“Qızıl Kəlmə” ədəbi mükafatının qalibləri kimlər oldu
03.05.13

Mədəniyyət və Turizm Nazirliyində "Qızıl Kəlmə" Ədəbi Mükafatı Komissiyasının yekun iclası keçirilib. 2013-cü il üzrə müsabiqəyə 4 nominasiya üzrə (nəsr, poeziya, ədəbi tənqid və publisistika və orijinaldan bədii tərcümə) 30 əsər təqdim edilib.

Əsərlərin qəbulu 1 mart 2013-cü ildə başa çatıb.

Mükafatın Nəsr əsərləri nominasiyasına "MHS-Poliqraf" nəşriyyatı Mustafa Çəmənlinin "Ölüm mələyi", "Qanun" nəşriyyatı Şirməmməd Nəzərlinin "Çəkilməmiş film" romanlarını, "525-ci qəzet"in redaksiyası Pərvinin "Qar yağacaq" (povest və hekayələr), "Yazıçı" nəşriyyatı Səriyyə Müslümqızının "Xocalı uşaqları - qan içində qar çiçəyi", "Qızıl Kəlmə" Ədəbi mükafatının laureatı Telman Vəlixanlı Səfər Kəlbixanlının "Bəxtəvər ölüm" kitabını, Bakı Slavyan Universiteti Alpay Azərin hekayələrini, Mahmud Kaşqari adına Beynəlxalq Fond Zərrin Şövkət Horovlunun "Arazdan gələn səslər" kitabını təqdim edib.

Poeziya əsərləri nominasiyasına "525-ci qəzet"in redaksiyası Qismətin "Meqapolis hüznləri", "Min Bir Mahnı" nəşriyyatı Nafilə Abuzərlinin "Eşq mələyi", "Connstant empire" nəşriyyatı Eldar İskəndərzadənin "Mənəm, sənsən, bir də o...", "Yazıçı" nəşriyyatı Şükür Şənolun "Aranızdakı bir mələk", "Nərgiz" nəşriyyatı Zakir Ağdamlının "İlahi, dağlara qovuşdur məni", "Təknur" nəşriyyatı Mehriban Tahirovanın (Bahadurqıızı) "Vsadnik qryoz" (rus dilində), "Lənkəran" qəzetinin redaksiyası İltifat Salehin "Poetik testlər", "Vektor" nəşriyyatı Elçin İsgəndərzadənin "Qürbət hücrəsində", "Elm və təhsil" nəşriyyatı Fuad Babanlının "Haray dağı", Azərbaycanda Atatürk Mərkəzi Adil Cəmilin "Yurd yerim - dərd yerim", "Ədalət" qəzeti Əbülfət Mədətoğlunun "Hər görüş bir ümiddi", "Yazıçı" nəşriyyatı Oqtay Rzanın "Rübai karvanı - dördlük çələngi" şeirlər kitablarını təqdim edib.

Ədəbi tənqid və publisistika əsərləri nominasiyasına Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu Elnarə Akimovanın "Yeni təfəkkür və ədəbi tənqid", Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsi Hafiz Mirzənin "Mütəfəkkir", "Apostroff" nəşriyyatı Saminə Hidayətqızının "Yüz türk qadını", "Adiloğlu" nəşriyyatı İlqar Əliyevin "Sirr və açar", "Qızıl Kəlmə" Ədəbi mükafatın laureatı Telman Vəlixanlı Rüstəm Kamalın "Sözü işığa danışdım", Gədəbəy rayon Mədəniyyət və Turizm Şöbəsi Etibar Əliyevin "Həyatımızda Simens izləri". "Yazıçı" nəşriyyatı Əsəd Cahangirin "Kim yatmış kim oyaq?", Azərbaycan Respublikası İctimai-Siyasi Proseslər və Beynəlxalq Əlaqələr Elmi Araşdırmalar Mərkəzi Vaqif Arzumanlının "Dədə Qorqudun qəbrinin izi ilə", MİMTA Fondu Elmira Qasımovanın "Qəlbimin aynası", "Elm" nəşriyyatı Nəsib Bayramovun "Sirli dünya" kitablarını təqdim edib.

Orijinaldan bədii tərcümə nominasiyasına Azərbaycan Yazıçılar Birliyi Elxan Zal Qaraxanlı və Akif Əhmədgilin tərcüməsində Oljas Süleymenovun "Kuman nəğməsi" kitabını təqdim edib.
Bütün əsərlər Mükafat Komissiyasının hər bir üzvü tərəfindən oxunub.
Komissiya üzvlərinə "Qızıl Kəlmə" Ədəbi Mükafatına təqdim olunan əsərləri qiymətləndirmə cədvəli verilmiş, komissiya üzvləri hər nominasiya üzrə seçdiyi əsəri xüsusi işarə ilə qeyd edib.
Qiymətləndirmə cədvəlinə əsasən alınmış nəticə səsə qoyulub. Dörd əsas mükafatla yanaşı bu dəfə də "Qızıl Kəlmə" Ədəbi Mükafatı çərçivəsində daha iki əsəri fərqləndirən "Şans" ödülünün verilməsi də məqsədəuyğun sayılıb. Təkliflər ümumiləşdirilib səsə qoyulub.

Müzakirələrin sonunda müvafiq qərar qəbul edilib.

Nəsr nominasiyası üzrə Mustafa Çəmənlinin "Ölüm mələyi", Pərvinin "Qar yağacaq";
Poeziya nominasiyası üzrə Adil Cəmilin "Yurd yerim - dərd yerim", Elçin İsgəndərzadənin "Qürbət hücrəsində" ;

Ədəbi-tənqid və publisistika əsərləri üzrə Rüstəm Kamalın "Sözü işığa danışdım" ,Əsəd Cahangirin "Kim yatmış kim oyaq?" ;

Bədii tərcümə nominasiyası üzrə Elxan Zal Qaraxanlı, Akif Əhmədgil "Kuman nəğməsi" kitabları qalib elan olunub.

"Qızıl Kəlmə" Ədəbi Mükafatı çərçivəsində "Şans" ödülünə isə Qismətin "Meqapolis hüznləri", Elnarə Akimovanın "Yeni təfəkkür və ədəbi tənqid" kitabları layiq görülüb. Qalibləri təbrik edirik. /publika.az/

Yenililklər
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.