Kənan Hacı - Ölüm tunelindən keçən partizan
30.05.13

İradə Aytelin “Partizanın acı həqiqətləri” kitabı haqqında düşüncələr.

Müharibə ədəbiyyatın ağrıyan yeridir. Müharibə haqda yazanda sözlər də qana boyanır... Müharibə torpağın üstündə uzun bir ölüm tuneli açır, insanlar bu tuneldən məcburən keçməlidirlər... Bütün yolların tükəndiyi, müharibənin yeganə yol olduğunu anlayandan sonra insan taleyilə barışır... Ölümü gözləyən, ölümün bir addımlığında olan insanların həyatını sözə çevirmək elə o insanların qəhrəmanlığı qədər müstəsna bir hadisədir.

İkinci Dünya Müharibəsi haqqında çox yazılıb. Bu, insanları fiziki cəhətdən məhv edən, fiziki məhvə gücü çatmadıqlarını isə mənəvi, psixoloji cəhətdən darmadağın edən müharibə idi. Bu müharibə  bütün ağırlığı ilə Azərbaycanın da üstündən keçdi. Azərbaycan ölümün ağzına 300 min insan atdı. 

Müharibə ona görə kədərlidir ki, insan qarşısındakı düşməni öldürmək zorundadır. Qəlbində insani duyğular aşıb-daşsa da, sən humanizmin tərəfində olsan da qarşındakı düşmən səni əzmək üçün fürsət gəzir və sən onu öldürməsən, o səni öldürəcək.

Şeirləri ilə imzasını tanıdığım istedadlı qələm sahibi İradə Aytelin bu günlərdə müharibədən bəhs edən iri həcmli sənədli romanını oxudum. Əsər Böyük Vətən Müharibəsində ölüm tunelindən keçsə də taleyin xoş təsadüfü nəticəsində sağ qalan, əfsanəvi partizanlardan biri, “İvan Russki” kimi tanına Mirdamət Seyidovun ömür yolundan bəhs edir. Dünya unudan dünyadır; unudur hər şeyi. Nə yaxşı ki, yazı sənəti var. Söz insanı unudulmağa qoymur. İradə xanım müharibəyə canıyla imza atmış Mirdamət Seyidovun ömür yolunu sözün yaddaşına köçürüb. Söz çox vaxt insandan etibarlı çıxır, insanın unutduğu mətləbləri söz öz yaddaşında saxlayır.

Mirdamət Seyidovun keçdiyi həyat yolu bir insan ömrünə sığası deyil. Çox kasıb bir ailədə böyüyən bu oğlan taleyin zərbələrini dada-dada həyata meydan oxumağı bacarırdı. Orta məktəbi bitirdikdən sonra Gəncə Tibb Texnikumuna daxil olur və orda təhsilini başa vuran kimi müharibə başının üstünü kəsdirir. O, tibb təhsili almışdı və mərmilərin insanları parça-parça etdiyi bir zamanda kimlərisə ölümün ağzından dartıb çıxarmaqla məşğul idi. Dəfələrlə ölümün bir addımlığından dönmüşdü, gözünün önündə ölüm yırtıcı əjdaha kimi dostlarını didib-parçalayırdı. O isə daxili müvazinətini itirmirdi, bilirdi ki, müharibəyə ölmək üçün gəlməyib, mümkün qədər ölümdən qaçıb yaşamaq və mübarizə aparmaq lazımdır.

İradə xanım böyük zəhmətə qatlaşaraq Mirdamət Seyidovun partizan fəaliyyətinin bütün ayrıntılarını qələmə alıb. Bu günlərdə “Nurlan” nəşriyyatında çapdan çıxmış “Partizanın acı həqiqətləri” kitabı sənədli roman adlanır. Bu kitab bir insan ömrünün salnaməsidir. Müəllif qəhrəmanının legioner dövrünü, partizanlıq çağlarını, müharibədən sonrakı çətin günlərini müfəssəl şəkildə təsvir edib. Qocaman döyüşçü hadisələri bəzən dolaşdırsa, vaxtı qarışıq salsa da kitabın müəllifi sənədli romanın süjet xəttini sona qədər nizamlaya bilir.
Mirdamət Seyidov İkinci Dünya müharibəsi illərində Yuqoslaviya və İtaliya ərazisində alman-italyan işğalçılarına qarşı cəsarətli əməliyyatlar aparan sovet zabiti, partizan və kəşfiyyatçısı olub. Amma sonralar dəfələrlə onun xidmətləri bilərəkdən və ya bilməyərəkdən Mehdi Hüseynzadənin adına çıxılıb. Mehdi Hüseynzadə artıq xalqın yaddaşına “əfsanəvi Mixaylo” kimi həkk olunub. Amma Mirdamət Seyidovun xidmətləri heç də Mehdi Hüseynzadənin şücaətindən az olmayıb. Kitabdan bir hissəni olduğu kimi bura köçürürəm:

“Mən ordenlərə layiq görüləndən sonra Bakıya yola düşdüm. O zamanlar Püstə Əzizbəyovanı Tarix Muzeyinə direktor təyin etmişdilər. O, ordenlərimi muzeyə yerləşdirmək üçün istədi. Mən ordenlərimi, italyan pasportumu, diplomlarımı muzeyə verdim.

Venqriyadan partizanların nümayəndəsi gəlmişdi. O illər mən Bakı şəhərində milisdə işləyirdim, eyni zamanda Respublika Veteranlar Komitəsinin sədri idim. Bir neçə veteran yoldaşlarla birlikdə nümayəndəliyi Respublika muzeyinə aparmalı oldum. Bir gənc xanım bizə bələdçilik edirdi. Hər tərəfi şüşəylə əhatələnmiş bir guşədə ingilis hərbi geyimi asılmışdı. Geyimin altına isə Mehdi Hüseynzadəyə məxsus olduğu yazılmışdı. Ancaq mən bilirdim ki, bu, Mehdinin geyimi deyil. Sonralar məlumat aldım ki, formanı Cavad Həkimli muzeyə Mehdinin paltarı adıyla təqdim edib”.

Bu azmış kimi, bələdçi qız Mirdamət Seyidovun pasportunu, ordenlərini də Mehdi Hüseynzadənin adıyla təqdim edirmiş. Sonralar Mirdamət Seyidov akt bağlatdırıb bütüb sənədləri ordan geri alır və Moskvaya, SSRİ-nin Frunze adına Silahlı Qüvvələr Muzeyinə göndərir.

Mirdamət Seyidov Dahau ölüm düşərgəsini görmüşdü. İnsan tonqalını gözləriylə görmüş adam idi... Burada tam təsadüf nəticəsində güllələnmədən xilas olmuşdu. Onu bir dostu xilas etmişdi. Güllələnmiş dustağın geyimi ilə onun geyimini dəyişdirmişdi və onu güllələməyə aparmaq üçün gələnlər axtardıqları nömrəni ölmüş dustağın sinəsində görəndə onun meyitini təpikləyib öldüyünə əmin olmaq istəyirlər və sonra “niyə gəlib bu zibilləri burdan götürmürlər” deyərək çıxıb gedirlər.

Kitab birnəfəsə oxunur. Məncə, bu kitabın içindən müharibə haqqında yaxşı bədii əsər, sırf bədii əsər çıxarmaq olar. Məsələn, “Uzaq sahillərdə” romanı kimi. Mirdamət Seyidovun həyatı hadisələrlə zəngindir və bu hadisələri müharibə fonunda bir süjet xəttinə tabe edərək ayrıca əsər yazmaq olar. Bu, sadəcə, bir ideyadır. Kitabda İradə xanımın zəhməti böyükdür. Beş ay ərzində partizanın dediklərini səbrlə, hövsələylə qələmə alıb sonradan bu qeydlər əsasında sənədli roman yazmaq heç də asan deyil. Hər halda, mən bu maraqlı həyat tarixçəsini sırf bədii əsər kimi təsəvvür edirəm. Məsələn, bu kitabda Dahau ölüm düşərgəsində yaşanan dəhşətlər təsvir olunur. Yadıma Remarkın “Qərb cəbhəsində yenilik yoxdur” romanında dəhşət doğuran səhnələr düşdü. İnsanlıq üçün üz qarası olan müharibələr həmişə acı doğurur, Tanrının yaratdığı dünyanı təhdid edir.

Bu yaxınlarda mərhum yazıçı Zakir Sadatlının “Əfqanıstan uçurumu” romanını oxudum. Bu romanda bədiiliklə sənədlilik çox gözəl şəkildə sintez olunub. Zakir Əfqanıstan müharibəsinin iştirakçılarından idi və bu müharibə haqqında ən gözəl əsəri də o, yazdı. 

İradə xanıma müharibədən yox, humanizmdən, məhəbbətdən, insan sevgisindən yazmağı arzulayıram. Sözsüz, gələcəkdə Mirdamət Seyidov haqqında əsərlər yazılacaq. İradə xanımın kitabı bu yöndə yeganə qaynaq, mənbə olacaq. 

Bu kitab bizə Mirdamət Seyidovu tanıtdı. Millətin, vətənin dəyərli insanlarının xatırlanması təsadüflərin ixtiyarına, ayrı-ayrı təşəbbüskarların insafına buraxılmamalıdır. Onların ömür yoluna ayna tutmaq hər bir əli qələm tutan yazarın boynundakı borcdur.

İradə Aytel bu dəyərli kitabı yazmaqla öz borcunu yerinə yetirib. Müharibəni içindən keçirib yazıb... 

Ölümlə gələnlər ölümlə də gedir... Qoca tarix belə dərsləri çox sevir. Amma müstəbidlər bu qanlı tarixdən ibrət götürmür və onların son dayanacaq nöqtəsi yenə də dar ağaclarına, edam kötüklərinə dirənir. Müharibə hər dildə eyni anlayışdır. Həyat da hər dildə eyni cür müdafiə olunmalıdır. “Partizanın acı həqiqətləri” kitabı hər dildə eyni cür qarşılanası kitabdır. 

Heyif, əsərin qəhrəmanına bu kitabı görmək qismət olmadı... Amma tale ona fürsət verdi ki, həyatını səhifə-səhifə İradə xanıma danışsın. 

Müharibəni anlamaq üçün bu kitabı oxumaq kifayət edir. Elə həyatı, insanı anlamaq üçün də...   

Avanqartd.net

Yenililklər
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.