Fərid Hüseyn - Biz fahişəyik, amma insanıq həm də

29.04.13

Yaxın gönlərdə Lars Nurenin “Müharibə” dramı əsasında hazırlanan eyniadlı tamaşaya baxdım. Tamaşanın baş rejissoru Bəhram Osmanovdur, iki hissəli dramı Dilsuz tərcümə edib. Əsərdə beş qəhrəman yer alıb: Rolları Kəmalə Hüseynova (ana), Qurban İsmayılov (ata), Rasim Cəfərov (əmi), Nigar Məmmədova (böyük qız), Roza İbadova (kiçik qız). 

Süjet

Dramda müharibədən sonrakı dövrdə baş verən hadisələrdən danışılır. Ata müharibədən kor qayıdır, həyat yoldaşı və qızları onun gəlişini gözləmirlər. Əmi isə öz qardaşının arvadı ilə ər-ərvad münasibətində yaşayır. Qızlardan böyüyü fahişəlik edir. Hər iki qızı rus zabitləri zorlayıblar. Aclıq və səfalət insana neyləyə bilərdisə, bu ailə bütün bu bəlaları görüb.

Müharibənin yaratdığı nifrət

Qızlar analarını sevmirlər... Qadın öz ərini sevmir. Ata (Qurban İsmayılov) qardaşını sevmir... Amma onlar bir evdə yaşayırlar.

Ata görmür deyə onlar rahatdılar, amma ürəklərində səksəskə var: “Bəs görsə necə olacaq?”. Fahişə qızını və qardaşı ilə yaşayan arvadını görəcək...

Günahsızlar

Hamı öz “günahına” bəraət qazandıra bilir: Ana düşünür ki, əri yanında olsaydı qayınıyla yaşamazdı, Semina (kiçik qız) müharibə olmasaydı zorlanmazdı, Bemina (böyük qız) da ehtiyac ucundan fahişəlik etməzdi, qardaş öz qardaşı arvadına göz qoymazdı, ata kor olmazdı. Ramiz Rövşənin “Ayrılıq” şeirində deyildiyi kimi: “Hamı günahkardı dünyada amma, dünyada heç kəsin günahı yoxdu”. Müharibə həm insanları mənəvi cəhətdən məhv edir, həm də bəraət qazandıraraq qoruyur. Əgər o günahlar dinclik dövründə olsaydı, heç kəs onlara haqq qazandırmayacaqdı. Bütün şərin xeyir tərəfi də olduğu bu incə məqamda üzə çıxır.

Sonda isə hamı bir yerə toplaşır. Ata üçün deyilməyən sirlər faş olur, ata etiraz edən uşaqlarına deyir: “Biz hamımız bir yerdə də yaşaya bilərik”. Bununla da əsərdə sükut yaranır, onlar öz faciələrini və müharibənin faciəsini anlayırlar. Nə olmasından aslı olmayaraq hamı bir yerdə yaşamağa məşğuldur. Müharibə sonda hamıya acı gerçəkliyi qəbul edir, özü də elə reallıqları ki, sən (ata) kor belə olsan o reallıqları görürsən.

Tamaşanın sonunda hər kəs (aktyorlar) öz oturduğu stulu özü gətirir. Bu da bir işarədir. Müharibədən sonra hər kəs həyatda öz yerini özü seçir.

M.Şoloxovun “İnsanın taleyi” əsərindəki idea: “Müharibə müharibədən sonra başlayır” bu əsərdə də öz səhnə həllini tapır. Müharibədə fiziki müstəvidə gedən döyüşlər, müharibədən sonra, hissi, idraki, məişət və mənəvi planda özünü göstərməli olur.

Bir az da aktyorlar barədə...

Roza İbadova (Semina) rolunun ifaçısı olduqca heyratamiz oynadı. O daha konfiliktli obraz idi, çünki əsər boyu təmizliyin simvolu kimi görünən bu obraz, həm də mütləq həqiqətlərin carçısı və müdafiəçisi kimi heyrət doğururdu. Roza bu rolu ilə tamaşaçılara, zənnimcə, öz uğrulu gələcəyi barədə çox şey vəd elədi. İkili dünyaları bir canda əks etdirmək hünəri, bütün bunların onun bütün əzalarında ifadəsini tapması isə möhtəşəm idi.

Kəmalə Hüseynova da öz rolunun öhdəsindən peşəkarlıqla gəldi, o şəhvətlə və qəzəb, getmək və qalmaq, ana sevgisi və qadın sevgisi, xoşbəxt həyat və səfalət arasında canını çürüdən,

müharibəylə hamıdan çox vuruşan qadın obrazını olduqca məharətlə doğrultdu. Xüsusən də, onun bu cür, qarışıq hissləri teatral pafosdan ayırıb acı gerçəklik kimi təqdim edə bilmək ustalığı tamaşaçıları heyran qoydu.

Nigar Məmmədli də, əxlaqsız qız rolunu tam canlandıra bildi, ümumiyyətlə, Nigar rolunu o qədər ustalıqla oynadı ki, Nigara dublyor təsəvvür etmək mümkün deyil, sanki Nuren, Benina rolunu sırf Nigar üçün yazıb.

Qurban İsayılov barədə isə yalnız onu deyə bilərəm ki, bu adam möcüzədir. İstənilən rolunda tamaşaçıya mərhəm ola bilir. Nədənsə mən onu İsa sürətində filmdə görmək istəmişəm həmişə.

Rasim Cəfərov rolu isə mənə görə alınmamışdı, dinamik rollar ifa edən bu gənc aktyoru “Müharibə” kimi sakit tamaşa sanki əlini-qolunu bağlamışdı. Amma ümumi planda isə heç də rolu tam alınmamış hesab etmək olmaz.

Sonda onu deyə bilərəm ki, “Müharibə” son illərdə ən böyük zövq aldığım tamaşa oldu. Teatrımızın ümumi repertuarını gəzsək, zənimcə, belə bir əsərə rast gələ bilmərik... Uğurlar... /qafqazinfo.az/

Yenililklər
30.05.20
Səxavət Sahil - Mənəvi qonorar
27.05.20
Kino strukturları Mədəniyyət Nazirliyindən ayrılsın - kino pullarının yeyilməsinin qarşısını almaq yolu...
27.05.20
Elçin İbrahimov - Bir dəfə danışdığımız dil heç zaman unudulmaz!
27.05.20
1918-1920-ci illərdə nəşr edilmiş “Azərbaycan” qəzeti latın qrafikalı əlifbaya transliterasiya olunur
27.05.20
Fəxri Müslüm - Mən ölsəm, içimdən öləcəm
26.05.20
Azərbaycanda Kino Şurası yaradıldı
14.05.20
Qafqaz Albaniyası abidəsi biganəliyin qurbanı olub
14.05.20
“Azərbaycan coğrafi adları ingilis dilində” kitabı nəşrə hazırlanır
14.05.20
Əlyazmaların elektron kitabxanasının yaradılması işi davam etdirilir
12.05.20
Rumıniyalı məşhur şairin kitabı Bakıda nəşr edildi
12.05.20
Dünya ədəbiyyatına dair fundamental əsər
12.05.20
Azərbaycan Milli Ensiklopediyasının 9-cu cildi nəşr edilib
12.05.20
Türkiyədə hər biri 500 illik tarixə sahib iki ədəd "İncil" tapılıb
11.05.20
Mərahim Nəsib - Sinif yoldaşım intihar edəndə sevdiyim qız nişanlandı
11.05.20
Fəxri Müslüm - Söhrab Tahirin əziz xatirəsinə
07.05.20
“Ulduz” jurnalının Məhəmməd Hadiyə həsr edilə xüsusi buraxılışı çap edilib
07.05.20
Fərid Hüseynin miniatür şeirlər kitabı çap olunub
07.05.20
Azad Qaradərilidən yeni ktab: “Qadağan zonası”
07.05.20
Rəbiqədən yeni kitab:“Çətirlərin qiyamı”
13.04.20
SURDO TV internet kanalı fəaliyyətə başladı – VİDEO
10.04.20
Mucru.art fəaliyyətə başladı
27.03.20
Nərimanov irsinin öyrənilməsinə layiqli töhfə
25.03.20
Orxan Mərdan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
23.03.20
Muzeyləri onlayn ziyarət etmək imkanı yaradıldı
23.03.20
Milli Kitabxana ölkəmizdə yaranan vəziyyətlə əlaqədar oxuculara onlayn xidmətlərini təklif edir
23.03.20
Antonio Tabukkinin "İzabel üçün. Mandala" romanına ön söz
23.03.20
Məhəmməd İqbal - İlahi eşq və milli düçüncə şairi
23.03.20
Türkiyəli rejissor Xocalı soyqırı haqqında film çəkəcək
21.03.20
Antonio Tabukkinin “İzabel üçün. Mandala” romanı çap edilib
16.03.20
Elmira Axundova - Məmməd Orucun "Oyun havası"
15.03.20
Anar: “Koronavirusa görə yaşlı üzvlərimizin işə gəlməsinə məhdudiyyət qoyulacaq”
15.03.20
Qalib Şəfahətin "Sandıq" romanı çap olunub
14.03.20
Cəlil Cavanşirdən yeni kitab - "Eşq və intihar"
13.03.20
“Tarix və Tale” romanına dünyanın “şəxsiyyət vəsiqəsi” demək olardı, amma…
12.03.20
“Wall Street”də Nigar Əliyeva tərəfindən açılmış “America IDream” şirkəti
12.03.20
İçərişəhərdə keçirilməsi nəzərdə tutulan Novruz tədbirləri ləğv edilib
12.03.20
Xalq yazıçısı səfir təyin edildi
11.03.20
Fevralda ən çox satılan Azərbaycan ədəbiyyatının siyahısı
11.03.20

İstanbulda qədim və nadir Azərbaycan xalçalarının sərgisi açılacaq

11.03.20
“Avroviziya-2020"-də Azərbaycan təmsilçisinin mahnı və klipi təqdim edilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.