Aqşin Yenisey - “I want to have sex”
27.05.13

Fransız filosofu Le Bon iddia edir ki, heç bir xalq tarixdən ibrət götürməyib. Düzünə qalsa, düz deyir.Tarix xalqların daha çox kriminal, təcavüz, işğal yaddaşıdır. Biz türklərin tarixində həmişə bir şikəstlik olub; məsələn, Teymur topal idi, Şah İsmayıl romantik ruhlu şair idi, sultan Süleyman arvadbaz idi. Arxasını özünüz fikirləşin.

Bunları fikirləşdiyim yerdə Fizika elmləri doktoru, professor, hər yerin fəxri və müxbir üzvi Ələmdar müəllim otağa girib deyir ki, Allaha şükür, bu il “Eurovision” yarışmasında ikinci yerə dırmaşdıq. Deyir, deyim niyə? Çünki keçən il “Kristal sarayı”na toplaşan turistlər, tutalım,  pivəni anasından əmdiyi südündən çox istəyən almanlar ilk dəfə isti noxudla buz kimi “Xırdalan” pivəsi içib kütləvi qarınağrısına düşdülər. 

Az qala, Bakıya ilk gəlişi ilə özümüzə yeznə qayıracağımız Aleksandr Rıbak çiynindəki skripkanı unudub, illərdir ərə verməyə ağ atlı oğlan axtardığımız Elza xanımı marçamarç öpdü. Gədə öz evlərində inişil yığışıb onun Bakıdakı toy kasetinə baxan qohumlarına məhz bu marçamarç haqqında belə danışırmış: “İnana bilmirdim ki, onun hamısı mənimdi”. Bunu məhlədə göysatan arvadlardan eşitmişəm. 

“Eurovision” bitdi, biz ikinci yerə çıxdıq – həmd olsun ilahiyə ki, bizimkilər udmadı, yoxsa bu əlimişarlı xalqımız özünə əl qatıb, toyuq hinlərini, mal tövlələrini, “restavrasiyalayıb” ağardacaq, ağarmış saçlarına isə rəng qoyub qaraldacaqdı. 

Keçən ilki yarışmada gecəqondu sürətiylə tikilmiş “Kristal saray” xeyli populyarlıq qazanıb paytaxtdakı bütün şadlıq saraylarının göz dağına çevrilmişdi. Amma indi gör bu il onun aqibəti nə olacaq? Xalqımızın bütün yekəqarın xadim və xadimələri burda xeyir-şər məclisləri təşkil etmək üçün bəhsə girəcəklər; Bu il burada müğənnilərlə yanaşı, həm də mollalar oxuyacaq, dəlləklər ülgüclərini itiləyib oğlan uşaqlarını sünnət, yəni mikroedam  edəcəklər. O, “Kristal sarayı” bizimkilər “Xrustal saray” eləməsə, Azərbaycanın çörəyi Rıbakın burnundan gəlsin. Bir də görəcəksən gəlin maşınları dalbadala düzülüb. Televizor bağırır: “Bu gün “Eurovision” keçirilən yerdə Filankəsov Filankəs müəllimin oğlu, Bəhmənkəsov Bəhmənkəsin həm kiçik, həm də böyük toyudur” və sözsüz ki, mikrofonlar həmin o Filankəsov Filankəs müəllimə tuşlanacaq:

Filankəs müəllim: “Mən əhd etmişdim ki, “Eurovision”da birinci yerə çıxsaq, uşağın kiçik toyu ilə böyük toyunu bir günə salacağam. Şükürlər olsun ki, çox yubanmadı, yoxsa uşağın yaşı otuzu haqlamışdı”. 

Hələ gör toyun ortasında nə olacaq, Səltəm-seyrək fransız qızının “İ want to have sex” mahnısı oxuduğu bu “Kristal zalda” bizim yekəqarın kişilər özlərinin sənət vurğunu olduqlarını göstərmək üçün Gülüstan Əliyevaya bu mahnını sifariş verib oynayacaqlar: “Mən gedərəm o oğlana, onun pulu çox olsun”.  Bir də görəcəksən qalustuklu on-on beş kişi, yanlarında da üzü qara, saçı sarı, çantası qırmızı, donu mavi, bir sözlə, al-əlvan dəvədəlləyinə oxşayan  beş-altı zənən girdi zala; kişilərdən biri masadan qışqıracaq: “Ə, Fərəməz, yeməyə nəyün var?” Fərəməz də yağlı əllərini üstünə silə-silə çıxacaq meydana, sanki, vurma cədvəlini söyləyirmiş kimi, üyüdüb-tökəcək: “Həmdulla müəllim, lülə, tikə, qaban, piti, mal souzu, kələfur, dolma, cız-bız...” Həmdulla müəllim də əlini qarnına çəkib qonaqların yanında şellənəcək: “Ə, Fərəməz, gör nə deyirəm, o rəqqasə Fatiməni tap, gəlsin bizi şənləndirsin, keçən dəfəki kimi də qonaqların yanında mənnən pula görə cırt-pırt eləməsin. Denən Həmdulla müəllim deyir ki, beynimi çöndərməsin”. 

Axundovun dərviş Məstəlisi o vaxt arvad-uşağın yanında cadu ilə Parisi “dağıtdığı” kimi, indiki Məstəlilərimiz də gör “Kristal saray”ın başına nə hoqqalar gətirəcəklər. Bir də gördün, Həmid Herisçi bu sarayda ələmi çərpələng kimi uçurur.  

Allah haqqı, bizim işimiz Allaha qalıb. /publika.az/

Yenililklər
04.06.20
Moskvada “Azərbaycanlılar. XIX-XX əsrlərdə millətin formalaşmasının başlıca mərhələləri” kitabı çapdan çıxıb
04.06.20
“Açar” filminin tizeri təqdim olunub
03.06.20
Arif Məlikovun qəbirüstü abidəsi ucaldılıb
03.06.20
“Azərbaycan ədəbiyyatında alleqoriya” monoqrafiyası çapdan çıxıb
03.06.20
Yeni Azərbaycan kinosunun ABŞ-da qazandığı uğur
02.06.20
Bədirxan Əhmədli - Romantizm: bütün yönləri ilə
02.06.20
Cəlil Cavanşir: "Bəşəri, intellektual ədəbiyyat yaratmaq iddiam yoxdur" - Müsahibə
02.06.20
“Dünya ədəbiyyatı”nın yeni sayı - “Elmi baxış”
02.06.20

Dövlət Rəsm Qalereyası tədbirlərini onlayn formatda davam etdirir

02.06.20
Əlyazmalar İnstitutu: “Müqəddəs zilhiccə bayramları” kitabı nəşr olunub
01.06.20
Adın zirvələrə çoxdan yazılıb...
30.05.20
Səxavət Sahil - Mənəvi qonorar
27.05.20
Kino strukturları Mədəniyyət Nazirliyindən ayrılsın - kino pullarının yeyilməsinin qarşısını almaq yolu...
27.05.20
Elçin İbrahimov - Bir dəfə danışdığımız dil heç zaman unudulmaz!
27.05.20
1918-1920-ci illərdə nəşr edilmiş “Azərbaycan” qəzeti latın qrafikalı əlifbaya transliterasiya olunur
27.05.20
Fəxri Müslüm - Mən ölsəm, içimdən öləcəm
26.05.20
Azərbaycanda Kino Şurası yaradıldı
14.05.20
Qafqaz Albaniyası abidəsi biganəliyin qurbanı olub
14.05.20
“Azərbaycan coğrafi adları ingilis dilində” kitabı nəşrə hazırlanır
14.05.20
Əlyazmaların elektron kitabxanasının yaradılması işi davam etdirilir
12.05.20
Rumıniyalı məşhur şairin kitabı Bakıda nəşr edildi
12.05.20
Dünya ədəbiyyatına dair fundamental əsər
12.05.20
Azərbaycan Milli Ensiklopediyasının 9-cu cildi nəşr edilib
12.05.20
Türkiyədə hər biri 500 illik tarixə sahib iki ədəd "İncil" tapılıb
11.05.20
Mərahim Nəsib - Sinif yoldaşım intihar edəndə sevdiyim qız nişanlandı
11.05.20
Fəxri Müslüm - Söhrab Tahirin əziz xatirəsinə
07.05.20
“Ulduz” jurnalının Məhəmməd Hadiyə həsr edilə xüsusi buraxılışı çap edilib
07.05.20
Fərid Hüseynin miniatür şeirlər kitabı çap olunub
07.05.20
Azad Qaradərilidən yeni ktab: “Qadağan zonası”
07.05.20
Rəbiqədən yeni kitab:“Çətirlərin qiyamı”
13.04.20
SURDO TV internet kanalı fəaliyyətə başladı – VİDEO
10.04.20
Mucru.art fəaliyyətə başladı
27.03.20
Nərimanov irsinin öyrənilməsinə layiqli töhfə
25.03.20
Orxan Mərdan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
23.03.20
Muzeyləri onlayn ziyarət etmək imkanı yaradıldı
23.03.20
Milli Kitabxana ölkəmizdə yaranan vəziyyətlə əlaqədar oxuculara onlayn xidmətlərini təklif edir
23.03.20
Antonio Tabukkinin "İzabel üçün. Mandala" romanına ön söz
23.03.20
Məhəmməd İqbal - İlahi eşq və milli düçüncə şairi
23.03.20
Türkiyəli rejissor Xocalı soyqırı haqqında film çəkəcək
21.03.20
Antonio Tabukkinin “İzabel üçün. Mandala” romanı çap edilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.