Niyazi Mehdi - Dilimiz və Azərbaycan post-modernizmi
10.04.13

(Birinci söhbət)

Latın və ərəb kökənli sözlərin bizdə “aristokratizmi”


Bəzi elmi sözlərin (terminlərin) çox ovsunlayıcı etgisi olur. Bolşeviklərin “ekspriopriasiya”sı belə kəlmələrdən idi (latıncadandır, kimisə zorla mülkiyyətsiz qoymaqdır). Bu sözü təkcə bolşeviklər sevmirdi. Onu anarxistlər, millətçilər və hətta bəzi Avropa, Latın Amerikası intellektualları, filosofları da sevirdi. Türkün ağızı üçün ağır olan bu sözü bir ara azəri bolşeviklər işlədirdilər. Sonra keçdilər “qurtuluş gətirən” ərəb “müsadirə”sinə. Nədən “qurtuluş gətirən” (xilasedici) dedim? Çünki 19-20-ci yüzillərdə modernləşmə ilə düzülüb-biçilən yeni dünyanın, yeni düşüncənin və yeni ideologiyaların leksikonu latın, yunan kökənli sözlər olanda, - onların çoxu isə, intellektual dəyərini fransızcadan, ingiliscədən, ruscadan keçəndə artıra-artıra bizə gəlib çıxırdılar, - məmləkətin aktiv əhlində aldanış yaranırdı ki, o sözlərlə həm də Avropanın, Rusiyanın ağlı bizə gəlib çatır. Bax, bu zaman deyiliş çətinliyinə, dilimizdəki ayıb sözlərə oxşadığına görə hansısa kəlməni (məsələn, “tsiklik” sözünü) əvəz etmək istəyəndə türkün yox, ərəbin ya farsın dilinə üz tuturdular. Bu vəziyyətdə “syezd” yerinə “qurultay”ın tapılıb işlədilməsi Azərbaycan möcüzəsidir.

Linqvistik “arvadbazlıq”

Beləliklə, ötən yüz il bizim intellektuallıq şkalasına bir qayda yazılmışdı: “üz-gözündən” dəb yağan düşünüş və danışıq tərzi, yöndəmi yaraşığını, ağlını, sayğısını yalnız Avropadan, sonra isə Rusiyadan ala bilər. Çətinlik yarananda isə ərəb-fars dilləri dadımıza çatar.

Bunu, lap linqvistik “arvadbazlıq” adlandırmaq olar: fars-türk gədəsinin sarı Avropa qızına tamah salmasına, onunla gəzməkdən öyünməsinə oxşar bir nəsnə. Və ya bu, lap linqvistik modabazlıq sayıla bilər. Axı, bu modaya görə Avropa brendləri yüzdə-yüz Türkiyə brendlərindən üstündür (halbuki Avropa brendlərinin xeylisi çoxdan çinləşib).
Göstərdiyim nədənə (səbəbə) görə “ekspriopriasiya”nı deyiş çətinliyi üzündən əvəzləmək gərəkəndə “müsadirə”ni götürdülər.

Ovsunlayıcı elmi sözlər

“Struktura”, “strukturalizm”, “infrastruktura”, “sosium”, “mentalitet” və… “post-modernizm”, “antro-sentrizm”, “fallo-sentrizm” çağımızın ovsunlayıcı sözlərindəndir. Nədən ovsunlayıcı? Ovsunla insanın ağlını əlindən alırlar, elə edirlər ki, insan baxanda ayıqlığını itirir, çünki başı dumanlanır. Dumanlandığı üçün də elə terminlər sıyıq yazını ona informativ qatılıqda göstəririlər.

Köşə yazılarımdan birində əski xristian müqəddəsi Avqustinin deyimini gətirmişdim: elə nəsnələr var ki, gözəlliyini başqasından alır. Biz 60-cı illərdə saçımızı Pol Makkartni, Con Lenon kimi uzadanda yaraşığı o gənclərdən almaq istəyirdik. Bitlomaniyanın baş prinsipi bu idi.

Çağdaş geyimlərin hamısında, - qalstuklarda da, dama-dama qız şalvarlarında da, qara corablarda da gözəlliyi, yaraşığı Avropadan almaq iddiası var…yox, qara corablarda seksi yaraşığı alovlu zənci qadınlarından almaq iddiası var.
İrəlidə sadaladığım sözlərlə biz sanki qalstuk taxırıq, şlyapa qoyuruq. Elitar intellektuallıq aurasını Avropadan, Amerikadan almaq istəyirik. Bu yaxşı cümlə oldu, bunu bir də deyim: çoxuna elə gəlir ki, Avropa terminlərini götürəndə o terminlərlə Avropa ağılı da gəlir. Mirzə Kazım bəy İslamı protestantlığa (pravoslavlığa yox-ha) dəyişsə də Asiya geyimini dəyişməmişdi, qəzetlər nə qədər ələ salıb deyinsələr də. Nədən? Niyə? Bu geyimlə, görəsən, Kazım bəy Avropadan istəməyəndə Asiyadan, Qafqazdan, Azərbaycandan nə almaq istəyirdi?!

Türkiyədə yaşayan bir güneyli bilim adamının yazısında “quruluşçuluq” sözünü oxuyanda nə demək istədiyini soruşdum. Bəlli oldu ki, “quruluşçuluq” onun yazısında “strukturalizm”dir. Deməli, o zaman “post-strukturalizm” olacaq “quruluşçuluqdan sonra”?! “Strukturalizm”in yerinə “quruluşçuluq” qoymağı nə sayaq? Kazım bəyin Avropa geyiminin yerinə Asiya geyimini qoymasına oxşar bir şey?

Gələn söhbətdə terminləri nə halda saxlayıb, nə halda əvəzləməkdən danışacam ki, post-modernizm haqqında söhbət terminbazlıq kimi görünməsin. /teleqraf.com/

Yenililklər
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.