Taleh Eminoğlu - Makiyajlı şəhər qızları gözəldi
23.04.13

Gecə düşüncələrim

01 : 35
Pəncərəmlə üzbəüz bina
və son gedişləri qalan 
şahmat taxtası kimi işıqlı evlər.
O işıqlı evlərdən birində
körpə ağlayır
biz görmədiklərimizi görüb.
Anası laylay deyir qucağında
otaqda gəzişərək.
Atası tezdən işə gedəcək
yatmaq istəyir
gizlədir başını
yastıq altında.
O işıqlı evlərdən birində
toydan yeni qayıdıblar.
Kişi qalstukunu açır
qadın əlində telefon
kimləsə toydan danışır,
kim necə geyinmişdi,
nə yedi,
kim kimin qızını, oğlunu bəyəndi.
O işıqlı evlərdən birində
tələbə diplom işi yazır
özünü məcbur edib.
Onun üçün qəddar şəhər gözəldi
təki mehriban kəndə qayıtmasın
makiyajlı şəhər qızları gözəldi
təki ay bənizli kənd qızı almasın.
O işıqlı evlərdən birində
televizora baxır QİÇS – li adam
həsrətlə anır
məktəb dəhlizlərində öpdüyü
barlarda qucaqladığı
yollarda yolüstü sevdiyi
qızları
özünü porno qəhrəman sanır.
O işıqlı evlərdən birində
can verir gənc oğlan
titrəyən dodaqlar arasında
var – gəl edib çıxır sözlər
“ bağışla, ana, bağışla ”
Bağışlayacaq ana ürəyi.
Axı neyləsin ki, oğlu
dadanmışdı ağ zəhrimara
laylay deyir oğluna
“ gözlərini yumasan
dərin yuxu tapasan
mən səni bağışladım
bağışlasın Yaradan. ”
O işıqlı evlərdən birində
həyəcanlı qız var
günəş doğacaq... Gəlin gedəcək
ata ocağından
yeni ocaq yandıracaq.
Son dəfə uzanıb yatağına
qucaqlayır 
rəhmətlik atasının aldığı gəlinciyi
bir əliylə göz yaşını silir,
bir əliylə xəyalları ovuclayıb.
Bu işıqlı evdə isə
şeir yazıram
o işıqlı evləri xəyallanaraq
bəlkədə bunlar yaşanmır
o işıqlı evlərdə
amma bunlar yaşanır
hər gecə
başqa işıqlı evlərdə
bu şəhərdə.bu şəhərdə.

Rahibələr İsanı sevir

Şamla işıqlanan manastır otağında
dua edir rahibə
qarşısında büt –
Məryəm ana.
“ Ata, oğul və müqəddəs ruh naminə”
xaç çəkir sinəsinə
və necədə sevinir
İsanın başının sinəsinə 
toxunmasına.
Tanrıdan axirət arzulayır
nişanlısını görmək üçün
inanır nişanlısıda onu sevər...
Axirət...
İsa.
Və İsanın sevdiyi
“ Allahu Əkbər ”

                              
Uzaqlığın yaxınlığın
 
Mənə uzaqsan – 
bir pəncərə,
ağac,
səki,
yol,
səki,
ağac,
bir pəncərə.
Mənə yaxınsan – 
onları adlayıb keçən
iti bir baxış.


Hələki yoxdu

Doğrunu axtardım
yalan danışdılar.
Həqiqəti soruşdum
susdular.
Bəlkə axtardıqlarım yoxdu...
Hələki.


Ayrılıq

Ayrılıq o deyil ki,
sevəndən sonra ayrılasan.
Ayrılıq odur ki,
tərk edəndən sonra sevəsən.


Üç dilənçi qadın və üç alma

Üç dilənçi qadın.
İnsanlara uzanan üç əl.
Birinin qucağında uşaq,
birinin əlində əmzik,
birinin əlində oyuncaq.
Qorxduğumuz o üç qadın
uşaq üçün  üç mələk
o dilənçi uşağı
bizim üçün iyrənc.
Onların bizə üç duası
bizim onlara bir
“ ayıb olsunumuz ”.
Onlar yox bizik dilənçi
dua dilənirik
yanlarından ötəndə.
Bizlər nağılları sevmirik
onlar sevir.
Biz heçnəyimizi bölməsək də
sondakı üç almanı onlar bölür.

Yenililklər
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.