İlhamə Dağlı - Möcüzə
01.05.13

Esse

...Gecənin içindən yağışı tapıb çıxardı və bu yağış onun ən gözəl əyləncəsinə çevrildi.  Bu, bir başqa yağış idi. Hər yağışın ayrıca özəlliyi olur... Pəncərədə ara-sıra maşın işıqları çarpaz xətlər kimi kəsişirdi. O işıqlar bir-birini təqib edən yağış damlalarını açıq-aydın görməyinə yardımçı olurdu.
Onu sevdiyini bu gecəmi anlamışdı? İşıqlar həm də içindəki təlatümü ona göstərirdi. Qəhvə rəngli tavan ona mavi görünürdü. O mavi tavandan ona sevgiylə çağlayan bir cüt göz baxırdı. Xoşbəxtcəsinə çarpayıya sərildi, saçları dalğa kimi balıncın üstünə yayıldı. Beynində ildırım kimi bir işıq yanıb söndü və o işıqda on beş il əvvəl yuxusunda gördüyü oğlanın sifətini gördü. İndi onu təqib edən baxışlar həmin oğlanın baxışları idi.
  Bu, əsl möcüzə idi.
 Yuxu və reallıq. Reallıq və yuxu. Qız bu reallığın da yuxu olduğunu fikirləşdi. Fikirləşdi ki, yenə də yuxudan oyanacaq və sevgi dolu  baxışları yenidən itirəcək. Ona görə də bu şirin röyadan heç oyanmaq istəmədi.
  Oğlan da qızı düşünürdü. O, həyatında anasından başqa heç bir qadında bu qədər doğmalıq hiss etməmişdi. Sanki bu qız neçə illər idi ki, onu tanıyırdı.  
 Qəfildən könlünə siqaret düşdü. Amma siqareti yox idi, on il idi ki, siqareti tərgitmişdi. Birdən yadına düşdü ki, iki gün əvvəl dostlarından biri siqaretini oğlanın daxmasında unutmuşdu. Oğlan tez siqareti tapıb yandırdı, acgözlüklə tüstünü ciyərlərinə çəkdi.
Siqaretin tüstüsü burula-burula havaya qalxırdı. Oğlan siqaret damağında çarpayıya uzandı və ona elə gəldi ki, bu tüstü deyil, qızın saçlarıdır, yavaş-yavaş onun üzünə dağılır. Oğlan qızın xoş ətrini hiss elədi.
Közərən siqareti külü oğlanın sinəsinə töküldü və oğlanı xoş xəyaldan ayırdı. O, birdən-birə qız üçün darıxmağa başladı. Ayağa qalxdı, mobil telefonunu götürüb qıza zəng vurmaq istədi. Ancaq əvvəlcə saata baxdı. Çox gec idi. Gecənin bu aləmi qızı narahat etmək istəmədi. Otaqda o yan-bu yana var-gəl etməyə başladı. Bilmirdi ki, neyləsin. İçini təlatümə gətirən hissləri qızla bölüşmək istəyirdi.
Masa arxasına keçib yazı yazmaq istədi, heç nə alınmadı, bircə cümlə də yaza bilmədi. Köməyinə çöldə yağan yağış çatdı. Yağış yağdıqca elə bil oğlanın tənha daxmasındakı bütün uğursuzluqları yuyub aparır, özüylə yeni, təmiz hava gətirirdi. Oğlan yağış damlalarının bağdakı gülləri çimizdirməsinə tamaşa edirdi. Bu zaman qeyri-ixtiyari beynində təzə misralar yaranmağa başladı. Tez əlini telefona atıb beynində yaranan misraları mesaj listinə yazdı və qıza yolladı:
 İnsafı yox gecənin,
Qərib, soyuq gecənin,
Oyanaraq gecənin
Bir aləmi, darıxdım.
Ardınca bir başqasını, daha sonra yenə bir başqasını...
“Ürəyim sənsizlikdən çırpınır... Axı niyə uzaqlardasan?!..”
Sevdiyi qızın onu on beş il əvvəl öz yuxusunda görməsi əməlli-başlı heyrətinə səbəb olmuşdu. Axı o da neçə illər idi ki, bax, elə həmin bu qızı axtarırdı?!...
Bu, möcüzə deyildi bəs?!  
 
 

Yenililklər
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.