Niyazi Mehdi - Səmimiyyət həsrətinin dekonstruksiyası
21.05.13

Səmimiyyət məsələsinə giriş

Azərbaycanda adamların bir-birindən səmimi olmaq tələbi yaman böyükdür. Halbuki tam səmimi olan adamlar ya anlaqsız, yəni məsələnin nə yerdə olduğunu anlamayan görünürlər, ya da hərif sayılırlar. Özümüzü, çağımızı düşünmək üçün gəlin, səmimiyət məsələsndə “qurdalanaq”.

Ərəbcədən götürdüyümüz “səmimiyyət” sözünün kökü nəyinsə içi, əslidir. Nəyinsə əsli həm də onun DƏYİŞİLMƏMİŞ, TOXUNULMAMIŞ ÖZÜNÜ bildirir. Səmimiliyi ikiüzlülüyə qarşı qoyanda yaxşı anlamaq olur. Bizdə kimləsə bağlı “iki üzü”, hətta “min üzü var” demək ona silinməz damğa vurmağa bərabərdir. Mən də ikiüzlülüklə bağlı belə düşünürdüm ki, Çernov soyadlı bir alimin məqaləsi bəndənizi ayıltdı. Məqalənin bir ideyası bu idi ki, riyakarlıq (ikiüzlülük) mədəniyyətin minimum şərtlərindən biridir. Və örnək də verdi. Bizim qanımız qara olsa belə adamlarla görüşəndə ikiüzlülük edib gülümsəməyimiz mədəni davranışdır.

Bu yazıya Azərbaycan əlavələri: adi adamlar özlərindən yuxarı, bilikli, sayğılı saydıqları kəslərə “yox” deməyi sevmirlər. Hətta böyüklərə “yox” deməmək üçün bir “xeyir” sözü də ixtira olunub. Ona görə də “bəli-xeyir”lə danışan azərbaycanlı personajların dialoqundakı ikiüzlü nəzakəti ingiliscəyə, ruscaya çevirmək xeyli çətindir.

Mən Moskvada oxuyanda rusların “yox”unun səmimiyyətindən xeyli əziyyət çəkirdim. Küçədə siqaret üçün kibrit soruşanda kəskin səslə “çəkən deyiləm” cavabını eşidirdim. Sanki adam kibritinin olmamasını deyəndə fürsət bulub səni siqaret çəkməyinə görə utandırmaq da istəyir.        

Biz isə “kibritim yoxdur” sözlərini elə bir utancaq təbəssümlə deyirik ki, sanki siqaret çəkmədiyimizə görə dil-ağız edirik. Yaponların “ikiüzlülüyü” isə lap ağdır. Onlar tanışına arvadının ölüm xəbərini təbəssümlə söyləyirlər ki, qanqaraçılıq olmasın.

Müasir insan niyə səmimiyyətdən uzaqlaşır?

Səmimiyyət qıtlığı həmişə olub (demərəm, bəlkə arxaik dünyada, məsələn, hindularda səmimiyyət normal hal olub). Çağımızda isə varlı toplumlarda səmimiyyətin çəkisi xeyli artıb. İnsanın dolanışığı yaxşı olanda, özgürlüyü yüksək olanda başqalarının yanında ikiüzlülük etməyə gərəyi xeyli azalır. Batıda səmimiyyətin qıtlığı yəqin siyasətçilərdə, futbolçularda (bir çox fəndlər, axı, aldatmaq üstündə qurulub), fırıldaqçı kapitalistlərdə qalır. Ancaq siyasətçiləri götürsək, Azərbaycan kimi ölkələrdə onlar daha az səmimidirlər, çünki Batıda səmimiyyətsizliyə görə siyasətçinin siyasi cəza almasının gümanı böyükdür. Azərbaycanda isə gerçəkdən seçilməmiş millət vəkilləri ağız dolusu “məni filan qədər adam Milli Məclisə layiq görüb” deyir və biabır olmur. Azərbaycan televiziyonları, Azərbaycan məktəbləri ikiüzlülüyün çiçəkləndiyi və alışıldığı yerdir.

Biz və bizim halda olan toplumlar daha çox aldadır. Nəinki aldadır, hətta bir-birimizə necə aldatmağın tekstini də öyrədirik. Gəzdiyi qızı atmaq istəyən oğlana dostları deyir ki, filan şeyləri deyərsən. Ana dərsə gecikməli olan uşağına tekst verir: “müəllimə deyərsən ki…”

Hərçənd yalan deyən mədəniyyətlərdə milli gələnəklərə görə yalan birində asan, o birində çətin, birinda nisbətən az, o birində nisbətən çox ola bilər. Məsələn, bizim toplumda qeyri-səmimi ruhanilər, “möminlər” baş alıb gedir, deməli, dini mədəniyyətimizdə bunun qarşısını alan mexanizm yoxdur. Çox xristian ölkələrində isə var.

İkiüzlülüyün  yaşdan-yaşa dəyişməsi

İnsanlar bir çox nədənlərdən səmimi olmurlar. Pul qazanmağın ancaq yalan yolunu biləndə, “yaxşı adam” adını çıxarmağın fırıldaq üsulunu biləndə. Adamlardan utancaqlığı tələb edən mədəniyyətlərdə də ikiüzlülük çox olur. Adətən, yaşlı adamda utancaqlıq azalır, deməli, səmimilik artır. Kişilərə baxanda qadınlar daha utancaq olurlar, deməli, az səmimi olurlar.

Ən əsas məsələ odur ki, toplumda səmimi olmaq sərfəli olanda, yəni mükafatlananda səmimiyyət  artır. Deməli, Azərbaycan dövlətində, yarızarafat söyləsək, səmimi olmağı sərfəli edən “proqram” olmalıdır. /teleqraf.com/

Yenililklər
12.06.25
Mehriban Vəzir "Rəng mühəndisi" haqqında - Bundan sonra heç nə yazmasa belə... bəsidir
09.06.25
Xatirəsi vətən oldu ömrümə!
09.06.25
Hər il 9 iyun gələndə...
01.06.25
Şərif Ağayarın yeni romanının təqdimatı olub
28.05.25
Şərif Ağayarın yeni romanı təqdim olunacaq
20.05.25
AzTV-də yeni sənədli film - Azərbaycanlıların deportasiyası (1948-1953)
19.05.25
Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib
19.05.25
Bakıda beynəlxalq moda həftəsinin ilk mövsümü – MBFW Azerbaijan başa çatıb
17.05.25
“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.