Aqil Abbas - Qurbanəli bəyin tapançasını gözünə soxardılar
10.04.13

Nə olar Rəsul Həmzətov deyəndə, ağıllı fikirdi: "Keçmişə güllə atsan, gələcək səni topa tutacaq!" Biz keçmişə güllə atmırıq ey, güllə atsaq dərd yarıdı, biz keçmişə top atırıq. Bu məntiqlə gələcək də bizə atom bombası atacaq, sonra biz də yaponlar kimi bu atom bombasının təsirindən kəndimizə gəlib daha ağıllı işlərlə məşğul olacağıq.

Məsələ nədi. Uzun müddətdir ölkədə müəyyən bir qrup şəxs millətin inanclarını, milli-mənəvi dəyərlərini, görkəmli şəxsiyyətlərini aşağılamaqdan, nüfuzdan salmaqdan ötəri qollarını, daha dəqiq desək, qələmlərini çırmalayıb düşüblər mətbuatın canına. Elə bil kimlərinsə qarşısında öhdəlik götürüblər. Özü də bu şəxslər tanınmış ziyalılardı, ağıllı və çox savadlı insanlardı.

Sanki qarşılarına belə bir məqsəd qoyublar ki, bu millətin bütün qəhrəmanlarını yerlə-yeksan etsinlər və dünyaya göstərsinlər ki, bu millət şəxsiyyət yetişdirməyə qadir deyil.

Babək haqqında, Nəsimi, Şah İsmayıl, Koroğlu, Qacar, Mirzə Fətəli Axundov, Qaçaq Nəbi, Məmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Sabir, Mirzə Cəlil, Elçibəy (tam siyahı deyil) haqqında nələr yazmırlar, nələr uydurmurlar, nələri müzakirə mövzusuna çevirmirlər?!

Allah sənə rəhmət eləsin, Səməd Vurğun, yaman demisən! Amma yazmıram. Çünki həmin şəxslər millətimiz üçün az-çox gərəkli insanlardı və mənim də onlara az-çox hörmətim var. Zaman-zaman onlara cavab verməyə çalışmışam. Başqa ziyalılarımız da onlara sözlərini deyiblər və deyirlər, amma xeyri yoxdu.

Son günlər hədəfdə Mirzə Cəlildi, Sabirdi və təbii ki, "Molla Nəsrəddin" jurnalıdı.

Bu dəqiqə həvəsim yoxdu bu mənasız və zərərli müzakirəyə qoşulmağa, amma bir məsələyə toxunmaya bilmərəm.

Oxudum, deyirlər ki, "Qurbanəli bəy Mirzə Cəlilin başına tapança dirəyibmiş".

Əvvəla, Mirzə Cəlil Qurbanəli bəyi aşağılamaq üçün o hekayəni yazmayıb. Həmin hekayədə Ustadın məqsədi tamamilə başqa bir məsələdir, özü də çox ciddi məsələ. Həmin hekayəni diqqətlə oxusalar, Qurbanəli bəyin qaçıb axurda gizlənməsinin səbəbini anlamaq üçün alim olmaq lazım deyil.

Keçək ikinci məsələyə. Mirzə Cəlil sıradan bir adam deyildi ki, "kakoy-nibud" bir Qurbanəli bəy onun başına tapança dirəyəydi.

Həmidə xanım Mirzə Cəlilin namusu olduğu kimi, Mirzə Cəlil də Həmidə xanımın şərəfi, başının tacı idi. Kimin hünəri çatardı ki, Pənah xanın nəvəsi, hətta Ağa Məhəmməd şah Qacar kimi bir sərkərdənin belə çəkindiyi Məmməd bəy Cavanşirin nəvəsi Həmidə xanımın - Mircəfər Bağırov kimi bir əjdahanın qabağından qaçmayan, heç dəvətini qəbul etməyən Həmidə xanımın - başının tacına, şərəfinə silah çəkəydi. Həmidə xanım həmin adamı (bəy yox, lap xan olsun) deşik-deşik edərdi. Və Qurbanəli bəyi də at axuruna yox, it damına salardı.

Sonrası. Mirzə Cəlilin qardaşı Mirzə Ələkbər Səttarxanın igid komandirlərindən biriydi. Millətinin şərəfini, qeyrətini qoruyan bir igid öz doğma qardaşına edilən həqarəti yeyə bilərdimi? Gəlib Qurbanəli bəyi ağaca keçirərdi. Özü də həmin vaxtlar xəstələndiyindən Kəhrizlidə, Mirzə Cəlilgildə yaşayırdı. Yeri gəlmişkən, elə Kəhrizlidə vəfat edib və Əhməd bəy Cavanşirin qəbrinin yanında dəfn olunub.

Daha sonra. İçində bir qıça da qorxu hissi olmayan Mirzə Cəlil Qurbanəli bəyin qabağından qaçardımı?!

Bu bir həqiqətdir ki, Qarabağ bəylərinin bir çoxu Mirzə Cəlili sevmirdi. Bilirsiz niyə? Yazılarına görə yox, heç indi - XXI əsrdə bəylər yazı oxumur, ondakı XX əsrin əvvəlləri ola.

Bəylər Mirzə Cəlili oxusaydılar XX əsrin sonlarında Məmməd Araz yazmazdı:

Biz niyə bu günə düşdük, ay dədə?!

Qarabağ bəylərinin bir çoxu Mirzə Cəlili ona görə sevmirdilər ki, Həmidə xanım onları yox, Mirzə Cəlili seçmişdi.

Bəli, Xan nəvəsi bəyləri deyil, Mirzə Cəlil Xanı seçmişdi.

Qurbanəli bəy Mirzə Cəlilin başına tapança dirəmişdi?! Ay siz öləsiz! /qafqazinfo.az/

Yenililklər
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.