Folknerdən yazarlara məsləhətlər
10.04.13

Nobel mükafatçısı yazar Uilyam Folkner deyir: “Öz səhvlərinizdən nəticə çıxarmağı öyrənməlisiniz. Bir insan ancaq öz səhvlərindən nə isə öyrənə bilər. Yaxşı yazıçı heç kimin ona tövsiyə verəcək qədər yaxşı olmadığına bilməlidir.”
 
Bununla belə böyük yazıçı Virciniya Universitetində dərs verdiyi 1957-1958-ci illərdə gənc yazarlara bir sıra tövsiyələr etmişdir.
 
1. Başqa yazarlardan ehtiyacınız olanı götürə bilərsiniz.
 
Folkner hansısa bir yazarın istifadə etdiyi, özü üçün faydalı olacağını düşündüyü hər hansı bir üsulun istifadə etməkdə  qəbahət görmür. O, 25 fevral 1957-ci ildəki bir dərsində belə deyir:
 
“Əvvəl də söylədiyim kimi, məncə, yaxşı bir romançı əxlaq normaları xaricində olan adamdır. Ehtiyacı olan şey nə olursa olsun, harada olursa olsun, onu götürə və bunu açıq-aşkar, çəkinmədən edə bilər. Çünki əxz elədiyi şeyin başqa insanların da ondan götürəcəyi qədər yaxşı olacağını və ondan götürənlərin də eynilə özünün başqasından götürəndə xoşbəxt olduğu qədər xoşbəxt olacağını ümid edər.”
 
2. Üslubunuz sizi narahat etməsin.
 
Özünəməxsus tərzi olan yazar üslub məsələsində çox düşünməlidir. Folkner 24 aprel 1958-ci ildəki dərsində bunları deyir:
 
“Məncə, hər hekayə özü öz üslubunu müəyyən edir. Yəni, yazarların üslub məsələsi ilə başlarını yormasına lüzum yoxdur. Əgər bir yazar bu məsələni özünə problem edərsə axmaq olmasa da gərəksiz şeylər yazacaq. Yazdıqları qulağa olduqca gözəl və xoş gələcək, amma yazdıqlarının çox da mənası olmayacaq.”
 
3. Təcrübələrinizi yazın.

Folkner təcrübələri yazmaq məsələsindəki atalar sözünə qatılır, hətta təcrübə xaricində bir şey yazmağın mümkünsüzlüyünü vurğulayır. 21 fevral 1958-ci ildə magistrlər üçün dediyi “Amerika ədəbiyyatı” dərsində bunları deyir:
 
“Mənə görə təcrübə başa düşdüyünüz hər şeydir. Təcrübə bir kitabdan qaynaqlana bilər. Bir kitab, hekayə sizi hərəkətə gətirəcək qədər yaxşı ola bilər. Məncə, bu sizin təcrübələrinizdən biridir. Kitabdakı xarakterlərin etdiklərini etmək məcburiyyətində deyilsiniz. Əgər onlar sizdə doğru olmaq təsiri buraxırlarsa, onların reallaşmasına imkan yaradan hissi anlaya bilirsinizsə, o sizin təcrübənizdir. Yəni mənim təcrübə anlayışıma görə, təcrübədən keçirmədiyiniz bir şeyi yazmağınız mümkün deyil, çünki hiss etdiyiniz, oxuduğunuz, xəyal etdiyiniz hər şey sizin təcrübənizdir.”
 
4. Obrazlarınızı yaxşı tanıyın, hekayə öz-özünə yazılacaq.
 
Folkner deyir: “Açıq bir obraz anlayışına sahib olduğunuzda hekayədəki hadisələr obrazların xüsusiyyətlərinə uyğun olaraq axıb gedəcəkdir. Mənimlə birlikdə obrazlar da hekayəni əmələ gətirir.” 21 fevral 1958-ci ildə “Amerikan ədəbiyyatı” dərsində bir tələbənin “obrazı beyində quraşdırmaq, yoxsa beyindəki obrazı kağıza yazmaq çətindir” sualına bu cür cavab verir:
“Obrazları, xarakterləri beyində canlandırmaq daha çətindi deyə bilərəm. Əvvəla, xarakter sizin beyninizdədir, haqlıdır, düzdür, o öz işini görər. Etməli olduğun tək bir şey onun arxasıyca sürətlə getmək və dediklərini, etdiklərini kağıza yazmaqdı. Bu bir qidalanma və doğuluşdur. Obrazlaırnızı yaxşı tanımalısınız. Ona inanmalısınız. Onun yaşadığını hiss etməlisiniz. Təbii ki, bu vaxt yazmaq üçün onun hərəkətlərindən bəzilərini seçməyiniz lazım gələcək. Seçdiyiniz hərəkətlər inandığınız obraza uyğun olmalıdı. Bu seçimi etdikdən sonra obrazınızı kağıza köçürmək mexaniki bir iş olacaq.”

5. Dialektlərdən az istifadə edin.
 
Virciniya Universitetindəki video arxivində tapılan bir radio verilişinin səs yazısında Folkner Missisipidəki müxtəlif etnik və sosial qrupların danışıqlarındakı nüanslar haqqında qəribə şeylər deyir. 6 may 1958-ci ildəki “What’s the Good Work” adlı verlişdə başqa yazarların heç də maraqlanmadığı bu məsələ barədə bəzi tövsiyələr verir:
“Məncə dialektlərdən bacardığınız qədər az istifadə etmək yaxşıdır, çünki bir dialekti çox işlətmək o dialektə yad olan insanların çaşbaş qalmasına səbəb olur. Heç kəs obrazların tamamilə öz dialektlərində danışmaqlarına icazə verməməlidi. Ən yaxşısı dialekt fərqliliyini bir neçə fərqləndirici nümunələrlə vurğulamaq yetərlidir.”
 
6. Xəyallarınızı israf etməyin.
 
Folkner 25 fevral 1957-cil ildəki dərsində: “Bir hissənin sonunu, ya düşüncənin sonunu əsla özünüz yazmayın” - deyir.
 
“Sahib olduğum tək qanun təzə ikən imtina etməkdir. Əsla özünüz yazmayın. Adətən yazı işi yaxşı davam edəndə yazmağı saxlayıram. Bu zaman yenidən işləməyə başlamaq daha asan olur. Əgər özünüzü xərcləsəniz bir qarmaqarışıqlığa düşər və bu da sizə problem yaradar.”
 
7. Bəhanə axtarmayın.
 
25 fevral 1957-ci ildəki dərsində öz talelərindən şikayət edən “bəxtsiz” yazarlar haqqında sərt danışır:
 
“Əgər bir yazar çox pis yaşayırsa bunu mütləq yazmalıdı məncə. Adətən belə şeylər eşidirəm: “Evli və uşaq sahibi olmasaydım yazar olardım. Ya da bu problemləri həll etsəydim yazıçı olardım.” Buna inanmıram. Məncə əgər yazacaqsınızsa, deməli yazacaqsınız. Heç bir şey sizə əngəl ola bilməz!” /kulis.az/

Yenililklər
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.