Aydın Dadaşov - Kinosərgüzəştin nəhəngi
21.05.13

Er­nest Xey­kok­sun ey­niad­lı he­ka­yə­si,  Dad­li Nikolsla bir­gə yaz­dı­ğı sse­na­ri əsa­sın­da ir­land mü­ha­cir ai­lə­si­nin on üçün­cü uşa­ğı olub, re­jis­sor­lu­ğa rek­lam­çı­lıq­dan gəl­miş Con For­dun (Şon Aloi­zius O`Fi­ni), (1895-1973) çək­di­yi «Di­li­jans» (1939) fil­mi ki­no­nun özü ilə ya­şıd olan epik ves­tern («vest»-»qərb» sö­zün­dən mey­da­na gəl­miş) jan­rın­da­kı ən yax­şı ek­ran əsə­ri ki­mi klas­si­ka­ya çev­ril­mək­lə ta­ri­xə düş­dü. Dilijansda uzun, təh­lü­kə­li yo­la çı­xan sək­kiz nə­fə­rin per­so­naj fərqliliyinə bax­ma­ya­raq son­da on­lar­dan hər bi­rinin ta­le­yi­nin də­yiş­mə­si dra­ma­tur­ji mo­de­lin mü­kəm­məl­li­yi­ni təs­diq­lə­yir.

İlk epi­zod­da dö­yüş­lər­dən keç­miş Ce­ro­ni­mo­nun te­leq­raf xət­ti­nin apa­çi­lər tə­rə­fin­dən kəsil­mə­si zid­diy­yə­tin tə­rəf­lə­ri­ni bə­yan edir. Və Ton­to Nyu-Me­xi­ko­dan çı­xan dlijansdakı, hə­kim­lik­dən qo­vu­lub əy­yaş­lı­ğa qur­şan­sa da, mərdlik, in­san­lıq gös­tə­rən  Dok Bun (To­mas Mit­çell),  sek­sual ma­cə­ra­la­rı­na gö­rə yer­li qa­dın­la­rın qə­zə­bi­nə gə­lə­rək yük­sək züm­rə mü­hi­ti­ni tərk et­mə­yə məc­bur edil­sə ­də keç­miş hə­ya­tı­nın həs­rə­ti­ni çə­kən, atı ax­sa­dı­ğın­dan yol­çu­la­ra qo­şu­lan, ci­na­yət tö­rət­miş kav­boy Rin­qo Ki­də (Con Ugyna) vu­ru­lan li­rik tə­xə­yül­lü fa­hi­şə Dal­les (Kler Tre­vor), özü­nü za­də­gan ki­mi gös­tə­rə­rək sü­va­ri əri­nə çat­maq is­tə­yən ha­mi­lə xa­nım Lyu­zi­n (Luiz Plett) qay­ğı­sı­nı ali­cə­nab­lıq­la son nə­fə­sə qə­dər çək­sə də, qu­mar­baz ki­mi if­şa olun­an Xet­fild (Con Kirrgdin), pul do­lu çan­ta­sı­nı əlin­dən qoy­ma­yan qor­xaq, de­ma­qoq ban­kir Hen­ri Qeytvud (Ber­ton Çer­çill), mü­la­yim tərzdə nə­si­hət­çi­lik et­sə də, ye­ni ba­za­ra bir ye­şik vis­ki nü­mu­nə­si apa­ran hiy­lə­gər ta­cir Pi­kok­dan  (Do­nald Mik) iba­rət al­tı sər­ni­şin­dən hər bi­ri, di­li­jan­sı irə­li­yə qo­van at­la­rı ida­rə edən Bak (En­di Di­vayn), onun ya­nın­da­kı, qır­mı­zı­də­ri­li­lə­rə nif­rət edən Binkroft və nə­ha­yət atı ax­sa­dı­ğın­dan yol­çu­la­ra qo­şu­lan, qa­nun ke­şik­çi­si olub tü­fəng gəz­di­rən Rin­qo Kid (Con Ugyna) ves­tern jan­rı­nın im­kan­la­rı­nın nü­ma­yi­şin­də müs­təs­na rol oy­na­yır­lar. Və Ari­zo­na ilə Yu­ta ştat­la­rı­nın ara­sın­da­kı, son­ra­lar For­dun adı ilə ta­nı­nan Manumentlər va­di­si­nin had­isə­li­li­yi qa­bar­dan çıl­paq pey­za­jı fo­nun­da film bo­yu at­lı qır­mı­zı­də­ri­li­lə­rin tə­qib et­dik­lə­ri dilijansdakı sər­ni­şin­lə­rin ümu­mi təh­lü­kə­yə du­ruş gə­ti­rər­kən fa­si­lə­siz ola­raq hal­dan-ha­la düş­mə­lə­ri ilə fil­min ar­xi­tek­to­ni­ka­sı­ qu­ru­lur. Son mə­qam­da ye­ti­şən kö­mək­lə şə­hə­rə çat­maq­la ti­pik ves­tern fi­na­lı qa­za­nan filmdə haqq na­mi­nə ci­na­yət tö­rət­miş kav­boy Rin­qo Ki­din düş­mən­lə­ri­nin hər üçü­nü məhv edərək, sevdiyi Dal­le­sə qo­vuş­maq im­ka­nı qa­zan­ma­sı xeyi­rin tən­tə­nə­si­nə çev­ri­lir. Və, bü­töv bir ta­ri­xi mər­hə­lə ər­zin­də okean­la­ra­ra­sı mə­sa­fə­nin qət olun­ma­sın­da əsas nəq­liy­yat va­si­tə­si­nə çev­ril­miş «Di­li­jans»,  il­kin fer­mer kav­boy (na­xır­çı), igid apa­çi tay­fa­sı, qa­nun ke­şik­çi­si şe­rif və ek­ran ha­di­sə­si­nin di­gər can­lı, can­sız das­tan elementləri ame­ri­ka­lı hə­ya­tı­nın au­dio­vi­zual həl­li­nə çev­ril­di. E.N.Kartsevanın “Vestern, Janrın təkamülü” kitabında yaz­dı­ğı: «Zəh­lə­tö­kən mü­sa­hib­lə­rin  fil­min­də qır­mı­zı­də­ri­li­lə­rin at­la­rı nə üçün öl­dür­mə­dik­lə­ri­ni Forddan daim so­ru­şur­du­lar: axı bu da­ha mən­ti­qi olar­dı. Hə­yat­da eh­ti­mal ki, be­lə olur­du, das­tan­da da, o cür ol­say­dı on­da das­tan möv­cud ol­maz­dı» fak­tı ek­ran əsə­ri­nin Ame­ri­ka ta­ri­xi­nin, mə­nə­vi yad­da­şı­nın sə­nət ek­vi­va­len­ti ol­du­ğu­nu təs­diq­lə­yir.

1940-cı il­də «Di­li­jans» fil­mi­nin «Os­kar» qa­zan­ma­sı və kö­mür höv­zə­si­nin vi­ran qal­ma­sı­na, şax­ta­çı ai­lə­lə­ri­nin da­ğıl­ma­sı­na üs­yan edən, sah­man­lı keç­mi­şə həs­rət­lə do­lu «Mə­nim va­dim ne­cə də ya­şıl idi» və ye­nə də, so­sial məz­mun­lu «Qə­zəb sal­xı­mı» filmlərinin də re­jis­sor həl­li­nə gö­rə hə­min mü­ka­fa­ta la­yiq gö­rül­mə­si Con For­du klas­si­kə çe­vir­di. 1942-ci il­də hər­bi xid­mə­tə çağ­rı­la­raq ki­no çə­ki­liş­lə­ri apar­maq üçün hər­bi-də­niz qüv­və­lə­ri­nə cəlb olu­na­raq «Mi­dueü uğ­run­da dö­yüş», «Bu ­bi­zim ümu­mi mü­ha­ri­bə­miz idi», «7 de­kabr» «On­la­rı qay­tar­maq müm­kün ol­ma­dı» sə­nəd­li filmlərinə gö­rə də, «Os­kar» alan Con For­dun ağır xə­sa­rət ala­raq gö­zü­nü itir­mə­si be­lə sə­nət­ka­rı  fəa­liy­yət­dən qoy­ma­dı.  «Sa­kit adam» fil­mi­nin re­jis­sor həl­li­nə gö­rə «Os­ka­r»a la­yiq gö­rü­lən Con Ford öm­rü­nün son, 1973-cü ilin­də də, hə­min mü­ka­fa­tın fəx­ri sa­hi­bi­nə çev­ril­di.

Fran­sua Tr­yuf­fo­nun 1974-cü il­də yaz­dı­ğı «İla­hi özün Con For­da xe­yir-dua ver!» mə­qa­lə­sin­də «gö­rün­məz re­jis­sor» ad­lan­dır­dı­ğı bö­yük təh­kiy­yə­çi­nin filmlərində «ta­ma­şa­çı­nın, də­qiq he­sab­lan­mış mə­sa­fə­də qo­yu­lub,  yal­nız per­so­naj­la hə­rə­kət edən ki­no­ka­me­ra­nı hiss et­mə­di­yini» vur­ğu­la­ya­raq «təh­kiy­yə­nin  çe­vik və rə­van tər­zini tə­min edən bu üsu­lun yal­nız Mo­pas­san və Tur­ge­nev­lə mü­qa­yi­sə olu­na bi­lər» fik­ri ilə sə­nət­ka­rın pe­şə­kar üs­lu­bu­nu də­yər­lən­di­rir. «Di­li­jans» fil­min­də­ki  fa­hi­şə Dal­le­sin da­va­mı ol­du­ğu, Mo­pas­sa­nın «To­tuq» no­vel­la­sı­nın əsas per­so­na­jın­dan fərqli ola­raq if­las­dan xi­la­sı­nı təq­dir edən Andre Ba­ze­nin: «Düz­dür şöh­rət­li kav­boy az-çox də­rə­cə­də qa­nun qar­şı­sın­da gü­nah­kar ol­sa da, nə­ti­cə­də bu qəh­rə­man­lar ara­sın­da­kı mə­nə­vi iz­di­vac müm­kün­lü­yü ye­ri­nə dü­şür. Be­lə­lik­lə ves­tern dün­ya­sın­da bü­tün qa­dın­lar yax­şı­dır­lar; pis­lər yal­nız ki­şi­lər­dir. O qə­dər pis­dir­lər ki, on­la­rın ən yax­şı­la­rı çə­tin sı­naq­lar he­sa­bı­na be­lə, müəy­yən də­rə­cə­də öz həmcinslərinin il­kin gü­nah­la­rı­nı yu­ma­ğa məc­bur­dur­lar» cüm­lə­lə­ri Con Ford tə­rə­fin­dən ci­la­la­nan jan­rın əsas gös­tə­ri­ci­lə­rin­dən bi­ri­ni sə­ciy­yə­lən­di­rir. 

Yenililklər
12.06.25
Mehriban Vəzir "Rəng mühəndisi" haqqında - Bundan sonra heç nə yazmasa belə... bəsidir
09.06.25
Xatirəsi vətən oldu ömrümə!
09.06.25
Hər il 9 iyun gələndə...
01.06.25
Şərif Ağayarın yeni romanının təqdimatı olub
28.05.25
Şərif Ağayarın yeni romanı təqdim olunacaq
20.05.25
AzTV-də yeni sənədli film - Azərbaycanlıların deportasiyası (1948-1953)
19.05.25
Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib
19.05.25
Bakıda beynəlxalq moda həftəsinin ilk mövsümü – MBFW Azerbaijan başa çatıb
17.05.25
“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.