
- Bomjlar kimi burada təkbaşına nə edirsən? Neçə yaşın var?
-On altı.-On altı yaşın var və burada təkbaşınasan?
-Bəs sənin neçə yaşın var?
- İyirmi bir.
-İyirmi bir yaşın var və bir qıza deməyə başqa söz tapmırsan?
-Sən elə düşünürsən? Düşünürsən ki, gözəlsən?
Alisa ağlamağa başladı. Əlləri ilə üzünü tutub elə yavaş, elə mülayim ağlayırdı ki, oğlan bilmirdi ki, o düşünür, yoxsa onun sözlərindən kədərlənib.
Alisa gözlərini açdı.Əyilən, sallanmış Milad işıqlarının, qırmızı ulduzların, Plutonun uçan quşlarının altında tək qalmışdı.Çox güclü qar yağırdı, Alisa addımlarının sürətini daha da artırdı.Yəqin ki, ona bu möcüzələr diyarında gecələməyə bir yer tapılacaqdı.
 

*Tricheco-Morj, Bianconiglio-Ağdovşan, Stregatto-Pəncərəpişiyi, Nerofumo-Qaratüstü. Yazıçı bu adları seçməklə cəmiyyətdəki insanların iç üzünü göstərməyə çalışmışdır. -Tərçüməçi
 
İtalyan dilindən tərcümə etdi: Abuzər Cəfərov

Yenililklər
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.