Şahbaz Xuduoğlu: “Sabir Rüstəmxanlı ilə fikirlərimiz həmişə üst-üstə düşmür”
12.04.13

- İlin ən yaxşı tərcümə mükafatını bu il təsis etməlisiniz. Təsisetmənin tarixi nə vaxta təyin olunub?

- Yaxın vaxtlarda ilin ən yaxşı tərcümə mükafatının dəqiq  tarixini  elan edəcəyik. Çox güman ki bu tarix beynəlxalq tərcüməçilər gününə təsadüf edəcək.

- Bu mükafatı təsis etməkdə məqsədiniz nədir?

- Məqsədimiz tərcümə sənətini stimullaşdırmaqdı. - Bəziləri bir əsərin tərcümə olunması üçün tərcüməçiyə məhdud vaxt qoyduğunuzu deyir. Guya keyfiyyətli tərcümə alınmır. Bu cür səslənən fikirlərə münasibətinizi bilmək istərdik.

- Əvvəla yanlış düşüncə tərzidir. Tərcümə gündəlik iş tələb edir. Siz müxbirsiniz, gündəlik informasiya ardınca gedirsiniz, tərcümə də elədir. Bu mənada daimi oturub işləyən tərcüməçiylə əməkdaşlığa daha çox üstünlük verirəm. Bu bir iş tərzi, iş ritmdir. “Qanun” nəşriyyatının öz iş tərzi var. Bizimlə əməkdaşlıq edənlər  bu ritmə əməl etməlidirlər. Burda xüsusi amansız münasibət görmürəm.

- Azərbaycan dilinə tərcümə olunan çox az sayda əsərlər var. Ruscadan tərcüməyə daha çox üstünlük verilir. Sizcə, bir əsərin üçüncü, dördüncü dildən tərcümə olunması həmin əsərin orijinallığını saxlayırmı?

- Çox vaxt tərcümələrlə bağlı uyğunsuz, yanlış iddialar səslənir. Dünyada bir çox dillər var ki hətta 10 il sonra da həmin dillərdə olan əsərlər Azərbaycan dilinə tərcümə olunmayacaq. Bu, o deməkdir ki, Azərbaycan oxucusu həmin xalqın ədəbiyyatından xəbərsiz olmalıdır? Üçüncü, dördüncü dildən olsa da, oxucuları həmin ədəbiyyatla tanış etməliyik. Hal-hazırda  fransız, ingilis, alman, rus, türk dillərindən tərcümələr edirik. Amma ispan, yapon, çin dilindən tərcüməçimiz yoxdur. Ümid edirəm o da olacaq.

- Şahbaz bəy, dünyanın bir  çox ölkələrində olursunuz. Əcnəbi oxucuların kitaba olan sevgisini siz daha yaxşı hiss edirsiniz. Kitaba maraq baxımından əcnəbi və Azərbaycan oxucusu arasında hansı fərqlər var? - Azərbaycanda oxucuların sayı çox azdı.

- Azərbaycanda oxucu səviyyəsinin aşağı olması nədən irəli gəlir?

 

- Bir neçə səbəb var. Əvvəla, təhsilin səviyyəsi aşağıdır. Digər tərəfdən oxuma vərdişilə bağlıdır.  Kitab oxuma vərdişi ailədə, məktəbdə formalaşmalıdır. Uşaq gözünü açıb ailədə kitab görmürsə, həmin uşaq heç vaxt kitaba yaxın getməyəcək. Ayıb o kəslərə ki, evində kitaba, kitabxanaya yer yoxdur. Ayıb o təşkilata ki, hər şeyə pul ayırdıqları halda kitabxanasına pul ayırmır. Bəzi dövlət qurumlarının öz sahəsi üzrə kitabxanası yoxdur. Sovet dövründə bütün böyük qurumların, böyük təşkilatların oxu zalları olurdu...

- Rusiya, Türkiyə Gürcüstan kimi dövlətlərdə  kitaboxuma səviyyəsinin bizdən yüksək olması nəyin göstəricisidir?

- Dediyim iradlar onlarda yoxdur. 2-3 il əvvəl qısa araşdırma apardım. Həmin araşdırmaya əsasən, hər il Azərbaycana 70.000 avtomobil idxal olunur, amma hər il 26.000 kitab nəşr olunur. Yəni ölkəyə gətirilən avtomobilin sayı nəşr olunan kitab sayından çoxdur. Azərbaycanda 3.000 adama bir kitab, Rusiyada 4 adama bir kitab düşür. İngiltərədə isə hər il adambaşına 4 kitab nəşr olunur. Mənzərənin faciəli görüntüsü statistikaya nəzər salanda üzə çıxır.

- Bəs sovet dövründə vəziyyət necə idi?

- Sovet dövrü də biz elə belə idik. Bizdə o vaxtlarda da kitab az oxunurdu, indi də az oxunur.

- Eyni zamanda neçə kitab oxuyursunuz?

- Hazırda 3 kitab oxuyuram. Xalid Hüseynin yeni siqnal nüsxəsi əlimdədir. Hələ satışa çıxarılmayıb. MKM-dan “onluğ”a düşmüş kitablardan birini dünən oxuyub bitirmişəm, birini də bu gün bitirəcəyəm. Eyni zamanda  Sartrın “Sözlər” kitabını bitirdim. Bəzən paralel 2, yaxud 3 kitab oxuyuram.

- Nə vaxtsa kitablardan bezdiyiniz vaxtlar olurmu?

- Bir kitabdan yorulanda dərhal o biri kitaba keçirəm. Kitabı bəzən əyləncə kimi qəbul etmək lazımdır. Əgər kitabı son dərəcə ciddi iş kimi qəbul etsən, onun öhdəsindən gələ bilməyəcəksən. Sevdiyim iş olduğu üçün kitab oxuyarkən yorulmuram. Bir yerə çağıran olmasa bu otaqdan çıxmaram.

- Evdə də kitab oxuyursunuz?

- Əlbəttə. Evdə ən azı 40-50 səhifə oxuyuram. Oxuduğum kitab İSTORİYA MİRA V 100 PREDMETAX”dır. Böyük olduğu üçün evdə oxuyuram.  

- Bir naşir olaraq, kitab nəşr edərkən kütləviliyə üstünlük verirsiniz, yoxsa ciddi ədəbiyyata?

- Sartrın ağır yazan bir filosof haqqında maraqlı bir fikri var. ”Onun kitabını oxumaqdansa, dedektiv oxuyaram” deyir. Mənə elə gəlir ki bu fikir Sartrın həmin andakı vəziyyətilə bağlıdır. Yoxsa bu qədər qəddar olmazdı. “Qanun” nəşriyyatı müxtəlif sahələr üzrə kitablar nəşr edir. David Nikols, Paulo Koelyonu da nəşr edirik, Sartrı, Kamyunu da.

- İlk dəfə “Qanun” nəşriyyatı olaraq, təmənnasız kitabları siz nəşr etmisiniz. İstədiyiniz satışı əldə edə bildinizmi?

 

- Dostum Natiq Səfərov rəhmətə getmişdi. Yazıçı deyildi. Sadəcə tərcümələr edirdi. Çox sağ olsun Nəriman  Əbdülrəhmanlı. Onunla razılaşdıq, Natiq Səfərovun tərcümələrini topladı və kitab çıxartdıq. Daha sonra Vidadi Məmmədovun kitabını buraxdıq. Nərmin Kamalın postmodernizmlə bağlı  kitabı vardı. O kitabı oxudum və təsirləndim. Və deyim ki, onlarla belə kitablar var, biz təmənnasız, öz hesabımıza nəşr etmişik. Sonra ağlıma belə fikir gəldi ki, ”Ən yeni ədəbiyyat” seriyasını və “Birinci kitab”, “Azərbaycan nəsri” seriyalarını yaradaq.

- Gənclərlə işləmək sizə zövq verirmi?

- İşim mənə zövq verir. İstəyirəm yazıçılıq, kitab oxumaq dəbdə olsun. Bir oğlan bir qıza kitab hədiyyə etsin. Sevgililər öz sevgilərini kitab vasitəsilə bir-birinə çatdırsınlar. Bu layihələrin hamısı buna xidmət edir. Yazıçılıq gəlirli sahəyə çevrilməlidir. Hər şey tükənə bilər. İstedad, bir insanın ədəbi mühiti, müşahidələri heç vaxt  tükənə bilməz. Daim yeni adlar, yeni əsərlər yaranacaq. Qanun nəşriyyatı olaraq o cığırı açdıq ki, axın davam etsin. 

- Yaşlı nəslin nümayəndələrindən gənc yazarlarla bağlı sizə hər hansı irad bildirənlər olurmu? 

- Əlbəttə. Hətta bizə müraciət edirlər ki, onların əsərlərini nəşr etməyək.

- Daha kimlərin əsərlərini təmənnasız çap etmisiniz?

Seyran Səxavət, Aqil Abbas, Kamal Abdulla və Sabir Rüstəmxanlının əsərlərini nəşr etmişik.

- Bəs qazancınız nə olur?

- Bunu etməkdə məqsədimiz hər kəsi kitab ətrafına toplamaqdır. Bu yazarların hər birinin öz çevrəsi var. Tutaq ki, Kamal Abdulla  kitabının təqdimatını keçirir  və öz çevrəsini ətrafına toplayır. Bununla da kitablara diqqət daha da çoxalır. Əslində təqdimatlar kitab satılan yerlərdə keçirilməlidir. İnsanlar bir kitaba görə gəlməlidir, geriyə isə 5 kitabla getməlidirr.

- Bəzi oxucular kitabların qiymətinin yüksək olduğunu əsas gətirir. Amma pulu başqa işlərə xərcləyərkən qiymətin yüksəkliyindən şikayət eləmirlər. Elə oxuculara nə demək istərdiniz.

- Kitab almayan adam elə bilir ki, Azərbaycanda kitabların qiyməti bahadır. Xarici ölkələrdən kitab alarkən görərlər ki, Azərbaycanda kitabların qiyməti baha deyil. Ümumiyyətlə, kitabların qiyməti havadan qoyulmur. Nəşriyyatlar arsında ən az qazanc götürən “Qanun” nəşriyyatıdır.Biz qazancla işləməyən nəşriyyatıq. 

- Dünyanın ən məşhur kitab oğrusu Stiven Blumberqdir. Naşır olaraq kitab oğurluğuna necə baxırsınız? Sizin nəşriyyatdan kitab oğurlayan olurmu?

- Deyirəm axı, kitablar tez-tez yoxa çıxır. (Şahbaz bəy, bu arada zarafatından da qalmır) Oğurluq yaxşı iş deyil. Oğrunun adı oğrudur. İstər kitab oğurlasın, istərsə də çörək parçası. Oğurluq etmək olmaz.

- İş ondadır ki sizdən kitab istəsələr verməyəcəksiniz axı...

- Əlbəttə verməyəcəyəm. Bir dəfə bura çox vəzifəli bir adam gəlmişdi. Bir-iki kitab götürüb getmək istəyərkən dedim kassaya ödəniş edin. Çoxlu dostlarım var. Hər kəsə kitab hədiyyə etsəm, burda kitab qalmaz. Freydin unutmadığım bir sözü var. “Müalicəyə pul xərcləməyən sağlamlığının qədrini bilməz”.  Buna görə də kitaba pul xərcləmək lazımdır.

- Sevimli şairimiz Sabir Rüstəmxanlı ilə qardaşsınız. Sabir bəy şeir  yazır, siz isə kitab oxuyursunuz. Maraqlıdır, siz görüşəndə də kitablardan danışırsınız?

- Doğrusu, bizim ailədə Sabir bəyin bir kultu var. O məktəbdə oxuyarkən bir kitab rəfi düzəltmişdi. Səhv etmirəmsə, həmin kitab rəfi o vaxt oxuduğu kitablarla  indi də kiçik qardaşımın evində durur. Bəzən yeni nəşrlər, yeni kitablar haqqında danışırıq. Fikirlərimiz həmişə üst-üstə düşmür. Onun  bəyəndiyi yazarı mən bəyənməyə bilərəm, yaxud  əksinə. Məsələn, Amin  Maaloufu mən bəyənirəm, o bəyənmir, şah İsmayıl ona görə Azərbaycanı birləşdirəndi mənə görə məzhəb ayrılığı salıb insanları məhv edən, fars-şiə hegemonluğunu osmanlıya qarşı qoyan.   

- Şahbaz bəy, sanki kitabların sehri sizin zahiri görünüşünüzə hopub. Bunu sizə deyiblər? - Xeyr deməyiblər. - Kitablara olan sevginizdən və peşəkarlığınızdan bunu hiss etməmək mümkün deyil.

- Mən bunu bugün haqqımda deyilən ən yaxşı fikir kimi qəbul edirəm. Təşəkkür edirəm.  /modern.az/


Yenililklər
24.02.20
Rəvan Cavid - “Azğın”: roman, yoxsa cızma-qara gündəlik?
24.02.20
"Kitabi-Dədə Qorqud”un üçüncü – Günbəd əlyazması" cap olunub
24.02.20

İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub

24.02.20
Azər Abdulla - Peşmanlıqdan sevincə keçid
23.02.20
Elçin Hüseynbəyli - Qarağac - Romandan parça
23.02.20
Bədirxan Əhmədli - Gerçək və intellektual türkçü Muhsin Kadıoğlu
23.02.20
Könül Nuriyeva - "İsanın İncili"ndəki sonsuz suallar
23.02.20
Əlyazmalar İnstitutunda “Nəsimidən nəsimlər” kitabının təqdimatı olub
23.02.20
Ədəbiyyatşünaslığın inkişafına dəyərli töhfələr verən alim – akademik Həmid Araslı
21.02.20
İnsanın əzəməti – Dino Butsatinin hekayəsi
21.02.20
Tramp “Oskar” mükafatının Cənubi Koreya filmi “Parazitlər”ə verilməsini tənqid edib
21.02.20
Məşhur yazıçı hekayəsini 1 ABŞ dollarına satdı
21.02.20
Müslüm Maqomayev haqqında çəkilən serialın treyleri yayımlandı - VİDEO
21.02.20
Xalq rəssamı Böyükağa Mirzəzadənin anadan olmasından 99 il ötür
21.02.20
Taleh Eminoğlu - Knut Hamsun: bir medalın iki üzü
21.02.20
Bakıda Beynəlxalq film festivalı keçiriləcək
21.02.20
"Müqayisəli ədəbiyyatşünaslıq" jurnalının yeni sayı çıxıb
21.02.20
Hacı Ələmdar Mahirin anım günü
18.02.20
Özbəkistanda “Hər anımız Vətən desin!” adlı şeir müsabiqəsi elan olundu
12.02.20
"Təkrarın tənhalığı”nda "Sevdiyim əsər” – Fərid Hüseynin kitab təqdimatından reportaj
10.02.20
Gülbala Dadaş - “Hər kəsin öz eşqi” kitabı haqqında
07.02.20
Fərid Hüseynin kitablarının təqdimat mərasimi keçiriləcək
05.02.20
Bəsirə Əzizəlinin Muhsin Kadıoğlu haqqında monoqrafiyası çap olunub
05.02.20
İradə Musayeva -  Süleyman Rüstəmi əksinqilabçı adlandıran repressiya qurbanı
03.02.20
Cavanşir Yusiflinin Səlim Babullaoğlu haqqında kitabı nəşr edilib
02.02.20
İradə Musayeva - Bağırovun gizli tapşırığı: “Boynuna qoyuluncaya qədər döyün!”
01.02.20
"Qanun” nəşriyyatında "The Paris Review müsahibələri” adlı kitab nəşr edilib
01.02.20
Rusiya Yazıçılar İttifaqı ilə AYB arasında əməkdaşlıq müqaviləsi imzalanıb
29.01.20
İradə Musayeva - Bağırov bu tərcüməçimizi həbs etmək üçün Stalindən icazə istəmişdi
28.01.20
Fərid Hüseyn - İnsanın unutqanlığı bəzən onun ədalətidi
28.01.20
AYB-nin Gənclər Şurasının “Ulduz”u nəşr edildi
25.01.20
İradə Musayeva - Müstəqil Azərbaycan” sözü dilinizdən çıxmadımı?
25.01.20
Fazil Abbasov - Qanımı süz, şərab kimi...
25.01.20
Əsmər Hüseyn Xan - Onda balaca idik, adımız uşağıydı
25.01.20
Şəhla Aslan Türkiyənin "KonTV" kanalında aparıcılıq edəcək
24.01.20
İradə Musayeva -  Repressiya illərində  tragik həbs situasiyaları...
22.01.20
“Dünya ədəbiyyatı” dərgisinin yeni sayı esse janrına həsr edilib
22.01.20
İlham Əziz - O dünyadan gələn səslər
22.01.20
İradə Musayeva - Repressiya dəhşətləri
22.01.20
Yazıçı-publisist Aqşin Babayevin daha bir kitabı çapdan çıxıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.