Aqşin Yenisey - “Xoruz”a görə üzətüpürmə mərasimi
23.04.13

Hoppa! Səhərin gözü açılmamış həyətə meyvə almağa düşürəm və göysatan xala, şeysatan xalaya deyir ki, muştuluğumu ver, Misir Mərdanov getdi və bir ovuc kal alçanı Məmməd Səid Ordubadinin “Qılınc və Qələm” romanının vərəqlərinə büküb mənə uzadır: - 5 manat! 

Azərbaycanda dünyəvi təhsilin ənənələri, məncə, Qori seminariyasından başlayır. Bu seminariyadan əvvəl, təhsil dedikdə adamın yadına yalnız dini mədrəsələr, kitab dedikdə yalnız Quran, ustad dedikdə boşboğaz bir molla, cəza dedikdə falaqqa düşürdü ki, orada da, Sabir demiş, yazı yazanda molla şəyirdi döyürmüş, minirmiş, çapırmış, və s.

Qori seminariyasını Azərbaycan təhsilinin beşiyi, əsgi üstə qoyanı adlandırıb, keçək şəyirdin döyülmə məsələsinə.

Mir Ələmdar deyir ki, dünyanın bütün mədəni xalqları öz övladlarını döyə-döyə oxudublar; hətta səhv etmirəmsə, ingilislər hüquqda ölüm hökmünü yığışdırsalar da, bu gün tədrisdə və tərbiyədə çubuqlamağı yığışdırmayıblar. Onlar bunu həm də onunla izah edirlər ki, uşağa kiçik yaşlarından dünyada cəzanın mövcudluğunu aşılamaq lazımdır. Ancaq cəzanın nə üçün verildiyi uşağa mütləq izah olunmalıdır. Biz həm ailədə, həm də məktəblərdə uşaqlarımızı pota balası kimi döyəcləsək də, yazıqlar yalnız böyüyüb arvad-uşaq sahibi olandan sonra anlayır ki, onu otuz il bundan əvvəl nə üçün cığnayırmışlar.
Ələmdar cəddinə and içib əlavə edir: cəzanın növü də uşağın tərbiyəsinə, təhsilinə ciddi təsir göstərən amildir. Deyir oxuduğum orta məktəbdə şagirdlərə, tutalım, “Xoruz” şeirini öyrətmək üçün müxtəlif  növ ağrıtörədici cəzalardan istifadə olunurdu və bu cəzaların bəziləri birmənalı olaraq, yalnız və yalnız biz azyaşlı uşaqların formalaşmaqda olan azyaşlı şəxsiyyətinin təhqirinə yönəlmişdi. Məsələn, müəllimlər dərsi hazırlamayan, yaxud hazırlamaqda çətinlik çəkən şagirdləri ağına-bozuna baxmadan lövhənin qabağına çıxarır və nisbətən hazırlıqlı şagirdlərə əmr edirdilər ki, tənbəllik edən yoldaşının üzünə tüpürsünlər. 

Sonra da üzütüpürcəkli şagirdə əmr edirdilər ki, üzünü dərs boyunca təmizləməsin. Bəzən, tutaq ki, Abbas Səhhətin toyuq-cücə haqqında yazdığı hansısa sarsaq şeirini əzbərləyə bilməyən şagirdin üzünə o qədər tüpürürdülər ki, zavallının bütün sir-sifəti göz yaşına və tüpürcəyə bələnirdi. Belə üzətüpürmə mərasimləri şəxsən mənim oxuduğum məktəbdə - SSRİ zamanında - ən geniş yayılmış cəza növü idi və dəhşətlisi bu idi ki, bu cəza uşaqların - istər oxuyanlar olsun, istərsə də savadsızlar - təhsilini, tərbiyəsini yaxşılaşdırmaq əvəzinə onları daha da sırtıqlığa və bir-biriləri ilə düşmənçiliyə sövq edirdi. 

Artıq uşaq vaxtlarından millətin balalarının bir-birilərini sevməmək, bir-birilərinə nifrət etmək ənənələri qoyulurdu. Üzünə tüpürülən uşaq dərsdən sonra üzünə tüpürən sinif yoldaşlarını tutub əzişdirirdi, əzişdirilən isə səhəri gün acığını soyutmaq üçün yoldaşının üzünə daha da lombayla tüpürürdü.  

Ələmdarın cəddinə and olsun, qış aylarında müəllimlər maşanı sobada qızdırıb “iki vur iki”yə görə şagirdlərin əlinə dağ basırdılar. Şəxsən məni Fernando Magellanın ilk dünya səyahətinə neçə nəfər “xiyarla” çıxdığını saya bilmədiyim üçün coğrafiya müəllimi qışın oğlan çağında məktəbin qaranlıq və rütubətli zirzəmisinə salmışdı. Qırx beş dəqiqəlik dərs boyunca zirzəmidəki nəm daşın üstündə oturub Magellanın yeddi arxadan dönənini söyə-söyə zırıldadım o vaxt. On iki yaşında qırxbeş dəqiqəlik zindan həyatının dadına baxan bir uşağın içində yaşadığı cəmiyyətə qarşı hansı duyğu cücərə və böyüyə bilər? Olsa-olsa, hansısa qəzəbli duyğu böyürə bilər. /publika.az/

Yenililklər
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.