Rüstəm Behrudi: “25 il idi ki, AYB-yə ayaq basmırdım” - MÜSAHİBƏ
24.04.13

Çağdaş Azərbaycan poeziyasının tanınan imzalarından biri – Rüstəm Behrudi ilə müsahibə.

– Hərdən o qədər ağrıyıram ki, oturub yazı yaza da bilmirəm. Stolumun üstündə görürsən də... Amma kitablar oxuyuram. “Da Vinçi şifrəsi”, “Yasaq tarix”, bu da Güntayın kitabı, Səfəvilərlə bağlıdır. Televiziyalara da istədiyim şəkildə alınmır deyə, getmirəm. Amma gələn həftə şamanizmlə bağlı bir veriliş var, ora gedəcəyəm. “Şaman duaları” adlı ilk kitabı mən yazmışam. Televiziyalar neçə gündür ki, iki müğənni ər-arvadın problemini Azərbaycan xalqının taleyüklü məsələsinə çevirib. Hamısı Musa Musayevlə, Təranə Qumraldan danışır. Deməli, o telekanallar da həmin müğənninlərin səviyyəsindədir. Həmişə demişəm, şairlik bütün həyatın boyu özünə bənzər birini axtarmaqdır. İndi həmin adamlar da özlərinə bənzər adamları televiziyaya çıxarırlar.

–Sizin “Salam, dar ağacı” şeiriniz böyük rezonans doğurmuşdu. Hətta azadlıq şüarına çevrilmişdi. O zaman özünüz “Salam, dar ağacı” deyərkən nəyi nəzərdə tuturdunuz?

– Şeiri izah etmək bir az çətin məsələdir. Qədim bir özbək dastanı var. Bu motiv ordan gəlib. Burada millətin taleyi yolunda mübarizə aparan bir qəhrəmanın ölümdən qorxmamaq düşüncəsinin ifadəsi var. O, bu yolda hətta dar ağacına da salam verə bilər. Şeirin bütün mahiyyəti budur. Qorxmazlıq, cəsarət igidlik, dönməzlik var burda. Nihal Atsız nə deyir... Deyir ki, qəhrəmanlıq geriyə baxmadan irəli atılmaqdır. Burda bütün xalqın taleyi bu qəhrəmanın əlindədir və onu sonda dar ağacı gözləyir. O həmin dar ağacından qorxmur. Əksinə ona salam verməklə qorxmadığını göstərir.

– Bəs özünüz bu gün dar ağacına salam verə bilərsiniz ?

– Bütün həyatım boyu elə yaşamışam. İndi də elə yaşayıram. Neçə dəfə həbslərdə yatmışam. Heç vaxt yalan danışmamışam. Bu millətin taleyi ilə bağlı nə varsa, orda mənim də imzam var. Azərbaycanda ilk inqilabı hərəkatın rəhbəri mən olmuşam. Yüz min tələbəni 1988-ci ilin fevralın 19-da meydan hərəkatına təkbaşına mən aparmışam. Nə onda İsa Qəmbər var idi, nə Əli Kərimli var idi, nə Etibar Məmədov var idi. Təkbaşına idim o meydanda.

– Bəs Elçibəy?

– Əbülfəz Elçibəylə 16-17 yaşımdan dost olmuşam. Ona ilk şeiri də mən yazmışam. Yəqin oxumusan, “Qəribə adam” şeirini. Amma həmin vaxt o da o meydanda yox idi. Mənim düşüncələrimin formalaşmasında onun da böyük rolu olub. İndinin-indisində də deyirəm ki, bu gün müharibə olsa, mən sıravi əsgər kimi vuruşmağa hazıram. Mən Qarabağ savaşında əldə silah döyüşmüşəm. Həm də Qarabağa Xalq Yardımı Komitəsinin üzvi idim. Səkkiz nəfərlə birgə. Sonra Sədərəkdə müharibə başlayanda mühasirədə olan kəndi 17 nəfərlə qoruyurdum. Kəndi sonuncu mən tərk etmişəm. Yəni necə yazmışamsa, o cür də yaşamışam.

– Azadlıq nədir, sizcə?

– Mənim üçün azadlıq başqalarının azadlığının sərhədində qurtarır. Yəni azadlıq sərhədli bir şeydir. Tam mənada azadlıq insanı mifik və dini dünyagörüşü baxımından iblis edə bilər. Dini inancdan da görünür ki, böyük mənada iddia olunan azadlıq mənfi Allahın ən sevimli mələyini də şeytana çevirə bilər.

– Çe Qevaranın təbirilə Kuba da “Azadlıq adası”dır...

– Kubada olarkən Çe Qevara haqqında bir mahnı eşitdim. Kubada o mahnını çox sevirlər və çox məşhur mahnıdır. Mən də o mahnını çox sevirəm. İstəyərdim ki, elə o yazınızın,  müsahibənin içində həmin mahnını da verəsiz. Mən  Alim Qasımova, Qədir Rüstəmova, yaxud “Şuşanın dağları” adlı mahnıya qulaq asanda kövrəldiyim kimi, Çe Qevaraya da aid olan mahnıya qulaq asarkən da o cür kövrəlirəm. Bəlkə də ona görə ki “Azadlıq adası” kimi adlanan bir adadakı azadıq saxtadır.

– Çe Qevaranın özünə münasibətiniz necədir?

– Mən Çe Qevaranı kimə bənzədə bilərəm ki? Mənim müsəlman olmağım bir az mübahisəli məsələdir. Amma bir türk, Azərbaycanlı olaraq bir müsəlmanıq. Çe Qevaranı İmam Hüseynlə, Janna Darkla, Babəklə müqayisə etmək olar. Onu Budda ilə müqayisə edirəm. Çe Qevara Kubada nazir idi. Günlərin bir günü o, heç nə demədən xanımına və uşaqlarına məktub qoyaraq gedib. Və məktubda da yazıb ki, mən qurduğumuz bu dövləti sizə əmanət edirəm. O da bir növ, Budda kimi qeyb olur.

Bu yaxınlarda Kamal Abdullaya bir yazı yazmışdınız: “Tək başına olmaq”...

– Təklik və yalqızlıq təkbaşına ola bilməyən adamın əzablarıdır. Mənim şeirlərimdə də bu motivlər var. Bu yaxınlarda “Mütərcim” jurnalında barəmdə çox maraqlı bir yazı yazılıb. “Rüstəm Behrudi və demanizm”, yəni Rüstəm Behrudi və şeytan fəlsəfəsi. Amma mən ömrüm boyu şeytanı mədh etməmişəm. Mənim şeirlərimdən istifadə edib böyük bir yazı yazıblar. Çox xoşuma gəldi. Şeytan haqqında yazmaq o demək deyil ki, onu mədh edirsən. Mən onun mahiyyətini dərk etmək üçün yazıram. Mən onu özüm anlamaq üçün yazıram. Mən içimdən gələn şeyləri yazmışam. 

– AYB-də qalıbsınız?

– Mən bütün dünyanı gəzmişəm. Dünyanın hər yerində eyni düşüncə tərzinə malik, eyni yaradıcılıq istiqamətinə malik yazıçılar bir yerə toplaşaraq özlərinin birliklərini ya dərnəklərini yaradırlar. Dünyanın heç bir yerinə Azərbaycanda olduğu kimi dövlətin tabeliyində olan Yazıçılar Birliyi yoxdur. 25 il idi ki, AYB-yə ayaq basmırdım.

– Deməli, AYB-in fəaliyyətindən razı deyilsiniz?

– Təbii ki razı deyiləm. Ona bəlkə heç ehtiyac da yoxdur. Mən özüm 25 ildən sonra ora getdim. Sabir Rüstəmxanlı kitabının təqdimatına çağırmışdı. Ədəbiyyat işi kolxoz işi deyil ki, hamı yığışıb bir yerə kooperativ iş görsün. 25 il idi ki, ora getmirdim. Nə itirmişəm ki?! Kitablarım dünyanın ayrı-ayrı yerlərində çapdan çıxıb. Ora getsəm də, getməsəm də Rüstəm Behrudiyəm.

Keçən qurultaya çağırmışdılar. Dedilər ki, Nobel mükafatı laureatı Orhan Pamuk səninlə görüşmək istəyir. Getdik “Qurd qapısın”da oturduq, yemək yeyib ədəbiyyatdan söhbət etdik. Heç qurultaya getmədim. Amma indiki qurultaya çağırsalar, bəlkə getdim. Həm də mənim üçün çox da maraqlı deyil. /modern.az/

Yenililklər
25.02.20
Rasim Qaraca: “Hər ad günümə bir kitab hədiyyə edirəm” - VIDEO-SÖHBƏT
25.02.20
Bəxtiyar Vahabzadənin şeirləri Koreya dilində
24.02.20
Rəvan Cavid - “Azğın”: roman, yoxsa cızma-qara gündəlik?
24.02.20
"Kitabi-Dədə Qorqud”un üçüncü – Günbəd əlyazması" cap olunub
24.02.20
İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
24.02.20
Azər Abdulla - Peşmanlıqdan sevincə keçid
23.02.20
Elçin Hüseynbəyli - Qarağac - Romandan parça
23.02.20
Bədirxan Əhmədli - Gerçək və intellektual türkçü Muhsin Kadıoğlu
23.02.20
Könül Nuriyeva - "İsanın İncili"ndəki sonsuz suallar
23.02.20
Əlyazmalar İnstitutunda “Nəsimidən nəsimlər” kitabının təqdimatı olub
23.02.20
Ədəbiyyatşünaslığın inkişafına dəyərli töhfələr verən alim – akademik Həmid Araslı
21.02.20
İnsanın əzəməti – Dino Butsatinin hekayəsi
21.02.20
Tramp “Oskar” mükafatının Cənubi Koreya filmi “Parazitlər”ə verilməsini tənqid edib
21.02.20
Məşhur yazıçı hekayəsini 1 ABŞ dollarına satdı
21.02.20
Müslüm Maqomayev haqqında çəkilən serialın treyleri yayımlandı - VİDEO
21.02.20
Xalq rəssamı Böyükağa Mirzəzadənin anadan olmasından 99 il ötür
21.02.20
Taleh Eminoğlu - Knut Hamsun: bir medalın iki üzü
21.02.20
Bakıda Beynəlxalq film festivalı keçiriləcək
21.02.20
"Müqayisəli ədəbiyyatşünaslıq" jurnalının yeni sayı çıxıb
21.02.20
Hacı Ələmdar Mahirin anım günü
18.02.20
Özbəkistanda “Hər anımız Vətən desin!” adlı şeir müsabiqəsi elan olundu
12.02.20
"Təkrarın tənhalığı”nda "Sevdiyim əsər” – Fərid Hüseynin kitab təqdimatından reportaj
10.02.20
Gülbala Dadaş - “Hər kəsin öz eşqi” kitabı haqqında
07.02.20
Fərid Hüseynin kitablarının təqdimat mərasimi keçiriləcək
05.02.20
Bəsirə Əzizəlinin Muhsin Kadıoğlu haqqında monoqrafiyası çap olunub
05.02.20
İradə Musayeva -  Süleyman Rüstəmi əksinqilabçı adlandıran repressiya qurbanı
03.02.20
Cavanşir Yusiflinin Səlim Babullaoğlu haqqında kitabı nəşr edilib
02.02.20
İradə Musayeva - Bağırovun gizli tapşırığı: “Boynuna qoyuluncaya qədər döyün!”
01.02.20
"Qanun” nəşriyyatında "The Paris Review müsahibələri” adlı kitab nəşr edilib
01.02.20
Rusiya Yazıçılar İttifaqı ilə AYB arasında əməkdaşlıq müqaviləsi imzalanıb
29.01.20
İradə Musayeva - Bağırov bu tərcüməçimizi həbs etmək üçün Stalindən icazə istəmişdi
28.01.20
Fərid Hüseyn - İnsanın unutqanlığı bəzən onun ədalətidi
28.01.20
AYB-nin Gənclər Şurasının “Ulduz”u nəşr edildi
25.01.20
İradə Musayeva - Müstəqil Azərbaycan” sözü dilinizdən çıxmadımı?
25.01.20
Fazil Abbasov - Qanımı süz, şərab kimi...
25.01.20
Əsmər Hüseyn Xan - Onda balaca idik, adımız uşağıydı
25.01.20
Şəhla Aslan Türkiyənin "KonTV" kanalında aparıcılıq edəcək
24.01.20
İradə Musayeva -  Repressiya illərində  tragik həbs situasiyaları...
22.01.20
“Dünya ədəbiyyatı” dərgisinin yeni sayı esse janrına həsr edilib
22.01.20
İlham Əziz - O dünyadan gələn səslər
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.