Sevinc el Sevər - Bir şəklin tarixçəsi
23.04.13

Uşaqlıq albomumda bir şəklim var, vətən bayrağının fonunda. Belə qürurla başımı qaldırmışam, bir az da əsgər kimi, elə bil əsgər salamı verəcəm indi. Onu hər görəndə gülümsəyirəm. O şəkli orta məktəbdə oxuyarkən məktəbimizin şərəf lövhəsi üçün çəkdirmişdim. Şərəf lövhəsində eləcə qürurla dururdu. Gedib-gəlib qabağından keçir, gözucu özümə baxırdım, aşkar baxa bilməzdim, təvazökar idim. Bir gün dərsə gələndə rəfiqələrim qabağıma qaçdılar: “Seva, şəklin yoxdu şərəf lövhəsində. Lövhədən çıxarıblar”. 

Gəlib baxdım, doğrudan da yox idi, axı qiymətlərim əla idi, düşməmişdi, bəs onda şəkli niyə çıxarmışdılar? Sinif yoldaşlarım məni qabaqladılar, hərəsi bir yandan sinif rəhbərimizin üstünə düşdü. “Vallah, xəbərim yoxdu, maraqlanaram müəllimlər otağında”...sinif rəhbərimiz yaxasını kənara çəkdi. 

Müəllimlər otağından cavab gəldi: şəkli şərəf lövhəsindən oğurlamışdılar. Xəbər güllə kimi yayıldı məktəbimizə. Dedi-qodular, şübhələr, hərənin ağzından bir avaz gəlirdi. Ayağımı atmağa yer tapmırdım, məktəbdə hamı məni barmaqla göstərir, deyirdi: bax, o şəkli lövhədən oğurlanan qız odu!

Atam anama dəymişdi, əmim qızları xəbəri uçurmuşdular. Anam dizlərinə döyürdü: balama cadu eləyəcəklər, balama pislik eləyəcəklər. Atam deyinirdi: görəsən, hansı avara, nə səbəbə götürüb şəkli? Dayım məni hədələyirdi ki, başımı kəsəcək. Olan mənə olmuşdu, fərəh mənbəyimi itirmişdim. Atam məni hədələdi: “bundan sonra neynirsən elə, şəklini o divara vurduqlarını görməyim! Bədən tərbiyəsi dərsinə girmə, qoy bir dənə də dördün olsun.  Qoy kəssinlər, cəhənnəmə ki!”
Bir ildən sonra şəklim tapıldı. “Uşaqlıq sevgisinə” (uşaqlıq oyununa) cavab vermədiyim indi uzaq illərdən bapbalaca görünən uşaq- kəndimizin  ən nadinc uşağı oğurlamışdı şəklimi. Fikri də o imiş ki, oğlan uşaqları arasında şəkli ona özümün verdiyimi deyib öyünsün. Bu qədər mənasızca...Qardaşımın kirvəsinin oğlu qəhrəmanca çarpışandan, döyüşəndən, döyəndən sonra şəkli alıb gətirə bilmişdi. Həmin o sevgisinə cavab vermədiyim uşaq  məktəbdən yayınırdı, harada nə işlə məşğul idi bilinmirdi, amma hər gün sonuncu dərsdə məktəbə baş çəkirdi... 

Həmişə fikir vermişəm, savadsız, dərsdən yayınan oğlan uşaqları əlaçı qızlara meylli olurlar. Şəkil əməliyyatı uğurla sonuclanandan bir az  sonra Bakıya köçdük, atamın şərəf lövhəsiylə bağlı xəbərdarlığını unutmamışdım. Bəzi fənlərə başdansovdu yanaşmağa başladım. Qiymətlərimin üç-dördü endi, daha şəklimi şərəf lövhəsinə vurmadılar. Sonra bir də universitetdə oxuyanda əlaçı oldum, təqaüd üçün əlaçı olmağa məcbur idim. Birinci kursu qurtaranda atam yazıq-yazıq soruşdu: yenə şərəf lövhəsinə vuracaqlar şəklini? 

-    Yox –dedim, universitetdə belə eləmirlər, həm bura Bakıdı, kimə lazımdı sənin qızının şəkli?

Kişi arxayınladı. Atam bilmirdi ki, onu nələr gözləyir, şərəf lövhəsindən qoruduğu qızının şəkli qəzetləri gəzəcək. Bu barədə hərdən atama rəhmim gəlməyə bilmir.

Uşaqlarımın şəkillərini “Facebook”da paylaşıram, onların gözəl üzlərinin hesabına diqqət mərkəzində oluram, çoxlu “like”lar alıram. Anam kompüterdə görür, mənimlə davaya çıxır: 
-    Nəvələrimin şəkillərini oraya qoyub gözə gətirmə, kim gəldi görür, kim gəldi baxır. Heç olmasa, qızlarının şəklini qoyma,  yenə oğlanın şəklini qoymağının eybi yoxdu. 

Mən anamı başa salmaq üçün dil boğaza qoymuram: dövr dəyişib, ay ana, indi rayonumuzun ən ucqar kəndlərindən də on üç yaşından qızların hamısı “Facebook”dadır, gündə də bir profil şəkli dəyişirlər. Arvad inanmır. 

Azərbaycanlı oğlanlar bir zaman sevib cavab aldıqları, cavab almadıqları, xoşlandıqları, lap elə münasibətdə olduqları qızların arxasınca bir ömür boyu danışırlar. Daim onları qara kabus kimi izləyir, şəkillərlə, məktublarla təhdid edirlər. İnsanımız ayrılmaq mədəniyyəti nədi bilmir. Bir dəfə televizorda maraqlı bir cütlük göstərmişdilər, yapon idilər. Boşanmaq mərasimini evlənmək mərasimi kimi düzəltmişdilər, güllü-çiçəkli, qonaqlı-qaralı. 

Ümid edək ki, bizim qızların belə dərdləri olmayacaq. Onları sevən, onların sevdikləri, onları “aldadan”, onların “aldatdıqları” oğlanlarla  bir-birilərinə düşmən kəsilməyəcəklər. 

P.S  Qızımın şəkli şərəf lövhəsindədi, indi atası hər şeydən çox bununla fəxr eləyir. Bir gün şərəf lövhəsini telefonunun video yaddaşına köçürüb  sevinə-sevinə üstümə yüyürməsindən bilirəm. Qızım məndən şanslıdı. /publik.az/

Yenililklər
21.01.20
İradə Musayeva - Kirovun ölümü ilə başlayan cəhənnəm, yaxud repressiyanın 80 illiyi
14.01.20
Gürcüstanda Zəlimxan Yaqubun xatirəsinin əbədiləşdirilməsi təklif olunub
14.01.20
“Təhsil terminlərinin izahlı lüğət”i çap olunub
14.01.20
Nəsiminin həyat və yaradıcılığına müasir baxışı əks etdirən monoqrafiya çap edilib
14.01.20
 “Manqurt” tamaşası növbəti dəfə nümayiş ediləcək
09.01.20
“Ədəbi Proses – 2018” kitabı çap olunub
31.12.19
Mahirə Nağıqızı: "İstənilən ixtisası ən böyük zəhmət hesabına qazanmaq olar, amma şair kimi doğulmaq lazımdır" - MÜSAHİBƏ
28.12.19
Məmməd Cəfər Cəfərova həsr olunan elmi sessiya keçirilib
28.12.19
Ülvi Babasoy: "Çağdaş ədəbiyyatda dil bəlkə də heç onuncu yox, iyirminci yerdə dayanır" - MÜSAHİBƏ
28.12.19
"Ulduz” jurnalının dekabr sayı işıq üzü görüb
27.12.19
Bakı Mühəndislik Univeristetində Səxavət Sahilin yeni kitabı müzakirə olunub
27.12.19
Mərahim Nəsib - Şəms Təbrizinin məktubu
27.12.19
AYB-nin Gənclər Şurasının üzvləri ədəbi orqanların redaksiya heyətinə qəbul edilib
26.12.19
Əhməd Cəfəroğlunun 120 illiyilə bağlı elmi sessiya keçirilib
26.12.19
Qulu Ağsəs tələbələrə nə vəd etdi? - Pedaqoji Universitetdə GÖRÜŞ - FOTOLAR
25.12.19
Səxavət Sahil - Qafqaz müharibəsi rus ədəbiyyatında
25.12.19
Fərid Hüseyn Serbiya Yazıçılar Birliyinə üzv qəbul edilib
24.12.19
Gülbala Dadaş - Sonsuz dərya gizlədib, özündə bu adanı. 
23.12.19
“Metafizika” (ISSN 2616-6879) jurnalının 2019/4 sayı nəşr edilib
21.12.19
Şəhla Aslan - Feminizmindən qorxanlar...
21.12.19
AMEA-nın İctimaiyyətlə əlaqələr şöbələrinin hesabat iclası keçirilib
17.12.19
“Qafqaz müharibəsi rus ədəbiyyatında” kitabı haqqında bir neçə söz
16.12.19
Cəlil Cavanşirin “Azğın” kitabının təqdimat mərasimi keçirilib
12.12.19
İmadəddin Nəsimiyə həsr olunmuş elmi-nəzəri seminar keçirilib
12.12.19
Tamilla Əliyevanın “Qafqaz müharibəsi rus ədəbiyyatında” monoqrafiyası  olunub
10.12.19
“Bir əsrlik Nəsimi araşdırmaları” kitabının təqdimatı olub
09.12.19
“Ey Nəsimi, cahanı tutdu sözün...” II Beynəlxalq Elmi Konfransı keçirilib
09.12.19
Pərvanə Məmmədli - Rza Bərahəni yaradıcılığından seçmələr
07.12.19
Rasim Qaraca - Kəpənəkli günlər
07.12.19
Nemət Mətin - Sonuncu uçuş
06.12.19
Yazıçı Kənan Hacı ABŞ-da mükafat aldı
06.12.19
Vüqar Əhmədin yeni monoqrafiyası işıq üzü görüb
06.12.19
Azərbaycan Universitetində Mişel Fukonun “Sözlər və nəsnələr” kitabının təqdimatı olub
03.12.19
"Ulduz"un noyabr sayı çap olunub
03.12.19
Cəlil Cavanşirdən 18+ roman gəldi
03.12.19
Pərvanə Məmmədli - Tatyana Çaladzeni qədrini bilmədik
02.12.19
Əhməd bəy Ağaoğlunun 150 illiyinə həsr olunmuş elmi sessiya keçirilib
02.12.19
Səxavət Sahilin “Nar ağacının nəğmələri” kitabı çap olunub
02.12.19
Adil Mirseyidin "Son şeir, son vəsiyyət"i təqdim olundu
02.12.19
Cavanşir Yusiflinin "Mətn. İşarə. Məna" kitabı təqdim olundu
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.