Haruki Murakami: “Tanrı olmaq istəmirəm”
25.04.13

- Caz sizin yaradıcılığınıza təsir edibmi?

- Şüuraltı olaraq edib. Caz hobbidən başqa bir şey deyil. Amma həqiqətən də, artıq neçə illərdir hər gün az qala 10 saat caz dinləyirəm. Məhz bu musiqi, onun ritmi, improvizasiyası, səsi, stili şüurumun dərinliklərimə qədər işləyib. Doğrusu, məni caz-klubdakı işim yazıçılığa yönləndirdi. Bir dəfə öz barımın piştaxtası arxasında zənci bir amerikalı əsgərin vətəni üçün necə ağladığını görmüşdüm. O anadək mən hardasa on, on iki yaşlarımdan qərb mədəniyyətinə vurğun idim. Təkcə caz deyil, elə Elvis də, Vonnequt da mənim vurğunluğuma səbəb olmuşdu… Məncə, bu, atama (o yapon ədəbiyyatı müəllimi idi) və bütün başqa yapon ənənəçilərinə qarşı üsyan etmək istəyimdən doğub. On altı yaşım olanda yapon ədəbiyyatını oxumağı atdım və rusları, fransızları oxumağa başladım. Qısa zamanda Dostoyevskinin, Stendalın və Balzakın yaponca tərcümələrini oxudum. Daha sonra isə dörd illik yuxarı sinif dövrümdə ingilis dilini öyrənib inigiliscə kitablar oxumağa başladım. Amerikan romanlarını oxuyarkən tənhalığımda kəşf etdiyim tamam başqa bir dünyaya çəkilə bilirdim. Əvvəlcə bu dünyamda özümü Marsdakı kimi hiss edirdim, lakin sonradan tədricən öyrəşməyə başladım və ora mənim üçün çox rahat oldu…

Həmin gecə o amerikalı zənci oğlanın ağladığını görəndə birdən-birə anladım ki, qərb mədəniyyətini necə möhkəm sevsəm də, bu əsgər mənim üçün olduğundan daha böyük şeylər ifadə edir. Bax buna görə yazmağa başladım.

- Amerikalı postmodernist altmışıncılar – Tomas Pinçon və digərləri də cazdan möhkəm təsirləniblər. Xüsusilə də, improvizasiya məsələlərində. Siz öz nəsrinizi improvizasiya hesab edirsinizmi?

- Mənim üçün ritm improvizasiyadan daha mühümdür. Mən yazanda hər şeydən öncə ritm haqqında düşünürəm. Necə deyərlər: “It dont mean a thing, if it aint got that swing”. (“Ritimsiz heç nəyin mənası yoxdur” – Duk Ellinqtonun bəstələdiyi məşhur caz mahnısının adıdır).

- Tez-tezmi gələcək başlanğıcını bildiyiniz əsərlər yazmağa başlayırsınız? Bəs başlanğıcın sizi hara aparıb çıxaracağını necə… Bunu həmişə əvvəlcədən bilirsinizmi?

- Xeyr, tez-tez deyil. Adətən, ağlıma gələn bir əhvalatı yazmağa başlayıram və daha sonra nə baş verəcəyini heç təsəvvür belə etmirəm. Buna görə də sadəcə ilkyarımbaşlığı yazıram, sonra növbəti və növbətini, daha sonra elə bu şəkildə davam etməyə çalışıram.Əvvəlcədən nə baş verəcəyini bilmirəm, hər şey avtomatik axıb gəlir.

- “Norveç meşəsi” nin ilk səhnəsində qəhrəman təyyarə kreslosunda oturur və romanın bütün yerdə qalan hadisələri onun havadaykən yada saldığı xatirələrindən ibarətdir. Deməli, siz yazmağa heç də bu səhnədən başlamayıbsınız?

- Hə təyyarədə yaşanan bu səhnədən deyil, işıldaquşu həkk olunmuş köhnə eskizlə başlamışdım. “Norveç meşəsi”ni bütövlükdə bu qısa əhvalatın davamı kimi yazmışam, bu mənim özümə də imkan verdi ki, əsərin altı qəhrəmanının sonrakı taleyinin nə olacağını bilim. Onlardan üçü ölür, üçü isə sağ qalır. Mən özüm də məhz onda kimin ölüb, kimin sağ qaldığını bildim. Mənim yazmaqdan və yazı prosesindən aldığım əsas zövqlərdən biri əsərdə daha sonra nə baş verəcəyini görməkdir. Bu zövq olmadan yazıçılığın bir mənası olmazdı.

- Bəzi başqa romanlarınız da kiçik hekayələrin həcmini genişləndirməklə ərsəyə gəlib. Bu hekayələri nə vaxt yazırsınız, sizə elə gəlirmi ki, nə isə yarımçıq qalıb və davam etdirməyə ehtiyac var? Ya da bəlkə, bir müddət sonra çevrilib hansısa hekayənizə baxıb düşünübsünüz ki: “Hmm, bəlkə, indi bu materialdan daha ciddi bir şey yarada bilərəm?”

- Hansısa hekayənin hələ tam bitmədiyini başa düşmək üçün mənə iki-üç il, bəzənsə altı-yeddi il lazım olur. Yalnız bunu tam aydınlaşdırdıqdan sonra, onun üstünə düşüb daha geniş həcmli bir şey yaratmağa çalışıram. Bununla belə heç də bütün romanlarım hekayələrdən doğmayıb. Məsəlçün “Qoyun ovu” əsərini elə əvvəldən roman kimi düşünmüşdüm.

- Hə, amma bir neçə il keçdikdən sonra onun ardı olan “Dens, dens, dens” romanını yazmağa başladınız. Siz bunu “Ov”ubitirəndən sonraya planlaşdırmışdınız, yoxsa həmin vaxtı romanı bitirmişdiniz?

- “Ov”u bitirəndən sonra heç onun davamı haqqında düşünməmişdim. Mənə elə gəlmişdi ki, bununla da hər şeyi bitirdim. Lakin, üstündən beş ya da altı il keçdikdən sonra beynimdə bir sual yarandı: “Qoyun-İnsan necə olar?” Bir şeyi anlayırdım ki, bu mənim üçün çox mühüm mövzudur. Onun mənim üçün hansı rolu oynadığını bilmək istəyirdim. Daha sonra isə oturdum və “Dens”i yazdım.

- Siz “Ara vermədən möcüzələr aləmində” əsərinizdə “hardboyld” stilində maraqlı bir detektiv yaradıbsınız. Sizi belə bir stilə məhz nə vadar etdi?

- Həqiqət. Əslində mahirliklə bir-birinə dolanmış hadisələrin təsvir olunduğu bir detektiv yazmaq mənim üçün maraqsız idi. Sadəcə bu strukturdan istifadə etmək istəyirdim. Ümumiyyətlə, cürbəcür strukturlar məni çox cəlb edir. Tez-tez pop-struktur, ya da elmi fantastik, love-story və ya romans strukturlarından istifadə edirəm. Detektivlərdə isə məni“hardboyld” stili cəlb edir, belə əhvalatların baş qəhrəmanları adətən “cəmiyyətdən ayrı düşmüş” individualistlər olurlar. Bir növ “yalquzaq” kimi. Bu mənə maraqlıdır, çünki Yaponyada individualist və tənha adamların yaşaması çox asandır. Daim hərlənib-fırlanıb bu mövzunun üzərinə gəlirəm. Mən yazıçıyam, tənhayam və individualistəm. Yəqin, elə buna görə Amerika məni özünə çəkir. Çünki bütün həyatım boyu xəyalını qurduğum“hardboyld” strukturlu mistik, nəfəskəsici süjetli əsəri məhz bu ölkədə yaza bildim.

- Sizin bütün romanlarının birinci şəxsin dilindən yazılır. Bəs nə vaxtsa başqa cür yazmağı düşünübsünüzmü?

- Hə, bir ara, lap yaxın zamanlarda ikinci şəxsin dilindən yazmağa cəhd etmişdim, amma yaxşı heç nə alınmadı.

- Bəs problem nədə idi? Maraqlıdır? Bəlkə, məsələ şəxsi intonasiya ilə bağlıydı?

- Sadəcə ikinci adamın dilindən yazanda özümü bir növ tanrı kimi hiss edirdim. Amma mən Tanrı olmaq istəmirəm. Axı dünyadakı hər şeyi bilə bilmərəm. Həm də dünyadakı hər şey haqqında da yazmaq istəmirəm. Mən sadəcə mənəm. Elə indi yazdığım kimi yazmaq istəyirəm. Özümdən baş qəhraman düzəltmək istəmirəm, ancaq qəhrəmanlarımın nə düşündüyünü, nə hiss etdiyini ancaq mən öncədən görə bilirəm. Yazıçılıq mənə şüuraltımda seyrə çıxmağa imkan verir və mən bu prosesi əhvalatlar yaratmaq üçün istifadə edirəm. Bu mənim nə vaxtsa məşğul olduğum işlər arasında ən əyləncəlisidir. Yaxşı bir əhvalat danışmaq küçələrdə rahat-rahat gəzmək kimi bir şeydir. Mən bu küçələri sevirəm. Orada gəzirəm, ətrafdakı hər şeyi görürəm, eşidirəm, qoxuları içimə çəkirəm. Belə edəndə dünya sənin üçün dəyişməyə başlayır. Hər şeyi başqa cür hiss etməyə başlayırsan, işığı da, musiqini də, emosiyaları da. Bax mənim üçün yazıçılıq budur. Mənim artıq qırx altı yaşım var, evliyəm, amma yazmağa başlayanda iyirmi beş yaşlı subay oğlana çevrilirəm. Kiminsə cildinə girib, o cilddə gəzə bilərəm… Belə ki, yazıçılıq sənin ikinci “mən”inə çevrilib. Bu çox gözəl bir şeydir.

- Bəs siz 60-cı illərin tələbə iğtişaşlarında iştirak edibsinizmi?

- Xeyr, heç vaxt ictimai faəl birisi olmamışam. Nə isə yeniliklərin gələcəyini hiss edirdim və bu məni ilhamlandırırdı, amma heç vaxt hansısa qrup ya da təşkilat tərkibində olmağı sevməmişəm. O zamanlar heç bir təşkilata üzv olmadım. Amma deyim ki, radikal tələbələrə pərəstiş etmişəm. Nə isə yeni bir şey tapmaq istəmişəm, öz dünya görünüşümə görə nə isə daha yaxşı bir həyat şəraiti arzulamışam, amma tapa bilməmişəm. Onda cəmi 18-19 yaşım vardı, tamam uşaq idim, heç nədən başım çıxmırdı.

Vaseda univerisitetinin tələbəsiykən qərb ədəbiyyatından xeyli kitab oxumağa macal tapdım, bunların arasında qədim yunan dramlarınadan tutmuş, Dikkensə qədər, “hardboyld” stilli detektivlərə qədər hər cür kitablar var idi. Onda 19-20 yaşlarındaydım, o yaşlarda hamı, həyəcanlı, nəfəskəsici əhvalatlar oxumaq istəyir. Mənim pərəstiş etdiyim yazarlar Riçard Brotinqan və Kurt Vonnequt idi. Onlar mənim üçün, həqiqətən, nəhəng və həm də əyləncəli yazarlar idilər. Onların yazdıqları heç Yaponyadakılara oxşamırdı. Mən də onlar kimi olmaq istəyirdim. Bir sözlə, elə o dövrdən yazıçı olmağa qərar verdim.

Hardasa iyirmi ya iyirmi üç yaşlarımda yazı-pozu işlərinin başını buraxdım. Daha doğrusu, bir-iki dəfə cəhd etsəm də heç nə alınmadığını gördüm. Sadəcə təcrübəm yox idi, belə olan təqdirdə bu işləri bir müddətlik kənara qoydum. Nə dövlət məmuru, nə də biznesmen olmaq istəmirdim. Özümə bir caz-klub açdım. Başqalarının köməyi olmadan öz başıma nə isə əldə etmək istəyirdim. Düz yeddi ilə caz-klub işində axır ki, nə isə əldə edə bildim. Günlərin bir günü yazıçı olmaq istədiyimi anladım. Klub bağlanandan sonra gecələr saatlarla mətbəx stolunun üstündə yazmağa başladım. Bu işi görərkən özümü əla hiss edirdim.

- Amerikalıların sizin kitablarınıza reaksiyası adətən necə olur? Daha doğrusu amerikan gənclərinin münasibətini nəzərdə tuturam.

- Amerika univerisitetlərində mühazirə deyirəm. Diqqət vermişəm ki, tələbələrimin çoxu müasir yapon ədəbiyyatını, sadəcə yapon ədəbiyyatı olduğu üçün yox, sırf maraqlı olduğu üçün oxuyurlar. Onlar eynilə mənim on il əvvəl Qarsiya Markesin, Varqas Lyosanın və digər Latın Amerikası yazarlarının kitablarına qapıldığım kimi mənim və yaxud Emi Yamadanın, Banani Esimotonun romanlarına qapılırlar. Belə dəyişiklik üçün adətən bir az vaxt lazım olur. Amma ümumiyyətlə bu gün müxtəlif ölkələrin yazarları fəal olaraq bir-birlərinə təsir edir və özləri də dəyişirlər. Dünya ölkələri bir-birinə yaxınlaşır və get-gedə daha da yaxın olacaqlar. Məncə, bu, əladır.

- “Qoyun ovu”ndan və “Dens” dən sonra 60-cı illər haqqında daha az-az yazırsınız. Siz Yaponiyanın əsas probleminin inkişaf etmiş kapitalizm əsrinə keçiddən ibarət olduğunu deyirsiniz və baş verənləri olduqca mənfi qiymətləndirirsiniz. Güya bütün bu maddi zənginlik və bolluq cəmiyyəti aşındırır, insanlara zərər verir, idealizmin tamamilə pulla alınıb. Buna baxmayaraq, sizin romanlarınızdakı insanlar əvvəlkitək yalnızdır, maddi gəlir onlara xoşbəxtlik gətirmir və onların hamısı “köhnə, doğma 60-cı illər” üçün darıxır…

- Bu “Norveç meşəsinin” belə böyük tirajla çap olumasının səbəblərindən biridir. Yapon oxucusu hələ də idealizmin yaşadığı bir dünyanın həsrətini çəkir. Həmçinin bu kitabdan sonra mən artıq bu nəhəng, mürəkkəb pul və informasiya cəmiyyətində tənha qalan bir qəhrəman yaratmaq istədim. “Qoyun ovu” və “Dens” beləcə ərsəyə gəldi. Bu gün yaponlar bahalı BMV və yeni kompyuterin onları xoşbəxt edəcəyini, xarici aləmdən təcrid olunma hissindən azad edəcəyinə özlərini inandırıblar. Bunun yalan olduğunu isə heç kim uca səslə deyə bilmir və insanlar məmurlaşır, riyakarlaşır. Bax problem burdadır: bu yeni cəmiyyət elə nəhəng və güclü görünür ki, artıq ondan necə müdafiə olunacağını, ona nəylə hücum edib azadlığa çıxacağını tapa bilmirsən.

- Sizin romanlarınızı oxuyanda qeyri-iradi olaraq qəribə bir özünəməxsusluq hiss etmək olur. Bütün seks səhnələri sanki mətnin içindən əvvəldən və axırdan tikişlə ayrılıb, eləbil onları mətnə süni olaraq yamayıblar.Hadisələr axıb gedir, daha sonra seks səhnələrinə çevrilir, sonra isə normal axınına qayıdır. Ancaq təkcə “Norveç meşəsi”ndə seksual səhnələr təhkiyənin içində məhdud şəkildə axıb gedir, çox təbii və inandırıcı görünür.

- Çox sağ olun! Bildiyim qədər “Norveç meşəsi”ndəki o seks səhnələri Yaponiyada çoxlarının xoşuna gəlməyib. Heç bilmirəm nə səbəbdənsə bəziləri hətta bundan qıcıqlanır da. Bir qrup adamlar hətta bunu “pornoqrafiya” və mənim özümü isə seksual manyak adlandırdı (gülür)… Amma əlbəttə ki, bu, axmaqlıqdır. Mən seks haqqında sadəcə insan həyatının çox mühüm bir sahəsi olduğu üçün yazmışam. Uşağa təzə oyuncaq verəndə, o götürüb oynamaq istəyir. Mənsə öz adıma deyə bilərəm ki, oxucularıma qarşı belə oyuncaqlardan istifadə etmirəm.

- Deyə bilərsinizmi, sizi Amerikaya gəlməyə məhz nə vadar etdi?

- Əvvəlcə üç il vaxtımı Avropada, əsasən də Yunanıstan və İtaliyada keçirdim, sonra bir illiyinə Yaponiyaya qayıtdım. Romanlarım uğuru həyatımı çətinləşdirdiyinə görə Yaponiyadan köçməli oldum, çünki orda yaşamaq və yazmağa davam etmək get-gedə fiziki olaraq çətinləşirdi. Mən məhşurlaşmışdım, bu isə gündəlik həyatda əlavə narahatçılıqlar yaradırdı. Avropa çox xoşuma gəldi, ora həm gözəldir, həm şən, amma orda da fikrimi iş üzərində toplamaq mənə çətin gəlirdi. İtalyada əsasən italyanlarla əhatə olunmuşdum, Yunanıstanda isə yunanlarla və buna görə də daim özümü əcnəbi, gəlmə, yadplanetli kimi hiss edirdim. Ancaq burda, Amerikada həmin hissdən yaxamı qurtara bildim. Birləşmiş Ştatlarda elə bu xoşuma gəldi: ətrafındakı bütün insanlar sənin kimi hardansa gəlmədir, hər kəsə rahatlıqla yaxınlaşıb tanış ola, münasibət qura, dost ola bilərsən. Həm də burda fikrimi iş üzərində toplamaq çox daha asan gəlir. Burda sənin məşhur olmağın ya da olmamağın heç kim vecinə deyil.

- Birləşmiş Ştatlara köçən yaponların çoxunun təəssüratların görə, bura gəlməzdən əvvəl amerikan mədəniyyəti onlar üçün bir növ fantaziya, şənlik, valideynlərə qarşı üsyan, özünə xas ənənələri olan azad bir ölkə kimi gəlsə də, gerçəklikdə tamamilə sərt, fərqli bir şeydir. Bəs siz Amerika gerçəkliyini görəndən sonra şoka düşmədiniz ki, ən azından təəccübləndinizmi?

- Hə, bir qədər oldu. Amerikada ən dəhşətli şey məişət kriminallığıdır. Burda az qala hər gün bir adamın o birinə qarşı nifrətinin cinayətə çevrilməsinə şahid olursan. Əlbəttə bütün bunlar Yaponiyada da var, amma bu qədər açıq deyil. Adi adamlarda bu qədər silahın olması Yaponiya üçün ağlagəlməz bir şeydir! Amerikalıların çoxu üçün isə silah həyatın ayrılmaz hissəsidir. Əlbəttə ki, onlar bunun qorxunc və təhlükəli olduğunu bilirlər, amma bununla barışıblar, əks halda “hara gizlənəsən ki”?… Həmçinin mən amerikalılıarın bir-birinə “özünü necə aparmalı olduğunu”öyrətməkdən xoşlandıqlarını müşahidə etmişəm. Bəlkə, bu onların daim qalib gəlmək instinktlərindən doğur, dəqiq bilmirəm. Axı Vyetnam müharibəsini çıxmaq şərtilə onlar hər bir müharibədə və mübahisədə qarşıdakını yerinə oturdublar…

Amerikalıların çoxu şəxsi münasibətdə olduqca xeyirxah insanlardır. Amma onlar demək olar ki, hər məsələdə özlərini haqlı bilirlər. Bu isə əvvəl-axır dikbaşlığa və baş verənləri olduğu kimi qiymətləndirə bilməməyə gətirib çıxarır.

* * *
Haruki Murakami professional caz dinləyicisidir. O, 1998-ci ildəən çox sevdiyi 24 caz super hitinin siyahısını, qərb musiqisi ilə bağlı fikirləri ilə birlikdə toplu halında çap etdirmişdir.

Çeviri: Namiq Hüseynli
Qaynar.info

Yenililklər
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.