Namiq Bayramov - Lap bezdim bu avtobusdan
26.04.13

Avtobusda, basabasda...

Biri minir, 
biri düşür,
Avtobusa.

Avtobus var yolu qısa.
o şahiddir,
bir-birini əvəz edən basabasa.

Avtobus var yolu uzun,
basabas da orda olur,
daha uzun.

Basabasda
gah üzündə,
gah alnında, 
gah da ki, peysərində
insan nəfəsi...

Qulağında,
bir-birini əvəz edən fərqli səslər...

Camaatı avtobusa,
avtobusda olanları isə
“mehriban” olmağa səsləyən
konduktorun zəhlətökən səsi...

Sürücünün maqnitofonundan yüksələn,
bayağı mahnı səsi...

Qulağında,
həm də yanında dayanan adamın,
qulaqcığından yüksələn,
hər tip manıs səsi...

Burda hava da fərqlidir...
azotu, karbonu bol hava,
imkan vermir nəfəs almağa...

İmkan vermir nəfəs almağa,
süzmənin, pendirin, tərin,
bəzən də,
zərif sayılan ətirlərin,
bir-birinə qarışaraq yaratdığı
“Ətir zəhəri”nin iyi...

Avtobusda oturacaq var,
süngəri cırıq-cırıq.
Axı onu xaricdən
1 il öncə almışıq!...

Avtobusda,
Mışıl-mışıl mışıldayır cavanlar,
Ya doğrudan, ya yalandan,
Yorğunluqdan...

Onların başı üstündə,
Ayaq üstə güclə durur,
Qocalar, qadınlar, qızlar,
Ya doğrudan, ya yalandan
Yorğunluqdan...

Çox hallar var avtobusda
Yazmaqla bitirmək olmur.
Çox sıxıldım basabasda,
Yox, belə yaşamaq olmur.
Gərək gedib maşın alam,
Lap bezdim bu avtobusdan!

07 dekabr 2010.
Bakı.


Damla

Hər bir günü əridirik 
damla-damla 
bu dünyada...
Yaşayırıq, 
yaradırıq,
öyrənirik, 
öyrədirik,
Damla-damla bu dünyada...

Bəzən sevib sevilirik,
Xoşbəxt anlar yaşayırıq,
Damla-damla bu dünyada...

Damla-damla biz görürük,
hər xoş günü, 
hər xoş işi,
Qərbədir bu dünyanın 
bu gərdişi...
Özümüzü biz yamanca aldadırıq...

Pisliklərə dəniz yetməz, dərya yetməz,
Yaxşıları bir damlaya sığdırırıq...

Həyat – damla!
Yaşam – damla!
Yaranışdan ölümədək,
hər şey damla!
Ölənə də ağlayırıq,
yalan-gerçək
damla-damla!

Sevgimizi sığdırırıq
Bir qızılgül dəstəsinə,
Hər bir gülün üzərində
Qərar tutub yalan-gerçək,
neçə damla...

İnsan oğlu,
yaranışın
tək bir damla,
Sonra isə böyüyürsən
damla-damla.
Böyüdükcə hər bir şeyi 
qazanırsan,
damla-damla
Yaşayırsan, 
yaradırsan,
damla-damla
Öz haqqını tələb edirsən, 
alırsan.
Ala bilsən,
damla-damla

Bəzən olur
boynuyoğun birisinin
ürəyinə yatmayırsan...
Fərqi olmur onun üçün,
sən haqsızsan,
ya haqlısan...
Yubanmadan yanındakı, 
İnsan cildli tulasına 
deyir: 
tez ol, 
bunu damla!

Yetişəndə son anların,
Yapışırsan yaradanın ətəyindən,
Dua edib yalvarırsan,
İstəyirsən bir az da çox yaşayasan,
heç olmasa bircə damla...

İnsan budur...
Həyatının hər bir anı bircə damla,
Bu damlanı heçdən sayır,
Həyatı topdan yaşayır...

Yaşadıqca görür ki, heç 
yaşamayıb,
Ömründəki damlalardan
xəbəri belə olmayıb...

Məqam gəlib yetişəndə
Ayılıb ki, 
insan kimi
ömür belə yaşamayıb.
Yaşadığı həyat isə, 
100 il sürsə belə yenə
bircə damla...

13 oktyabr 2013
Bakı 

Yenililklər
24.02.20
Rəvan Cavid - “Azğın”: roman, yoxsa cızma-qara gündəlik?
24.02.20
"Kitabi-Dədə Qorqud”un üçüncü – Günbəd əlyazması" cap olunub
24.02.20

İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub

24.02.20
Azər Abdulla - Peşmanlıqdan sevincə keçid
23.02.20
Elçin Hüseynbəyli - Qarağac - Romandan parça
23.02.20
Bədirxan Əhmədli - Gerçək və intellektual türkçü Muhsin Kadıoğlu
23.02.20
Könül Nuriyeva - "İsanın İncili"ndəki sonsuz suallar
23.02.20
Əlyazmalar İnstitutunda “Nəsimidən nəsimlər” kitabının təqdimatı olub
23.02.20
Ədəbiyyatşünaslığın inkişafına dəyərli töhfələr verən alim – akademik Həmid Araslı
21.02.20
İnsanın əzəməti – Dino Butsatinin hekayəsi
21.02.20
Tramp “Oskar” mükafatının Cənubi Koreya filmi “Parazitlər”ə verilməsini tənqid edib
21.02.20
Məşhur yazıçı hekayəsini 1 ABŞ dollarına satdı
21.02.20
Müslüm Maqomayev haqqında çəkilən serialın treyleri yayımlandı - VİDEO
21.02.20
Xalq rəssamı Böyükağa Mirzəzadənin anadan olmasından 99 il ötür
21.02.20
Taleh Eminoğlu - Knut Hamsun: bir medalın iki üzü
21.02.20
Bakıda Beynəlxalq film festivalı keçiriləcək
21.02.20
"Müqayisəli ədəbiyyatşünaslıq" jurnalının yeni sayı çıxıb
21.02.20
Hacı Ələmdar Mahirin anım günü
18.02.20
Özbəkistanda “Hər anımız Vətən desin!” adlı şeir müsabiqəsi elan olundu
12.02.20
"Təkrarın tənhalığı”nda "Sevdiyim əsər” – Fərid Hüseynin kitab təqdimatından reportaj
10.02.20
Gülbala Dadaş - “Hər kəsin öz eşqi” kitabı haqqında
07.02.20
Fərid Hüseynin kitablarının təqdimat mərasimi keçiriləcək
05.02.20
Bəsirə Əzizəlinin Muhsin Kadıoğlu haqqında monoqrafiyası çap olunub
05.02.20
İradə Musayeva -  Süleyman Rüstəmi əksinqilabçı adlandıran repressiya qurbanı
03.02.20
Cavanşir Yusiflinin Səlim Babullaoğlu haqqında kitabı nəşr edilib
02.02.20
İradə Musayeva - Bağırovun gizli tapşırığı: “Boynuna qoyuluncaya qədər döyün!”
01.02.20
"Qanun” nəşriyyatında "The Paris Review müsahibələri” adlı kitab nəşr edilib
01.02.20
Rusiya Yazıçılar İttifaqı ilə AYB arasında əməkdaşlıq müqaviləsi imzalanıb
29.01.20
İradə Musayeva - Bağırov bu tərcüməçimizi həbs etmək üçün Stalindən icazə istəmişdi
28.01.20
Fərid Hüseyn - İnsanın unutqanlığı bəzən onun ədalətidi
28.01.20
AYB-nin Gənclər Şurasının “Ulduz”u nəşr edildi
25.01.20
İradə Musayeva - Müstəqil Azərbaycan” sözü dilinizdən çıxmadımı?
25.01.20
Fazil Abbasov - Qanımı süz, şərab kimi...
25.01.20
Əsmər Hüseyn Xan - Onda balaca idik, adımız uşağıydı
25.01.20
Şəhla Aslan Türkiyənin "KonTV" kanalında aparıcılıq edəcək
24.01.20
İradə Musayeva -  Repressiya illərində  tragik həbs situasiyaları...
22.01.20
“Dünya ədəbiyyatı” dərgisinin yeni sayı esse janrına həsr edilib
22.01.20
İlham Əziz - O dünyadan gələn səslər
22.01.20
İradə Musayeva - Repressiya dəhşətləri
22.01.20
Yazıçı-publisist Aqşin Babayevin daha bir kitabı çapdan çıxıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.