Qan Turalı - Seymurun, Günelin və mənim Kafkam
23.04.13

Dostlarım Seymur Baycan və Günel Mövludun Kafkanı məsxərəyə qoyan “Kafka qədər tənha” videosuna baxanda mən də güldüm, yaxşı düşünülmüş performans idi.
 
Bəli, maraqlıydı, amma maraqlı olmaq həqiqət olmaq deyil ki…
 
Hamının hər şeyi lağa qoymaq haqqı var, o cümlədən Kafkanı ələ salmaq hüququ da hamıya verilib.
 
Axundovun Füzulini şair hesab etməməyini unutmamalıyıq. Ya da Tolstoyun Şekspiri inkar etməsini.
 
Nə Seymur Axundovdur, nə də Günel Tolstoy, amma onların Kafkanı məsxərəyə qoymağa müdriklikləri çatmasa da, səlahiyyətləri çatır.
 
Kafka çətin başa düşülən yazıçıdır, Azərbaycanda Kafka haqqında danışıb onu anlamayan o qədər adam var ki…
 
Seymur və Günel də əslində Kafkanın özünü yox, yanlış yozumunu lağa qoyurlar. Kafkanın yanlış yozumu onun tənhalığı, təkliyi mədh edən, özünəqapanıq, infantil həyat tərzinin ideallaşdırılmasından ibarətdir.
 
Vudi Allenin “Enni Holl” filmində gözəl bir detal var, növbədə Vudi Allenin arxasında dayanan, boşboğaz bir universitet müəllimi Kanada filosofu Marşal Maklyuen haqqında üyüdüb-tökür, Vudi Allenin əsəbləri tab gətirmir, “dediklərinin heç birinin Maklyuenə dəxli yoxdur, inanmırsan onun özündən soruşaq” deyir.
 
Kənarda dayanmış Maklyuen “sənin dediklərinin mənə aidiyyəti yoxdur” sözünü şillə kimi müəllimin üzünə çırpır. Vudi Allenin “kaş həmişə belə ola” replikası bizə əslində bu səhnənin xəyal olduğunu göstərir.
 
Dahilər yanlış anlaşılmaqdan sığortalanmayıblar, bir çox hallarda isə onlar insanların yaddaşında öz yazdıqlarından çox başqalarının yozumları ilə qalıblar, anlamaq hər zaman dərd olub.
 
Seymurla Günelin Kafka videosu hər nə qədər zarafat olsa da, onların Kafkaya ciddi münasibətləri elə budur.
 
Mənim Kafka mütaliəm tələbəlik illərimdən başlayır, neçə ildir bu böyük yazıçını tam şəkildə anlamağa cəhd göstərsəm də bu idrak prosesi yekunlaşmır, əksinə proses davam etdikcə “mənim Kafkam” keyfiyyətcə zənginləşir, durulur, aydınlaşır.
 
Kafkanı anlamaqda mənim üçün mühüm mərhələlərin biri də Milan Kunderanın “Roman sənəti” romanı oldu. (Yaddaşım məni aldatmırsa Seymur da bu kitabı oxumuşdu.)
 
Məmməd Süleymanovun Kulis.Az-da Kafka haqqında yazdığı məqalə bu cümləylə başlayırdı: “1960-cı illərdə intellektual dairələrdə belə bir qanadlı kəlmə dəbdəydi: “Biz hamımız Kafkanı gerçəkləşdirmək üçün doğulmuşuq””.
 
Bəli, Kafka hər an, hər yerdə peyda ola, onun əsərləri ən müxtəlif situasiyalarda yada düşə bilər, insanlar özlərini Kafka qəhrəmanları kimi hiss edir, özlərini onunla eyniləşdirirlər.
 
Milan Kunderanın “Roman sənəti” kitabı da elə əslində Kafka haqqında olan bir kitabdır. Kunderaya görə Kafkanın qəhrəmanları sosialist bloku ölkələrində yaşayanlar üçün daha anlaşıqlı və daha realistdir, amma Qərbi Avropa ölkələrindəki Kafka oxucuları onu sürrealist sayırlar.
 
Milan Kundera da sosialist Çexoslavakiya (nə vaxtsa dünyada bu adda dövlət vardı) vətəndaşıydı. Buna şans demək olarsa biz də Kafkanı daha yaxşı anlaya bildiyimizə görə şanslıyıq, çünki Seymur da, Günel də, Mən də SSRİ-də doğulmuşuq.
 
Kundera “Roman sənət”ində dostunun yazdığı bir hadisəyə istinad edərək bu hadisə ilə Kafkanın “Qəsr” romanı arasında paralellər axtarır. Gəlin, əvvəlcə o hadisəni oxuyaq:
 
“Praqalı bir mühəndis elmi bir seminarda iştirak etmək üçün dövlət qurumlarından icazə alaraq Londona gedir. Seminarda iştirak etdikdən sonra Praqaya qayıdan mühəndis Çexoslavakiyanın “Kommunist” qəzetində özü haqqında yazılmış bir məqaləni oxuyaraq şoka düşür. Məqalədə onun kapitalist Qərb mətbuatına müsahibə verərək ölkəsini kəskin tənqid etdiyi və İngiltərədə mühacirət aldığı yazılıb. Dərhal redaksiyaya gedən mühəndis məqaləni yazan müxbiri tapır. Müxbir məqaləni Xarici İşlər Nazirliyindən ona ötürüldüyünü deyir. Xarici İşlər Nazirliyi isə məlumatın onlara Londondakı səfirliyini kəşfiyyat şöbəsindən verildiyini deyirlər. Mühəndis nə qədər çalışsa da xəbəri təkzib etdirə bilmir. Üstəlik, onu izləyirlər, telefonları dinlənilir, həyatı darmadağın olur. Hər şeydən bezən mühəndis çarəni xaricə qaçmaqda tapır”.
 
Bu mühəndislə “Qəsr” romanının qəhrəmanı olan yerölçən K.-nin aqibəti eyni deyilmi?
 
Onların hər ikisi dövlət aparatı ilə üzbəüz gəlirlər, onların heç birinin xilas yolu yoxdur, onların hər ikisini bürokratiyanın amansız məngənəsi sıxsa da konkret zərbənin hardan gəldiyini bilmirlər, zira onlar məhv olmağa məhkumdurlar.
 
Kafka realist yazıçıdır, ən azı o, kommunist xəyallı Maksim Qorkidən daha gerçəkçi və daha doğruçudur. /kilis.az/

Yenililklər
22.01.20
İlham Əziz - O dünyadan gələn səslər
22.01.20
İradə Musayeva - Repressiya dəhşətləri
22.01.20
Yazıçı-publisist Aqşin Babayevin daha bir kitabı çapdan çıxıb
22.01.20

Azərbaycan Aşıqlar Birliyinin növbəti kitabı işıq üzü görüb

21.01.20
İradə Musayeva - Kirovun ölümü ilə başlayan cəhənnəm, yaxud repressiyanın 80 illiyi
14.01.20
Gürcüstanda Zəlimxan Yaqubun xatirəsinin əbədiləşdirilməsi təklif olunub
14.01.20
“Təhsil terminlərinin izahlı lüğət”i çap olunub
14.01.20
Nəsiminin həyat və yaradıcılığına müasir baxışı əks etdirən monoqrafiya çap edilib
14.01.20
 “Manqurt” tamaşası növbəti dəfə nümayiş ediləcək
09.01.20
“Ədəbi Proses – 2018” kitabı çap olunub
31.12.19
Mahirə Nağıqızı: "İstənilən ixtisası ən böyük zəhmət hesabına qazanmaq olar, amma şair kimi doğulmaq lazımdır" - MÜSAHİBƏ
28.12.19
Məmməd Cəfər Cəfərova həsr olunan elmi sessiya keçirilib
28.12.19
Ülvi Babasoy: "Çağdaş ədəbiyyatda dil bəlkə də heç onuncu yox, iyirminci yerdə dayanır" - MÜSAHİBƏ
28.12.19
"Ulduz” jurnalının dekabr sayı işıq üzü görüb
27.12.19
Bakı Mühəndislik Univeristetində Səxavət Sahilin yeni kitabı müzakirə olunub
27.12.19
Mərahim Nəsib - Şəms Təbrizinin məktubu
27.12.19
AYB-nin Gənclər Şurasının üzvləri ədəbi orqanların redaksiya heyətinə qəbul edilib
26.12.19
Əhməd Cəfəroğlunun 120 illiyilə bağlı elmi sessiya keçirilib
26.12.19
Qulu Ağsəs tələbələrə nə vəd etdi? - Pedaqoji Universitetdə GÖRÜŞ - FOTOLAR
25.12.19
Səxavət Sahil - Qafqaz müharibəsi rus ədəbiyyatında
25.12.19
Fərid Hüseyn Serbiya Yazıçılar Birliyinə üzv qəbul edilib
24.12.19
Gülbala Dadaş - Sonsuz dərya gizlədib, özündə bu adanı. 
23.12.19
“Metafizika” (ISSN 2616-6879) jurnalının 2019/4 sayı nəşr edilib
21.12.19
Şəhla Aslan - Feminizmindən qorxanlar...
21.12.19
AMEA-nın İctimaiyyətlə əlaqələr şöbələrinin hesabat iclası keçirilib
17.12.19
“Qafqaz müharibəsi rus ədəbiyyatında” kitabı haqqında bir neçə söz
16.12.19
Cəlil Cavanşirin “Azğın” kitabının təqdimat mərasimi keçirilib
12.12.19
İmadəddin Nəsimiyə həsr olunmuş elmi-nəzəri seminar keçirilib
12.12.19
Tamilla Əliyevanın “Qafqaz müharibəsi rus ədəbiyyatında” monoqrafiyası  olunub
10.12.19
“Bir əsrlik Nəsimi araşdırmaları” kitabının təqdimatı olub
09.12.19
“Ey Nəsimi, cahanı tutdu sözün...” II Beynəlxalq Elmi Konfransı keçirilib
09.12.19
Pərvanə Məmmədli - Rza Bərahəni yaradıcılığından seçmələr
07.12.19
Rasim Qaraca - Kəpənəkli günlər
07.12.19
Nemət Mətin - Sonuncu uçuş
06.12.19
Yazıçı Kənan Hacı ABŞ-da mükafat aldı
06.12.19
Vüqar Əhmədin yeni monoqrafiyası işıq üzü görüb
06.12.19
Azərbaycan Universitetində Mişel Fukonun “Sözlər və nəsnələr” kitabının təqdimatı olub
03.12.19
"Ulduz"un noyabr sayı çap olunub
03.12.19
Cəlil Cavanşirdən 18+ roman gəldi
03.12.19
Pərvanə Məmmədli - Tatyana Çaladzeni qədrini bilmədik
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.