Sevinc el Sevərdn yeni şeirlər
02.05.13
Uşaqlar və divarlar
böyüklər hündür daş hasarlar arzusundaykən bu ölkədə onları dustaq edən hasarların alçaq qarğıdan olmağını istər uşaqlar istədikləri vaxt üstündən aşıb gedə bilsinlər ordan dünyanı görsünlər deyə...
divarlara düşməndi uşaqlar harda qarşılarına divar çıxar bir təpik ilişdirərlər heç olmasa divarlara qaş-göz çəkər adam, ya bir heyvan sifətinə salarlar
divar kağızlarının qənimidirlər barmaq-barmaq dırnaq-dırnaq vuruşarlar qarşılarındakı divarlarla bağlı qapılarla zaman keçər daş divarları ətdən divarlar əvəz edər...
özgə adamlar doğma adamlar sərhəd qoyarlar arzularına istəklərinə sevgilərinə həyatlarına...
alçaq qarğı hasarların arzusunda olan uşaqlar böyüyəcəklər yenə divarlara qarşı çıxacaqlar onlara imkan verməyəcəyik divarları aşsınlar çocuqluqlarındakı kimi özümüz divarları aşmadıq çünki gedib azadlıqda dolaşmadıq azadlıq nədi bilmədik yalnız xəyal elədik... “divar dibində yatmazlar, bala” deyərdi nənəm yumşaq yastıqlar düzərdi divarlarla arama divar dibində təhlükə var!
divara adam şəkli çəkən çəkdiyi şəkli eybəcər günə qoyan oğul o şəkli o divardan poz o şəkil dirilər qəfil!
Həyatla savaşırıq
bir yoxsul azıb-tazıb bir zənginin evinə girdiyində ayaqlarını döşəməyə ürəklə basa bilmədiyi kimi ürkək olmayaq, sevgilim... hərdən özümü şüşədən və gipsdən düzəldilmiş suvenir dükanındakı kimi narahat hiss edirəm səninlə
bahalı kirayə paltar geymiş kimi oluram bəzən indi dodaq boyasıyla bulaşacaq qızılgül kollarına ilişib cırılacaq deyə əsim-əsim əsirəm
bağır-çığır mənə sevgilim ürəyindən gələndə dəlilər kimi sevişərkən bir-birimizi incitdiyimizdə necə içimizə atırıqsa səsimizi gizlədiriksə həzzə qarışan ağrılarımızı elə davranaq həmişə...
uşaqlıq oyunlarını yada sal çəngə-çəngə yolmuşdun qonşunuz Aişənin saçlarını acılayıb həyətinizdən qovmuşdun ya mən uşaqlıq dostum Familin daş atıb başını yarmamışdımmı... məktəb çantasına su axıtmışdım dalaşıb-barışmışdıq dəfələrcə
uşaqlar qədər kinsiz uşaqlar qədər qürursuz uşaqlar qədər ürəkli olaq sevgilim o dəli sevişmələrdən sonra bədənimiz incidilən yerlərin hesabını soruşmur əsla o qədər alicənab olaq həyat çox qısa sevgi ondan da qısa
bir boks döşəyi kimi durmuşam qarşında divara vurma əlin yaralanmasın bir-birimizlə deyil zalım həyatla savaşdığımızı ikimiz də bilirik onsuz da.
Eyni
getsən incimərəm artıq alışdırdım özümü yoxluğuna hər dəfə evdən çıxdığında səni uğurlayıb bom-boş otağıma qayıtdığımda sən hamam otağında ləngiyəndə hətta məşq elədim yoxluğunu dəfələrcə ay batanda yataq otağımıza zil qaranlıqlar çökəndə oxuduğumuz kitablardan ayrılıb gecə lampalarını söndürəndən sonra göz-gözü görməyəndə məşq elədim tənhalığımı... sanıram səhnəyə çıxmağa hazıram artıq... istərsən qalxsın qara pərdələr
o qədər yalnızıq ki ikimiz də anamıza-atamıza heç vaxt olmayan kimi möhtacıq dizlərində ağlamağa çəkdirdiyimiz şəkillərdə belə bir-birimizin yanında yoxuq daha
getsən ağrımaram artıq alışdırdım özümü yoxluğuna istərsən qalxsın qara pərdələr çıxsın səhnəyə saçı uzun Suray xanım birisi yerdən ona desin ki daha dost axtarmasın hamısının sonu eyni...
Əhməd Qayaya
bizi bədbəxt elədin nəğmələrinlə Əhməd abi qoymadın oturduğumuz yerdə oturaq sənin kimi qəhrəmanca ölə bilmədik nə yaşamadıq başqaları kimi hüzur içində sənə oxşamaq istədik oxşaya bilmədik bizi bədbəxt elədin Əhməd abi...
cibimdəki qan rəngli dırnaq boyasının son damlalarıyla cırıq kapron kalqotkalarımı deyil sənin nəğmələrinin lentlərini yapışdırar atamın köhnə maqnitafonunda dinlərdim... hər dəfə başqa bir barmaq gəlib basardı maqnitafonun dilini nəğmələrini yarıda kəsərdi o barmaq sahibinin mənə yazığı gələrdi...
qoymadın anamızın dizlərinin qırağında oturub insanların canverişinə film seyr edirmiş kimi baxaq bizi çəkib aldın yalançı televizorların qabağından öldük-dirildik hər gün azı yüz kərə Əhməd abi...
dilimizdə nəğmələrin çıxdıq küçələrə üsyan eləmək haqqımızı almaq sevdasıyla gördük ki nəğmələr qədər qaragözlü deyilmiş insan nəğmələr kimi qanadlı deyilmiş dünyanın harasına gedir-getsin haqq uğrunda döyüşür nəğmələrin ah, o nəğmələr gözlə görünmür əllə tutulmur ki tutub həbs eləsinlər güllələsinlər...
nəğmələr qapılarımızı-pəncərələrimizi döydü evimizə soxulub bizi küçələrdə döyüşə çağırdı nəğmələr bizimlə savaşdı nəğmələr bizi diriltdi öldürə-öldürə “ölmək nə qəribə şeymiş”, Əhməd abi həqiqətən də.
/oxuzali.az/
|
|
|
Yenililklər
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
|
|
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
|
|
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
|
|
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
|
|
13.03.24
Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur
|
|
11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
|
|
06.03.24
Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı
|
|
03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
|
|
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
|
|
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
|
|
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
|
|
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
|
|
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
|
|
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
|
|
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
|
|
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
|
|
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
|
|
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
|
|
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
|
|
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
|
|
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
|
|
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
|
|
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
|
|
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
|
|
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
|
|
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
|
|
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
|
|
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
|
|
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
|
|
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
|
|
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
|
|
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
|
|
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
|
|
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
|
|
10.01.24
"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub
|
|
26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
|
|
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
|
|
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
|
|
18.12.23
Fərid Hüseyn Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
|
|
13.12.23
Yun Fossenin Nobel mühazirəsi
|
|
|