Orxan Fikrətoğlu: “Diktora kömək etmək istədim, məni bıçaqladılar”
27.05.13

Yazıçı-publisist Orxan Fikrətoğlunun müsahibəsi.


- Sizinlə görüşən zaman gənc bir oğlanın xahişi ilə fotonuzu çəkdim. Belə hallar çox olur?
 
- Düşünürəm ki, təkəbbür, özündən razılıq insanı inkişafdan saxlayan birinci amildir. Mən azad mühitdə, əxlaqlı bir məhəllədə böyümüşəm, o məhəllədə başqasının qadınına baxmırdılar, başqasının arxasınca danışanı bıçaqlayıb öldürürdülər. Yəni, yazılmamış qanunların işlədiyi məhəllədə böyümüşəm və o əxlaqımı bu günə qədər qoruyub saxlayıram. O əxlaqda özündənrazılıq, təkəbbür əskikdir. Ancaq kim desə ki, tanınmaq ləzzət etmir, o adam yalan danışır. Deyə bilmərəm ki, bu mənim xoşuma gəlmir. Sevinirəm ki, məni tanıyırlar, dəyərləndirirlər. Efirə minlərlə adam çıxır. Efirə çıxıb boş-boş danışmaq da olar, şit-şit danışmaq da. Bir də efirə çıxıb xalqın demək istədiklərini, xalqın deyə bilmədiklərini, düşündüklərini hiss edib demək var. Buna görə də təmas çox vacibdir.
 
- Sizin üçün yazılmamış qanunlar nədir?
 
- Siz mənim 15 gündən sonra nəşr olunacaq “Ölü mətn” adlı romanımın mövzusuna toxundunuz. Ona görə də mən bu haqda mütləq danışmalıyam. Romanda Azərbaycan ruhaniyyətinin hansı nöqtələrdə formalaşmasından və bu nöqtələrin ölməsindən söhbət gedir. Məsələn, Osmanlı İmperiyası süqut edəndən sonra dünyada peyğəmbərin formalaşdırdığı islam ruhaniyyəti artıq yoxdur. Alt hökumətlərin idarə etdiyi əmmaməlilərin əliylə yeni bir “islam” gerçəkliyi yaradılıb ki, bunun da Azərbaycan ruhaniyyətinə heç bir aidiyyəti yoxdur. Deyilən, danışılan nədirsə gerçək islam deyil. Amma bizim ruhaniyyətimizdə gerçək islam, peyğəmbərin dediyi islam yaşayır.
 
Romanı da ona görə yazdım ki, mən yeni bir ideologiyanı azərbaycanlılara təklif etmirəm, yalnız xatırladıram. Sufi sevgisi bizim ruhaniyyətimizə hopub. Baxın, dünyada bizdən tolerant, dözümlü xalq yoxdur. Dünyada düşmənini iki dəqiqəyə bağışlayıb sevən belə bir xalq yoxdur. Terroru olmayan yeganə xalqdır, düşmən obrazında qala bilməyən xalqdır. Ədəbiyyatı, kinosu belə barış üzərindədir. Erməni Qarabağı alıb, barış filmi çəkmir. Ancaq azərbaycanlılar barış filmi çəkir, barış ədəbiyyatı yaradır. Yəni, bu gerçəkliyə görə düşünürəm ki, Azərbaycan ruhaniyyətinin kökündə sufi sevgisi dayanır və roman bu haqdadır. Mənə elə gəlir dediklərim sualınıza cavabdır. Bizim ruhaniyyətimizdə yazılmamış qanunları müəyyən edən sufi sevgimizdir. İçimizdə böyük bir sevgi var. Ona görə də “Leyli və Məcnun” beş əsrdir mentallıqda yaşayır. Qəhrəmanlıq haqda nə qədər danışsaq da inanmıram ki, bizim ruhaniyyətimizdə var. Bu, sadəcə bir deyimdir, pafosdur. Amma sevgi daimi vəziyyətimizdir. Uşağa sevgi, valideynə sevgi, torpağa sevgi, musiqiyə sevgi, hazırda hır-hıraya, əyləncəyə sevgi.
 
- Ədəbiyyat adamısınız... (sözümü kəsir)
 
- Birinci növbədə.
 
- Ədəbiyyat adamları adətən siyasətdən uzaq durur. Ancaq siz icmalçı kimi çalışmısınız və bu mənada zaman-zaman siyasi məsələlərə toxunmusunuz. Belə vəziyyət ədəbiyyat adamı üçün çətinlik yaratmır?
 
- Əlbəttə çətinlik yaradır. Sadəcə mən bu gerçəkliyə biganə qala bilmirəm. Televiziyaya gələndə bəlkə də məni yazıçı edən Ceyms Coysun “Uillis” əsərinin tərcüməsini yarımçıq saxladım. “Qurani-Kərimi” Azərbaycan dilinə, şüuruna adaptə etmək istəyirdim. Düşünürəm ki, “Quran” azərbaycanlılara normal adaptə olunmayıb. Ona görə də 13 əsrdir biz çox şeyi başa düşməmişik. Bir sözlə, povestlərimi, romanlarımı kənara qoyub televiziyaya gəldim. Niyə gəldim? Çünki kənarda qala bilmirəm. Bu vətəndaşlıq borcudur. Radionun diktoru Nəriman Qəhrəmanlını küçədə döyürdülər. Yaxınlaşıb müdaxilə etdim. Bilmirəm, təkbətək vuruşdum, necə oldu, məni bıçaqladılar. Bir ay yatdım. Görürdüm ki, millət tənhadır. Öz məişətimi qura bilərdim, deyərdim ki, estetəm, aralanardım, ədəbiyyatımı qurardım. Amma bu qorxudur. Azərbaycan gerçəkliyində hansı yazıçı aralanıb estet oldu? Amma bilmək olmazdı, biz - Səfər Alışarlı, Saday Budaqlı, Yaşar, mən yazılarımızı yazsaydıq yüz o tərəfə, yüz bu tərəfə dövrün ədəbiyyatını formalaşdıra bilərdik. Azərbaycanlının atadan övlada qalan ən böyük varı hüquqi, sivil dövlət ərazisi yaratmaqdır və mən bununla məşğulam, bunu əlimdə silah edə bilməzdim ki? Bilirsinizmi, mən Rusiyada təhsil almışam. İstəmirəm ki biz yenidən kiminsə tapdağı altında olaq. İqtisadiyyatımız dirçəlir, iqtisadiyyatın dirçəlməsindən istifadə edib ruhaniyyətimizi də dirçəltməliyik, çünki böyük sənətlər böyük saraylarda yaranır. Nə deyirsinizsə deyin. Şirvanşah sifariş verməsə Nizami “Leyli və Məcnun”u, Firdovsi “Şahnamə”ni yazmayacaqdı. Bax, bu gerçəkliklər var. Digər tərəfdən, mən siyasətdə deyiləm, jurnalistikadayam. Jurnalistika avantüra ilə ədəbiyyatın qarışığıdır. Həsən bəy Zərdabidən üzü bu tərəfə Azərbaycanda jurnalistika institut olaraq hələ formalaşmayıb. Jurnalistika fəlsəfədirmi, ədəbiyyatdırmı, bilinmir hələ nədir. Məsələn, mən xəbər dilinə virus salmışam - xəbərdə ədəbiyyat dili, ironiya, Mirzə Cəlil gerçəkliyi var. Məndən əvvəl xəbər dili belə danışılmırdı, “Zorxana” ilə başladı. Bəlkə də bu, peşəkar jurnalistikadan sapmadır. Ancaq bu mənim yolumdur. Xəbəri loru dildə, asan dildə çatdırıram.
 
- Bakı Slavyan Universitetində jurnalistika fakültəsində dərs deyirsiniz. Jurnalist olmaq üçün mütləq jurnalistika təhsil almaq lazımdır?
 
- İlk növbədə çalışıram ki, tələbələri tərbiyəli insan kimi böyüdüm. Jurnalistikadan öz maraqları üçün istifadə etməyənlərə daha çox diqqət ayırıram.
 
Həm də təhsildə problem var. Jurnalistika fakültəsinə uşaqların 90 faizi təsadüfən daxil olur. Hesab edirəm ki, jurnalistikaya qəbul olmaq üçün xüsusi imtahanlar keçirilməli, istəyi olan tələbələr bu ixtisasda təhsil almalıdırlar. Hüquqa yazıb, jurnalistikaya gəlirlər və bu ixtisas üzrə oxumaq istəmirlər. Hətta elə tələbə var ki, mənə deyir ərə gedəcəyəm, oxumağı neynirəm. Bu qız kiminsə yerini tutub. Düşünürəm ki, təhsil təkmilləşməlidir. Jurnalistikaya səhv axın çoxdur. Jurnalistikanın qərəzsizliyini, tərəfsizliyini bilməyən insanlar şantajla pul qazanmaq üçün jurnalistikaya gəlir. Tez-tez azad sözdən, azad jurnalistikadan danışırlar. Mənim üçün azad söz daxili məsuliyyətdir. Sən hamıya azadlıq verə bilərsən, amma onun daxili azadlığı yoxdursa, o sənin azadlıq ərazinə girəcək. Deyir azadam, hansısa məmuru söyür və yaxud da tərifləyir. Deməli, o, ya məddahdır, ya da qeyri-peşəkardır. O adam anlamır ki, başqasını təhqir edərək azadlıq ərazisinə girib. Təsadüfi adamların çoxluğuna görə jurnalistikanın problemləri qədərincədir. Məsələn, biri çıxış edir, biri yazı yazır, onun bir cümləsindən yapışıb ona mətn yazırlar. Dünya jurnalistikasında belə bir şey yoxdur, heç olmamalıdır da. Partiya-partiya vuruşmaq sizin daxili işinizdir, əsas olan oxucuya, tamaşaçıya nə verməyinizdir. Partiyalar arasında hakimiyyət problemi varsa, onun bizə nə dəxli var? Olmuş hadisəni olduğu kimi göstər, mən ağıllı mətn oxumaq istəyirəm. Xəbər verirsənsə xəbər çatdır, şərh verirsən şərh çatdır. Son illər nadir jurnalistlər yazının sonunda nəticəyə gəlir. Bir-iki jurnalist qalıb. Heç bir jurnalist insanlara nəticə vermir. Halbuki bu nəzəriyyədə var. Olanı gördün, dəyərləndirdin, müqayisə etdin, qardaş, nəticəyə gəlməlisən. Orxan Fikrətoğlu səhv də, düz də edə bilər. Ancaq nəticə olaraq 20 ildir gördüyünü deyir. Nəticə budur, nəticəsiz mətn olmur. 
 
- Niyə məhz “köhnə azərbaycanlı”?
 
- Yeni və yaxud köhnə cəmiyyətdə baş verən, gözlə görünən proseslərə aid olunan iş deyil. Məsələn, mənim nəzərimdə köhnə azərbaycanlı Füzulini, bugünkü bütün texnoloji, mədəni yenilikləri, Azərbaycan gerçəkliyində mövcud olan bütün ruhani ideyaları anlayan biridir. Köhnə azərbaycanlı əxlaqını qoruyan, təməl olaraq azərbaycançılığı əsas götürən, Avropanı, Rusiyanı, İranı deyil, öz qafasını anlayıb dünyada daşıyandır. İndi elə eybəcərliklər baş verir ki, elə köhnə qalmağımız məsləhətdir.
 
- “Zorxana” ilə “Nə xəbər” arasında dəyişiklik var?
 
- “Zorxana” da, “Nə xəbər” də mənim layihəmdir. Verilişlərin müəllifi mənəm, burda nə dəyişə bilər ki?
 
- ATV-də “Zorxana” adından niyə istifadə etmədiniz?
 
- “Zorxana” ANS-in brendi idi. ATV-də yayımlanan “Nə xəbər” proqramı isə mənim brendimdir. Mən illərdir bu cümləni tribunadan demişəm: sözünü eşitmirlərsə, sözünü dəyişmə, yerini dəyiş. Sözümü dəyişmirəmsə bu, çox yaxşı haldır. ATV telekanalının rəhbərliyinə minnətdaram ki, sözümü deməyə imkan yaradıblar. Verilişin reytinqi də yaxşıdır. Tamaşaçı sarıdan isə əziyyət çəkməmişəm. Tamaşaçım hər zaman olub. Maraqlısı isə odur ki, nədənsə məni izləyənlərin əksəriyyəti ölkə xaricində yaşayanlardır.
 
- 2005-ci ildə “Neftçi” “Birlik” kubokunda Ermənistanın “Pünik” futbol klubunu məğlub edən dəqiqələrdə dediniz ki, “Neftçi” “Pünik”i çaynik etdi...
 
- (gülür) Ola bilər, yadımda deyil.
 
- Sonra da əlavə etdiniz ki, qalır siyasi meydan. Müharibəyə aid ssenarilər yazmısınız, ümumiyyətlə, bir yazıçı kimi Qarabağ münaqişəsinin həll variantını nədə görürsünüz?
 
- Vallah, bu sual haqqında dünyanın super gücləri düşünür. Qarabağ haqda sualı verməklə məni şərəfləndirirsiniz. Yazıçı kimi hesab edirəm ki, Qarabağın alınması şəxsən sizin, bütün azərbaycanlıların, dünyanı idarə edən alt hökumətlər qarşısında bir tələb kimi qoyacağı “Qarabağı geri ver” tələbindən başlayacaq. Siz mənə deyə bilərsinizmi ki, azərbaycanlıların hamısı Qarabağı istəyir. Bunu əməldə sübut edirlərmi? Bəziləri var ki, ermənilərlə görüşür, hətta müttəfiqlik edirlər. İçərisində dostlarımın olduğu bəzi ziyalılar Qarabağa səfər etmişdilər. Xatırlayırsınızsa, efirdə buna kəskin reaksiya vermişdim. Belə münasibətə görə çoxu məndən incidi. Mən bu məsələdə radikalam. Məsələn, mən Orxan Fikrətoğlu istəyirəm ki, Qarabağı silah gücünə qaytaraq. Amma dünyanın da gerçəkliyini nəzərə alıram. Qarabağı silah gücünə almağımız Rusiya, Fransa, ABŞ kimi dövlətlərin marağında deyil. Azərbaycan bunu etsə başına çox şey gələ bilər. Gördünüzmü Saakaşvilinin başına nə gətirdilər? Bu gerçəklik var, Koroğlu dövrü deyil ki, əldə silah nə isə edək. Ruhani qatda da buna hazır olmalıyıq. İndi siyasət dövrüdür. Mənə toxunan daha çox barış filmlərinin çəkilməsidir.
 
- Barış filmləri deyərkən hansı filmləri nəzərdə tutursunuz?
 
- Belə filmlər çoxdur, ad çəkmək istəmirəm. Onu da deməliyəm ki, mənim ssenarilərim əsasında çəkilən “Yalan”, “Ümid” müharibə mövzusundadır. “Ümid” çox gözəl filmdir, təəssüf ki, unudulub. İki filmdə kiçik insanın ağrıları var. Qarabağ münaqişəsi kiçik insanlara toxunub. Gerçək müharibə kiçik insanlara toxunanda ağrılı olur.
 
- Söz oyunundan niyə bu qədər tez-tez istifadə edirsiniz?
 
- Söz oyunundan istifadə etməyim müəyyən mənada demək istədiklərini gizlədə-gizlədə deməkdən irəli gəlir, ümumiyyətlə, mən o qədər də ağıllı olmayan tamaşaçıya işləmirəm və heç istəmirəm o tamaşaçı mənə baxsın. Məni izləyənlər nə dediyimi yaxşı başa düşürlər. İranla Azərbaycanla problem yaşayan zaman efirdə dedim ki, İran bu işi edəcəksə xub, etməyəcəksə naxub. Nə istəyirdimsə onu dedim, amma naxub söz oyunudur da. Naxub sözünü demək əvəzinə yeddi cümlə deməli idim. Bu söz oyunu deyil, bu beynin çevikliyidir. Sizə hind filmi kimi gələ bilər, amma efirdə bunu etmək çox çətindir. Mən Orxan efirə hazırlaşıb girmirəm, hamısı bədahətən gəlir, canlı yayım xüsusi bir ovqatdır, transdır, sizə də bu ovqatı arzu edirəm.
 
- Ədəbiyyatımız niyə ətalətdədir?
 
- Romanımda bu məsələyə də toxunmuşam. Konseptual dəyişikliklər olmalıdır. Beş əsr bundan əvvəl Füzuli kimi dahi var idi. Füzuli özündən iki əsr əvvəl, iki əsr sonra dövrünün gerçəkliyini müəyyən edən böyük bir fikir adamı idi. Bilirəm ki, Füzulinin yazdıqlarını bu gün oxuyanda başa düşmürsünüz. Yalandan deməyin ki, başa düşürəm.
 
- Nəinki mən, çoxları Füzulini anlamaqda çətinlik çəkir...
 
- Füzulinin yazdıqları qaranlıq bir poeziya idi. İslam kökənliyində, Kərbəla müsibəti üstündə köklənmiş bir dünyanın kiçik təfəkkür sisteminin poeziyası idi. Beş əsr Füzulinin boyundan yuxarı çıxa biləcək bir şair yetişmədi. Sonra Mirzə Ələkbər Sabir meydana çıxdı. Sabir həmin qəlibdə “bədbəxt tükəzbanları neynərdin ilahi” yazmaqla ironiya etməyə başladı. Özünü və bu gerçəkliyi gülüşlə xilas etməyə başladı. Sabir o qədər böyükdür ki, neçə illərdir onun kölgəsindən çıxa bilmirik. Bu gün efirdə şitlik edənlər, ədəbiyyata gələn şit roman, povestlər hamısı Sabirin ironiyasından özü-özünü ironiya edən, guya nəsə etmək istəyənlərin yaratdıqlarıdır.
 
Azərbaycan ədəbiyyatında Füzulinin ruhani qaranlıq kökü ilə Sabirin estet satirasını birləşdirib bir böyük təfəkkür sistemi yarada bilən dahiyə ehtiyac var. Avropa modeli üstündə yazmaq bu gün alınmır. Niyə alınmır, ona görə ki, Avropa əsrlərdir gəlib çıxdığı dəyərlər üstündədir. Latın Amerikasında magik realizmdən danışılırdı, magik realizm necə yarandı? Coğrafiyanın, tarixin belə ədəbiyyata təsiri var. İspan dili Latın Amerikasına gəldi, Latın Amerikasının ovsunu bu dildə Markezi, Borxezi yaratdı.
 
Azərbaycana islam gəlib, anlamırıq islamı, türk, rus gəlib, bu üç mədəniyyətin sintezindən nə yaranıbsa o yaranıb və heç nə yaranmayıb (gülür). Ona görə də romanda qeyd edirəm, kökənliyimiz məhz sufizmədir. Seyid Yəhya Bakuvi dövrünün elə təhsil sistemini formalaşdırıb ki, 550 ildir onun təhsil sistemi keçirilir. Belçika şahzadəsi Stefani xəlvətiyyə dərvişidir. Bu təfəkkürümüz ola-ola Sabirin və Füzulinin – iki dahinin beynini, şüurunu birləşdirib Bakuvinin təlimi ilə böyük bir ədəbiyyat formalaşdıra bilərik. Təəssüf ki, xırda-xırda intriqalarla məşğuluq. Onu da qeyd edim ki, bu yaxınlarda Seyid Yəhya Bakuvi haqda film çəkəcəyəm. Bakuvi böyük şəxsiyyət olub. /kulis.az/

Yenililklər
23.02.20
Elçin Hüseynbəyli - Qarağac - Romandan parça
23.02.20
Bədirxan Əhmədli - Gerçək və intellektual türkçü Muhsin Kadıoğlu
23.02.20
Könül Nuriyeva - "İsanın İncili"ndəki sonsuz suallar
23.02.20
Əlyazmalar İnstitutunda “Nəsimidən nəsimlər” kitabının təqdimatı olub
23.02.20
Ədəbiyyatşünaslığın inkişafına dəyərli töhfələr verən alim – akademik Həmid Araslı
21.02.20
İnsanın əzəməti – Dino Butsatinin hekayəsi
21.02.20
Tramp “Oskar” mükafatının Cənubi Koreya filmi “Parazitlər”ə verilməsini tənqid edib
21.02.20
Məşhur yazıçı hekayəsini 1 ABŞ dollarına satdı
21.02.20
Müslüm Maqomayev haqqında çəkilən serialın treyleri yayımlandı - VİDEO
21.02.20
Xalq rəssamı Böyükağa Mirzəzadənin anadan olmasından 99 il ötür
21.02.20
Taleh Eminoğlu - Knut Hamsun: bir medalın iki üzü
21.02.20
Bakıda Beynəlxalq film festivalı keçiriləcək
21.02.20
"Müqayisəli ədəbiyyatşünaslıq" jurnalının yeni sayı çıxıb
21.02.20
Hacı Ələmdar Mahirin anım günü
18.02.20
Özbəkistanda “Hər anımız Vətən desin!” adlı şeir müsabiqəsi elan olundu
12.02.20
"Təkrarın tənhalığı”nda "Sevdiyim əsər” – Fərid Hüseynin kitab təqdimatından reportaj
10.02.20
Gülbala Dadaş - “Hər kəsin öz eşqi” kitabı haqqında
07.02.20
Fərid Hüseynin kitablarının təqdimat mərasimi keçiriləcək
05.02.20
Bəsirə Əzizəlinin Muhsin Kadıoğlu haqqında monoqrafiyası çap olunub
05.02.20
İradə Musayeva -  Süleyman Rüstəmi əksinqilabçı adlandıran repressiya qurbanı
03.02.20
Cavanşir Yusiflinin Səlim Babullaoğlu haqqında kitabı nəşr edilib
02.02.20
İradə Musayeva - Bağırovun gizli tapşırığı: “Boynuna qoyuluncaya qədər döyün!”
01.02.20
"Qanun” nəşriyyatında "The Paris Review müsahibələri” adlı kitab nəşr edilib
01.02.20
Rusiya Yazıçılar İttifaqı ilə AYB arasında əməkdaşlıq müqaviləsi imzalanıb
29.01.20
İradə Musayeva - Bağırov bu tərcüməçimizi həbs etmək üçün Stalindən icazə istəmişdi
28.01.20
Fərid Hüseyn - İnsanın unutqanlığı bəzən onun ədalətidi
28.01.20
AYB-nin Gənclər Şurasının “Ulduz”u nəşr edildi
25.01.20
İradə Musayeva - Müstəqil Azərbaycan” sözü dilinizdən çıxmadımı?
25.01.20
Fazil Abbasov - Qanımı süz, şərab kimi...
25.01.20
Əsmər Hüseyn Xan - Onda balaca idik, adımız uşağıydı
25.01.20
Şəhla Aslan Türkiyənin "KonTV" kanalında aparıcılıq edəcək
24.01.20
İradə Musayeva -  Repressiya illərində  tragik həbs situasiyaları...
22.01.20
“Dünya ədəbiyyatı” dərgisinin yeni sayı esse janrına həsr edilib
22.01.20
İlham Əziz - O dünyadan gələn səslər
22.01.20
İradə Musayeva - Repressiya dəhşətləri
22.01.20
Yazıçı-publisist Aqşin Babayevin daha bir kitabı çapdan çıxıb
22.01.20

Azərbaycan Aşıqlar Birliyinin növbəti kitabı işıq üzü görüb

21.01.20
İradə Musayeva - Kirovun ölümü ilə başlayan cəhənnəm, yaxud repressiyanın 80 illiyi
14.01.20
Gürcüstanda Zəlimxan Yaqubun xatirəsinin əbədiləşdirilməsi təklif olunub
14.01.20
“Təhsil terminlərinin izahlı lüğət”i çap olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.