Səlim Babullaoğlu Yardımlıda oxucuları ilə görüşüb - FOTOLAR
24.05.13

Yardımlı Rayon Mədəniyyət Evində şair Səlim Babullaoğlu ilə görüş keçirilib. Yardımlı Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən görüşdə Yardımlı şairləri və ziyalıları, poeziyasevərlər, məktəblilər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Yardımlı Xeyriyyə Cəmiyyətinin sədri Elman Mustafayev Səlim Babullaoğlunun keçdiyi yaradıcılıq yolu barədə tədbir iştirakçılarına məlumat verib. Daha sonra Köyrədi məktəbinin direktoru Mehralı Mustafa şairin yaradıcılığının təhlilinə həsr olunan məruzəylə çıxış edib. Şair və qiraətçi Əlisəfa Əhmədoğlu, şairlər Sakit İlkin, İqbal Nəhmət, Yardımlı mədəniyyət və turizm idarəsinin rəhbəri Ayaz Əliyev, Nadir Əliyev çıxış ediblər, şeirlər oxuyublar. Görüş boyu məktəblilər – Vüqar Bəşirov və Elgün Bəşirli Səlim Babullaoğlunun şeirlərini səsləndiriblər.

Görüşün sonunda Səlim Babullaoğlu oxucuların çoxsaylı suallarına cavab verib. Sonra isə ikinci nəşri yeni işıq üzü görmüş “Polkovnikə heç kim yazmır” kitabının 30-a yaxın nüsxəsini oxuculara hədiyyə edərək imzalayıb.

Görüşlə bağlı təəssüratlarını bölüşən Səlim Babullaoğlu deyib: “Əlbəttə, hər bir şair üçün öz oxucuları ilə görüşmək çox xoş, sevindirici hadisədir. Çünki məhz bu cür görüşlər zamanı şeirin, poeziyanın diri olduğunu, lazımlılığını hiss eləmək olur. Bu görüşü təşkil etmiş Yardımlı Xeyriyyə Cəmiyyətinə, sədr Elman Mustafayevə təşəkkürümü bildirirəm...”

Görüşün təşkilinə Yardımlı rayon İcra Hakimiyyətinin yaxından dəstək verdiyini deyən şair Səlim Babullaoğlu bununla əlaqədar icra başçısı Sevindik Hətəmova təşəkkür məktubu ünvanlayıb:

“Hörmətli Sevindik müəllim!

Yardımlı Xeyriyyə Cəmiyyətinin İcra Hakimiyyətinin dəstəyi ilə mayın 17-də Yardımlı Mədəniyyət Evində keçirdiyi görüşə, orda olduğumuz müddətdə bizə göstərilən qayğı və səmimiyyətə görə Sizə dərin təşəkkür etmək istəyirəm. Həm Yardımlı oxucuları və ziyalıları ilə olan o unudulmaz görüş, eləcə də ikigünlük səfər boyu Sizinlə həyatımızın müxtəlif sahələri ilə bağlı etdiyimiz maraqlı və səmimi söhbətlərə, ev sahibi kimi bizə göstərdiyiniz həssaslıq, diqqət və qonaqpərvərliyə görə çox sağ olun.

Sevindirici haldır ki, indi Yardımlıda bir çox yığılıb qalmış problemlər həllini tapmaqdadır, tikinti abadlıq işləri aparılır, rayon mərkəzində yeni su və kanalizasiya xəttləri çəkilir, parklar salınır, bir çox infrastruktur layihələrinin gerçəkləşdirilməsinə başlanılıb, bəzi şeyləri biz vaxtın verdiyi imkan qədər öz gözlərimizlə gördük. Əlbəttə, bütün bunlar ilk növbədə respublikada görülən böyük iqtisadi inkişaf layihələrinin tərkib hissəsidir. Amma bu eyni zamanda həm də Sizin və komandanızın zəhmətidir ki, səfər boyu biz müxtəlif peşə adamları görüşlərimizdə bu fikirləri çoxları səsləndirdi.

Orda olduğumuz müddətdə həmsöhbətlərimizin biri dedi, Lənkəranda respublika baş prokurorunun iştirakı ilə zona müşavirəsi keçirilib, həmin müşavirədə cənub rayonlarından olan insanların şikayət ərizələrinə baxılıb. Və Yardımlıdan olan ərizələrin sayı digər rayonlarla müqayisədə hətta on dəfələrlə az olub. Əlbəttə, nə qədər idealistcəsinə görünsə də, təkcə ata-baba yurdum olan Yardımlıda yox, bütün rayonlarımızda həmvətənlərimizin problemsiz bir həyat yaşamalarını istəyirəm. Eyni zamanda Yardımlı sakinlərinin heç bir probleminin olmaması qənaətinə gələcək qədər sadəlöhv deyiləmsə də, bu xəbəri bizimlə bölüşən insanın üzündəki qürur və səmimi sevinc hissini də başa düşürəm.

Mədəniyyət Evindəki görüşdən sonra Yardımlı Tarix-Diyarşünaslıq muzeyində qeyd olunan Muzeylər Günündə qısa vaxt ərzində iştirakım, muzeyin rəhbəri, fədakar mədəniyyət işçisi Əli İsgəndərovun dolğun çıxışı da məndə rayon haqqında təəssüratımı xeyli dərəcədə dolğunlaşdırdı. Dünyanın 20-ə yaxın muzeyində olsam da, özü açıq hava altında bir muzey Yardımlıdakı, ərazisi kiçik, amma 6000 minə yaxın eksponatı olan bu zəngin muzeydə məndə daha xoş duyğular yaratdı desəm, yəqin mübaliğəyə yol vermərəm. Həmin muzeyin son bir ildə xeyli dərəcədə zənginləşməsi də, rayon icra hakimiyyətinin muzeyə artan diqqəti də sevindirici haldır.

Biz Sizinlə xeyli məsələ haqda – Yardımlının problemlərindən, bu günü, görülən və görülməli olan işlər barədə söhbət etdik. Yardımlının turizm perspektivi və Sizin bu mənada düşüncələriniz olduqca dəyərlidir.

İnanıram ki, çağdaş ədəbiyyatımızın təbliği, yeni nəşr olunan kitabların Yardımlı oxucularına çatdırılması,kitab dükanlarının açılması, müəlliflərlə görüş və xüsusilə onların kitablarının alınması və digər məsələlər gələcəkdə öz həllini daha yaxşı tapacaq.

Yardımlı Xeyriyyə Cəmiyyəti ilə Yardımlı İcra Hakimiyyətinin əməkdaşlığı çox sevindiricidir. Ölkəmizin bütün bölgələrinə və dünyanın bir çox ölkələrinə səpələnmiş əslən Yardımlıdan olan həmvətənlərimizlə mütəmadi əlaqələrin saxlanması, qurulması, koordinasiyası işində cəmiyyətin və cəmiyyətin sədri Elman Mustafayevin fədakar zəhməti vardır, Sizin bu fəaliyyətə diqqətli münasibətiniz təqdirəlayiqdir və gələcəkdə Yardımlı rayonunun inkişafı üçün daha əlverişli, rasional məcraya yönələ bilər.

Əziz Sevindik müəllim!

Şəxsi söhbətlərimiz zamanı məndə oyatdığınız xoş təəssürat barədə çox yazmaq istəmirəm, bu həm də bir qədər düzgün qarşılanmaz, bir daha minnətdarlığımı qəbul edin, işinizdə Sizə yorulmazlıq və müvəffəqiyyət arzulayır, dostca əlinizi sıxıram.

Hörmətlə

Sizin Səlim Babullaoğlu”.


Səlim Babullaoğlu Yardımlıda oxucuları ilə görüşüb<b style="color:red"></b>




Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.