Sevinc el Sevər - Yazıçı olmaq

17.05.13

2006-cı ilin Nobel mükafatçısı, bu məşhur mükafatı alan ilk türk yazıçısı Orxan Pamuk “Atamın çamadanı” adlı Nobel nitqində ədəbiyyatın tərifini verir: “ədəbiyyat öz hekayəmizdən başqalarının hekayələri kimi və başqalarının hekayələrindən öz hekayəmizmiş kimi bəhs edə bilmək hünəridir”...

Biz gənc yazarlar niyə gedib –gəlib Orxan Pamukun adını çəkirik kimi sual yarana bilər. Artıq hər dəfə o kişinin adını çəkəndə özüm də bir az sıxılıram...Nə qədər bir adamdan bəhs eləmək olar? Orxan Pamukun taleyi bapbalaca da olsa, bəlkə bizimkisiylə oxşar olduğu üçündür. Həmin çıxışında Orxan deyir: “Bir başqa yarımçıq həyat narahatlığı da, təbii, istər rəsm çəkmək olsun, istər ədəbiyyat olsun, sənətçisiylə çox maraqlanmayan, ümid də verməyən bir ölkədə yaşadığımı artıqlamasıyla bilməyim idi”... 

O günlərdə qohumlarımdan birinin əlinə köhnə bir hekayəm düşüb. Zəng edib nə desə yaxşıdır: “Niyə hekayəndə ananın adını yazmısan? Bəs deməzlər ki, doğrudan anasından yazıb, ya yox?”... Gülmək məni götürdü. Birincisi, ona görə ki, mənim ondan artıq hekayəm var və onların hamısının qəhrəmanı qadınlardı. Oxucu nə bilir anamın adı hansıdı. İkincisi, bəlkə mən anamı sevdiyimdən onun adını “əbədiləşdirmək” istəmişəm? Ya da anamın adaşı olan başqa qadından yazmışam. Üçüncüsü, ana mənimdi, özüm bilərəm. Dördüncüsü, mənim ədəbiyyat müəllimimin düşüncəsinə bax! 

O adama deyəndə Orxan Pamuk da anasının, qızının yaxınlarının adlarını verir qəhrəmanlarına. “Onlar eləyir, bizə nə gəlib?”- dedi tərs adam. 

Yeni romanımı bitirmişəm. Şərif Ağayarda redaktədədir. Elə adlar olub ki, onları qəsdən düşünüb tapmışam, yerinə otursun deyə. Elə adlar da var ki, yazı prosesində ağlıma gəldiyi kimi yazmışam. İndi onun fikrini eləyirəm ki, tanışlar tökülüb gələcəklər, mənim qızımın, ya oğlumun adını niyə qəhrəmanına vermisən? 
Atamın iki adı var. Biri pasportda olan, biri hamının onu tanıdığı, çağırdığı adı. Atamın iki adının olmasının tarixçəsi var. Əvvəlki adını atası veribmiş adama. Özü də heç nəyə görə yox, həmin adı sevdiyindən. Günlərin bir günü iyirmi ildən artıqdı savaşdan qayıtmayan oğlunu gözləyən qoca qadın dayanır babamın qapısına. “Sən mənə göz dağı vermək üçün oğluna bu adı qoymusan! Onu çağırdıqlarında, sorağı yayılanda mən öz balamı fikirləşib dərd çəkəcəm”... Babam ha çalışıb başa sala ki, ay xala, daha yaxşı, sənin oğlun qəhrəmanlıq eləyib, vətən uğrunda həlak olub, biz də onun adını oğlumuza qoymuşuq. Nolar, nə var ki, burda? Qadın Nuh deyib, peyğəmbər deməyib. Babam hökm çıxarıb: bir nəfər bu uşağı o arvadın oğlunun adıyla çağırsa, məndən inciməsin! Mənə elə gəlir ki, o vaxt atamın təkcə adını yox, taleyini də kəllə-mayallaq elədilər.

Orxan Pamuk deyir: “mənim üçün yazıçı olmaq demək, içimizdə gəzdirdiyimiz, daha artıq gəzdirdiyimizi bir az bildiyimiz gizli yaralarımızın üzərində dayanmaq, onları səbrlə kəşf eləmək, tanımaq, ortaya çıxarmaq, bu yaraları və əzabları yazımızın, şəxsiyyətimizin şüurla sahib olduğumuz bir parçası halına gətirməkdir. Yazıçılıq hamının bildiyi, amma bildiyini bilmədiyi şeylərdən söz açmaqdı. Bu bilginin kəşfi, onun inkişaf etdirilib bölüşdürülməsi oxucuya çox tanıdığı bir dünyada heyrətlənə-heyrətlənə dolaşmağın zövqlərini verir”... 

Eyni zövqü bizim oxucularımızın əksəriyyəti ala bilmir. Onlar tanıdıqları dünyanı onlara göstərdiyinə görə müəllifə qəzəblənirlər. /publika.az/

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.