“Səməd Vurğun Azərbaycan xalqının Şekspiridir”
23.04.13

Fəxri Xiyabanda Səməd Vurğunun məzarı başında Qazax Xeyriyyə Cəmiyyətinin üzvlərinin, ölkənin onlarca tanınmış ziyalı və jurnalistinin iştirakı ilə tədbir keçirilib. 

Məlumata görə tədbirin əsas məqsədi son zamanlar çirkin əməllərlə gündəmə gəlmək istəyən siyasət dəllallarının Səməd Vurğuna ünvanlamış iftira, təhqir və qarayaxmalarına qarşı ziyalı sözünü demək idi. Tədbiri giriş sözü ilə Zaməddin Ziyadoğlu açaraq Səməd Vurğunun ölməz ruhu naminə yağışlı bir gündə Vurğun ziyasına toplaşdıqlarına görə ziyalılara minnətdarlıq etdi. 

Akademik Teymur Bünyadov çıxışına Azərbaycan dahilərinin əzəməti haqqında danışmaqla başladı. Nizami böyüklüyündən ötürülən dühalıq tacının sıra ilə Nəsimiyə, Füzuliyə onlardan isə dahi Üzeyirə və dahi Səməd Vurğuna ötürüldüyünü dedi. Natiq çıxışında bildirdi ki, “bu gün Səməd Vurğuna qarşı söylənən qara fikirlər xalqımıza qarşı söylənmiş olur. Buna görə də bu insanların səviyyəsiz çıxışlarına qarşı hər bir Azərbaycan vətəndaşı təpki göstərməlidir. Çünki Səməd Vurğun Azərbaycan xalqının yetişdirdiyi uca zirvədir. Mən həyatımı heç zaman Səməd Vurğunsuz təsəvvür edə bilməmişəm”.

Səməd Vurğunu Azərbaycan xalqının Şekspiri sanan şair Nəriman Həsənzadə bu dahi şəxsiyyət haqqında geniş danışdı: “Heç bir şairi, yazıçını öz epoxasından öz dövründən ayırıb təhlil etmək düzgün deyil. Vaxtilə Şekspirə hücum elədilər. O vaxt İngiltərədə bir misal yarandı ki, “İngiltərəni verərik, ancaq Şekspiri vermərik”. Yəni bu o deməkdir ki, şair, sənətkar kimdir. Şair, sənətkar hər bir xalqın, torpağın səsidir, simasıdır. Ulu öndər Heydər Əliyev dahi Cavidi doğma vətəninə gətirib ikinci dəfə dəfn etdirəndə biz bu sevgidən, sevincdən nə qədər həyəcan yaşadıq. Bizim tutulanlarımız, ləkələnənlərimiz çoxdur. Bu gün Səməd Vurğunun kitablarını yandırmaq istəyənlər yanılırlar. 

Onlar unudurlar ki, şairin kitablarını yandırmaq, inkvizisiya etmək olmaz. Səməd Vurğun 1946-ci ildə İranda, sonra Almaniyada kitablar yandırılanda ona qarşı cavab verib.  Şairin yazdıqları əsərlərə kontekstdən çıxaraq, hansısa bir bəndin, sətirin çıxarılması ilə qiymət vermək olmaz. Səməd Vurğun dahi şairdir, amma bunlara baxmayaraq hər bir insan tənqid oluna bildiyi kimi şairi da tənqid etmək olar. Əsərlərinə iradlar deyilə bilər, necə ki deyilib, deyilir də. Şairin öz sağlığında deyilən iradlara da münasibəti müsbət olub. Səməd Vurğun nəinki böyük şairdir, o, bir meyardır. Fransanın böyük ictimai xadimi, şairi Lui Araqon deyib ki, Səməd Vurğun dünya poeziyasının fəxridir, iftixarıdır. 

Biz Səməd Vurğunun dilində danışırıq, onun qəhrəmanı Vaqifin dilində danışırıq. 

Səməd Vurğun bizə saf dil qoyub getdi. Ümummilli lider Səməd Vurğun haqqında yüksək fikirlər söyləyib, onun şeirlərini əzbər söyləyib. Belə bir dahilərin şəxsiyyətini təhqir edib ona toxunmaq olmaz. O, şəxsən mənim idealımdır. Hər bir böyük sənətkarlar öz dövründən sonra ələnir. Nəinki şairlər, hətta hökmdarların özləri də ələnir, qalanı, qalmayanı olur. Mən istərdim ki, buraya bütün Azərbaycan tökülüb gələydi. Şair bir elin, bir xalqın olsa da, dünya üçün yazır, bəşəriyyət üçün yaşayır. Bu sarıdan Səməd Vurğun şəxsiyyəti toxunulmazdır. 

Bəzən mən gözləmədiyim adamlardan elə çıxışlar eşidirəm ki, bilmirəm nə deyim. Bu cür yanaşmalar etmək yolverilməzdir. Səməd Vurğunun taleyi həmişə dolaşıq olub. Daim o mübarizələrlə yaşayıb həyatda. Stalinin qəbuluna gedəndə “Rəhbərə salam” şeirində çadrasız boyasız türk qızlarından salam gətirmişəm demişdi. Çox iztirablar yaşamışdı. Buna görə çox az ömür yaşadı. 50 yaşlı Səməd Vurğunu mən görmüşdüm. Sanki 90 yaşlı ixtiyar qocadan da yaşlı idi. Səməd Vurğunu duymayıb ona ləkə yaxanlara məsləhət görərdim ki, onun “Vaqif” dramını oxusunlar və oradakı hər bir sətiri anlaya anlaya qavrasınlar. O zaman onlar Səməd Vurğun böyüklüyünü anlayacaqlar. 

Çox da tərifləmə mənə vətəni, bu qılınc olmasa yeyərlər məni. Bunu demək, 37-ci ildə belə bir əsər yazmaq sözün əsl mənasında hünər, qəhrəmanlıq tələb edirdi. Mehdixan Vəkilov məqaləsində yazır ki, Səməd Vurğunu hər addımda izləyirdilər, təqib edirdilər. Mən Səməd Vurğun poeziyası qarşısında baş əyirəm və baş əydikcə də yüksələirəm”.

Tarixi araşdırmaları ilə şöhrət qazanmış tədqiqatçı alim Şəmistan Nəzirli dahi Səməd Vurğuna qarşı qısqanc münasibətlərin haradan qaynaqlandığını dəqiq bildiyini söylədi. Bütün bunlara baxmayaraq, həmin qaragüruh qüvvələrin arzularına çata bilməyəcəklərini və son anda özlərinin tamamilə biabır olaraq, olan-qalan nüfuzlarının da ayaq altına düşəcəyinin əminliyini bildirdi. “Səməd Vurğun haqqında iftira və böhtan danışılması milyonları təhqir etmək deməkdir. Axı iddiaların da bir əsası olmalıdır. İddialardan biri Şaumyanı “baba” adlandırması, digəri isə “31 mart hadisəsinin inqilab” adlandırılmasıdır. 

Mən Səməd Vurğunun oxuduğum əsərlərini yenidən vərəqləyib oxudum. Amma bu deyilənlərə rast gəlmədim. Şaumyanın adını ancaq komissar olaraq qeyd edib”, – deyə bildirdi. Ş.Nəzirli bu cür şəxslərin əməllərinə nə ad vermək lazım olduğunu xalq gözəl bilir. “Səməd Vurğun haqqında danışarkən əvvəlcə onun şəxsiyyəti, poeziyası haqqında bilgi əldə etmək gərəkdir. Səməd Vurğunun həyatı haqqında Xavər xanımın xatirələrini dinlədikcə sanki insanın ürəyi bu an dayanacaq kimi olursan. Səməd Vurğuna atılan çamur Vurğun dağı qarşısında gözəgörünməz bir nöqtədir”, – deyə Ş.Nəzirli bildirdi.

Bakı Dövlət Universitetinin müəllimi Səlahəddin Əfəndiyev öz çıxışında Səməd Vurğun şəxsiyyətinə söylənən şər və böhtanlar kontekstində Vurğuna olan məhəbbətini kənara qoyaraq onun əsərlərini tam tənqidi yanaşma ilə incələdiyini diqqətə çatdırdı. Lakin əsərlərinin heç birində söylənilən iradların həqiqəti əks etdirmədiyini söylədi. Əsərləri yenidən və dərindən oxuduqda isə Vurğuna məhəbbətin daha da dərinləşdi – deyə bildirdi. Bildirildi ki, Səməd Vurğunun Yazıçılar İttifaqının katibliyindən uzaqlaşdırılmasına səbəb kimi, xüsusi olaraq Mikayıl Müşfiqi və Hüseyn Cavidi himayə edərək onların əsərlərinin çap edilməsi göstərilib.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı  öz çıxışında belə yağışlı bir gündə vurğunsevərlərin Vurğun nurunun ətrafında toplaşmasını yüksək dəyərləndirdi. Səməd Vurğunu repressiya dönəminin ən çox acılar çəkmiş şairi adlandıran A.Aşırlı Mikayıl Müşviqin, Hüseyn Cavidin, Əhməd Cavadın itkisinin şairə böyük əzab verdiyini bildirdi. Səməd Vurğunun Azərbaycan tarixində müstəsna xidmətləri olan hökmdarları – Nadir şahı, Qacarı alçaltdığı iddia olunur. Amma bir şeyi unudurlar ki, şairin əsərlərində adları çəkilən tarixi şəxsiyyətlərin hakimiyyətləri deyil, törətdikləri qeyri-insani əməlləri obrazlı şəkildə ifadə olunub. Səməd Vurğun Azərbaycan xalqının qəlbində yaşamış və yaşayacaq dahi şairdir. Səməd Vurğuna qarşı söylənən böhtan və iftiralar etik və mədəni baxımdan heç bir məntiqə söykənmir, – deyə Akif Aşırlı bildirdi.

Bakı Pedaqoji kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun dosenti Yusif Alıyev çıxışında Səməd Vurğunu cəmiyyətin sosial və siyasi şairi adlandırdı. Zaman dəyişdikcə Səməd Vurğunun yaradıcılığına, poeziyasına baxışlar fərqli ola bilər. Amma bütün əsərlərinin qayəsində milli, bəşəri vahidlik dayanır. Səməd Vurğunun bir bənd şeiri ilə ümummilli lider Heydər Əliyevin vətən sevgisinin təzahürünü bir daha görmək mümkün olub. Səməd Vurğun şəxsiyyətinə şər yaxan insanların özlərinin mənəvi dünyası çox dayazdır və belə adamlara bədbəxt və yazıq insan kimi baxıram, – deyə Y.Alıyev bildirdi.

Daha sonra isə bir neçə natiq də Səməd Vurğun haqqında öz düşüncə və xatirələrini danışaraq, Vurğuna nalayiq sözlər ünvanlayan qabiliyyətsiz və düşüncəsiz insanlara sərt münasibətlərini sərgiləyərək, nə danışdıqlarını düşünüb danışmalarını tövsiyə etdilər. Sonda Dahi şairin ruhuna Fatihə verilərək tədbir sona yetdi. /publika.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.