Narıngül - Kardelen çiçəyi
17.04.13

Hekayə

     Sübut edəcəkdi: özünü, gücünü, səbrini - hər şeyi. Bütün malik olduqlarını bir yerə cəm edib qisas alacaqdı. Ən çox da özündən. Alınacaqdı... Çox güclü  və bütöv olacaqdı.  Alınmayan nə var ki?! Ən əsası qalib olacaqdı. Həmişə istədiyi bu olmuşdu həyatda.
 
     - Nədən qorxursan?
     - Nə bilim...düzgün deyil axı...
     -  Qorxma gəl!  Fikir vermə adamlara, cəhənnəm olsun hər şey!
     - Yox, yenə də olsun...   
     - Səni istəyirəm...ölürəm səninçün.
     Bədəni gizildədi.  
     Əslində özü də istəyirdi getməyi.
     - Onda özün bilərsən...  Deyəsən çox yalvardım axı...  Bilirsən...   hər yer doludur qadınla. Amma  gəlsən çox yaxşı olardı. Səndən xoşum gəlirdi.
     Sanki  göylərdən endi. “Xoşum  gəlirdi”,  indi gəlmir. Səsin daha  nə deyəcəyini gözlədi. Artıq danışmaq olmazdı. Hər şey pozula bilərdi.  Nəyinsə yerini dəyişməklə  azıb qala bilər, çıxışı tapmazdı. Onsuz da bütün düşüncələri qarmaqarışıqdı, içində burulğandı.
     Susmaq işə yaradı deyəsən. Telefondakı səs yumşaldı, tonu xeyli aşağı düşdü.
     - Özün bil, uduzmazdın  məncə,   -  gerisini  demək üçün pauza verməli oldu -  sənə hədiyyə də almışdım.  Sən hər şeyə layiqsən.  Biz  öz həyatımızı yaşayırıq. Hər şeyin gözəldi, ürəyimcədir. Bircə əxlaq dərsi keçmə mənə.
    - Yox, nə əxlaq dərsi. Müasirəm.
    - Müasirsən onda gəl ...
    Səs yenə hökmlü göründü. Səsin yiyəsi hakimdi. Səsin tonu açmadı bu dəfə onu. Nə cavab versin. “Adam deyir ki, gəl özü də səni istəyir, israr edir, get ! Hələ o biri tərəfi də var... hədiyyə filan... diqqətlidir sənə. Dəyər verir. Get! Həm də müasir deyilsən deyir...”  Belə tez istəməzdi. Hər şeyin ortada olduğu, qarışıq bir məqamda.  Bilirdi sonluq bu yerə gələcək. Amma hələ hazır deyildi. İçindəki cəhənnəm boşluğunu doldurmaq kimi bir şeydi bu. Dayanıqlı deyildi  bu əlaqə.  İçindəki səs təslim etdirdi.  “Görüşək, xoşbəxt olarıq”. Sırf  qadın marağından olan  daha başqa şeylər qərarını  üstələdi. Həyatına rəng qatacaqdı. Ürəyi uçundu.
  
    - Ey... gözəl, hara gedirsən?  gəl aparım hara istəyirsən.  Dayanacaqdakı maşınlardan birinin sürücüsü  pəncərədən başını çıxarıb onu səslədi.
Dodağını dişlədi:  “Bircə sən çatmırdın”.
    - Özün bil...
“ Bu harda qaldı görəsən?”  Telefondakı səsin sahibi o qədər  hökmlüydü ki, zəng etməyə də ürəyi gəlmədi. Qoy özü axtarsın. Elə başa düşsün ki, hələ gəlməmişəm.  Yüngüllük olmasın.  Səsin sahibi görünmürdü.
    Dözməyib zəng etdi. Telefon söndürülmüşdü. Nə olmuşdu görəsən. “Gələcək, əlbəttə gələcək. Oyuncaq deyil ki?..” O tərəf -  bu tərəfə gəzişə-gəzişə xəyallar qurdu. Xəyallar qanadlandı. Bir müddət əvvəl elə  bilirdi ki, qanadları qırılıb, heç nəyə yaramır. Amma indi... Çox isti və mərhəmdi hər şey.  Sevgi və ehtiras vardı ortada. Sevinc, nəşə, xoşbəxtlik vardı. Çox açıq danışmağa imkan verməyəcək.  Hər şeyin sonu deyil ki...ədəb -  ərkan deyilən bir şey də var...Bir qədər uzaqda dayanmaq lazımdır.  Əriyib müvazinəti itirmək olmaz. Kodları əlində saxlamaq gərəkdir. 
     “Gərək gəlməzdim.. Yalvartmaq lazımdı. Uzatmaq lazımdı vaxtı. Ürəyimə, ruhuma yaxın idi axı. İncitmək istəmədim. Niyə oynamalıydım ki... Bir birimizdən xoşumuz gəlirdi.  Bəlkə qisas alır. Əvvəl çox soyuq davrandım. İstiliyim qalıb ki?  Qırılıb, paramparça olub ürəyim”. Hər şey beynində qarışdı. “Ələ salıb məni. Bu da sənin ruhun, arzun. Havaya sovurdun hər şeyi. Uduzmağa bənzəyir.  Xəyalların, istəklərin.”
    Ağlamadı. Ağlamaq  zəiflikdi. Zəif olmağa nifrət edirdi. Onsuz da saman çöpündən yapışana bənzəyirdi. O, dirçəltmişdi bir az, ruhlandırmışdı. Hər şeyə maraq yaratmışdı, inandırmışdı. İndi də belə.
Təkrar zəng etdi. Telefondan səs gəlmədi.
     Kənarda dayanmış kişi yaxına gəldi. Qoluna toxundu.  Mızıltılı səs eşidildi:
    - İstəyirsən gedək, yaxınlıqda ev də var. Danışaq, razılaşaq.  Key-key baxdı kişinin üzünə. Üzünün ifadəsi o qədər laqeyd və mənasızdı ki... Kişi bir şey anlayammadı. Ayağını sürüyə-sürüyə gəzişdi. “Xarab olub e, bunun  başı. Hardan ağlına gəlir birdən –birə  mənə təklif  etmək.  Dayandığı yerə indi nəzər saldı. Bura  fahişələrin toplaşdığı  bağın  yaxınlığıydı. Amma ora deyildi,  bir qədər kənar yerdi. Bir dəfə yazı yazmışdı bu bağdan. Gözaltı kişinin arxasınca baxdı. “Adamını tanımır, axmaq! -  dodaqlarını sıxdı, özüylə zarafatlaşdı - yəqin  elə məni də  “adamına” bənzədib.  Nə fərqi var ... Hara qaçıram ki? Gedib bir yerə çıxa bilmirəm onsuz da”.
     “Yox o, ruhuma çox  yaxın idi. Məni çox xoşlayırdı. Nə qədər dil tökürdü , belə etməməliydi”. Hər şeyi qırıb atmaq  olmaz. Nə qədər zaman sərf edib. Əlini telefona uzatdı.  Cavab gəlmədi.
Geri qayıtmağa qərar verdi.
    Evə çatıb paltarını soyunanda zəng gəldi. O  idi: səsin sahibi. İstədi telefonu açmasın. “Daha nə zəng. Təhqir etdi  məni, əməlli-başlı”.
Dözmədi. Səsin sahibi  üzrxahlıq etdi:
    -İşim oldu.
    - Yalan deyirsən. Qurtardı.
    - Yalan demirəm.İnan!
 Söz tapmadı deməyə. Hər şeyi darmadağın etməyə  ürəyi gəlmədi. Barışmaq da istəmədi. Yumşalmaq məğlub olmaqdı. Qələbənin bir addımlığındaykən. Qalib olacaqdı...
    - Səni istəyirəm. Səs zəhmli idi yenə. 
“Sevirəm yox, istəyirəm”. Acı - acı güldü.
    - Məni istəyən çoxdur.  Sevgi istəyirəm mən.
Niyə dedi axı bunu.  Dilənçi deyil ki...  O qədər sevəni var.”Elə biləcək acizəm”.
Səsin sahibi dil tökməyə başladı. Bir ümid cücərdi ürəyində. Amma yaşıl tarlaların bar verib -  verməyəcəyi qəqiq bilinmirdi. İçindəki təlatüm çəkilmədi.

     - O qızın  yazıları daha perespektivlidir. O gənc qızı deyirəm. Bağışla, onu seçməli olduq. Bizə elə kadr lasımdır ki, həyatın nəbzini tutsun.Onlar  həm də görünə bilirlər.  Kompleks filan burda işə keçmir. Özün bilirsən də, insanların içinə nüfuz etmək lazımdır, quzum. Sən bir az çəkingənsən.
Demək iş məsələsi yenə də qaldı. Bu dəfə də alınmadı.
      “Yaman da çəkingənəm.  Öz tutumum qədər varam. Bundan artıq olmayacağam  ki... daha neyləməliyəm ki..”
- Səni onsuz da tanıyırlar, yazıların filan... Hara getsən yaşıl işıq yanacaq.
 “İşıq zad yoxdur. Hələ də işsizəm. Allah kəssin belə yaşıl işığı”.
    - Sən də pis deyilsən.Ancaq...
    “Lazım deyil sənin işin, işləməsəm də olar ”.
    Səsin sahibi zəng etdi: “Bir kənara çəkil, danışaq. Görüşmək istəyirəm”. Dəhlizin o başına çəkildi.
    - Gərginsən, həm də, yorğun görünürsən ...
    - Bilirəm.
    - Səni mənim kimi duyan yoxdur...
    - Doğru deyirsən.
    - Onda görüşək. Nə oldu, danış,indi  nə fikirləşirsən.

    - Şöhrət də boş şeydir, sabun köpüyü kimidir. O tərəfindən bu tərəfi görünür. Neynirəm şöhrəti?!
    - Bəs istədiyin nədir?  - səsin sahibi onu çözələyir, içinə nüfuz etməyə çalışır,- sevdiyin adam da sənə laqeyddir. Nə vaxtdır itib. Nə istəyirsən?
Nə istədiyini özü də bilmir. Amma istəyir, çox istəyir.Bu an  səsin sahibinə inanıir, güvənir, sığınmaq istəyir. Qadındır da... Kiməsə inanmasa, güvənməsə gərək onda qadın olmaya.
    - Yaşamağın sirrini öyrənirəm..
    - Gəl səni yaşadım ...
    Sevgilisi son dəfə “kardelen çiçəyimsən”  yazmışdı ona.  Ondan sonra bir daha  yazışmamışdılar. Üç gün -  üç gecə ağlamışdı. İndi də yadına salanda göz yaşlarını güclə tutur. Həmişə ağlayır. Hərdən onunla çox xoşbəxt olurdu. Sonra əvəzini ödəyirdi.  Ən xoşbəxt anlarında belə  bu ağlamaq hardan gəlib tapırdı onu. Bəzən ürəyində çoxdan  kök salmış axmaq  arzusunu bildirirdi  sevgilisinə.  Birlikdə ölmək, əl- ələ tutaraq intihar etmək!
Sevgilisi : ”Niyə ölək ki, ” -  deyə etiraz edirdi.
    - Qoy belə bitsin sevgimiz, ayrılıq olmasın... Yaxşı,istəmirsən  mən özüm ölərəm.
    - Sən olmasam elə mən də ölmüş  olaram. Nə fərqi?..
O qədər xoşbəxtdi ki... İnanırdı ona. Indi də inanır. Gələcəkdə də inanacaq. İnanmasa ölər!
Hanı,  indi yoxdur. Heç biri ölməyib. Amma unuda da  bilmir. Özünü tanıyammır.  Gözlərini yuman kimi onu istəyir. Dünyanın ən böyük ayrılığını yaşayırlar. Aralarında o qədər keçilməz  sərhədlər  var ki...
Ancaq canı, ruhu ölməyib.  Müharibə dövrünün qadınlarından deyil ki,oturub  ömrüboyu yas saxlasın.
    - Mənə sevgilindən danış , - deyir  səsin sahibi. Hiss edir ki, danışanda qısqanır. Bəzən qəsdən danışıb,qıcıqlandırmaq istəyir, sonra xətrinə dəyər deyə vaz keçir. Amma hiss edir ki, heç kəsə danışmadıqlarını danışa bilir səsin sahibinə. Sirr ortağı tapıb özünə. Yaxşı dost ola bilərlər. Ovuda bilir onu, ürəyini isidir. Unutdurur hər şeyi.
    - Uşaqlar texnikanı yaxşı bilirlərər, yazı texnikasını. Əsas texnikadır,  - redaktor əli ilə balaca qlobusu stolun küncünə itələyir,  - nə ictimai nüfuz, ictimai nüfuz nədir? Sənin yazmağın elə ictimai nüfuzundur da....yaz getsin.  İstəyirsən siyasətdən yaz. Səndə alınır, sən hamısından yaxşı yazırsan ...Amma fahişə kim  yazmaq lazımdır, siyasətdən  yazanda da... Çəkinmədən!  
    Redaktor ayağını ayağının üstünə aşırıb  əlavə edir:
    -  Heç  yazmaq da bir peşə  deyil, əslində. Gedin özünüzə iş  tapın.
Uşaqların xoşuna gəlmir  bu söhbət. Dodaqaltı mızıldanırlar: “Sənin nə vecinə.Yazdığını yazmısan, aylıq maaşını da  alırsan, kef çəkirsən!”
      - Yox, o çəhəri istəmirəm... başqa yer olsa sevinərdim.  Artıq fikrimi dəyişdim.
Redaktorun gözləri heyrətdən böyüyür:
    - Dünənə kimi yalvarırıdın, nə oldu  indi. Özün bil. Mən sənin ürəyini almaq istəyirdim, iş məsələsinə görə... mükafatlandırırdım səni. Hm... qadınsan da... Nə istədiyinizi bilirsiz ki. Arxadan  kinayəli səsi  eşidilir.
Geri qayıdıb cavab vermək də olar. Həvəsi gəlmir, həm də lazım bilmir.  Durub deməyəcək ki, orda məni sıxan çox şeylər var. Ora gedən kimi sevgilimi xatırlayacam. O şəhərin  hər qarışında onun ruhu var, nəfəsi var. Məni dəli edər  o yerlər. Məhv olaram! Yox!
“Guya sən kişi olub neyləmisən ki ? !”   Ürəyində qeyzlənir.
    Yağış damlaları getdikcə güclənərək  arx suyuna çevrilir,  küçə aşağı axmağa başlayır.
    -  Bu yollara bir əncam çəkmirlər - şəhərin yaşlı sakinlərindən biri  söylənir. Ürəyində bahar çiçəklənir.  Bilmir hara tələsir.
    Natamamlıq var hər yerdə. Hər şey yarımçıqdı.Təkcə səsin sahibi onu oxuyur. Səsin sahibi idarə edə bilərdi onu. “Sizə etibar yoxdu”, - deyirdi səsin sahibi.  - “Xəyanət edə bilirsiniz istədiyiniz vaxt. Xislətiniz belədir!”  Düz deyirdi, bəlkə də. Gülümsündü. “Xislətiniz” sözünə gülməyi gəldi.
Sevgilisinə necə ?!  Yox ona etməzdi!  Dünya dağılsa etməzdi! Amma etdi sonda. Necə olsa da  sonunu gözləyə bilmədi. Enerjisi çatmadı.  Gücü qalmadı. Qurtardı hər şey!
     “Uğur qazana bilərsən”  deyirdi səsin sahibi. Kim bilir, bəlkə elədir, xoşbəxt olacaq. Hansında?  - sənətində, yoxsa həyatda? Bilmir. Bəlkə dönüş başlanacaq.
    Daha o, olmayacaq. Heyf! Hər şeyi olacaq. Səsin sahibi onu çox sevəcək. Xoşbəxt olacaqlar. Bəlkə o, başqasını seçəcək. Dəqiqləşdirmək çətindir, olacaqları. Amma o, olmayacaq. Bu dəqiqdir! Yenə gözləri dolur.
    Bu gün bir saatlıq məruzəsi də var. Kitabxana işçilərinin qarşısında çıxış edəcək. Bədii yaradıcılığın xüsusiyyətləri haqqında danışacaq. Adamlar maariflənəcək, faydalanacaq. Belə deyir təşkilatın rəhbəri.
     Küçədə zibil qutusunun içinə başını soxub nə isə axtaran  kişi arvadını çağırır, deyəsən “işəyarayan” əşya  tapıb. Sevinərək qadına  göstərir. Geyimlərindən, hərəkətlərindən ağıllarını itirmiş olduqları hiss olunur. Səfillər öz işlərindədir.
     “Hər şeydən yazmaq olar,-  deyirdi redaktor – zibildən də  konfet kimi yazmaq... Peşəkarlıq budur... Gərək heç nəyi  gözdən qaçırmayasan”. Səfillərə yaxınlaşır.  Qadın təəccüblə ona baxır. Kişi bir az qəzəblidir. Hürkmüş kimi görünürlər. Qadın  onun üzünə baxıb öz aləmində hansısa  mahnını zümzümə etməyə başlayır. Gülümsünərək  onları başa salır ki, qorxmasınlar. Cibindən xırda pul axtarır, kişinin  ovcuna basır. Qadın  pulu götürür, əlindəki torbanın içinə atır. Hiss olunur ki, kişini o idarə edir. Deyəsən,  isinişirlər ona. Onları danışdırmaq istəyir. Qarışıq danılşırlar, nə danışdıqlarını başa düşülmür. Bir neçə dəfə cəhd etsə də, heç nə alınmır. Kişi zibilqablarının  birinni onu qarşısına itələyir.Yəqin demək istəyir ki, sənə verdik bunu. Bir- birilərinə dəyə-dəyə aradan çıxırlar.  Qarşısındakı zibil qabı ilə üzbəüz qalır. Redaktorun qarasınca söylənir: “Bu da sənin  çılpaq həqiqətin”...
     Adamların diqqətini çəkməmiş aralanmaq istəyir.Tələm -  tələs irəli addımlayır.  Qarşıdakı divara yazılmış elanı görür: “Bura keçid deyil”. Yolu dəyişmək lazımdır!
Səsin sahibi zəng edir:
     - Nə edirsən, nəylə məşğulsan indi?
     Qeyri - ixtiyari dillənir:
     - Heç nə!  Yolumu dəyişirəm yenə...

 Avanqard.net

Yenililklər
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.