Aqşin Yenisey - Lüt qızın publisistik faydası

14.05.13

Əvvəl elə fikirləşirdim ki, dünyada ən çox “Yanıq Kərəm” doğan bizim analardır. Bu nəticəyə də Facebook-u yaradıb sözün həqiqi mənasında aləmi bir-birinə qatan Mark Zükerberqin bu “єeytan əməlindən” sonra gəlmişdim. Hansı internet saytına baxırdımsa, qənşərimə mütləq köndələn uzanmış beş-altı ədəd lüt qız şəkli çıxırdı. Tutalım, hansısa xəbər saytı faciəvi bir xəbəri car çəkir və tikəsi qulağı boyda olan adamların şəklini çap edir ki, İraqda ucdantutma terror aksiyaları törədilib, buyurun baxın. Sən də evdə oturub faciə qurbanlarının halına acıya-acıya, hətta bir az qəlbisınıq adamsansa, dəsmal götürüb ağlaya-ağlaya xəbəri oxuyursan. 
Pah! Qəfildən qarşına sağ qolu dirsəyindən bir qarış yuxarı, sol qolu dirsəyindən bir qarış aşağı, sağ qıçı dizindən bir qarış yuxarı, sol qıçı dizindən bir qarış aşağı parçalanıb, eynən bizim rəhmətlik Babəkə dönmüş bədbəxt bir iraqlının şəklinin altında lüt qız şəkli! Sən demə, İraqda, məsələn, 567 adamın terror nəticəsində öldürüldülməsi xəbərini bizim oxuculara oxutdurmaqdan ötrü o lüt qızın şəklinə böyük ehtiyac varmış. Deməli, o lüt qızın şəkli olmasaymış heç kim Kərkükdə qırılanların nakam aqibətinə acımayacaqdı. 

Ancaq indi papağımı qabağıma qoyub fikirləşirəm ki, bu, seksual yanıqlığın faciəni oxucuların gözündə üstələməsi təkcə bizim ölkədə deyil, sən demə, informasiya agentlikləri dünyanın hər yerində oxucuların “Yanıq Kərəm” damarını tutan intim texnologiyalardan yararlanırlar. Sadəcə, bizim saytlardakı “Yanıq Kərəm” hər şeyin şitini-şorunu çıxarıb; o, artıq adam balası kimi yanmır, cızdağı çıxır, elə bil. Məsələn, bizim yazar əgər yəhudi mənşəli alman yazıçısı Ştefan Svayqın “İstanbulun fəthi” əsərindən bir yazı hazırlayırsa və bu yazını oxutdurmaq istəyirsə, sayt rəhbərliyinin tövsiyəsi ilə belə bir başlıqla razılaşmalıdır: “Türklər Bizansın paytaxtında nə qədər qadın zorlayıblar”. 

Ştefan-zad yaddan çıxacaq, hamı çörtkəsini qabağına qoyub, yazını oxuya-oxuya zorlanan qadınların sayını hesablayacaq. Halbuki, yazıda, bəlkə də, heç bu barədə söhbət getmir. Etiraf edim ki, bir oxucu kimi mən özüm də yeniyetməlik illərində oxuduğum kitablarda çox vaxt erotik səhnələr axtarırdım. Məmməd Səid Ordubadinin iki kiloluq “Qılınc və Qələm” romanını on üç yaşım olanda ona görə axıra qədər oxudum ki, orda bir səhnə vardı: Gəncə hakimi İnancın qızı Qətibə - bu ad təsadüfü seçilməyib, bircə hərfi dəyişsəniz özünüz hər şeyi görəcəksiniz – Hüsaməddin adlı sərkərdəni öz qara məqsədləri üçün istifadə edir və bunun müqabilində onu yalnız yüngülvari öpücülərlə mükafatlandırır. Bu, axmaq sərkərdə də əlini onun digər məhrəm yerlərinə uzatmaq istəyəndə, Qətibə deyir: “Dalısı sonra”. Mən səkkiz yüz səhifədən artıq olan bu kitabı ancaq “dalısına” görə oxumuşam, görüm “dalısı” necə olacaq. Amma yeniyetməlik vaxtı olub bu söhbət. Dalısı isə belə oldu; məktəb direktoru kitabı qoltuğumda gördü, əlimdən alıb üç dəfə təpəmə zolladı ki, sənin nə yaşındı bunu oxuyursan? Get dərslərini oxu.

İndi bu lüt Qətibələrin şəkillərini də bizim oxucuların təpəsinə zollamaq lazımdı ki, nə vaxta qədər siz “dalısı sonra” düşüncəsi ilə yazı oxuyacaqsınız? Nə vaxta qədər Azərbaycan oxucusu qlobal istiləşmə ilə bağlı araşdırma aparmaq üçün durub burdan basa-basa Şimal Buzlu okeana gedən və qayıtmayan yazarının elmi əsərini bu adla oxuyacaq: “Buz üstündə seks”. Nə vaxta qədər Azərbaycan qəzetçisi “çıxdı buz üstə qoçaq” taleyi yaşayacaq? 

O gün redaktorlardan biri deyir icazə ver, yazılarına biz ad qoyaq. Söhbət əsnasında məlum oldu: mənim qoyduğum adlarla cəmi beş-altı oxucu yazını oxuyur. Razılıq verdim və tarixi bir hadisə haqqında yazdığım növbəti yazını adsız göndərdim. Redaktor oxucuların zövqünü nəzərə alıb Suvorovun Alp dağlarını necə aşması haqqındakı yazıma belə bir başlıq qoymuşdu: “İtalyan qızları tarixən seksual olublar”. /simsar.az/

Yenililklər
04.06.20
Moskvada “Azərbaycanlılar. XIX-XX əsrlərdə millətin formalaşmasının başlıca mərhələləri” kitabı çapdan çıxıb
04.06.20
“Açar” filminin tizeri təqdim olunub
03.06.20
Arif Məlikovun qəbirüstü abidəsi ucaldılıb
03.06.20
“Azərbaycan ədəbiyyatında alleqoriya” monoqrafiyası çapdan çıxıb
03.06.20
Yeni Azərbaycan kinosunun ABŞ-da qazandığı uğur
02.06.20
Bədirxan Əhmədli - Romantizm: bütün yönləri ilə
02.06.20
Cəlil Cavanşir: "Bəşəri, intellektual ədəbiyyat yaratmaq iddiam yoxdur" - Müsahibə
02.06.20
“Dünya ədəbiyyatı”nın yeni sayı - “Elmi baxış”
02.06.20

Dövlət Rəsm Qalereyası tədbirlərini onlayn formatda davam etdirir

02.06.20
Əlyazmalar İnstitutu: “Müqəddəs zilhiccə bayramları” kitabı nəşr olunub
01.06.20
Adın zirvələrə çoxdan yazılıb...
30.05.20
Səxavət Sahil - Mənəvi qonorar
27.05.20
Kino strukturları Mədəniyyət Nazirliyindən ayrılsın - kino pullarının yeyilməsinin qarşısını almaq yolu...
27.05.20
Elçin İbrahimov - Bir dəfə danışdığımız dil heç zaman unudulmaz!
27.05.20
1918-1920-ci illərdə nəşr edilmiş “Azərbaycan” qəzeti latın qrafikalı əlifbaya transliterasiya olunur
27.05.20
Fəxri Müslüm - Mən ölsəm, içimdən öləcəm
26.05.20
Azərbaycanda Kino Şurası yaradıldı
14.05.20
Qafqaz Albaniyası abidəsi biganəliyin qurbanı olub
14.05.20
“Azərbaycan coğrafi adları ingilis dilində” kitabı nəşrə hazırlanır
14.05.20
Əlyazmaların elektron kitabxanasının yaradılması işi davam etdirilir
12.05.20
Rumıniyalı məşhur şairin kitabı Bakıda nəşr edildi
12.05.20
Dünya ədəbiyyatına dair fundamental əsər
12.05.20
Azərbaycan Milli Ensiklopediyasının 9-cu cildi nəşr edilib
12.05.20
Türkiyədə hər biri 500 illik tarixə sahib iki ədəd "İncil" tapılıb
11.05.20
Mərahim Nəsib - Sinif yoldaşım intihar edəndə sevdiyim qız nişanlandı
11.05.20
Fəxri Müslüm - Söhrab Tahirin əziz xatirəsinə
07.05.20
“Ulduz” jurnalının Məhəmməd Hadiyə həsr edilə xüsusi buraxılışı çap edilib
07.05.20
Fərid Hüseynin miniatür şeirlər kitabı çap olunub
07.05.20
Azad Qaradərilidən yeni ktab: “Qadağan zonası”
07.05.20
Rəbiqədən yeni kitab:“Çətirlərin qiyamı”
13.04.20
SURDO TV internet kanalı fəaliyyətə başladı – VİDEO
10.04.20
Mucru.art fəaliyyətə başladı
27.03.20
Nərimanov irsinin öyrənilməsinə layiqli töhfə
25.03.20
Orxan Mərdan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
23.03.20
Muzeyləri onlayn ziyarət etmək imkanı yaradıldı
23.03.20
Milli Kitabxana ölkəmizdə yaranan vəziyyətlə əlaqədar oxuculara onlayn xidmətlərini təklif edir
23.03.20
Antonio Tabukkinin "İzabel üçün. Mandala" romanına ön söz
23.03.20
Məhəmməd İqbal - İlahi eşq və milli düçüncə şairi
23.03.20
Türkiyəli rejissor Xocalı soyqırı haqqında film çəkəcək
21.03.20
Antonio Tabukkinin “İzabel üçün. Mandala” romanı çap edilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.