Aqşin Yenisey - Elm axtarır, cadugərlik “tapır”
17.04.13

XXI əsrə qədəm qoymağımıza, elmin Mars planetində həyat axtarışları aparmasına, tibbin bir adamın qaraciyərini “hop” deyib başqa bir adama köçürməsinə, canım sənə desin, ərindən uşaq doğa bilməyən arvadların sünü mayalanma yoluyla əkiz uşaq dünyaya gətirməsinə baxmayaraq, bu gün hələ də adına “qara camaat dediyimiz” zümrə öz bəxtini, gələcəyini daha çox falçılara, pirlərə etibar edir. Millət düşüb yazıçı dostum Həmid Herisçinin arxasınca. Herisçinin ideyası aydındır, o, doğrudan da, Mirzə Fətəli Axundovun ələ saldığı, doladığı hansısa ucqar Qarabağ kəndində oturub nəzir yığmaqla dolanan müsəlman dərvişin cinlər, ifritələr vasitəsilə Parisi dağıtdığına inanır. Dərviş Məstəlinin partlatdığı barıtın tüsütüsü hələ onun burnundan getməyib. O, sübut etməyə çalışır ki, dünyanı insanlar yox, əcinnələr idarə edir. Amma onun bu fikrini də qəribçiliyə salmaq olmaz; dünya tarixində xeyli nümunələr var ki, xalqların, müharibələrin taleyində rol oynamış cadugərlər, mistik məxluqlar az olmamışdır. Məsələn, Qədim Romanın dağılması haqqında belə bir rəvayət var ki, guya, qallar onlara sehrli iksirin gücü ilə qalib gəliblər. Guya, bu iksiri içən Abeliks və Asteriks Sezarın bütün qoşununu darmadağın edirmiş. Yaxud Messinq – yəhudi cadugəri. II Dünya müharibəsi illərində Hitler bütün dünyayla vuruşmaqla yanaşı, həm də onunla vuruşurdu. Faşist kəşfiyyatı bütün Avropada onu axtarırdı, çünki o, özünün magik gücü ilə hər yerdə faşizmi hipnoz hala sala bilirdi, o, olan yerdə faşizmlə birlikdə Almaniya da yoxa çıxırdı. Yazılanlara görə, bir dəfə hətta onu yaxalaya bilirlər, hətta onu tanıyan alman zabiti bir yumruq vurub bir neçə dişini sındırır və xurd-xəşil olmuş bu yəhudi cadugərini gətirib həbsxanaya atırlar. Hamı sevinə-sevinə Hitlerin üstünə muştuluğa qaçır ki, tutduq o əclafı. Hitler sevincindən qol götürüb oynayır və yollanır həbsxanaya ki, Almaniyanı girinc eləmiş bu yəhudi cadugərinin edamına özü şəxsən nəzarət etsin. Həbsxanaya çatanda isə ona ayrı söz deyirlər: “O, kamerada yoxa çıxıb”. Messinq həbsxana gözətçilərini hipnoz edərək aradan çıxmışdı, hətta açarları da özüylə aparmışdı. Sonra o, canını qorumaq üçün Stalinə sığındı.

Orta məktəbdə oxuyanda Rusiya tarixindəki şair Rasputinlə cadugər Rasputini həmişə qarışıq salırdım, daha doğrusu, bunlar eyni adamlardı. Sonra bir kitab əlimə keçdi və nə qədər yanıldığımı anladım. Sən demə, II Nikolayın evini elə cadugər Rasputin yıxıb. Bu adamın heç bir təhsili-filanı olmayıb, atası da, özü də at oğrusu imiş. Yeniyetməlik illərində Rasputində bizim molla dediyimiz kənd keşişinin oxuduğu dini moizələrin təsiri ilə gözəgörünməz qüvvələrin mövcudluğuna maraq yaranır və bu gənc rus kəndlisi trans halına düşməkdən, mistik güclərlə görüşməkdən ötrü, hətta günlərlə özünü qamçılamaqdan belə çəkinmir. Eynən bizim Aşura günü zəncir vurub, özünü al-qana qərq etməklə Allaha qovuşduğunu zənn edən gənc dindar oğlanlarımız kimi. Bütün bu özünücəzalandırmalar nəticəsində onda mənəvi, ruhani pozğunluq yaranır və o, ona öz dilimizdə desək, vergi verildiyinə inanır: buyur, bu da sənə yeni bir cadugər. Kənd-kənd gəzib rusların falına baxır, yara-xora tökənləri, vərəm olanları, cüzamlı xəstələri sağaldır.

Kiçik bir haşiyə: sözsüz ki, mən dərdim olanda həkimi qoyub molla yanına gedənlərdən deyiləm, lap həyatım bahasına olsa belə. Amma həyatımda belə bir hadisə baş verib; uşaq vaxtı ayaqlarıma ziyil düşmüşdü, get-gedə çoxalırdı. Kimsə anama demişdi ki, oğlun ayağındakı ziyilləri saysın və toyuq ciyərinə bu ziyillərin sayı qədər arpa toxumu sancıb torpaqda basdırsın, arpalar çürüdükcə ziyillər də çürüyüb töküləcək. Belə də etdim, Allah haqqı, bir həftəyə bütün ziyillər yoxa çıxdı.
Rasputinin cadugərliyi Rusiyada o qədər məhşurlaşır ki, II Nikolayın cinə-şeytana sitayiş edən arvadı onu paytaxta dəvət edir. Əsl həngamə bundan sonra başlayır. Özü də onu deyim ki, Rasputinin “xəstələrinin” əksəriyyəti avam və kübar rus qadınları, vəzifəpərəst rus zadəganları idi.
Rasputin artıq sarayda nəinki müalicəvi cadugərliklə məşğul olurdu, o, bir kəlməsiylə kimisə nazir qoydurur, kimisə vəzifəsindən uzaqlaşdırırdı, yəni demək olar ki, möhvümata inanan çariçanın vasitəsilə imperiyanı idarə edirdi.

Amma Rusiyanın başının üstünü almış bu mistik təhlükəni görənlər də az deyildi və onların qərarı amansız olduğu qədər də sadə oldu: Rasputin öldürülməlidir!

Rasputin qarlı qış gecələrinin birində dəvət olunduğu zadəgan malikanəsində öldürüldü.

Sözümün canı: əgər bəşəriyyət cadugərliklə, cadu-pitiylə şəfa tapsaydı, elmə, ümumiyyətlə, ehtiyac olmazdı. Əgər cadugər şişib partlamaqda olan kor bağırsağının şişini dua oxuyub sağalda bilirsə, nəyə lazımdı o boyda iynə-dərman? Tutaq ki, yıxıldım ayağım sındı və qapı qonşumuz falabaxan Gülavaz xala gəlib “sınan ayaq” duası yazdı və ayağım sağaldı, onda mənim nəyimə lazımdı ki, travmotoloq sahəsi üzrə professor Ələmdar Cabbarlıya bir ətək pul xərcləyim? /simsar.az/

Yenililklər
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.