Əfsanə Laçın -  İncitmək elə sevməkdi
14.05.13

Gözləmək çox pis adətdir. Adam bacara bu adətdən qurtula. Onda əziyyət çəkmərik.  Çünki, nəyisə gözləyərkən ona yaxşı və ya pis-arzuladığın kimi don geyindiririk. Gözləntinin sonu çox vaxt məyusluqla bitir. Türklər demiş “hayal kırıklığına uğrayırsan”. Amma elə də olur ki, hər şey gözlədiyimizdəndə gözəl olur. Təbii ki, nadir hallarda. Gözləməsək yaxşıdı. Nə olacaq, olacaq. Olacağa carə yoxdu.

Hər olanı elə olduğu kimi təbii, sakit qarşılayaq. Bir şeydə var: hər şeyi özümüzdə belə mənasızlaşdırsaq həyatımızın rəngi qaçar. Gözləmək həyatımızı mənalandırır, xəyallarımızı çoxaldır. Bizi xəyallada da olsa gözəl anlar yaşamağa məhkum edir. Bizi həyəcanlandırır, sevindirir. Həyatda real yaşaya bilmədiyimiz anları bizə daddırır. 

Əslində yaxşı və ya pis hadisə baş versin fərqi yoxdu. Biz onu görürük, iştirakçısı oluruq. Amma ona münasibətimiz bizdə-içimizdə baş verir. Bunu özümüzdən başqası anlaya bilməz. Demək ki, biz öz dünyamızda yaşayırıq. Kiminin içində kəndi, şəhəri, kiminin içindəsə böyük imperatorluğu var. Kiminin dünyası xarabalıqlardan ibarət, kiminin dünyası abad.

Hadisələr dünyalarımız birləşəndə yaranır. Hadisələr bitdiyi anda dünyalarımızda ayrılır və baş verənlər hərənin öz dünyasında arzuladığı kimi davam edir.

Sanki, dünya çox barmaqlı əldi. Barmaqların hərəsi bir dünyadı. Onları əl bir-birinə bağlayır. Biz kimi isə incidən elə bil hansısa barmağı sındırırıq. Sonra yumuruq həmin yumuruq olmur. Çox şey əvvəlki kimi olmur...

Bu həyatda incimədən-incitmədən, sevmədən-sevilmədən yaşanmaz. Sındırıb atmaq nə demək. Sıyır keç, qanat, əz, amma sındırma...

Bu həyatda yalnız bu qədər mərhəmətli olmaq mümkündü. Həyat belə qurulub sən başqasının, başqasıda sənin yemindi.(bütün canlılar belə yaşayır)

Özgələrlə nə işimiz. Biz sevdiklərimizi incidirik. Sevdiklərimiz bizi incidir. Bəlkə incitmək elə sevməkdi?! Bəlkə sevdiyindən ayrılanda ona dediyin “son acı söz” onunla yaşamayacağın xoş günlərin qisasıdı?

Uşaq vaxtı müəlliməmiz demişdi: hər qəlb sındıranda ürəyimizə qara xal düşür. Böyüdük. Böyüdükcə günahlarımızda böyüdü, incitdiyimiz insanların sayıda artdı. Demək ki, sevdiklərimizdə çoxaldı...
Ürəyimizdə “qara xal”dan yer yoxdu daha. Sənə ürəyimi verərəm demə!...





APOLLON VƏ DƏFNƏ 

Yunan mifalogiyası esasında                 4.02.2013


Aylar keçdi, il dolandı yeni nağıl yarandı.
Qədim Olimpdə, Parnas dağının ətəyində, Stiks çayının kənarında Peney adlı bir qoca yaşayırdı. O, kasıb komasında tək-tənha ömür sürürdü. Tənha qoca meylini bağçasında bitən Dəfnə ağacına salmışdı. Ona qulluq edir, onunla dərdləşirdi. Dəfnənin xoş ətirli ağ çiçəkləri qocaya tənhalığını unutdururdu. 

Peney ovculuq etməklə qarnını doyururdu. Bəlkədə bu eldə onun kimi mahir oxatan yox  idi. O, həm də çox səxavətliydi. Qapısını döyən bütün yolçuları yedirər-içirər, gülər üzlə yola salardı. Qapısı döyüləndə uşaq kimi sevinərdi. 

Tanrı qoca Peneyi mükafatlandırmaq qərarına gəldi. Bir səhər qocanı körpə qığıltısı yuxudan oyatdı. Təəccüblənsə də tələmtələsik qapını açdı.  Palıt yarpağına bürünmüş körpəni görüncə sevindi. Səma rəngli gözləri dəniz kimi çalğalandı. Körpəni evə apardı.  Ona ad qoydu- Apollon. Onu öz oğlu kimi böyütdü.  Apollona ox atmağı, ov ovlamağı öyrətdi. 

İllər ötdü Apollon böyüyüb gənc yaşına çatdı. O,  gəlişi ilə qoca Peneyin tənhalığına son qoymuşdu, amma indi özü tənhalıqdan sıxılırdı. 

Apollon saatlarla Dəfnə ağacının altında uzanıb xəyala dalır, ağ çiçəkləri qoxlaya-qoxlaya yuxuya gedirdi. 

Peney ata vəfat etdi. Apollonun dərdi birə min artdı. O, indi həqiqətəndə tənha qalmışdı. Onun gözlərindən sellər axırdı. Stiks çayının suyu daşırdı. Göz yaşlarından utanan Apollon üzünü çayda yuyurdu ki, birdən qarşısında göyərçin qanadlı, qıvrım saçlı məxluq peyda oldu. Bu Erot idi, sevgi hədiyyə edən mələk.

O dedi: Apollon, vaxtı ilə gəlişinlə qoca Peneyi tənhalıqdan xilas etdin. İndi isə özün tənha qalmısan, amma mən səni bu tənhalıqdan xilas edəcəm. 

Apollon: necə?!
Erot: evə qayıt 
Apollon evə qayıtdı. Komaya girməyə cəsarət etmədi. Ağacın altında uzandı ki, bir az yorğunluğunu çıxarsın. Birdən xəfif meh əsdi. Dəfnə yaşıl libaslı, yaşıl gözlü gözəl bir qıza döndü. Yarpaqları saçlarına, budaqları qollarına çevrildi. Apollon Dəfnəni görər-görməz ona aşiq oldu.  Erot, Parnas dağı, Stiks çayı Apollon və Dəfnənin nigah şahidi oldular. Erot onlara dəfnə yarpaqlarından və çiçəklərindən hörülmüş sehirli çələng hədiyyə etdi. 

Erot Apollona dedi: bu çələngi qoru. Əgər bu çələng başqasının əlinə keçsə Dəfnə yenidən ağaca çevriləcək. Unutma! Özünü tənhalıqdan, Dəfnəni ağaca çevrilməkdən qoru. Xoşbəxtliyin öz əlindədir.
Bu nağılı oxumuram ki, mışıl-mışıl yatasan oxuyuram ki, fikirləşib  ağıllı yol tapasan.

Yenililklər
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.