Şərif Ağayar - Səməd Vurğun şərin yanında idi
08.05.13

Son vaxtlar ədəbi şəxsiyyətlər tez-tez gündəmə gəlir, portalların, sosial şəbəkələrin əsas mübahisə və müzakirə mövzusuna çevrilir. Əkrəm Əylisli, M.F.Axundov, Mirzə Cəlil, bu yaxınlarda isə Səməd Vurğun! Bilmirəm, bəlkə də buna sevinmək lazımdır. Cəmiyyət tez və ya gec ədəbiyyatın önəmli sahə olduğunu anlamalıdır. Ancaq belə də yox!
 
Biz ədəbi şəxsiyyətlərlə bağlı fikirlərimizi də Azərbaycansayağı ifadə edirik. Təhqirlə, həqarətlə, aşağılayıcı tərzdə! Qəribədir ki, bu cür hərzəvü-hədyanlar olmayanda məsələ ictimai maraq doğurmur. Tarixi şəxsiyyətlərin gündəmə gəlməsi üçün illah da bir tanınmışın onu təhqir etməsi lazımmış!
 
Kimdir Səməd Vurğun?
 
Biz bu cür ədəbi simaların doğru-dürüst qiymətini vermədən gələcəyə addım ata bilmərik!
 
Təsadüfi deyil ki, indiki ədəbi avtoritetlər 20-ci əsr klassiklərinə layiq olduğu qiymətin verilməsi mövzusuna aşırı dərəcədə həssasdırlar. Zarafat deyil, mədh etdiyin nəhəng bir imperiya yıxılır və tarixin sənə münasibəti dəyişir!
 
Bəs bu çöküş Səməd Vurğunun üstünə nə qədər kölgə salır? Ömrünü və istedadını bəlli bir ideologiyaya həsr edən şairi əsl həqiqətlə üz-üzə qoyanda çoxmu sınıb-tökülür? Çoxmu itirir təravətini? Çoxmu yalançı görünür?
 
Vaqif Səmədoğlu təmkinlidir. Oxucuların Səməd Vurğundan üz çevirəcəyi ağlının ucundan da keçmir. Ona görə digər “oğullardan” fərqli olaraq atasına vəkillik etmir. İşi zamana buraxır... Onu müəyyən mənada haqlı saymaq olar. Amma Səməd Vurğun konusunda zamana da çox güvənməməli. Zaman onu budamaqda!
 
Məncə, sovet dövrü Səməd Vurğun hansı təntənə ilə göylərə qaldırılırdısa, indi eyni təntənə ilə yerlə bir edilir. Şairin əsl obrazı isə ikisinin arasında, qatı bir tozanağın arxasında gizli-saxlıdır hələ də! O, nə ötən əsrin ortalarındakı kimi poeziyanın şahlıq taxtındadır, nə də sıradan bir siyasət adamının təhqirinə layiq olacaq qədər aşağılarda! Gördüyünüz kimi, vaxtında dürüst qiymətini almayanda, buna imkan verilməyəndə insanın öz ziyanına işləyir.
 
Bir incə məqam da var: təkidlə bütə çevrilən şəxsiyyət alternativ düşüncəli insanlarda qəzəb doğurur. Sənətdə büt yapmaq tendensiyası zərərlidir. Sənət duru bir çayın axması ilə qiyas oluna bilər ki, qarşısını kəsmək olmaz. O, həmişə inkişafda və dəyişmədədir. Bütləri yuyub aparacaq qədər güclüdür. Əlindəki bütün imkanlardan istifadə edib qocalmaq və unudulmaq qorxusunu gələcəyə qarşı nifrətə çevirmək yanlışdır. Urvatlı ölmək şansını itirmək olar bununla...
 
Səməd Vurğun həqiqətin yanında deyildi. Bunu özü də bilirdi və böyük ideallara arxa çevirdiyi üçün kiçik yaxşılıqlarla özünü sığortalayırdı. Bu gün ona bənzəmək istəyən çoxsaylı xeyirxah qələm adamı var. Epizodik yaxşılıqlarla könül rahatlığı tapırlar.
 
Səməd Vurğun o dövrün bütün istedadlı adamları kimi ölüm, sürgün və ailəsinin dağılıb alçaldılması qorxusunun qarşısında həqiqətə göz yumurdu. İndi onu təhqir edənlərin əksəriyyəti isə bu hərəkəti para qarşılığında məmuniyyətlə yapırlar və yaparlar.
Ya hənəkdən, ya dəyənəkdən, Səməd Vurğun şərin yanında idi. Dayandığı yer yanlış idi. Bu səbəbdən böyük istedadı belə onu tam xilas edə bilmədi. Məddahı olduğu rejimlə bahəm çökdü... Yerlə yeksan oldu.
 
Sorğu keçirin: bu gün Səməd Vurğunu ciddi şəkildə oxuyan bir gənc tapa bilməyəcəksiniz. Halbuki o, ən azı sənətkarlığına görə buna layiqdir.
 
Səməd Vurğundan çox şey öyrənmək olar.
 
Ən birinci isə, həqiqətə arxa çevirən sənətkarın dəhşətli aqibətini! /kulis.az/

Yenililklər
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.