Orxan Fikrətoğlu - İnsaf təqaüd...

23.04.13

Görəsən bizim təqaüdçülər nə işlə məşğuldular?

Sualın özün də bir səhv var... Təqaüdçülər ona görə təqaüdçüdülər ki, onlar artıq işlədiklərini işləyiblər. Və onların işlədikləri mühit, indi onlara yaşamaq imkanı verməlidir... Bu gün dünyada, stabil yüz il yaşamış hansısa bir ölkə tapmaq mümkün deyil. Siyasət, iqtisadiyyat dəyişkəndir. Və sosial siyasəti də dəyişdirəndir. Gənc olarkən Sovetin vergilərini ödəyən bu günün azərbaycanlı təqaüdçüsü yeni Azərbaycan dövlətinin pensiyasını alacağını düşünmürdü. Düşünə də bilməzdi. Onda şəxsi maraqlar kontekstində təqaüd prinsipi nə qədər təkmildir? İndiki Rusiya hökuməti, keçmiş Sovetlərin vəd etdiyi təqaüdləri, haqqını tələb edən təqaüdçülərə verməməkdə haqlıdırmı? Əslində pulun inflyasiyaya uğrayıb uğramayacağını kim qabaqcadan bilir ki? Dövlətlərin bir işlək hökumət kimi kardinal sürətdə dəyişib-dəyişməyəcəyi də proqnozlaşdırıla bilməz. Onda nə etməli?

Müxtəlif ölkələrdə bu məsələ müxtəlif cür çözülür. Əsas olan isə, fikrimcə, cəmiyyətin ruhani mühitinin təkmilləşməsidir. Bu günün gerçəkliyi rəqabətdir. Ayaqda olmasan, kimisə yıxmasan, səni yıxanlardan qurtrulmasan səni heç kəs qəbul etməz. Bu gün hamı bu günlə yaşadığı halda və bu yaşanan gün kapitalizmin gerçəkliyi olduğu halda, sabaha pul yığan bir qoca və zəif ahıl nə qədər aktualdır? Qəddar gerçəklik kontekstində heç aktual deyil. Milli, etnopsixoloju və ənənə müstəvisində isə hələ şükür ki, diridir. Bizim təqaüd siyasətimiz daha çox oğulların və qızların çiynindədir... Bu baxımdan, biz dünyaya örnək ola biləsi insanlarıq...

Cəmiyyətdə insaf, böyüyə hörmət, kasıba əl tutmaq ənənəsi nə qədər qalacaqsa, hökumət də, xalq da bu göstəricilərə görə inkişafda olacaq. Ona görə də bu keyfiyyətlərin itməməsi üçün ilk öncə ziyalıların da çabaları mütləq olmalıdır.

Mən demirəm ki, İnsaf Nazirliyi yaradaq... Mən onu deyirəm ki, olan qalan insafımızı da rəqabətdə itirməyək. Kim nə boydadırsa, gec tez o boyda da görünür. Qocalarsa bizim heykəllərimizdir.

Qurbanlıqda qoyun kəsib, ət biznesini çiçəkləndirməkdənsə, bir iki qocanın cibini çiçəkləndir... On dənə maşın alab, şəhərdə tıxac yaratmaqdansa, bir qocalar evinə yardım et...

Son vaxtlar yazılara belə, tamam başqa cür yanaşırlar. Kim nədən yazırsa, onun o probleminin olduğunu düşünürlər. Buda yeni dövrün qeyri peşəkarlarının yaratdığı gerçəklikdir... Mən sadəcə Başqalarını da düşünməyi də yadırğamamışam...

Əsil təqaüdü və qiyməti təqaüdçülərə xalq verir... Bu gün xalq bunu edirmi? Ya xalqın başı özünə qarışıb... /aznews.az/

Yenililklər
04.06.20
Moskvada “Azərbaycanlılar. XIX-XX əsrlərdə millətin formalaşmasının başlıca mərhələləri” kitabı çapdan çıxıb
04.06.20
“Açar” filminin tizeri təqdim olunub
03.06.20
Arif Məlikovun qəbirüstü abidəsi ucaldılıb
03.06.20
“Azərbaycan ədəbiyyatında alleqoriya” monoqrafiyası çapdan çıxıb
03.06.20
Yeni Azərbaycan kinosunun ABŞ-da qazandığı uğur
02.06.20
Bədirxan Əhmədli - Romantizm: bütün yönləri ilə
02.06.20
Cəlil Cavanşir: "Bəşəri, intellektual ədəbiyyat yaratmaq iddiam yoxdur" - Müsahibə
02.06.20
“Dünya ədəbiyyatı”nın yeni sayı - “Elmi baxış”
02.06.20

Dövlət Rəsm Qalereyası tədbirlərini onlayn formatda davam etdirir

02.06.20
Əlyazmalar İnstitutu: “Müqəddəs zilhiccə bayramları” kitabı nəşr olunub
01.06.20
Adın zirvələrə çoxdan yazılıb...
30.05.20
Səxavət Sahil - Mənəvi qonorar
27.05.20
Kino strukturları Mədəniyyət Nazirliyindən ayrılsın - kino pullarının yeyilməsinin qarşısını almaq yolu...
27.05.20
Elçin İbrahimov - Bir dəfə danışdığımız dil heç zaman unudulmaz!
27.05.20
1918-1920-ci illərdə nəşr edilmiş “Azərbaycan” qəzeti latın qrafikalı əlifbaya transliterasiya olunur
27.05.20
Fəxri Müslüm - Mən ölsəm, içimdən öləcəm
26.05.20
Azərbaycanda Kino Şurası yaradıldı
14.05.20
Qafqaz Albaniyası abidəsi biganəliyin qurbanı olub
14.05.20
“Azərbaycan coğrafi adları ingilis dilində” kitabı nəşrə hazırlanır
14.05.20
Əlyazmaların elektron kitabxanasının yaradılması işi davam etdirilir
12.05.20
Rumıniyalı məşhur şairin kitabı Bakıda nəşr edildi
12.05.20
Dünya ədəbiyyatına dair fundamental əsər
12.05.20
Azərbaycan Milli Ensiklopediyasının 9-cu cildi nəşr edilib
12.05.20
Türkiyədə hər biri 500 illik tarixə sahib iki ədəd "İncil" tapılıb
11.05.20
Mərahim Nəsib - Sinif yoldaşım intihar edəndə sevdiyim qız nişanlandı
11.05.20
Fəxri Müslüm - Söhrab Tahirin əziz xatirəsinə
07.05.20
“Ulduz” jurnalının Məhəmməd Hadiyə həsr edilə xüsusi buraxılışı çap edilib
07.05.20
Fərid Hüseynin miniatür şeirlər kitabı çap olunub
07.05.20
Azad Qaradərilidən yeni ktab: “Qadağan zonası”
07.05.20
Rəbiqədən yeni kitab:“Çətirlərin qiyamı”
13.04.20
SURDO TV internet kanalı fəaliyyətə başladı – VİDEO
10.04.20
Mucru.art fəaliyyətə başladı
27.03.20
Nərimanov irsinin öyrənilməsinə layiqli töhfə
25.03.20
Orxan Mərdan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
23.03.20
Muzeyləri onlayn ziyarət etmək imkanı yaradıldı
23.03.20
Milli Kitabxana ölkəmizdə yaranan vəziyyətlə əlaqədar oxuculara onlayn xidmətlərini təklif edir
23.03.20
Antonio Tabukkinin "İzabel üçün. Mandala" romanına ön söz
23.03.20
Məhəmməd İqbal - İlahi eşq və milli düçüncə şairi
23.03.20
Türkiyəli rejissor Xocalı soyqırı haqqında film çəkəcək
21.03.20
Antonio Tabukkinin “İzabel üçün. Mandala” romanı çap edilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.