Xuan Ramon Ximenes - Yerə dönməyəcəm
18.04.13
Tərcümə Günel Eyvazlı
Dönməyəcəyəm. Gecəylə uyumuş, Yatmış, sakitləşmiş nadan dünyaya. Ayın işığında yerlərə çökmüş, Kölgə tək sürünən yalqız yollara.
Tərk edilmiş evin ara-bərəsi Gecələr küləyə qonaq olacaq. Mənim çıxıb getmiş ruhumu hər gün, Boş qalmış otaqda hey axtaracaq.
Kimlər darıxacaq? Kim gözləyəcək? Bunları heç zaman bilməyəcəyəm. Özüm öz ruhumu, öz yaddaşımı, Yalançı ümidlə bəsləyəcəyəm.
Hə. Ulduz, günəş, ay və çiçəklər, Kədər, sevinc, qüssə olub, olacaq. Bəlkə də ağacın soyuq kölgəsi, Qəfləti görüşü arzulayacaq.
Köhnə pianonun bir gecə vaxtı, Səsini eşidib diksinəcəyəm. Amma, mən bilirəm, bir də heç zaman. Pəncərə önünə keçməyəcəyəm.
|