Elçin Hüseynbəylinin əsərləri Litvada çap olunub
17.05.13

Tanınmış yazıçı Elçin Hüseynbəylinin dörd hekayəsi bu ilin fevral - aprel aylarında Litvanın ədəbiyyat və incəsənət nəşrlərində litvaca işıq üzü görüb.

Vilnüsdə buraxılan “Šiaurės Atenai“ (“Şimal Afinası”) ədəbiyyat və incəsənət həftəlik qəzetin 5-ci sayında yazıçının “Nənəm, babam və kommunizm” adlı hekayəsi çap edilib.

Nasirin yaradıcılığından edilmiş digər tərcümələr isə Litva Yazıçılar Birliyinin ədəbi-bədii  nəşrlərində yer alıb. Belə ki, “Literatūra ir Menas” (“Ədəbiyyat və İncəsənət”) həftəlik mədəniyyət jurnalının 1 mart 2013-cü il tarixli 9-cu sayında onun “Sular günəşə nəğmə oxuyanda” əsəri nəşr olunub. 

“Nemunas” (“Neman”)  ədəbiyyat və incəsənət həftəliyinin 2013-cü ilin mart ayında çıxmış 10-cu sayında E. Hüseynbəylinin “Məzar gəlini” hekayəsi dərc edilib. “Metai” (“İlin fəsilləri”) adlı ədəbi-bədii  jurnalın 2013-cü ilin aprelində işıq üzü görmüş 4-cü sayında Azərbaycan yazarının “Gözünə gün düşür” hekayəsi Litva oxucularına təqdim olunubdur.
Sözügedən hekayələrdən ikisi - “Məzar gəlini” və “Gözünə gün düşür” – Qarabağ olayları mövzusunda yazılmış əsərlərdir.  

“Gözünə gün düşür” adlı hekayə ilə bağlı vurğulamaq istərdik ki, yazıçı E. Hüseynbəyli onun 2010-cu ilin fevral ayında yazılmış bu əsərinin ideya və süjetinin erməni kinoçuları tərəfindən plagiat olunaraq götürüldüyünü və bunun əsasında onların Qarabağ müharibəsi barədə “Əgər hamı…” adlı film çəkdiyini iddia edir. Ermənistan “müəllifləri” çəkdikləri həmin filmi 2012-ci ildə hətta “Oskar” mükafatına təqdim etmişdilər və Hollivudda keçirilən “Arpa” kinofestifalında lentin premyerası da keçirilib.

Amma, buna baxmayaraq bir sıra xarici ölkələrdə bu filmin başlıca məfkurəsinin və süjet olaraq seçilmiş olayların məzmun vektorunun Azərbaycan müəllifinə məxsus olmasını təsdiq edən konkret tədbirlərin həyata keçirilməsinə başlandı. Həmin tədbirlər çərçivəsində “Gözünə gün düşür” hekayəsi rus, gürcü, türk, fars, ərəb və ingilis dillərinə çevrildi. Beləliklə, bu dillərdə yaradan və ünsiyyət saxlayan xalqların geniş ictimai dairələri tərcümə vasitəsilə əsərlə tanış oldular və həqiqətin kimin tərəfində olduğunu bildilər.

İndi isə bu hekayənin Vilnüsdə işıq üzü görməsi sayəsində litvalı oxucular və ədəbiyyatşünaslar da əsərdən bədii zövq almaqla yanaşı, həm də onun qayəsi və leytmotivi, cərəyan edən hadisələrin ana xətti timsalında Ermənistan kinoçuları tərəfindən Azərbaycan mədəniyyətindən növbəti dəfə ədəbi oğurluq edilməklə bağlı deyilmiş iddiaların əsaslı olub-olmamasına ana dillərində əmin olmaq imkanı əldə ediblər.

Yuxarıda göstərilən Litva ədəbi-bədii nəşrlərində E. Hüseynbəylinin hekayələri ilə bərabər, həmçinin onun həyat və yaradıcılığı haqqında bioqrafik bilgilər də yer alıb.
Əsərləri orijinaldan Litva dilinə tanınmış türkoloq alim və diplomat, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, mütərcim Halina Kobetskayte və Litva azərbaycanlıları cəmiyyətinin sədri, Azərbaycanın əməkdar jurnalisti Mahir Həmzəyev tərcümə edib. /publika.az/

Yenililklər
12.06.25
Mehriban Vəzir "Rəng mühəndisi" haqqında - Bundan sonra heç nə yazmasa belə... bəsidir
09.06.25
Xatirəsi vətən oldu ömrümə!
09.06.25
Hər il 9 iyun gələndə...
01.06.25
Şərif Ağayarın yeni romanının təqdimatı olub
28.05.25
Şərif Ağayarın yeni romanı təqdim olunacaq
20.05.25
AzTV-də yeni sənədli film - Azərbaycanlıların deportasiyası (1948-1953)
19.05.25
Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib
19.05.25
Bakıda beynəlxalq moda həftəsinin ilk mövsümü – MBFW Azerbaijan başa çatıb
17.05.25
“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.