Orxan Fikrətoğlunun müsahibsəi
13.04.13

- Orxan müəllim, çoxdandır səsiniz-sorağınız gəlmir. Necəsiniz?

- Yaxşıyam, yorğunam. Gündəlik efirdə bir balaca fasilə yaranmışdı. Amma iki həftədən sonra yenidən gündəlik efirdə olacam. Fasilədən sərfəli istifadə edib romanımı tamamladım. Bunu özüm üçün son günlərin ən uğurlu işi hesab edirəm. Bu romanın Azərbaycan ədəbiyyatında, ictimaiyyətində yaradacağı səs-küyü indidən hiss edirəm. Çünki bu, son illərin düşünülmüş, amma qələmə alınmamış ən böyük həqiqətlərinin toplandığı romandır. Bu fikirdəyəm ki, biz bir çox bitkin fikirlərimizi, əsrlər boyu topladığımız fəlsəfi təcrübəmizi, Allahın, vaxtın, hətta şeytanın dərkini belə əski əlifbayla unutduq.

İki əsrdə yazılan mətnlər deməzdim ki, romanın adı kimi ölü mətndir, amma hər halda bu müddət ərzində dünya çapında - ruhani, fəlsəfi, ədəbi qatda heç bir nailiyyət əldə etməmişik. Amma əski əlifba bizə dünya çapında tanınan Seyid Yəhya Bakuvini, İslama inkar olan Nəsimini, İslam kontekstində olan Füzulini, Şeyx Nizamini vermişdi. Bir sözlə, roman iki əsr Azərbaycan ziyalılığının, təfəkkürünün qətlə yetirilməsi haqqındadır. Romanın qəhrəmanı sonda lal olur və iki əsr danışmır. Orda 37-ci ildə repressiyaya uğramış mənim öz nəslimin taleyi, 20 yanvar hadisələri, erməni-azərbaycanlı münasibətlərinə tarixi aspektdən yanaşma əksini tapır. Bir sözlə, altı, yeddi romanı sıxıb-sıxıb bir romanın içinə yerləşdirmişəm. O romanlardan biri tarixi, o biri postmodern, biri ekşn - yəni hər şey var içində. Post-sufi romandır. Mən bu janrı Azərbaycanda yaratmaq istəyirəm.

- Xalq kitab oxumur. Siz kitablarınızı kimin üçün yazırsınız?

- Xalq həmişə kitab oxuyur. Camaat kitab oxumur. Bu da təhsilin, bugünkü qüsurlu dərsliklərin yaratdığı intellektual mühitin problemidir. Azərbaycana təqdim və təklif olunan bazar reallığıdır. Və bu bazar reallığında intellektin, savadın, tarixə bağlılığın, bir çox mənəvi, ruhani dəyərlərin işlək olmaması ağıllı insanları kitabdan aralayıb. İndiki gənclik gerçək ədəbiyyatın nə olduğunu bilmir. Təsəvvür edin, saytların birində çıxan bir hekayəmin altından yazıblar ki, “müəllif bir əhvalat yazıb, adını da qoyub hekayə”. Bundan absurd nadanlıq düşünmək olarmı? Çox təəssüf edirəm və ona görə də kütləviliyi, sosial medianı sevmirəm. Ədəbiyyat elitar sənətdir. Hamı üçün deyil.

- Müsahibələrinizdə intellektual, maarifçi verilişlərinizin bağlanmasını sosial sifarişin az olmasıyla əlaqələndirmişdiz...

- Doğrudur, o fikri söyləmişəm. Amma onu daha çox televiziya rəhbərlərinə hörmət naminə demişəm. Bundan öncə işlədiyim kanallar kommersiya layihələrinə üstünlük verdilər. Onlara intellektual verilişlər sərf eləmədi. Siyasi farş lazım olmadı. Çünki belə verilişlər reklam, pul gətirmir, ona görə mənimlə işləmədilər. Dedilər ki, kütlə əylənmək, səhnədə dombalaq aşan, qadın paltarı geyinən kişiyə baxmaq istəyirsə, zövqsüz dəyərləri qəbul edirsə, biz səninlə işləyə bilmərik. Mən də dəyişə bilmərəm. Mən özüm kimi desən dəyişərəm. Amma bir azlıq da var ki, onlar Orxan Fikrətoğlunu qəbul edir. Bunların da maraqları qorunmalıdır da. Siz niyə onları kənara atırsınız? Mən milli azlığın adamıyam... Bir də o reytinqi kim və harda müəyyənləşdirir? Bunu mənə deyə bilərsizmi?

- ATV-də ANS-dən daha rahatsınız?

- Mən heç yerdə rahat və narahat deyiləm. Çünki hər yerdə nə qədər lazımdırsa, o qədər oluram. ANS-də 1998-ci ildən 2012-ci ilə qədər işləmişəm. Vüqar Qaradağlı ATV-də olmasaydı, mən də burda olmazdım. Çünki biz bir-birimizi başa düşdük. Hiss etdim ki, burda televiziyanı mənim istədiyim nəzəriyyəylə dəyişmək istəyirlər.

- Kino, televiziya, ədəbiyyat... Bunların hansı daha çox məşhurluq gətirib sizə?

- Düşünürəm ki, ən azından Orxan Fikrətoğlu imzası var. Mənə qədər televiziyada “Zorxana” əxlaqı olmayıb. Mən xəbər dilinə virus salmış, Mirzə Cəlili, ədəbi dili xəbərə gətirmiş adamam. Və cəsarətlə heç kimin demədiyi sözləri sətiraltı demiş adamam. Mənə qədər bu tərz televiziyada var idimi? Məndən sonra varmı? Bu, Orxan Fikrətoğlunun cığırıdır. Mən Azərbaycan ədəbiyyatında postmodernizmi, sürrealizmi, absurd hekayələri yazanda heç kim onun nə olduğunu bilmirdi. Yazırdılar, amma mən Moskva, Qərb mühitindən qaynaqlanırdım.

Mən illərlə ədəbiyyatdan aralandım. Tənqidçilər də deyir ki, bizim - mənim, Yaşarın, Saday Budaqlının, Səfər Alışarlının ədəbiyyatdan ayrılması çox pis nəticələr verdi. Bizdən sonra gələn çox istedadlı nəsil Azərbaycandan qaynaqlana bilmədi. Bu etap itirildi. Onlar ən yaxşı halda internetlə Rusiyadan, Alişkovskinin, Limonovun axmaq nəsrindən öyrənməyə məcbur oldular. Dostoyevski, Tolstoy isə bir qıraqda qaldı. Mən ədəbiyyatda bu gün post-sufi nəsri yazıram. Mənim nəsrim həm də vizualdır.

Kinoya gəlincə, Azərbaycanda müharibə mövzusunda 5 film çəkilibsə, onun 3-nün ssenarisini mən yazmışam: “Ümid”, “Yalan”, “Ərazi”. İllər əvvəl Rafiq Quliyevlə birgə hazırladığımız “Bayatı” layihəsini gerçəkləşdirmək istəyirdim. Bu, Azərbaycan kinosunda yeni səhifə olacaqdı. Amma təəssüf ki, buna o vaxt da, indi də maliyyə tapmırıq.

- Maraqlıdır, müstəqil filmə maliyyənin tapılmadığı bir vaxtda siz özünüz “Ərazi” filmini çəkdiniz. İstehsalçı şirkəti necə və nəylə inandıra bildiniz?

- O film mənim avantüram idi. Layihəni “Cinealliance” şirkəti maliyyələşdirdi. Mənim film çəkmək istəyim şirkətin rəhbərinə çox maraqlı göründü. Onlara dedim ki, bu günə qədər mənim ssenarilərimi başqaları korlayıblar, indi də verin özüm korlayım. Şirkətin rəhbəri razılaşdı, amma bu filmi onlar da böyük ürəklə qəbul etmədilər. Film Amerika Kino Akademiyasında nümayiş olundu, siz təsəvvür etməzsiniz orda necə böyük uğur qazandı. Mənə deyirdilər ki, siz İsa peyğəmbərdən film çəkmisiniz. Halbuki mən öz taleyimi çəkmişdim. Qəhrəmanın adı Yusifiydi. Dedim, vallah, bu papağı oğurlanmış bir azərbaycanlıdır. Bilərəkdən primitivizmi önə çəkib, aktyorları teatral oynadıb, montajı səhv etmişdim (kontaktsız montaj). “Ərazi” primitivizm formasında sırf nəzəriyyəylə çəkilmiş film idi.

- Belə çıxır ki, ssenariniz əsasında ekranlaşdırılan heç bir filmi bəyənməmisiniz?

- “Ərazi”ni, gənc rejissor Samir Kərimoğlunun “Qanadlarıma sığal çək”, bir də “Mələk” ssenarimi ekranlaşdıran “Özbəkfilm”də istehsal olunan filmi bəyənirəm.

- Daha bir ssenarinizə Türkiyədə film çəkilir. Oralara necə gedib çıxdınız? Demək, Biləcəridən o tərəfə getmək olarmış.

- Oralara getmək çox asandır. Sadəcə, məşğul olduğumuz işi yaxşı bilmək lazımdır. Sonuncu - “Müjdə” ssenarimin alınmasıyla bağlı hadisəni sizə danışım. Öyrəndim ki, Türkiyə Film Yapımçıları Məslək Birliyi var. Onların saytına girib, rəhbərinin internet ünvanına türk dilində ssenarimi göndərdim. Bir gün ordan zəng gəldi və dedilər ki, ssenarini ekranlaşdıracağıq. Çəkilişin 50 faizini biz ödəyəcəyik. Mövzu Azərbaycanla bağlı olduğundan Azərbaycan da istəsə layihədə iştirak edə bilər. Ssenarini Mədəniyyət və Turizm Nazirliyində Kinematoqrafiya şöbəsinə təqdim etdim, bəyəndilər. Artıq Azərbaycan da bu layihəyə qoşulur.

- Bəs yaradıcı heyət?

- Yaradıcı heyətin Türkiyədən olmasını istəyirəm. Çünki Azərbaycan rejissorlarının işlərini artıq görmüşəm, onların potensialına bələdəm.

- Bildiyim qədər, Türkiyədə digər bir ssenarinizə artıq film çəkilir.

- Bəli, “Tək” adlanan ssenarim bir Azərbaycanlı idmançının həyatından bəhs edir. O qəhrəman Qarabağdan keçib, SSRİ-nin dağılması dönəmini yaşayıb, peşəkar döyüşçülər arasında Afrikada çempion olub. Onun vətən həsrəti və digər incəliklər filmin əsas leytmotividir.

- Qarabağla bağlı səhnələrin çəkilməsində hər hansı tərəddüdünüz, nigarançılığınız varmı?

- Mən ona qarışa bilmərəm, çünki ssenarimi satmışam. Onun prodüseri Azərbaycan üçün canını vermiş azərbaycanlıdır, ona görə o səhnələrin ən yüksək səviyyədə çəkiləcəyinə əminəm. Bir də ki, türklər Qarabağa elə bizim qədər vətənpərvər yanaşır.

- Amma bizim filmlərdə ssenaristin söz hüququ yüksəkdir. Rejissoru dəyişəcək qədər gücə malikdirlər.


- Elə Türkiyədə də. Ssenarist ideyanı prodüserə satır. Əgər o, ideyanı dəyişsə, ssenarist etirazını bildirə bilər. Çünki ssenaristin bütün hüquqları imzaladığı müqavilədə qorunur. Türkiyədə, Rusiyada, ümumiyyətlə, Avropada ssenari müəllifi, rejissor, aktyora qədər hamısı yaradıcı şəxsiyyət kimi qəbul olunur, film prokata çıxanda da ona pul ödənilir.

- “Mozalan”da işlər nə yerdədir? “Mozalan” əvvəlki “Mozalan” oldumu?

- İşlər yaxşıdır. Keçən il çəkdiyimiz bir süjet hesab edirəm ki, “Mozalan” tarixinin ən yaxşı süjetlərindəndir. Bilirsiniz, cəmiyyət həminki cəmiyyət deyil. İndi bütün kanallar hər axşam 30 “Mozalan” çəkib, öz sosial xəbər verilişində nümayiş etdirir. Daha mən nə “Mozalan” çəkim? “Mozalan” SSRİ-nin dövründə aktual idi. Bu il “Mozalan”ın nəzdində jurnal da açacağıq...

- Maraqlı xəbərdir...

- Təsəvvür etməzsiniz ki, “Molla Nəsrəddin” jurnalının bərpası indi nə qədər aktualdır... O dövrdə jurnal Həştərxanda, Rusiyada, Gürcüstanda, Hindistanda, Əfqanıstanda, bir sözlə, bir çox yerlərdə yayılırdı. Bu coğrafiyanı bu gün bu gerçək tarixi bağlarla bugünkü təbliğatımıza calaya bilmərikmi?

- O coğrafiyanı yenidən ələ alma siyasətiniz necə olacaq?

- Jurnal üç dildə - Azərbaycan, rus və ingilis dillərində çıxacaq. Məsələn, jurnalın bir nömrəsi o dövrdə çap olunmuş Həştərxan nömrəsiylə uzlaşdırılacaq. Həmin nömrə Həştərxanda keçirilən mədəniyyət gecələrində paylanacaq. Bununla da bizim bağlılığımızın bir əsrdən çox yaşı olduğunu təsdiq və sübut edəcəyik. Ermənilərlə mübarizədə az işdir? Bir əsr ərzində biz məsələn, Krımdan, Həştərxandan, öz dövlətimiz olan İrandan, Gürcüstandan çıxarılmışıq. İndi də mədəni yolla qayıdırıq həmin ərazilərə.

- Qayıdaq, kinoya. Belə başa düşdüm ki, siz daha Azərbaycanda ssenarinizin çəkilməsini istəmirsiniz...

- Niyə istəmirəm? Seyid Yəhya Bakuvidən olan ssenarimi Adil Azay çəkir. Əlbəttə, çalışacam həm Türkiyə ilə, həm də başqa Avropa ölkələri ilə yeni əlaqələr qurum. Dünyaya çıxmaq üçün iki amil vacibdir: can sağlığı, bir də yazmaq... Allahdan da istəyim elə budur. /teleqraf.com/

Yenililklər
27.02.20
Əlyazmalar İnstitutu XIX əsrdə nəşr olunan “Bakinskiy listok” qəzetinin elektron versiyasını əldə edib
27.02.20
"Günə min işarə yaza bilsəm, papağımı göyə ataram" - Mübariz Örən
27.02.20
Müşfiq Şükürlü - Cavid bizim ustad təqlidçilərimizdəndir
27.02.20
Gülşən Mustafanın "Hasar" adlı hekayələr kitabı işıq üzü görüb
26.02.20
Filologiya elmində Turxan Gəncəyi zirvəsi
26.02.20
Əli bəy Hüseynzadə haqqında ilk fundamental biblioqrafiya işıq üzü görüb
25.02.20
Rasim Qaraca: “Hər ad günümə bir kitab hədiyyə edirəm” - VIDEO-SÖHBƏT
25.02.20
Bəxtiyar Vahabzadənin şeirləri Koreya dilində
24.02.20
Rəvan Cavid - “Azğın”: roman, yoxsa cızma-qara gündəlik?
24.02.20
"Kitabi-Dədə Qorqud”un üçüncü – Günbəd əlyazması" cap olunub
24.02.20
İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
24.02.20
Azər Abdulla - Peşmanlıqdan sevincə keçid
23.02.20
Elçin Hüseynbəyli - Qarağac - Romandan parça
23.02.20
Bədirxan Əhmədli - Gerçək və intellektual türkçü Muhsin Kadıoğlu
23.02.20
Könül Nuriyeva - "İsanın İncili"ndəki sonsuz suallar
23.02.20
Əlyazmalar İnstitutunda “Nəsimidən nəsimlər” kitabının təqdimatı olub
23.02.20
Ədəbiyyatşünaslığın inkişafına dəyərli töhfələr verən alim – akademik Həmid Araslı
21.02.20
İnsanın əzəməti – Dino Butsatinin hekayəsi
21.02.20
Tramp “Oskar” mükafatının Cənubi Koreya filmi “Parazitlər”ə verilməsini tənqid edib
21.02.20
Məşhur yazıçı hekayəsini 1 ABŞ dollarına satdı
21.02.20
Müslüm Maqomayev haqqında çəkilən serialın treyleri yayımlandı - VİDEO
21.02.20
Xalq rəssamı Böyükağa Mirzəzadənin anadan olmasından 99 il ötür
21.02.20
Taleh Eminoğlu - Knut Hamsun: bir medalın iki üzü
21.02.20
Bakıda Beynəlxalq film festivalı keçiriləcək
21.02.20
"Müqayisəli ədəbiyyatşünaslıq" jurnalının yeni sayı çıxıb
21.02.20
Hacı Ələmdar Mahirin anım günü
18.02.20
Özbəkistanda “Hər anımız Vətən desin!” adlı şeir müsabiqəsi elan olundu
12.02.20
"Təkrarın tənhalığı”nda "Sevdiyim əsər” – Fərid Hüseynin kitab təqdimatından reportaj
10.02.20
Gülbala Dadaş - “Hər kəsin öz eşqi” kitabı haqqında
07.02.20
Fərid Hüseynin kitablarının təqdimat mərasimi keçiriləcək
05.02.20
Bəsirə Əzizəlinin Muhsin Kadıoğlu haqqında monoqrafiyası çap olunub
05.02.20
İradə Musayeva -  Süleyman Rüstəmi əksinqilabçı adlandıran repressiya qurbanı
03.02.20
Cavanşir Yusiflinin Səlim Babullaoğlu haqqında kitabı nəşr edilib
02.02.20
İradə Musayeva - Bağırovun gizli tapşırığı: “Boynuna qoyuluncaya qədər döyün!”
01.02.20
"Qanun” nəşriyyatında "The Paris Review müsahibələri” adlı kitab nəşr edilib
01.02.20
Rusiya Yazıçılar İttifaqı ilə AYB arasında əməkdaşlıq müqaviləsi imzalanıb
29.01.20
İradə Musayeva - Bağırov bu tərcüməçimizi həbs etmək üçün Stalindən icazə istəmişdi
28.01.20
Fərid Hüseyn - İnsanın unutqanlığı bəzən onun ədalətidi
28.01.20
AYB-nin Gənclər Şurasının “Ulduz”u nəşr edildi
25.01.20
İradə Musayeva - Müstəqil Azərbaycan” sözü dilinizdən çıxmadımı?
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.