Vəlixan - Salam olsun sənə!
01.05.13
Ey Allahın əziz dostu , rəfiqi, Bütün aləmlərin rəhmət çırağı. Ey insanlıq məqamında münəvvər Bu əşrəf varlığın ziynət çırağı. Salam olsun sənə ! Bütün aləmləri nurlandırır rəhmət çırağın Verir insanlığa ya Mustəfa ziynət çırağın.
*** Ey insandan məqamı üstün insan, Mələklər bu məqama, hala, heyran, Ey ömrü büs-bütün mənayi-Quran, Sözü ariflərə hikmət çırağı. Salam olsun sənə ! Səbəb Qurandadır düz dörd yüz ildir ki günəş tək Saçır öz nurunu elm əhlinə hikmət çırağın. *** Mələklər səndən öyrəndi ibadət Ürəklər səndən istərlər şəfaət Böyuk bir fəxr ilə , ruzi-qiyamət Ey iman əhlinə, cənnət çırağı. Salam olsun sənə ! Fənada və bəqada kimsə yoxkən Xaliqi-Yekta Sənin nurunla ziynətləndirib cənnat çırağın.
*** Səni əks etdirir mənada hər şey, Tapar hər kəs sənə sevdada hər şey, Sənə xatirdi bu dünyada hər şey Sən ey Xaliq üçün xilqət çırağı. Salam olsun sənə ! Sənə xatirdi bu xilqət durub əşrəf məqamında, Sənə xatir Xuda yandırdı bu xilqət çırağın.
*** Səni dərk eyləsəydi əhli-dünya, Xudanı dərk edib tapmışdı məna, Adında birləşib İsa və Musa Cahanın sönməyən vəhdət çırağı Salam olsun sənə ! Salar pərvanələr meylin həmişə gur yanan şəmə Yığar dünyanı bir gün başına vəhdət çırağın.
|