Kənan Hacı - Nizaminin türkcə “Divan”ı haqda
19.04.13

Hələ 2004-cü ildə “Ədalət” qəzetində Nizami Gəncəvinin türkcə “Divan”ı haqqında yazmışdım. Bu yazıdan sonra Azərbaycan MEA Şərqşünaslıq İnstitutundan, Ədəbiyyat İnstitutundan etiraz dolu reaksiyalar gəldi. Amma mən yazını faktlar əsasında qələmə almışdım. Bu faktlar nədən ibarət idi?
 
“Nizami türkcə yazmayıb” deyirlər. Axı bu, necə ola bilər? Özü də deyirlər, Nizami bütün ömrü boyu Gəncədən kənara çıxmayıb. Bütün həyatını Gəncədə yaşamış şair necə ola bilərdi ki, türkcə heç nə yazmasın?
 
Nizamini “fars şairi” kimi təqdim edənlər çoxdu. “O, türkcə yazmayıb, deməli fars şairidir”. Tarixi bir məqam yada düşür. O səbəbdən tarixi deyirəm ki, Nizamini “fars şairi” kimi qələmə verməyin tarixi məhz o məqamdan, o zamandan gəlir. XV əsrdə Orta Asiya hökmdarlarının sarayına yol tapıb özünü şair kimi qələmə verən “ədəbiyyat oğrusu” Dövlətşah Səmərqəndi Nizamini farslaşdırmış, katiblərə hökm etmişdir ki, belə yazın:
 
“O, Qum şəhərində doğulub, farsdır. Sonralar Gəncəyə gəlib və şairlik edib”.
 
Nizaminin şöhrətinə sahib çıxmaq istəyənlər çoxdur. Qorumadığın, sahiblik edə bilmədiyin sərvətlərin beləcə, əldən çıxmaq təhlükəsi də var axı! Nizaminin fars dilində yazdığı ölməz əsərlər Azərbaycan ədəbiyyatının daşınmaz mülkiyyətidir, milli sərvətidir.
 
M. Ə. Rəsulzadə “Azərbaycan şairi Nizami” əsərində yazır:
 
“...gözəl və ucaya türk, gözəllik və ucalıq diyarına Türküstan deyən bir şairə yalnız farsca yazdığı üçün türk deməmək mümkündürmü? Əsla! (Azərbaycan Dövlət Nəşriyyatı, 1991, səh. 148)
 
Rəsulzadə daha sonra yazır:
 
“Nizaminin türklüyünü inkar etmək onun 800 il sonra da təravətini mühafizə edən türkcəsini anlamayan faciəvi bir həbəşlik olardı”.
 
“Türkcəmi bu həbəşlikdə alan yox” deyə şikayətlər içində qəhr olan Nizami deyildimi? İncə, həssas qəlbli şairə bu misraları yazdıran bir səbəb olmalıdır axı?! Tarixin qaranlıqlarında çox belə mətləblər heçliyə quylanıb, çox belə sualların cavablarını bu günümüzə gətirən yollar bilərəkdən dolaşıq, çalpaşıq salınıb.
 
 
1827-1829-cu illərdə Rusiyanın İranda səfiri olmuş A.S. Qriboyedovun müəmmalı ölümü haqda saysız-hesabsız fərziyyələr, gümanlar, ehtimallar irəli sürülüb və bu, indi də qismən davam etməkdədir. Amma çoxları bilmir ki, ölümündən bir gün qabaq Qriboyedovun iş otağından Nizaminin yeganə nüsxə olan türkcə “Divan”ı oğurlanmış, bir gün sonra isə səfir otağındaca qətlə yetirilmişdir. Bu haqda mərhum alimimiz Məmmədağa Sultanovla söhbət zamanı o, mənə çox maraqlı bir fakt dedi. O, dedi ki, “Divan”ı milliyyətcə erməni olan Xanverdi bəy adlı bir şəxs (əsl adı Xaçatur Şahnazarov olub – K. H) Qriboyedovun otağından oğurlamış və elə həmin gün yoxa çıxmışdır.
 
Mən Məmmədağa müəllimdən soruşdum ki, bəs bu qiymətli əlyazma Qriboyedovun əlinə necə keçmişdi? O, Ərdəbil kitabxanalarının adını çəkdi, səfirə həmin əlyazma o kitabxanaların birindən göndərilib. Niyə məhz ona? Bu suala cavab tapa bilmədim...
 
“Divan” oğurlanarkən səfir hələ sağ idi. O, bu hadisədən xəbər tutub öz tərcüməçisi  Mirzə Nərimandan tələb edir ki, bu nadir əlyazma təcili surətdə tapılıb geri qaytarılmalıdır. Bir neçə saatdan sonra Qriboyedovun iş otağında qətlə yetirilməsi xəbəri Tehrana yayılır.
 
Qətldən az sonra erməni katolikosu Norses öz gizli əmri ilə Qriboyedovun müşayiətçiləri Yaqub Markaryanı, Vasili Dadaşyanı, Vəzir Muxtarın tərcüməçisi, ştab kapitanı Məlik Şahnazarovu, dəftərxanada işləyən Bejanovu, İsaak Sarkisovu və nəhayət Xaçatur Şahnazarovu qızıl pulla və digər qiymətli hədiyyələrlə mükafatlandırır.
 
Bu fakt təsdiq edir və yəqinlik yaradır ki, qətlin planını və icrasını məhz bu şəxslər həyata keçiriblər.  A. S. Qriboyedovu Tehran səfəri zamanı müşayiət edən iranlı Məmmədəli Səfiyev sonralar yazırdı:
 
“Vəzir Muxtar həzrətlərinin hüzuruna gətirilmiş bu kitablar bəşərin güzgüsü sayılan Şeyx Nizaminin ölməz “Xəmsə”sidir. XIII əsrdə toplanıb yazılmış bu böyük sənət əsəri türk dilində idi. Hər sətrin ardınca farsca tərcüməsi verilirdi. Tarixin bu müqəddəs parçasını qiymətləndirən o idi ki, “Divan”ın arxasında Mahmudpur adlı bir şəxs öz xəttilə farsca bu sözləri yazıb:
 
“Nizami hər sözü türkcə demiş birinci,
Qoymayıb cilasız qala bir inci”
 
Mən də onun içindən ən zərini(parlağını) seçib öz xəzinəmi bəzəyəcəyəm”.
 
Beləcə, Nizaminin türkcə “Divan”ı Xorasan katiblərinin repressiyasına məruz qalmış, farscaya da çox bərbad şəkildə tərcümə olunmuşdur.
 
M. Səfiyev daha sonra yazır:
 
“Nizami Gəncəvinin müqəddəs külliyyatının doğma ana dilində yeganə nüsxəsi katolikosun nəzarəti altında olan Matenadaranın əlyazmalarının arasında başqa adla gizlədilir. Böyük Vətən Müharibəsi illərində Nizami Gəncəvinin 800 illiyi keçirilən zaman aydın oldu ki, həmin nüsxə bir neçə müddət Venetsiya şəhərində yaşayan bir erməninin şəxsi  arxivində saxlanmış, 1946-cı ildə isə yenidən Matenadarana aparılmışdır”.
 
O vaxtdan bu qiymətsiz incinin taleyi haqqında heç bir məlumat yox idi. O vaxt yazmışdım ki, erməni əlinə keçmiş torpaqlarımız kimi Nizaminin türkcə “Divan”ı da erməni əliylə işğal olunmuş mənəvi ərazimizdir. Bu mənəvi ərazini geri ala biləcəyikmi?
 
Həmin “Divan” deyilənə görə 2004-cü ildə Misirin Xədəviyyə Kitabxanasından tapılıb və onu Zəncan Universitetinin professoru olan Hüseyn Türksoy tapıb gətirib. Bu günlərdə oxudum ki, Nizaminin türkcə “Divan”ı nəşrə hazırlanır. Açığı, çox sevindim. Bu faktın özü “əlyazmaları yanmır” həqiqətinin doğruluğunu bir daha təsdiqləyir. /kulis.az/

Yenililklər
14.01.20
Gürcüstanda Zəlimxan Yaqubun xatirəsinin əbədiləşdirilməsi təklif olunub
14.01.20
“Təhsil terminlərinin izahlı lüğət”i çap olunub
14.01.20
Nəsiminin həyat və yaradıcılığına müasir baxışı əks etdirən monoqrafiya çap edilib
14.01.20
 “Manqurt” tamaşası növbəti dəfə nümayiş ediləcək
09.01.20
“Ədəbi Proses – 2018” kitabı çap olunub
31.12.19
Mahirə Nağıqızı: "İstənilən ixtisası ən böyük zəhmət hesabına qazanmaq olar, amma şair kimi doğulmaq lazımdır" - MÜSAHİBƏ
28.12.19
Məmməd Cəfər Cəfərova həsr olunan elmi sessiya keçirilib
28.12.19
Ülvi Babasoy: "Çağdaş ədəbiyyatda dil bəlkə də heç onuncu yox, iyirminci yerdə dayanır" - MÜSAHİBƏ
28.12.19
"Ulduz” jurnalının dekabr sayı işıq üzü görüb
27.12.19
Bakı Mühəndislik Univeristetində Səxavət Sahilin yeni kitabı müzakirə olunub
27.12.19
Mərahim Nəsib - Şəms Təbrizinin məktubu
27.12.19
AYB-nin Gənclər Şurasının üzvləri ədəbi orqanların redaksiya heyətinə qəbul edilib
26.12.19
Əhməd Cəfəroğlunun 120 illiyilə bağlı elmi sessiya keçirilib
26.12.19
Qulu Ağsəs tələbələrə nə vəd etdi? - Pedaqoji Universitetdə GÖRÜŞ - FOTOLAR
25.12.19
Səxavət Sahil - Qafqaz müharibəsi rus ədəbiyyatında
25.12.19
Fərid Hüseyn Serbiya Yazıçılar Birliyinə üzv qəbul edilib
24.12.19
Gülbala Dadaş - Sonsuz dərya gizlədib, özündə bu adanı. 
23.12.19
“Metafizika” (ISSN 2616-6879) jurnalının 2019/4 sayı nəşr edilib
21.12.19
Şəhla Aslan - Feminizmindən qorxanlar...
21.12.19
AMEA-nın İctimaiyyətlə əlaqələr şöbələrinin hesabat iclası keçirilib
17.12.19
“Qafqaz müharibəsi rus ədəbiyyatında” kitabı haqqında bir neçə söz
16.12.19
Cəlil Cavanşirin “Azğın” kitabının təqdimat mərasimi keçirilib
12.12.19
İmadəddin Nəsimiyə həsr olunmuş elmi-nəzəri seminar keçirilib
12.12.19
Tamilla Əliyevanın “Qafqaz müharibəsi rus ədəbiyyatında” monoqrafiyası  olunub
10.12.19
“Bir əsrlik Nəsimi araşdırmaları” kitabının təqdimatı olub
09.12.19
“Ey Nəsimi, cahanı tutdu sözün...” II Beynəlxalq Elmi Konfransı keçirilib
09.12.19
Pərvanə Məmmədli - Rza Bərahəni yaradıcılığından seçmələr
07.12.19
Rasim Qaraca - Kəpənəkli günlər
07.12.19
Nemət Mətin - Sonuncu uçuş
06.12.19
Yazıçı Kənan Hacı ABŞ-da mükafat aldı
06.12.19
Vüqar Əhmədin yeni monoqrafiyası işıq üzü görüb
06.12.19
Azərbaycan Universitetində Mişel Fukonun “Sözlər və nəsnələr” kitabının təqdimatı olub
03.12.19
"Ulduz"un noyabr sayı çap olunub
03.12.19
Cəlil Cavanşirdən 18+ roman gəldi
03.12.19
Pərvanə Məmmədli - Tatyana Çaladzeni qədrini bilmədik
02.12.19
Əhməd bəy Ağaoğlunun 150 illiyinə həsr olunmuş elmi sessiya keçirilib
02.12.19
Səxavət Sahilin “Nar ağacının nəğmələri” kitabı çap olunub
02.12.19
Adil Mirseyidin "Son şeir, son vəsiyyət"i təqdim olundu
02.12.19
Cavanşir Yusiflinin "Mətn. İşarə. Məna" kitabı təqdim olundu
27.11.19
2020-ci il üçün dövlət mükafatlarına əsərlərin qəbulu elan edilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.