Qismət - Şair ancaq mədh etməlidir

12.04.13

Klassisizm
 
Bilmirəm, səbəb nədir, amma mən bu yazını Nazan Öncelin "Nereye böyle" mahnısı dinləyə-dinləyə yazmışam. Əgər bu yazını oxumaq kimi axmaq bir fikrə düşsəniz, onda təvəqqe edirəm, siz də bu yazını o mahnı ilə sədaları altında oxuyun...
 
***
 
Klassisizm Qərb ədəbiyyat nəzəriyyəsində Qədim Yunanistanda və Romada yaranmış əsərləri forma/məzmun baxımından ümumiləşdirən ölçülər, dəyərlər sistemidir, ədəbi cərəyandır. Klassisizm xronoloji cəhətdən Qədim Yunan və Roma ədəbiyyatı nümunələrinin induksiya metodu  ilə analizi nəticəsində yaradılmış bir sistemdir, eyni zamanda Qərb ədəbiyyat nəzəriyyəsindəki cərəyanların təməlidir. Bütün ədəbi cərəyanlar bir-birindən həm fərqli dəyər və ölçülərdən, həm də bir-birinə bənzəyən ölçülərdən ibarətdirlər. Bu mənada, klassisizmin ölçülərini də neo-klassisizmdə, romantizmdə, naturalizmdə, realizmdə və s. cərəyanlarda tapmaq mümkündür.
 
Klassisizmi anlamaq üçün bu cərəyanın başqa cərəyanlardan fərqini və bu fərqləri yaradan ədəbi əsərlərdəki Tanrı, Təbiət və İnsan anlayışlarını bilmək lazımdır. Bu cərəyanın kökündə Platonun və Aristotelin fəlsəfəsi dayanır. Ona görə  də əvvəlcə Platon və Aristotel fəlsəfəsinin ana xətlərinə diqqət yetirməliyik.
 
1. Platonizm.

 
Bertran Rassel "Qərb fəlsəfəsinin tarixi"  əsərində Platonizmi dualist fəlsəfə kimi təqdim edir. Platonun fəlsəfəsində mövcudluğun  iki təməli var : Metafizik aləm və Fiziki aləm. Metafizik aləmdə əbədi, ölümsüz, reallığı mübahisə doğurmayan fikirlər və ya ideyalar, formalar var.
 Platon nisbiliyə inanan sofistlərdən fərqli olaraq, konkret biliyə inanırdı. O, tez-tez dəyişən hislər dünyasına yox, ancaq düşüncə ilə qavranılan dəyişməz ideyalar dünyasına inanırdı. Bizim gördüyümüz  və beş duyğu orqanımızla hiss etdiyimiz maddi dünyadakı hər şey - ağaclar, dənizlər, insanlar, heyvanlar, evlər - yalnız bir kopyadan, surətdən, təqliddən (=mimesindən) ibarətdir. Maddi aləmdəki bütün bu şeylərin metafizik aləmdə əsli, ideyası var, bizim gördüklərimiz o ideyaların, həqiqi şeylərin kölgəsidir. Platona görə sənət onsuz da kopya olan, təqlid olanı yamsılamaqla məşğuldur.
 
Platonun sənət haqqında fikirləri "İon" dialoqunda rastımıza çıxır. Burda Sokratla İon arasındakı dialoq vasitəsilə  Platon sənət haqqında fikirlərini deyir : şair əsərlərini ilahi bir çılğınlıq anında, ilahi bir mesajı Tanrıdan alıb insanlara çatdırmaq üçün sakit, neytral mühit tapanda yaradırlar. Şairin bir əsəri yaradarkən ağlının, texniki bilgisinin heç bir rolu olmur, ona görə də o yazdıqlarına görə məsuliyyət daşımır. Platona görə ilham anında özündən gedən bir şairlə, dini ayinlərdə şövqlə rəqs edib özündən gedən rəqqaslar arasında heç bir fərq yoxdur. Kəsəsi, ilham pəriləri şairlərdə özlərini ifadə etmək imkanı tapır və şeirdəki təcrübənin məsuliyyətini də onlar daşıyırlar.
 
Platon "Dövlət" əsərində də Sokratdan sənət haqqında fikirlərini ifadə etmək üçün istifadə edib. O, bu əsərdə Sokratla Qlakonun söhbəti vasitəsilə "sənətçi nəyi əks etdirir ?" sualına cavab verməyə çalışmışdır :
 
" - ... İstəyirsən bir güzgü götür əlinə, hər tərəfə tut. Bir anın içində günəşi, ulduzları, dünyanı, özünü, evin bütün əşyalarını, bitkiləri, bütün canlı varlıqları yaratmış kimi olursan.
 
-  Hə, ilk baxışda bütün bunları guya yaratmış sayılaram, amma bunların heç biri həqiqi olmaz.
 
- Elə əsas məsələ də budur, fikrimi tutdun ; bu cür yaradıcılıqla məşğul olanların sırasına rəssamları da qata bilərikmi ?
- Əlbəttə, qata bilərik.
 
- Yaratdığı şeyin gerçəkliyi yoxdu deyə bilərsən, amma rəssamın çəkdiyi masa da bir növ masa deyilmi ?
 
- Hə, görünüş olaraq elədir.
 
- Bəs dülgərin yaratdığı ? Bir az əvvəl demişdim, dülgər masa ideyasını, yəni bizə görə əslini, gerçəyini yaratmır.
 
- Masanın əslini yaratmırsa, deməli əslini yox, əslinə bənzəyən bir nümunəsini yaradır. "
 
Platon demək istəyir ki, sənət reallıq dərəcəsini üç dəfə azaldır : birinci masanın ideyası ( Metafizik aləmdə olan ideya), ikinci onu təqlid edən dülgərin yaratdığı masa , üçüncü dülgərin yaratdığına əsasən onun rəsmini çəkən rəssamın yaratdığı masa, yəni təqlidin təqlidi.
 
Platona görə təbiəti təqlid edən usta oyunçular tragediya yazanlardır. Platon onları tənqid edib deyirdi ki, onlar insan hisləri ilə manipulyasiya edirlər; o,  belə bir qənaətə gəlmişdi : sənətə ideal dövlətdə yer yoxdur !
 
Bu məsələni bir az da açaq. İndiki dövrdə incəsənətin əxlaqi müstəvidən kənar, müstəqil tərəfləri daha çox önə çəkilir. Müasir dünyada incəsənət əsərinin qiymətləndirilməsində nəyin düzgün, ya uydurma, faydalı və ya faydasız olub-olmamasına diqqət çəkilmir, onun, yəni incəsənətin öz meyarları var. Sənət əsəri hətta əxlaqa və həqiqətə xidmət etməsə də böyük ola bilər. Lakin həqiqətin, xeyorxahlığın və estetikanın belə ciddi fərqləndirilməsi  Platon üçün yolverilməz idi. Platona görə incəsənət əxlaqdan ayrıla bilməz. Etika və estetika ayrılmazdır. Platona görə yalnız ideyalar - həqiqi reallıqlardır. Hisslərlə qavranılan dünyəvi şeylər ideyanın inikasıdır, yəni sənətkar, rəssam, şair bir şeyi təsvir edərkən təsvir etdiyi şeyin surətini çıxarır. Məsələn, o masanı təsvir edirsə, bu yalnız masa ideyasının surətidir, çünki masa ideyası masanın özündən əvvəl mövcud idi. Bu mənada sənət yalnız surətin surətini çıxarmaqla məşğuldur. Beləliklə, sənəti imitasiya kimi, mimesis ( təqlid ) kimi qavranılması Platonun sənət fəlsəfəsinin əsasıdır.
 
"Dövlət" əsərinin üçüncü hissəsində Platon şeirlərdə, nağıllarda olan zərərli təsirlərdən danışır və deyir ki, tanrıların, böyük qəhrəmanların özlərinə yaraşmayan hərəkətlər etməsi, ağlayıb-sıtqamaları, yalan danışmaqları, əxlaqsızlıq etməkləri, pislərin xoşbəxt olması gənclərə pis örnəkdir, belə şeyləri əsərlərdən çıxarmaq lazımdır.
 
Bizdə ilin-günün bu vaxtında keçirilən bir çox ədəbi mükafatların jürisi içində xeyli platonlar var, yəni ki, məyus olmağa dəyməz, biz antik yunanlardan heç də geri qalmırıq !
 
Platon üçün şeir yalnız difiramb kimi məqbul idi, başqa hallarda şeiri qəbul etmirdi. O deyir ki, qorxaqları, kölələri, sərxoşları, dəlilləri təqlid edib yaza-yaza adam təqlid etdiyi şeyə alışır, bu isə zərərlidir. 
 
"Dövlət" əsərində Platon sənət adamlarının özlərini necə aparmalı olduğu haqda tələblər qoyur : "Şairlər nə qədər füsunkar olsalar da, həqiqətdən uzaqdırlar, buna görə də, ideyaların biliciləri tərəfindən nəzarət altında olmalıdırlar. Bizim dövlətdə poeziya yalnız o ölçüdə qəbul olunur ki, onun məzmunu tanrılara yönələn himnlərdən və fəzilətli insalara müraciətlə yazılmış alqışlardan ibarət olsun."
 
Quranın "Əş-şüəra" surəsini xatırlayın. 
 
Platonun qadağalarına təkcə şairlər tuş gəlmir, o, öz dövlətində musiqini də istəmir. Musiqi həm ehtirasları coşduruğu üçün, həm də ruhu sakitləşdirdib insanı passivləşdirdiyi üçün Platon tərəfindən qadağan edilir, amma musiqi də digər sənət növləri kimi ruhun tərbiyəsi prosesinin bir hissəsi, əxlaqın möhkəmləndirilməsinə vasitəçi olacaqsa, yalnız o zaman ona yer vermək olar, yəni sənətçi həmişə yalnız filosofların, başbilənlərin nəzarətində olmalıdır.
 
Deyəsən biz dövlətin sənətə münasibətində elə Platon "Dövlət"inin vətəndaşlarıyıq. /kulis.az/

Yenililklər
12.06.25
Mehriban Vəzir "Rəng mühəndisi" haqqında - Bundan sonra heç nə yazmasa belə... bəsidir
09.06.25
Xatirəsi vətən oldu ömrümə!
09.06.25
Hər il 9 iyun gələndə...
01.06.25
Şərif Ağayarın yeni romanının təqdimatı olub
28.05.25
Şərif Ağayarın yeni romanı təqdim olunacaq
20.05.25
AzTV-də yeni sənədli film - Azərbaycanlıların deportasiyası (1948-1953)
19.05.25
Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib
19.05.25
Bakıda beynəlxalq moda həftəsinin ilk mövsümü – MBFW Azerbaijan başa çatıb
17.05.25
“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.