Əli Şirin Şükürlü - Düzbucaqlıda qətl hadisəsi
15.05.13

Hekayə

   Iki paralel xəttin əmələ gətirdiyi zolağıniçində baş verirdi hadisələr. Böyük bərabərlik işarəsini xatırladan zolaq düzbucaqlıyaoxşasa da enlərini tamamlayan paralel xətlər gözə dəymirdi. Yan tərəflərin görünməməsi kainatdakı bütün varlıqlar arasında mövcud bərabərlik işarəsindən xəbər verirdi. Bu məkan yalnız ona aid idi sanki. Hadisələri təkcə o seyr edə bilirdi. Seyr etdiyi hadisələrlə birgə paralel xətlərin əmələ gətirdiy zolaqdan kənardakı aləmdən ayrılmışdı. Kənardakı aləm də zolaq şəklində qaralırdı.
   Iki paralel xəttinarası ilə harasa tələsirdi Z. Daha doğrusu, daha çox hadisələr ona tərəf gəlirdi elə bil. Amma yerdəyişmə baş verirdi. Bir nöqtədən başqa nöqtəyə adlayırdı. Dəyişmələr ani baş verir, zaman sürətlə dəyişirdi. Nə qədər hərəkət etdiyini bilmədi. Bir də onu gördü qarşısında ev peyda olub. 
   Həmən evdir. Qapını açıb içəri daxil oldu. “Bu da o. İlahi, gör nə vaxtdır onun həsrətindəyəm. Axır qovuşa biləcəyik” – azca çaşqınlıq içində düşündü. M. sanki neçə ildi onu gözləyirmiş.
- Niyə vaxtında bunu demirdin – M.dilləndi.
- Nəyi?
- Nəyə görə bura gəlmisən onu.
- Hə. Anladım.
- Bəlkə hər şey başqa cür olardı indi.
- Bilmək olmaz. Bəlkə də belə lazım imiş.
- O gün nə demək istəyirdin telefonda. Əclaf gözlənilmədən tez gəldi deyə danışa bilmədim.
- Nəyi deyirsən?
M. dinmədi. Azca fikirləşən Z. dilləndi:
- Xatırladım. Yuxumu danışmaq istəyirdim sənə. Yuxuda görürəm ki, paralel relslərin üstü ilə addımlayırıq. Əllərimizi bir-birinə uzadmışıq. Nə qədər çalışsaq da əllərimiz qovuşa bilmir. Uzaqdan da qatar gəlir. Nə gəlir. Çığırıram: “Paralel relslər bərabərlik işarəsidir, bərabərlik işarəsi. Mənsə sənə bərabər yox, sən adlı nöqtə olmaq istəyirəm. nöqtə”. Belə qəribə sözlər çığırıram, amma səsim eşidilmir elə bil.  
- Bilirsən o qatar nə qatardı. O zamandır. Çoxdan gəlib keçib üstümüzdən.
- Yox. Hələ keçməyib. O qatarı saxlayacağam. 
- O əclaf “zaman”ı çətin saxlaya biləsən. Hər gün içki, narkotika. Üstəlik zorakı hərəkətlər, təhqir. Dözə bilmirəm daha. O zaman, səni bilmirəm, məni çoxdan yerlə bərabər edib.
- Saxlayacam. Sadəcə sən mənə inan.
- İnanıram e. Amma nə faydası. Əlimizdən nə gələr. Day yaşaya bilmirəm. Artıq hər şeyə hazıram. Heç nə gözümdə deyil. 
- Susss... hər şey sən istədiyin kimi olacaq.
Xeyli üz-üzə dayanıb,səssizliyə qərq olmuş otaqda bir-birinə sevgiylə zillənən  baxışları dinlədilər. Sonra ölümünə sevişdilər.
   Az sonra isə dayanıb döşəmədə qan içində uzanan meyitə baxırdılar. O içəri girən kimi açılan atəş həyatına son qoymuşdu. Yox. Qətl hadisəsi başqa cür baş vermişdi. Zəhərləmişdilər onu. Axı, deyəsən, belə də olmayıb. Kefli halda eyvana çıxıb aşağı boylanarkən yıxılıb.Qəribədir; bir adam neçə cür ölərmiş. Hər nəsə.Necə ölməsindən asılı olmayaraq onlarınistədiyi həyata keçmişdi.
Rahatlıq içində evi tərk edib arxayın-arxayın gəldiyi yolla geri qayıtmağa çalışsa da, geriyə hərəkət mümkün deyildi. Çox cəhd etsə də bir şey alınmadığını görüb, əks istiqamətdə - irəli hərəkət etməyə başladı. Asanlıqla irəli hərəkət edən Z. düzbucaqlı zolağın sonuna, yəni eni açıq tərəfinə çatarkən qəfil bir boşluğa düşdü. Boşluqdan sürətlə ikinci bir zolağa keçib ani dayandı. Bu zolaqdan asanlıqla üçüncü bir zolağa keçmək mümkün idi. Bu iki zolaq da eynən birinci zolağı xatırladırdı. Artıq əvvəlki rahatlığından əsər-əlamət qalmamışdı. Anlaşılmaz qorxu, peşmanlıq hissi hakim kəsilmişdi varlığına. İki zolaq arasında var-gəl edərək birinci zolaqda baş verən hadisə barədə düşünürdü: “Bu necə baş verdi axı. Mən tapdadığım qarışqa taleyinə acıyan, kəpənək ölümünə duruxan adam kiminsə qətlinə bais oldum. Yəni sevgi hissi doğurdan da hər şeyə qadirdir. Yoxsa bu, sadəcə özünü təsdiqidir adamın. Axı həmişə düşünürdüm zəif, qorxaq adamlar belə hərəkətə yol verə bilər. Həyat necə də anlaşılmazdı. Varlığım döyüş meydanıdır elə bil. Sanki daxilimdə üç adamın mübarizəsi gedir”. Bu kimi düşüncələr içində bir tərəfdən də haradansa süzülüb gələn zəng səsi məkanı doldurur, həyacanını birə beş artırırdı...

   Telefon bayaqdan zəng çalırdı. Divardakı saata nəzər saldı: 00:30. Bu vaxt kimdir zəng edən – düşündü. Telefona yaxınlaşıb dəstəyi qaldırdı.
- Bəli. Eşidirəm.
- Mənəm – sevdiyi qadının səsi idi. – Nəhayət, getdi, birdəfəlik getdi.
- Kim getdi? Hara getdi? – hələ də fikrini tam cəmləyə bilmədiyindən soruşdu.
- Kim olacaq. O da. Həyatımdan getdi. Özü də həmişəlik. Artıq azadam. Başa düşürsən – azad.
Az əvvəl içində olduğu hadisələri, sevgi səhnəsini, meyiti, boşluqla zolaqdan zolağa keçdiyini xatırlayan Z. ani duruxdu. Sonra bütün günü evdən çıxmadığını xatırlayıb sevindi.
- Nə yaxşı. Bəs hadisə neçə baş verib? – soruşub, həyacan içində maraqla dinləməyə başladı.   

... – 14.05.2013       






Yenililklər
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.