Azad  Qaradərəli - Ehsan

22.04.13

Hekayə

Zəhərə qalsın o yeməyi ki mən yeyirəm. Doymur də gözüm. Yeyənnərə baxıram, qalıram yana-yana. Yemirlər ki. Elə bil məzələnirlər. Buludnan dolu aş qalıb stolda, bunlar pendir dürməyi tuturlar. Özü də bu dürməyi bir forsnan gəvəliyirlər ki, elə bil çörək deyil yedikləri, yad, tanımadıqları bir zaddı. 
O gün yenə özümü vermişdim ora – xeyir-şər yerinə. Bir nadürüstü vardı, bilmirəm ölənin oğluydu,  qardaşı oğluydu, nə bilim nə zibildi... Gözün zilləyib mənə. Guya ki mən bir qab aş yeməynən dünyanı dağıdacam. Yenə allah versin yaxşı adamlara. Bir də gördüm Nazim müəllim yerdən çıxıbmış kimi girdi qoluma.(Şəhər sovetinin sədridi. İndi ayrı cürən deyirlər. Nə bilim nəyin nəyi? Əşi nə fərqi var ki? Mən gözümü açandan bu kişi o vəzifədədir. Vəzifənin adı dəyişir, o qalır yerində. )
-Yetim, nətərisən?
-Canınıza dua eliyirəm... Məni də içəri aparın, o göygöz kopayoğlu gözün zilliyib mənə...
-Yavaş, eşidib döyəllər səni. O, ölənin oğludu. Gəl dalımcan, mənim yanımda sənə bir söz deyəmməzlər.
Onun kölgəsində girdim xeyir-şər yerinə. Burda da məni rahat buraxmadılar. Bude, Tırıx Mahmudun gözü aldı məni. İrişə-irişə dedi:
-Boy, boy, Yetim!? Ə, indi də böyüklərnən oturub-durursan!
Nazim müəllim əlini çırpdı əlimə:
-Özümə telexranitel götürmüşəm də bını! 
-Mən ölüm, bəxti  ayaq üstəymiş!
O yannan molla dedi:
-“Surətil,mübarəkətil, fatihə”... Bıra hüzr yeridi, xayiş eliyirəm lağ-lağını yığışdırın!
Bayaqkı  Göygöz  göy gözünü ağartdı mənə, yəni ki, indi səni atacam bayıra. Qısıldım Nazim müəllimin böyrünə. Nazim müəllim əlsilən kağıza su töküb əlini silir, sonra cibindən dəsmal çıxardıb qurulayır. Bu mənim bir balaca xətrimə dəysə də, ürəyimə salmıram.
          Nazim müəllim də  məni tamam unutmuşdu, yanındakı kişiynən qızgın al-verə girişmişdi. Kişi deyəsən onun əliynən oğlunu hara isə düzəltmək istəyirdi, indi qiymətdəşirdilər. Tərs kimi yeməyi də o biri başdan başladılar. Səhərdən dörd-beş dəfə ağzımın suyunu udmuşam. Stolda pendir-çörək var, utanmaqdan keçib day,  əlimi uzadıb bir xırdaca dürmək qayırıb gəvələyirəm. İkinci dürməyi dizimin arasında gizlədib, ehmalca şalvar cibimə dürtürəm. Axşam yeyərəm bunu da.
Bu zəhrimar plovun iyi öldürdü ki məni. İçim göynəyir. Boğaz arvad yerukiəyən kimi plova yerikləyirəm elə bil. İt olub hürəcəm indi. Zalım uşağı elə yavaş-yavaş paylayırlar ki... 
Şükür allaha, bizim bulud da gəldi çıxdı. Nazim müəllim qabaqca mənim qabıma çoxlu aş yığır, qarasından da tökür üstünə. Gözüm qalıb kişminən albuxarıda. Onlar yadından çıxır. Elə ətnən soğan qovurmasını  qatıb aşa lavaşnan başlayıram tıxmağa. Arada dovğadan da qurtum-qurtum içirəm. Birdən baxıram ki, qabım boşalıb. Yanımdakıların qabında aşın yarısı hələ qalır. Utanmaqdan keçib. Nazim müəllimə baxıram ki, bəlkə insafa gəlib buluddakı aşdan bir az da qoya mənim qabıma. Amma o öz aləmindədir. Yemək yeyəndə mənə dalını çevirib, yəqin iyrənir. Day keçib, özüm qaşığımı götürüb  cumuram buluda, bu vaxt Mahmud həttənir:
-Ay eşşək. O ağzınnan çıxartdığın murdar qaşığıı hara soxursan  buluda!? Buludun öz qaşığı var axı!
Kül mənim başıma. Yenə qələt qayırdım. Gözümü buluddan çəkirəm. Bu vaxt Nazim müəllim bunu başa düşüb: “Ə, işıniz olmasın,ə. Bəlkə bunun yediyi savabdı elə... Sən ölmüyəsən, allah çörəyi bizə belələrinə görə verir e!” – deyib azaylana-azaylana  qabımı doldurur. Elə iki qaşıq ağzıma aparmışdım ki, it oğlu molla başladı fatihə verməyə. O dəqiqə hamı əlini qabdan çəkdi. Mən də qaldım boğula-boğula. Ağzımdakı boğmurdu ki məni. Qabda qalana boğulurdum...
                                              ***
Üç gündür ölüb-eləyən yoxdur. Üç gündür acam. Bu xarabada hər gün  gileylənirlər ki,camaat  qırıldı qurtardı? Hanı bəs? Mən acından öldüm axı? Bu xaraba zirzəmi də ki buzxanadı. O biri bomjlar gələndə yenə nəfəsləri qızdırır... Qoy bir allahı çağırım:
-Ay allah! Qadan alım, noolar, bu həndəvərdə gör nə qədər adam var, bircəciyini öldür, mənim də qarnım doysun! 
-Tap-tarap!
Zirzəminin qapısı açılır, zirzəmi yoldaşım yıxılır yerə. Nə qədər qaldırmaq istəsəm də, qalxmır, nəfəsi quş tək çıxıb canından.                                                                                                   

18-23.03.2013

Yenililklər
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.